Auditorlar Palatası şirkətlərə yenidən xəbərdarlıq etdi

posted in: Audit, Xəbər | 1

Hörmətli təsərrüfat subyektinin rəhbəri, Sizin rəhbərlik etdiyiniz məhdud məsuliyyətli cəmiyyət “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən “Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit)”. Əks halda Sizə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. Müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Sizin Cəmiyyət məcburi auditdən keçməmişdir. Belə olan halda Sizdən xahiş edirik ki, 1 ay müddətinə 2016–cı il üzrə maliyyə hesabatlarınızı, eyni zamanda 31 mart 2018-ci il tarixədək 2017–ci il üzrə maliyyə hesabatlarınızı auditor rəyi ilə təsdiq etdirəsiniz və bu barədə məlumatları Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim edəsiniz (Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsi, Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi 35, Telefonlar: 465-21-75, mobil +99450 22550-50. Veb-sayt: www.audit.gov.az, E-mail: ).

Auditor xidmətinin göstərilməsi üçün lisenziyası və ya icazəsi olan sərbəst auditorların və audit təşkilatlarının siyahısı ilə www.audit.gov.az saytında üzvlər bölməsində tanış ola bilərsiniz. Azərbaycan Respublikasının Auditorlar Palatasının Standartlaşdırma, Hesabatlılıq və Təhlil İdarəsi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi orqanları işçilərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 124
Bakı şəhəri, 30 mart 2018-ci il
Azərbaycan Respublikasının vergi orqanları işçilərinin
aylıq vəzifə maaşları və “Azərbaycan Respublikasının
vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il
4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik,edilməsi
haqqında

“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamının 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə müvafiq qaydada bu qərarın 1-3 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilsin.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri bu qərarın 4 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.

3. Bu qərarın 1-4 nömrəli əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə maaşlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı müvafiq qərar qəbul etsin.

6. “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 187; 2017, № 3, maddə 477) 1-5-ci hissələri ləğv edilsin.

7. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                             Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Aparatının işçilərinin aylıq vəzifə maaşları

 

Sıra

№-si

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)
1. Aparatın rəhbəri 1111
2. Aparatın rəhbərinin müavini 1034
3. Departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktoru 979
4. Departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavini 847
5. Departamentin baş direktorunun, təminedici idarənin

və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktoru

836
6. Departamentin, təminedici idarənin tərkibində olan

idarənin direktoru, şöbənin rəhbəri

825
7. Nazirin müşaviri, nazirin köməkçisi 803
8. Departamentin, təminedici idarənin tərkibində olan idarənin direktorunun və şöbənin rəhbərinin müavini,

yardımçı idarə və şöbənin (mərkəzin) direktorunun müavini

781
9. Baş mühasib, bölmə direktoru (rəhbəri), yardımçı idarənin tərkibində olan şöbənin rəhbəri, departamentin tərkibində olan idarənin tərkibindəki şöbənin rəhbəri 682
10. Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş

təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibi

594
11. Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı 583
12. Aparıcı mütəxəssis, aparıcı iqtisadçı 572
13. Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasib 561

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

 

Sıra

№-si

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)
1. Orqanın baş direktoru 605
2. Orqanın baş direktorunun birinci müavini 484
3. Orqanın baş direktorunun müavini 462
4. İdarənin direktoru (rəisi), şöbənin rəhbəri (rəisi) 385
5. İdarə direktorunun (rəisinin), şöbə rəhbərinin (rəisinin) müavini 363
6. Bölmə rəhbəri (rəisi), baş mühasib, idarənin

tərkibində olan şöbənin rəhbəri (rəisi)

358
7. Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş

mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş müvəkkil, baş kriminalist, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq,

idarənin tərkibində olan şöbə rəhbərinin (rəisinin) müavini

352
8. Böyük dövlət vergi müfəttişi, böyük iqtisadçı, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük

müvəkkil, böyük kriminalist, xüsusilə mühüm işlər üzrə müstəntiq

347
9. Dövlət vergi müfəttişi, iqtisadçı, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist,

kriminalist

341