Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.

“Adı çəkilən qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:

Telefon: (012) 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 282 Elnarə Kazimova, 469 Günay Mamedova”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib qadın 18.000 manat pulu necə mənimsədi??

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Nijni Novqorodun Avtozavodsk rayonunda bir il ərzində iri məbləğdə pul mənimsəyən xəstəxananın mühasibi mühakimə olunur.

Nijni Novqorod vilayət prokurorluğunun məlumatına görə, xəstəxananın mühasibi pullu tibbi xidmətlərə görə poliklinikada aldığı pulları kassaya köçürməli olduğu halda, bunu etməyib. Belə ki, bir il ərzində pulların bir hissəsini (612 min rubl həcmində məbləği) mənimsəyib.

Təqsirləndirilən 39 yaşlı qadın mühasib yaxın vaxtlarda məhkəmə önünə çıxarılacaq. Onu altı ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yeri gəlmişkən, qadın təqsirini tamamilə etiraf edib və mənimsədiyi pulları könüllü şəkildə geri qaytarıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi orqanları ilə bağlı lətifələr

posted in: Məqalə, Vergi, Xəbər | 0

Yeni ruslardan biri ekzotik adada sahildə əyləşib istirahət edir. Sahilə yaxın sularda bir butılkanın üzdüyünü görür… Tez butılkanı qapıb alır və qapağını açır və oradan Cin çıxır – “Mən sənin istənilən arzunu yerinə yetirməyə hazıram!” Yeni rus:

  • İyirmi beş mərtəbəli villa istəyirəm, beş göyərtəli, dəniz layneri kimi yaxta istəyirəm, yaxtanın lövbər salması üçün liman da şəxsən, mənə məxsus olsun…

Cin onun bütün əmrlərini yerinə yetirir, amma deyir:

  • Bütün bunlar sənin olacaq. Harda istəyirsən gəz, nə istəyirsən et, al, bu da səndən ötrü pulla dolu bir neçə otaq… Lakin, bu kiçik otağa nəbadə daxil olasan… Heç vaxt bura girmə…

Yeni rus hər şeydən yorulur və fikrə dalır, “görəsən, bu kiçik otaqda axı nə ola bilər? Bəlkə orada almazlar və ya başqa şeylər var?” … Otağın qapısını açır… orada isə…. VERGİ MÜFƏTTİŞİ…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yeni işə başlayan işçi nələri bilməlidir???

posted in: Xəbər | 0

Əmək bazarının daim təkmilləşməsi və dinamikliyi insanların mütəmadi olaraq iş yerlərini dəyişməsi ilə nəticələnir. Bir işçinin iş yerini dəyişməsi əlbəttə ki, heç də asan olmayan bir proses olmaqla yanaşı həm də müəyyən tərəddüdlərlə dolu bir mərhələdir.

Mövzu çərçivəsində onu da qeyd etmək mümkündür ki, işçinin yeni bir iş yerində işə başlaması onun yeni mühitə uyğunlaşması ilə yanaşı müəyyən məhrumiyyətlərlə də qarşılaşmasına səbəb ola bilir.

Bu səbəbdən də bu yazıda işçinin yeni bir iş yerində aşağıda qeyd edilənləri mütləq bilməsi zəruridir.

1) İşçi ilə əmək müqaviləsi bağlanarkən ondan şəxsiyyət vəsiqəsi, sosial sığorta şəhadətnaməsi (ilk dəfə işə başlayanlardan bu tələb edilmir), əmək kitabçası, fəaliyyəti sağlamlığı baxımından nəzərə alınmalı iş yerlərində tibbi arayış və təhsili barədə sənəddən başqa digər aidiyyatı olmayan sənədlər tələb edilə bilməz.

2) İşçi ilə bağlanmış müqavilədə mütləq hansı müddətə və ya müddətsiz bağlanması, işçinin əmək şəraiti (peşə, ixtisası, əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı (gross) və digər), işə başlama vaxtı, işləyəcəyi yer, məzuniyyətinin müddəti və sınaq müddəti (təhsil müəssisəsini bitirdiyi ildə ilk dəfə ixtisası üzrə işə başlayanlara tətbiq edilmir) tətbiq edilib-edilməyəcəyi kimi məsələlər mütləq göstərilməlidir.

3) İşçi ilə bağlanmış müqavilə hüquqi qüvvəyə minmədən, yəni elektron informasiya sisteminə daxil edilmədən ona hər hansı işlərin tapşırılması qadağandır.

4) İşçi ilə bağlanmış müqavilədə sınaq müddəti nəzərdə tutulubsa, işçi bilməlidir ki, bu müddət 3 aydan çox ola bilməz və bu müddət başa çatanadək müqavilə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə xitam edilə bilər.

5) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçinin attestasiyaya cəlb edilməsi yol verilməzdir.

6) Faktiki işlədiyi 1-ci ildə əmək müqaviləsinin bağlandığı vaxtdan altı ay sonra əmək məzuniyyəti hüququ yaranır.

7) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçi azı 2 təqvim həftəsi əvvəlcədən yazılı xəbərdar edilməklə, 2 həftənin sonunda isə orta aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti verilməklə ştat ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən müqaviləsinə xitam verilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.