Sahibkarların təkliflərinə 1 ay ərzində baxılacaq
Azərbaycan sahibkarlarının Vergilər Nazirliyinə ünvanladığı təkliflərə 1 ay ərzində baxılacaq.
Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O, vergi ödəyicilərinin təkliflərinin hansı məsələlərlə bağlı olduğunu da açıqlayıb: “Təkliflər əsasən nağdsız ödənişlər, sənədlərin verilməsi, vergi inzibatçılığı, vergi qanunvericiliyi ilə bağlıdır. Bu təkliflərin hər birinə diqqətlə yanaşacağıq. Bir ay ərzində bu təklifləri araşdırıb müvafiq instansiyalara təqdim edəcəyik və parlamentdə büdcə paketi ilə birlikdə baxılacaq”.
Mənbə: report.az
“Hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var”.
Vergilər Nazirliyi 2017-2019-cu illərdə işə qəbulla bağlı xüsusi strategiya qəbul edib.
Azərbaycan Qırğızıstana audit qurumları arasında əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədi ilə ikitərəfli əməkdaşlıq üzrə sazişin imzalanmasını təklif edib.