Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər aşağıdakılardır:

  • Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
  • Əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslərAzərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər ;
  • seçkili ödənişli vəzifələrdə işləyənlər;
  • hərbi qulluqçular ;
  • xüsusi rütbəli şəxslər ;
  • prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri;
  • vergi orqanlarının işçiləri;
  • vəkillər kollegiyasının üzvləri;
  • fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunmurlar.
  • Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.

Məcburi dövlət sosial sığortası haqqında

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2017-ci ilə aid xərcə 2018-ci ildə e-qaimə verilərsə, hansı ilin mənfəət bəyannaməsində göstərilməlidir?

posted in: Vergi, Xəbər | 1

Sual: Hesablama metodu ilə mühasibatlıq aparan vergi ödəyicisi 2017-ci ilin dekabr ayında biznes fəaliyyəti ilə əlaqədar rabitə xidməti almışdır. Bu xidmətlə əlaqədar 17 yanvar 2018-ci il tarixində elektron qaimə-faktura almışdır. Mənfəət vergisi məqsədilə bu xərc hansı ildə gəlirdən çıxılmalıdır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Odur ki, göstərilən maddəyə müvafiq olaraq sorğunuzda qeyd edilmiş birinci halda çəkilmiş xərclər, ikinci halda isə əldə edilmiş gəlir 2017-ci ildə nəzərə alınmalıdır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilməlidir.

Elektron qaimə-faktura malların təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.

Bax: Vergi Məcəlləsinin 130-cu və 134-cü136-cı maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnflyasiya ilə bağlı maraqlı faktlar (1-ci hissə)

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

İnflyasiya ilə əlaqəli hadisələr elə də əyləncəli görünmür, lakin iqtisadiyyat tarixində bununla bağlı maraqlı faktlar da az deyil. Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırıq.

  • Məlum olduğu kimi, müharibə çox xərc aparan bir hadisədir. Belə ki, 1923-cü ilin noyabr ayında Almaniyada birinci dünya müharibəsinə çəkilən hərbi xərcləri hesablamaq barədə qərar qəbul edilib. Sən demə, müharibə keçmiş imperiyaya 15,4 pfenninqə başa gəlibmiş. Çünki bunun nəticəsi olaraq reyxin pul vahidi olab marka, inflyasiya nəticəsində həmin dövrlə müqayisədə trilyon dəfə ucuzlaşıbmış! Təxminən hər 49 saatdan bir qiymətlər iki dəfə yüksəlirmiş, inflyasiya isə illik  göstəricilər üzrə 3,25×106 faiz həcmində baş verirmiş. 1923-cü il inflyasiyası Almaniyada ona gərib çıxarmışdı ki, bir amerikan dollarına 4,7 trilyon marka pul verirdilər.
  • 1944-cü il Yunanıstan üçün heç də sevindirici il olmayıb. Həmin vaxt inflyasiya 8,55×109% (hər 28 saatdan bir qiymətlər ikiqat qalxıbmış) təşkil edib.
  • 1993-cü ilin oktyabrından 1994-cü ilin yanvar ayına qədər Yuqoslaviyada hiperinflyasiya yaşanıb – qiymətlər hər 16 saatdan bir ikiqat yüksəlib. İnflyasiya isə ildə 5×1015% təşkil edib.
  • Türkiyə də inflyasiya sahəsində  fərqlənən ölkələr sırasında yer alan dövlətlərdən olub. Belə ki, 2001-ci ildə 1 ABŞ dolları 1mln 650 min türk lirəsinə dəyişdirilib. 2004-cü ildə Türkiyə parlamenti dövriyyəyə yeni türk lirəsi buraxmaq barədə qərar qəbul etdi. 2005-ci ilin əvvəlindən dövriyyəyə buraxılan yeni türk lirəsi 1 000 000 keçmiş türk lirəsinə bərabər oldu.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Elon Musk yeni sahədə özünü sınayacaq

posted in: Xəbər | 0

Tesla, SpaceX və The Boring Company şirkətlərinin yaradıcısı Elon Musk yeni layihəsi ilə bağlı anons verib. Bu, Thud (tappıltı) adlandırılacaq.

Bu, “Qalaktikalar arası media imperiya olacaq” – Biznesmen twitter-də öz planını açıqlayıb.

The Verge saytının dəqiqləşdirdiyinə görə, Musk artıq bundan ötrü The Onion saytının keçmiş əməkdaşlarını bu işə cəlb etməyə başlayıb.

Musk-ın bəyanatını ciddi qəbul etmək lazımdır. Misal üçün, martın sonunda onun The Boring Company şirkəti dörd gün ərzində zombilərdən müdafiə olunmaq üçün 20 000 ədəd oqnomyot sata bilib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.