Daha bir qurum üzrə əmək haqqı artırıldı

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyinin rəhbərliyi sahibkarlarla görüş üçün regionlara ezam olunub

posted in: Vergi, Xəbər | 0

Vergi sistemində şəffaflığın təmin edilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən müəyyən işlər görülüb, əsas hədəflər ictimaiyyətə bildirilib və gələcək iş fəaliyyətinin əsas istiqamətləri açıqlanıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu məsələlərin birbaşa vergi ödəyicilərinə çatdırılması və ərazi vergi orqanlarının əməkdaşlarına müvafiq tapşırıqların verilməsi məqsədilə, Nazirliyin rəhbər vəzifəli şəxsləri regionlara ezam ediliblər.

Mart ayının 5-dən 9-dək Vergilər Nazirliyinin bütün ərazi vergi orqanlarında, Nazirlik yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mənbə: apa.az

Vergilər Nazirliyi gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə müraciət etdi

posted in: Vergi, Xəbər | 0

Gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinin

NƏZƏRİNƏ!

2017-ci hesabat ilinin yekunlarına görə  

  • Gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini;
  • Mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini;
  • Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini
  • cari ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Bildiririk ki,  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən

  • vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
  • büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
  • vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Əlavə məlumat üçün “195-1” Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu rayonlarda yaşayanlar Vergilər Naziri ilə görüşə biləcək

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 09 mart 2018-ci il tarixində saat 11:00-də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında  (Ünvan: Yeni körpü, 1) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 05-08 mart 2018-ci il tarixlərində Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.