2017-ci ildə vergi ödəyicilərinin 2285354,8 manat borcu ləğv edilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi 154279 vergi ödəyicisinin 2285354,8 min  manat məbləğində borcunu ləğv edib.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, bu rəqəm Nazirlər Kabinetinin hesabtında qeyd olunub.  Qeyd olunur ki, Vergilər Nazirliyinin Apellyasiya Şurasının icraatında 2017- cı il ərzində 55 şikayət olub: “ Bunlardan 9-u səyyar vergi yoxlamaları, 22-si kameral vergi yoxlamaları , 13-ü operativ vergi nəzarəti tədbirləri, 11-i digər məsələlər ilə bağlı olub.

2017- ci il ərzində 163 314 vergi ödəyicisinin 1912624,9 min manat məbləğində borcu yaranıb: “ Eləcə də 154279 vergi ödəyicisinin 2285354,8 min  manat məbləğində borcu ləğv edilib. Ləğv edilmiş borclardan 907 868,7 min manatı tam, 1377486,1 min manatı isə qismən olub. 01.01. 2017- ci il tarixlə müqayisədə 01.01.2018-ci il tarixə dövlət büdcəsinə olan borcun ümumi məblıği 372721,6 min manat  və ya 26,4 faiz azalıb.

Mənbə: qafqazinfo.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblərin işini “ASAN xidmət” görəcək – “ASAN xidmət” bu yeni xidmət üzrə rüsumu açıqlayıb

posted in: muhasibat, Xəbər | 0

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

Vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət”də həyata keçirilən fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin rüsumunu açıqlayıb.

Fiziki şəxslər sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi üçün mərkəzə şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, Asan imza, Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri), hüquqi şəxslər isə hüquqi şəxsin rəhbərinin şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, hüquqi şəxsin nizamnaməsi, Asan imza, rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri) təqdim etməlidir.

Xidmət haqqına gəlincə, fiziki şəxslər sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi üçün 20 manat, sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi üçün isə 30 manat ödəməlidir. Hüquqi şəxslər üçün xidmət haqqı 60 manat müəyyənləşdirilib.

Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ərtaflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə edə bilərlər.

İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi ilə bağlı fərmanda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 806-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025,1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1837, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 1780 nömrəli, 20 fevral tarixli 1834 və 1837 nömrəli fərmanları) 5.70-ci bəndinə “lombardlara” sözündən sonra “, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunan 30-cu və 5-ci gün qeyri-iş gününə təsadüf edərsə…

posted in: Vergi, Xəbər | 0

Sual: Xahiş edirəm ki, müddətin axımı ilə bağlı aşağıdakı suallara öz münasibətinizi bildirəsiniz. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 68.2-ci maddəsində bildirilmişdir ki, müddətin axımının son günü qeyri-iş gününə təsadüf etdikdə növbəti ilk iş günü müddətin son günü hesab edilir. O cümlədən, Vergi Məcəlləsinin 166.1-ci maddəsində ödəmənin 30 gündən sonra olacağı təqdirdə E-VHF-nın Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq mal təqdim edildikdən (iş görüldükdən, xidmət göstərildikdən) sonra 5 gün ərzində göndərilibsə əməliyyatın vaxtı E-VHF-nın vaxtı hesab edildiyi qeyd edilmişdir. Lakin 5-ci günün qeyri-iş gününə təsadüf etməsinə görə E-VHF növbəti ilk iş günü, yəni malın təqdim edilməsindən sonrakı 6-cı gün təqdim edilməsini Məcəllənin 68.2-ci maddəsinə əsasllanaraq məhz E-VHF-nın qanunla göstərilmiş müddət daxilində göndərildiyi hesab edilirmi? Misal: 26.11.2017-ci il tarixində e-qaimə təqdim edilmişdir. 31.11.2017 tarixində (5-ci gündə) e-qaimə sistem tərəfindən təsdiqlənmişdir və bu səbəbdəndə e-qaimənin (yəni malın təqdim edilməsinin) tarixi 26.11.2017 olmuşdur. 31.11.2017-ci il tarixi qeyri-iş günü olduğundan malı təqdim edən şəxs növbəti iş günündə, 01.12.2017 tarixində, yəni e-qaimədən (malın təqdim edilməsindən) 6 gün sonra E-VHF-nı alıcıya təqdim etmişdir. Alıcı tərəfindən isə malın dəyəri malın təqdim edilməsindən 30 gün keçməsinə baxmayaraq ödənilməmişdir. Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsaslanaraq vergi tutulan əməliyyatın dövrü dekabr ayıdırmı, yoxsa noyabr ayıdırmı? O cümlədən ikinci sualım ondan ibarətdir ki, Məcəllənin 166.1-ci maddəsində ödəmənin malın təqdim edilməsindən sonra 30 gündən sonra olacağı təqdirdə əməliyyatın vaxtının malın təqdim edilməsinin və ya E-VHF-nın göndəriləcəyi vaxt ola biləcəyi bildirilir. Sualım ondan ibarətdir ki, ödəmənin 30-cu günü qeyri-iş gününə təsadüf etdikdə və alıcı tərəfindən növbəti ilk iş günü ödəmə həyata keçirildikdə Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsaslanaraq ödəmənin məhz göstərilən müddətin son günü həyata keçirildiyi kimi qəbul oluna və ödəmənin gününün əməliyyatın günü olduğu qəbul edilməlidirmi? Misal: 31.03.2017 mal təqdim edilmiş (e-qaimə göndərilmiş) və 5-ci gündə, 05.04.2017 E-VHF təqdim edilmişdir. Malın təqdim edilməsindən sonrakı 30-cu gün, yəni 30.04.2017-ci il tarixi qeyri-iş günüdür və ödəmə növbəti ilk iş günü, 01.05.2017-də həyata keçirilmişdir. Zəhmət olmasa göstərilən bu halda əməliyyatın gününün hansı gün olduğunu bildirə və izah edəsiniz.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 68-ci maddəsinə əsasən Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Göründüyü kimi müddətlərin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinin 68-ci maddəsində qeyd edilən müddəalar, o cümlədən qeyri-iş günlərində müddətlərin hesablanması ilə bağlı müddəalar həmin Məcəllədə nəzərdə tutulan bütün müddətlərin hesablanmasına şamil edilir. Buna əsasən sorğuda göstərilən hallarda ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi 30-cu gün qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş günü, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxtın son günü (5-ci gün) qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş günü sayılır.

Bax: Vergi Məcəlləsinin 68.2-ci və 166-cı maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.