Bütün İT şirkətləri vergi güzəştləri əldə edəcək
Azərbaycanda yeni innovasiya mərkəzi inşa olunacaq.
Bunu “Microsoft”un 28 fevralda keçirdiyi İnnovasiya Forumunda çıxış edən “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli deyib.
T. Kərimli qeyd edib ki, bu mərkəz 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək.
“Qeyd etmək istərdim ki, 2019-cu ilin sonunadək Yüksək Texnologiyalar Parkının nəzdində müasir innovasiya mərkəzi istifadəyə veriləcək. Bu mərkəz şəhərin mərkəzində yerləşəcək. Hazırda proses gedir. Ümumi ərazisi 7 min kv. metr təşkil edəcək və keçmiş Xətai Qovşağının yerində olacaq. Bütün İT şirkətlərə rezident statusu veriləcək və onlar vergi güzəştləri əldə edəcəklər”, – deyə T.Kərimli əlavə edib.
Mənbə: report.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Məbləğin NKA-ya mədaxil edilməsi.
2018-ci ilin fevral ayına görəvergi ödəyiciləri tədiyəçisi olduqları