Uşaq pulu: Məbləğ və tənzimlənmə

posted in: Müavinət, Xəbər | 0

Uşaq pulu: Məbləğ və tənzimlənmə


Uşaq pulu və ya 3 yaşınadək uşağa qulluğa görə müavinət Azərbaycan Respublikası qanunvericiliyi ilə tam həcmdə tənzimlənmiş və sosial təminata aid edilən ödəniş kimi çıxış edir.

Xatırladaq ki, bu növ müavinət uşağın doğumuna görə ödənilən birdəfəlik müavinətdən çox fərqli bir ödənişdir. Uşağın anadan olmasına görə müavinət bu faktın təsdiq edilməsini özündə əks etdirən arayış təqdim edildikdən sonra birdəfəlik (yalnız bir dəfə) ödənilir. Hazırda bu müavinətin məbləği 90 Azn təşkil edir. Ölkə başçısının 23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğ 1 mart 2018-dən etibarən 10% artırılmışdır.

Uşağa 3 yaşınadək qulluğa görə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilmişdir. Qeyd edək ki, Prezidentimizin 23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğlər də 1 mart 2018-dən etibarən 10% artırılmışdır.

Bu müavinət kimə ödənilir?

Qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin uşaq 3 yaşına çatana qədər uşağa qulluğa görə müavinət almaq hüququ vardır. Daha ətraflı desək DSMF-nə əmək müqaviləsinə əsasən 3% və ya sadələşdirilmiş vergi ödəyicisi olaraq sosial öhdəliyinə əsasən ayda 26 AZN ödəyən və fərdi sahibkarlıqla məşğul olan şəxslər, hərbi qulluqçular kimi şəxslər qismən ödənişli sosial məzuniyyətə çıxdıqda bu müavinəti almaq hüququ əldə edirlər.

Xatırladaq ki, uşağa bilavasitə qulluq edən əmək müqaviləsinə əsasən çalışan valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Bu hüququndan yazılı ərizəsinə əsasən tam və ya hissə-hissə istifadə edə bilərlər.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.Mühüm bir məsələni də diqqətinizə çatdıraq ki, əgər uşaq məktəbəqədər uşaq müəssisəsində (körpələr evi, uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir. Qeyd etmək lazımdır ki, bu məbləğin təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir və bu müavinətlərin məbləğinə heç bir vergi və ya sosial sığorta haqqı tətbiq edilmir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ümidsiz borclar necə xərcə silinir?

posted in: Vergi, Xəbər | 0

Sual: Sualım ümidsiz borclara aiddir. Müəssisənin uzun illər ərzində ödənilməmiş (mühasibat balansında, mənfəət vergi bəyannaməsində hər il göstərilir) debitor borcları yığılıb qalır. Debitor borclar əsasən 2000- 2003-cü ilədək olan borclardan ibarətdir. Müəssisə həmin ümidsiz borc olan debitor borclarını vergi ilində xərclərinə salaraq silmək istəyir. Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən “Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir”. Müəssisə debitor borc məbləğini mühasibat kitablarında silmək istəyir. Çünki debitor borcu olan müəssisələr ya ləğv edilib, ləğv edilməyənlər də işlərinin olmaması,və s. bəhanələrlə ödəməyiblər. Borcların iddia müddəti keçdiyinə görə məhkəməyə də müraciət etmək olmur. Xahiş edirəm Vergi Məcəlləsinin Maddə 111. “Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması” maddəsi mənə misallarla izah edərdiniz. Ümidsiz debitor borcların xərcə salınaraq silinməsinin müddəti varmı?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 111-ci maddəsi malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar əvvələr gəlir kimi vergiyə cəlb olunmuş, lakin sonrakı dövrlərdə ödənilməmiş debitor borclarının ümidsiz borc hesab olunması və müvafiq məbləğin gəlirdən çıxılmasını tənzimləyir.

Göründüyü kimi, maddənin tətbiqi bir neçə şərtlə şərtləndirilir:

– verg ödəyicisi uçotu hesablama metodu ilə aparmalı idi;

– debitor borc yalnız malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əmələ gəlməli idi;

– ümidsiz borc kimi silinən məbləğ əvvəlki debitor borcun yarandığı dövrdə gəlir kimi nəzərə alınmalı və vergiyə cəlb olunmalı idi.

Qeyd olunan şərtlər yerinə yetirildikdə vergi ödəyicisi ümidsiz bor kimi təsnifləşdirilən debitor borcu ümidsiz borc kimi təsdiqləndiyi və mühasibat kitablarında sildiyi halda gəlir (mənfəət) vergisinin məqsədləri üçün xərc kimi nəzərə ala bilər.

Əlavə olaraq qeyd edək ki, kreditor tərəfindən ümidsiz borc kimi silinən məbləğ əks tərəfin gəliri hesab olunmaqla vergiyə cəlb olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.16.5-ci və 111-ci maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (6-cı hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Qiymətli kağızların dövriyyəsi – mülki-hüquq əməliyyatları müqavilələrinin bağlanması, mülkiyyət hüququnun qiymətli kağızlara ötürülməsini  tələb edir.

Mühasibat uçotunun obyektləri – təşkilatların fəaliyyət prosesi zamanı onların əmlakı, öhdəlikləri və iqtisadi əməliyyatları.

Əməliyyat fəaliyyəti – investisiya və maliyyə istisna olmaqla, təşkilatın əsas gəlir gətirən fəaliyyəti və digər fəaliyyətlər.

Əsas vasitələr – məhsul istehsalında, işin yerinə yetirilməsində və ya xidmət göstərilməsində əmək vasitəsi kimi istifadə edilən və ya təşkilatın 12 aydan artıq müddətə idarə edilməsi və ya 12 aydan yuxarı olduqda normal əməliyyat dövrü üçün lazım olan mülkiyyətin bir hissəsi.

Əsas vəsaitlərin qalıq dəyəri – aşınma (amortizasiya) xərcləri çıxılmaqla ilkin və ya bərpa olunan dəyər.

Çaşqın vasitələr – təqvim ili ərzində təşkilatdan tutulan və iqtisadi dövriyyəyə qoşulmayan və ya xüsusi ehtiyaclara yönəldilməyən pul vəsaitlərinin bir hissəsi.

Qiymət – əmlakın özünü pul ölçüsündə ifadə etməsi.

Mühasibat balansının öhdəliyi – əmlakın pulla qiymətləndirilməsində onun formalaşması mənbələri ilə müəyyənləşən balansın bir hissəsidir.

Mühasibat uçotu hesablarının planı – sintetik mühasibat hesablarının sistemləşdirilmiş siyahısı.

Əsas vasitələrin ilkin dəyəri – əlavə dəyər vergisi və digər vergilər istisna olmaqla, əsas vəsaitlərin alınması, tikintisi və istehsalı üçün təşkilatın faktiki xərclərinin məbləği.

Pul vəsaitləri axını – pul vəsaitlərinin və digər ekvivalentlərin axını, gəlişi və gedişi.

Balans gəliri – məhsulun (işlərin, xidmətlərin), əsas vasitələrin, digər əmlakın satışından gələn məbləğ və realizə olunmayan əməliyyatlardan kənarda qalan gəlirlər, bu əməliyyatlar üzrə xərclərin azalan məbləği.

Gəlir – təşkilatın iqtisadi fəaliyyətinin maliyyə nəticələrini ifadə edən iqtisadi kateqoriya, yəni, hesabat ilində xərclər, zərərlər və zərərlər üzrə gəlir məbləğinin xərcləri üstələməsi.

Ticarətdə gəlir – alış qiymətləri ilə malların dəyəri, mal qiymətləri ilə ƏDV və satış vergisi olmadan istifadə dəyəri arasındakı fərq.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Endirimli “Maliyyə uçotu” kursu

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Elm-Tədris Mərkəzi Mühasiblərin Peşəkar Sertifikasiyası Proqramına daxil olan “Maliyyə uçotu” fənni üzrə təlimlərə 50 faiz endirim təklif edir.
Tədris müddəti: 50 saat.
Tədris dili: Azərbaycan dili.
Tədrisin qiyməti: 175 manat.

Sertifikasiya imtahanları Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında imzalanmış Memoranduma əsasən ARPA tərəfindən aparılacaqdır.
Endirim təklifi bu həftə ərzində qüvvədədir.
Əlaqə vasitələri: / (012) 404-81-59

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.