Baş mühasib 122.000 manat pulu necə mənimsədi??

posted in: muhasibat, Xəbər | 0

“Geostrimneft”in baş mühasibi 4 milyon rublu (122.000 manat) mənimsəyib.

Mühasib “Geostrimneft” rəhbərliyinin elektron imzasından istifadə etməklə, üç il ərzində – 2014-2017-ci illər – müəssisənin bankdakı cari hesabından öz şəxsi hesabına ödənişlər etməklə bağlı tədiyyə tələbləri göndərib. Həmin köçürmələri o, öz əməyinin əlavə ödənişləri kimi təqdim edib. Nəticədə hər ay mühasibin hesabına əlavə əmək haqqı kimi 190 min rubl (5800 manat) pul köçürülüb. Bəzi vaxtlarda isə qadın özünün kommunal xidmətlərə görə ödənişlərini də müəssisənin cari hesabından ödəyib.

Məhkəmə mühasib barəsində cəzasını ümumi rejimli islah əmək düşərgəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə bağlı hökm çıxarıb. Bundan əlavə, keçmiş Baş mühasib müəssisəyə vurduğu 4 milyon rublluq ziyanı da ödəməli olacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda seminar keçirilib

posted in: Xəbər | 0

İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.

Tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri, əməyin mühafizəsi üzrə mütəxəssislər, işçilər iştirak edib. Qeyd olunub ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaqdır. Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Ona görə də hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin mövcud olması yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb edir.

Seminarda əməyin mühafizəsi ilə bağlı işəgötürənlər tərəfindən görülməli olan tədbirlər barədə məlumat verilib. Bildirilib ki, bu tədbirlər sırasına əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl olunması, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması və s. daxildir. Həmçinin onlar işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmasını təmin etməlidirlər.

Əməyin mühafizəsi üzrə işçilərin də vəzifələri vardır. Belə ki, onlar əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənməli və onlara əməl etməli, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı bir şəkildə yerinə yetirməli, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməlidirlər.

Seminarda mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılara həmçinin müvafiq mövzu üzrə maarifləndirici bukletlər də paylanıb.

Mənbə: www.mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Şirkətin əmlakı şəxsi məqsədlər və şəxsi əmlak şirkət üçün istifadə edilərsə amortizasiya hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: 1. Şirkətin adına alınmış nəqliyyat vasitəsi sahibkar tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur. 2. Sahibkar yaşayış binasındakı şəxsi mənzilini (bina) sahibkarlıq məqsədləri üçün istifadə edib. Sual: yuxarıdakı hər iki halda amortizasiya hesablanmalıdır yoxsa yox? Əgər hesablanmalıdırsa niyə hesablanmalıdır? Əgər hesablanmamalıdırsa niyə hesablanmamalıdır?

Cavab: Bildiririk ki, 1-ci halda şirkətə məxsus nəqliyyat vasitəsinin əvəzsiz olaraq həmin şirkətin rəhbəri (və ya təsisçisi) tərəfindən şəxsi məqsədlər üçün istifadə olunması əmlakın şirkət tərəfindən qarşılıqlı surətdə asılı olan fiziki şəxsə icarəyə verilməsi anlamını verir. Bu halda əqd şirkət tərəfindən bazar qiymətləri ilə qiymətləndirilməli, o cümlədən amortizasiya ayırmaları nəzərə alınmaqla mənfəət vergisinə cəlb olunmalıdır. 2-ci hal ilə bağlı bildiririk ki, Mənzil Məcəlləsinin müddəalarına əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Bununla belə, həmin yaşayış sahəsindən fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadəsinə yol verilir ki, bu zaman da yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi həyata keçirilir. Müvafiq prosedurların tələblərini yerinə yetirən, əmlakı əsas vəsait kimi uçota alan fərdi sahibkar həmin əsas vəsaitə amortoyzasıya hesblaya bilər. Bax: Mülki Məcəllənin 700-cü və 732-ci maddələri, Mənzil Məcəlləsinin 14-cü və 21-ci maddələri, Vergi Məcəlləsinin 14-cü, 114-cü və 115-ci maddəsi.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı azalıb

posted in: bank, Xəbər | 0

“Bank BTV (Azerbaijan)” ASC-nin səhmlərinin 48,99%-nə nəzarət edən “Bank VTB 24 (Rusiya)” bu ilin əvvəlindən “Bank VTB (Rusiya)”ya qoşularaq ləğv olunduğu üçün avtomatik olaraq 1-cinin Azərbaycan bankındakı payı hüquqi varislik qaydasında 2-ciyə keçib.

Söhbət hər birinin nominal dəyəri 0,2 manat olan 124 496 737 ədəd adi, adlı, sənədsiz səhmdən gedir.

Bununla da, “Bank VTB (Azerbaijan)”ın səhmdarlarının sayı 3-dən 2-yə düşüb, “Bank VTB (Rusiya)”nın Bankdakı payı isə 99,99%-ə yüksəlib. Səhmlərin qalan 0,01%-i isə əvvəlki kimi Adıgözəl Ağayevə (“AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.

Xatırladaq ki, “Bank VTB (Azerbaijan)” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.