Azərbaycanda maliyyəçilərin aylıq əmək haqları 13% artıb

posted in: Maliyyə, Xəbər | 0

Azərbaycanda maliyyə və sığorta sektorunda çalışanların orta aylıq nominal əmək haqqı 2017-ci ildə 1 388,6 manat təşkil edib.

2016-cı illə müqayisədə orta aylıq nominal əmək haqqında 12,97% və ya 159,4 manat artım qeydə alınıb.

Orta aylıq nominal əmək haqqı dövlət sektorunda 1 460,5 manat, özəl sektorda 1 373,0 manat olub.

Qeyd edək ki, 2017-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artaraq 528,2 manata çatıb. Əmək haqqı neft sektorunda 3 079,2 manat, qeyri-neft sektorunda 468,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 396,9 manat, özəl müəssisələrdə isə 710,4 manat olub.

Vergi ödəyicisi istehsal etdiyi və digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarsa, hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Bu halda hansı vergi öhdəlikləri yaranır?

Vergi Məcəlləsinə (VM) əsasən (102.1.11, 106.1.14, 164.1.18, 199.9 və 219.7-ci maddələr), kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2019-cu il yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilmişlər.

VM-in 13.2.60-cı maddəsində göstərilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.

Qeyd olunanlara əsasən:

Vergi ödəyicisi tərəfindən istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş gəlirlər (hasilatın həcmi), müvafiq olaraq, gəlir vergisindən və sadələşdirilmiş vergidən azaddır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış məhsulların satışından əldə olunmuş gəlirdən (hasilatdan) isə vergi ödəyicisi seçdiyi vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Samsung rəhbərliyi vergidən yayınır???

posted in: Vergi, Xəbər | 0

“Reuters” agentliyinin məlumatına əsasən, Cənubi Koreyanın hüquq-mühafizə orqanları “Samsung” konserninin prezidenti Li Hon Xi haqqında vergi ödəməkdən yayınmaqla bağlı iddia qaldırmışdır. Şirkət rəhbəri vergidən yayınmaq üçün öz tabeliyində olan işçilərin adına açdığı çoxlu sayda bank hesablarından istifadə etməkdə şübhəli bilinir.

“Samsung”un prezidenti və şirkətin rəhbərlərindən biri 8,2 milyard von (təxminən 7,5 milyon ABŞ dolları) məbləğində vergi yayındırmaqda şübhəli bilinən 72 vəzifəli işçinin adına açılmış 2760 bank hesabından istifadə etmişlər”, – Cənubi Koreyanın Milli Polis Agentliyinin açıqlamasında bildirilmişdir.

Hazırda hüquq-mühafizə orqanları işi prokurorluğa istiqamətləndirmək istəyirlər. “Samsung” rəhbərinin səhhətində ciddi problemlər olduğuna görə, hələ də onun danışığa cəlb edilməsi mümkün olmamışdır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

3 nümayəndəlik və 28 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “Pedaqogika” nəşriyyatı (VÖEN: 1400160101) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova, ev 195, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “ND Service” MMC (VÖEN: 1803024651) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev prospekti, ev 31, mənzil 10 ünvanına bildirə bilərlər.
  • “Aneyu” MMC (VÖEN: 1302242211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 40 ünvanına bildirə bilərlər.
  • “Monolit Ekologiya” MMC (VÖEN: 2004103611) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 9  ünvanına bildirə bilərlər.
  • LEDGER” MMC (VÖEN: 1503722941) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini  Bakı şəhəri,N.Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 43, mənzil 27 ünvanına bildirə bilərlər.
  • “CEY Tİ İNTERNƏŞNL LÜKSEMBURQ ES.EY” şirkətinin Azərbaycan Respublikasındakı  Nümayəndəliyi (VÖEN: 1501139901) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini  Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 201 məhəllə 607 ünvanına bildirə bilərlər.
  • “GE GRİD GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1302679451) 20 yanvar 2018 ci il tarixli qərarı ilə fəaliyyətinə xitam verildiyini və bununla əlaqədar ləğv edildiyini elan edir. Bütün tələblər,bildirişlər, iddialar, yaxud sorğular Filialın kreditorları tərəfindən birinci elan dərc edildiyi gündən iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.
  • “BECOM” MMC (VÖEN: 9900082831) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini  Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 9, mənzil 3 ünvanına bildirə bilərlər.
  • “HİCOM” MMC (VÖEN: 9900082701) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini  Bakı şəhəri, S.Rüstəm küçəsi, ev 9, mənzil 3 ünvanına bildirə bilərlər.
  • “Diamond Travel” MMC (VÖEN: 1002749731) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini  Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsi, ev 55, mənzil 57   ünvanına bildirə bilərlər.
  • “Türkam” Şirkəti (VÖEN: 2900344461) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini  Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49, mənzil 63 ünvanına bildirə bilərlər.
  • “Ayaz” Firması (VÖEN: 1100134601) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini  Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Emin Quliyev prospekti, ev 7, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “OSV” MMC (VÖEN: 1701395681) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marine Plaza, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
  • “SİLKKOT AQRO” MMC (VÖEN: 1501833271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marine Plaza, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
  • “TÜRKAP” MMC (VÖEN: 1401528681) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nərimanov rayonu, Salatın Əsgərova 157 ünvanına bildirə bilərlər.
  • “ORGANİC AGRO” MMC (VÖEN: 1401805131) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nərimanov rayonu, Salatın Əsgərova 157 ünvanına bildirə bilərlər.
  • “SAF TELEKOM” MMC (VÖEN: 1401327721) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nərimanov rayonu, Salatın Əsgərova 157 ünvanına bildirə bilərlər.
  • “UNGER STEEL BAKI” MMC (VÖEN: 1601471411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, ev 14, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “Okean Kom LTD” MMC (VÖEN: 1903282151) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “LODMARIN” MMC ( VÖEN: 1903280291) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Dəngə MM” MMC (VÖEN: 1903281921) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Knauf  SS” MMC (VÖEN: 1903282971) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Berlin 2017” MMC (VÖEN: 1903282281) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Frank Co” MMC (VÖEN: 1903282021) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Vondovz” MMC ( VÖEN: 1903280161) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “İNTERPRESS” MMC (VÖEN: 1903279921) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Marakona SS” MMC ( VÖEN: 1903280031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Atakama-2017” MMC ( VÖEN: 1903280311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Nizami İsmayılov ( Qaraçuxur Qəs.), ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Elektro Təchizat” MMC-yə (VÖEN: 2903770251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 3-cü mkr., 13/16, mənzil 26 ünvanına bildirə bilərlər.
  • “MAKSEM MÜSTƏQİL”Kiçik Müəssisəsi (VÖEN: 1600229761) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Azərbaycan prospekti 28 ünvanına bildirə bilərlər.
  • “İPSEN LOGİSTİCS GMBH” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ( VÖEN: 1403138271) ləğv olunduğunu elan edir Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 15, mənzil 15 ünvanına bildirə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.