Müqaviləsiz işçilərə görə vergi güzəştləri ləğv ediləcək

posted in: Vergi, Xəbər | 0

Rusiya Dövlət Dumasının Əmək komitəsinin üzvü Oleq Şeinin hazırladığı qanun layihəsinə əsasən, öz işçiləri ilə əmək münasibətlərini rəsmiləşdirməyən müəssisələr vergi güzəştlərindən məhrum olunacaqlar. “Qanun layihəsinin mahiyyəti çox sadədir: yoxlama nəticəsində işçi heyətinin 10 faizindən və ya 100 nəfərindən çoxu qeyri-rəsmi şəkildə işlədiyi aşkara çıxarılan müəssisə üçün bütün vergi güzəştlərini ləğv etmək lazım gələcək. Qoy həmin müəssisə heç bir güzəştdən istifadə etmədən öz vergilərini adi qaydada ödəsin. Çünki vergi ödəməkdən yayınmaya şərait yaratmaq cəzasız qalmamalıdır”, – layihə müəllifi qeyd etmişdir.

Müxtəlif mənbələrin qiymətləndirmələrinə görə, hazırda Rusiya Federasiyasında 23 milyondan 35 milyon nəfərədək insan əmək münasibətlərini rəsmiləşdirmədən fəaliyyət göstərir ki, bunun sayəsində büdcə hər il 4 trilyon rubl (təxminən 117 milyon manat) vəsait itirir. Bu qanun pozuntusuna görə cərimə fiziki şəxslər üçün 5 min rubl (146 manat), hüquqi şəxslər üçünsə 50 min rubl (1460 manat) müəyyənləşdirilib.

Qanun layihəsinin hökumətin təsdiqindən sonra fevralın sonuna qədər Dövlət Dumasına təqdim ediləcəyi gözlənilir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu ölkə mənfəət vergisini 5% azaldır

posted in: Vergi, Xəbər | 0

ABŞ və Böyük Britaniya hökumətlərindən sonra Avstraliyanın da hakim dairələri iqtisadiyyatın artım tempini yüksəltmək və bunun üçün mənfəət vergisini azaltmaq planını gündəliyə gətirmişdir. Hökumət mənfəət vergisinin dərəcəsini 30 faizdən 2025-ci ilə qədər tədricən 25 faizə endirməyi planlaşdırır.

Parlamentin aşağı palatası hökumətin planını 71 səsə qarşı 75 səslə qəbul etmişdir. Lakin qanun layihəsinə Senatda o qədər də rəğbətlə yanaşmırlar.

Layihənin əleyhdarlarının rəyinə görə, belə bir addım atılsa, büdcə 65 milyard Avstraliya dolları (51 milyard ABŞ dolları) vəsait itirməli olacaq və büdcədə kəsir artacaq. Hələlik ölkə parlamenti illik gəliri 50 milyon Avstraliya dollarından (39,3 milyon ABŞ dolları) az olan şirkətlərin mənfəət vergisinin azaldılması barədə qanun qəbul etmişdir.

Maliyyə naziri Skott Morrison parlamenti mənfəət vergisini aşağı salmaq barədə qanun layihəsinə səs verməyə dəvət etmişdir. Onun sözlərinə görə, büdcə kəsirinin yüksək olmasına baxmayaraq, artıq Böyük Britaniya bu addımı atmışdır: “Vergi dərəcələrini yüksək saxlamaqla avstraliyalıları işə necə qəbul etməyi və onların əmək haqqını necə artırmağı təsəvvürümə gətirə bilmirəm”.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən qalmaqallı mühasib oğurluqları (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibləri büdcə pullarını oğurlamağa vadar edən nədir?

Mühasib peşəsini müəssisənin gəlirlərini və ya büdcə vəsaitlərinin bir hissəsini mənimsəməyə çalışmaq və bu zaman oğurluğun üstünün açılmayacağına ümid etmək nöqteyi-nəzərincə, təhlükəli peşə hesab etmək olar.

Mühasiblərlə bağlı bir çox kriminal xəbərlər buna şahidlik edir. Mühasib öncə əlinə aldığı pulu sonra cibinə qoyur və güman edir ki, bu əməlin üstü açılmayacaq. Lakin, bütün gizlinlər nə vaxtsa aşkara çıxır. Bu bir aksiomdur.

Bu yazıda biz sizləri bir neçə il ərzində Buryatiyada baş vermiş qalmaqallı mühasib oğurluqları ilə tanış edəcəyik.

2-ci hissə

Rayon internat evinin Baş mühasibi 30.000 manatdan çox (1 milyon rubldan çox) vəsait mənimsəyib.

Mühasib tərəfindən yol verilən bu cinayət əməli Rusiyanın Buryatiya respublikasında baş verib. İki il iki ay ərzində mühasib olaraq çalışdığı Kurumkanskiy qocalar və əlillər üçün internat evində, qadın öz maaşını artırmaq yolu ilə xeyli vəsait mənimsəyib. Belə ki, 2013-cü ilin mart ayından 2015-ci ilin may ayınadək bu “zirək” vətəndaş saxta məlumatlar daxil etməklə 1,168 milyon rubl oğurlayıb. Barquzinskiy rayon məhkəməsi mühasib Yevreyevanı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (dələduzluq) təqsirli bilərək, barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarıb, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə isə şərti olaraq ona qarşı 4 il sınaq müddəti tətbiq olunması haqda qərar çıxarılıb.  Eləcə də məhkəmə dələduz mühasibdən mənimsədiyi zərəri geri qaytarmaq və onun mühasibat uçotu sahəsində və bütün Rusiya üzrə yerli idarəetmə orqanlarında 2 il ərzində vəzifə tutmaq hüququndan da məhrum edib.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu ölkədə bundan sonra turistlərdən vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0

Rusiyanın Turizm Operatorları Assosiasiyasının məlumatına əsasən, 2018-ci il boyunca Yunanıstanın mehmanxanalarında və lisenziya almış apartamentlərində hər sutka üçün turist vergisi yığılacaq. Vergini ya əvvəlcədən, ya da mehmanxanada qalmaq müddəti başa çatandan sonra ödəmək mümkündür. Verginin məbləği isə mehmanxananın “ulduz” sayından asılıdır. “Beşulduz” mehmanxanada 1 nömrə üçün gündəlik verginin məbləği 4 avro, “dördulduz” mehmanxanada isə 3 avro, “üçulduz” nömrə üçünsə 1,5 avro müəyyənləşdirilmişdir. Aşağı kateqoriyalı qonaq yerlərində bir gecə qalmaq üçün 0,5 avro ödəmək lazım gəlir.

“Dördulduz” səviyyəli apartamentin 1 günlük vergisi 1 avro, “üçulduz” üçün 0,5 avro, “ikiulduz” və “birulduz” apartamentlərinki isə 0,25 avrodur. Turizm Operatorları Assosiasiyasının məlumatında o da qeyd edilmişdir ki, Yunanıstanda bəzi hotellər, əsasən də yüksək kateqoriyaya aid bahalı mehmanxanalar turist vergisini öz üzərlərinə götürməyə hazır olduqlarını bildirmişlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.