Mühasib qadın 47.000 manat pulu necə oğurladı???

posted in: muhasibat, Xəbər | 0

36 yaşlı mühasib qadın 1 milyon 580 min rublu (47.000 manat) mənimsəyib. Mühasib dörd il ərzində həmin pulları öz hesabına köçürübmüş.

Hadisə Voronej yaxınlığında Novousmanskiy rayonunda baş verib. Bələdiyyə təhsil müəssisəsinin keçmiş baş mühasibi 1 milyon 580 min rubl məbləğində pulu qeyri-qanuni yollarla məmisəyib.

Hadisə barədə Rusiya DİN-nin Voronej üzrə baş idarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 36 yaşlı mühasib əmək haqqı adı altında böyük məbləğdə pul vəsaitlərini öz bank hesabına köçürübmüş. Sonra isə həmin vəsaitləri hesabından çıxararaq, öz istəyinə uyğun xərcləyib. Maraqlısı budur ki, mühasib həmin saxtakarlığı 2013-2017-ci illər arası, yəni dörd il ərzində edibmiş. Amma, bu cinayət əməli ilə bağlı fakt bu yaxınlarda aşkar olunub.

Baş vermiş hadisə ilə bağlı “mənimsəmə və ya talan etmə” maddəsilə cinayət işi qaldırılıb. Mühasib qadını on ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sosial müavinətlər artırıldı

posted in: Müavinət, Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Unutqan mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibləri təkcə vergiləri ödəmədiklərinə görə cinayət maddəsilə məsuliyyətə cəlb olunmurlar. Cinayət məcəlləsində səhlənkarlıq maddəsi də var. Bu maddə ilə də istintaqa cəlb olunma halları az olmur. Məsələn, bir neçə il əvvəl Moskva vilayətinin vergi müfəttişliyi “Vdoxnovenie” adlı yerli bələdiyyə müəssisəsində planlı yoxlama aparıb. Müfəttişlər müəyyən ediblər ki, mühasib gəlirləri gizlədib və mühasibat uçotunu təhrif edib. Nəticədə dövlət büdcəsinə beş milyon rubl zərər dəyib. İlkin olaraq müstəntiqlər həmişə olduğu kimi CM-nin 199-cu maddəsilə cinayət işi qaldırıblar. Lakin, sonra aşkara çıxıb ki, müəssisənin mühasibi Rimma Şarapova iyul ayında “Mosremservis” ASC cəmiyyəti ilə apardığı hesablaşmalar zamanı əldə edilən gəliri sadəcə mühasibat uçotuna daxil etməyibmiş. Təbii olaraq, həmin məbləğdən vergi də ödənilməyib. Özü də xanım mühasib bundan hər hansı bir fayda götürməyib. Sadəcə o, həmin məbləği uçota salmağı yaddan çıxarıb. Sonda Rimma Şarapovaya qarşı səhlənkarlıq maddəsilə cinayət işi qaldırılıb. Əlbəttə ki, qadın mühasib öz təqsirini inkar etməyib, hər şəyi etiraf edib. Müəssisə isə dəymiş zərəri ödəyib. Nəticədə Rimma Şarapova amnistiyaya düşüb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Çoxuşaqlı analar üçün müavinət artırıldı

posted in: Müavinət, Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.