Məcburi audit subyektləri üzrə auditdən keçmə meyarları mövzusunda iclas keçirilib

posted in: Audit, Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2018-ci ilin 16 fevral tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında  2018-ci ilin 16 fevral tarixində növbəti “dəyirmi masa” iclası keçirilmişdir. “Dəyirmi masa”da Auditorlar Palatasının Sədri Vahid Novruzov “Dünya praktikasında məcburi audit problemləri” mövzusunda çıxış etmişdir.

Daha sonra  Sədrin elmi-metodik məsələlər üzrə müşaviri  N.Talıbov tərəfindən “Məcburi audit subyektləri üzrə auditdən keçmə meyarları” barədə məruzə təqdim olunmuşdur. Məruzə ətrafında müzakirələr aparılmış və “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verilmişdir. Sonda təkliflər nəzərə alınmaqla sənədin yenidən işlənib hazırlanmaqla müvafiq ünvanlara baxılmaq üçün göndərilməsi  tövsiyyə edilmişdir.

“Dəyirmi masa”da həmçinin Auditorlar Palatasının fəaliyyətində mövcud olan digər aktual məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.

Mənbə: audit.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Uşaq istəmirsənsə, vergi ödə!

posted in: Vergi, Xəbər | 0

Rusiyada qəribə vergi öhdəliyi qoyula bilər.

Uşağı olmayan ailələr buna görə vergi ödəməli olacaq. Moskva Hökumətinin Sosial siyasət və əmək münasibətləri üzrə sədr müavini Nikolay Qubenko bu barədə bildirir ki, Moskvada kifayət qədər yaxşı təmin olunmuş, amma uşaqsız ailələr var. Həmin təminatlı ailələrin ya uşaqları olmalıdır, ya da uşaq istəmirlərsə, vergi verməlidirlər.

Qubenkonun sözlərinə görə, bu həm demoqrafik artıma xidmət edəcək, həm də varlı ailələrdən alınan vergi aztəminatlı, çoxuşaqlı ailələrə veriləcək.

Rusiyadan başqa İtaliyada (Mussolininin vaxtında) və XX əsrin əvvəlində Bolqarıstanda subaylıq vergisi tutulurdu. Eradan əvvəl isə Romada subaylıq sultanlıq deyil, artıq xərc hesab olunurdu.

Mənbə: publika.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ötən ay taxes.gov.az internet səhifəsinə nə qədər daxilolma olub??

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicilərinə göstərilmiş xidmətlər haqqında 

2018-ci ilin yanvar ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 36.771 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 148.805 SMS göndərilib.

Ay ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) 483.676 daxilolma qeydə alınıb, saytın “Sual-cavab” bölməsi vasitəsilə daxil olan 260 sual cavablandırılıb.

Yanvar ayında vergi ödəyicilərinə xidmət strukturlarında 43.449 vətəndaşa 63.416 sayda xidmət göstərilib. Vergi ödəyicilərinə 31.559 sayda “ASAN İmza” sertifikatı verilib. 7.496 vergi ödəyicisi (1.036 hüquqi şəxs, 6.460 fiziki şəxs), 2.129 təsərrüfat subyekti (obyekti), 1.255 nəzarət-kassa aparatı və 702 POS-terminal qeydiyyata alınıb. 

Media və Kommunikasiya Mərkəzi

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi orqanlarında uçotda olmayan vətəndaşlardan mal alanda malsatanın məlumatları Vergilər Nazirliyinə nə vaxt və hansı formada verilməlidir?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi orqanlarında uçotda olmayan vətəndaşlardan hər hansısa bir malı alanda alış aktında şəxsiyyət vəsiqəsində qeydləri dəqiq yazandan sonra Vergilər Nazirliyinə hansı formada məlumat verməliyik? Çox xahiş edirəm bu haqda ətraflı məlumat verəsiniz (yəni ki məlumatı ən geci hansı vaxtda və yaxud hansı formada yoxsa səyyar yoxlama keçirilən vaxt verilir).

Cavab: Vergi ödəyicisi olmayan şəxslərdən alınmış mallar barədə məlumat sərbəst formada olmaqla ödəniş edildikdən sonra qısa müddətdə vergi orqanına təqdim edilməlidir.

Bax: Vergi Məcəlləsinin 3.5-ci, 73-cü və 124-cü maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.