İnsanın psixologiyasına təsir edən peşələr (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
Hüquqşünas

Hüquqşünasları uzaqdan tanımaq mümkündür. Səliqəli saç düzümü, ciddi işgüzar kostyum və əlində tutduğu diplomat-portfel bunu büruzə verir. Femida qoruyucularının böyük əksəriyyətinin bu cür rəsmi zahiri görkəminə, onların həddindən artıq təmkinli olmalarını da əlavə etmək lazımdır. Bu insanlar suallara çox dəqiq və ardıcıllıqla cavab verir və peşəkar terminlərdən istifadə etməyi çox sevirlər.

Mühasibat uçotu

Bəzi ekspertlər zarafatla belə deyirlər: Mühasib – bu diaqnozdur. Pedantizmi (xırdaçılıq, vasvasılıq) mühasiblər çox vaxt öz ailələrinə də keçirirlər. Həyat yoldaşı həyəcanlanmaya bilər: Ailə büdcəsinin planlaşdırılması etibarlı əllərdədir, mənzil isə təmiz və səliqəli saxlanılacaq. Buna əmin olun.

Jurnalistika

İşdə olduğu kimi həyatda da jurnalistlər çox səthi davranış sərgiləyə bilirlər. Bunun nə ilə bağlı olduğu aydındır: bu peşə materialın detallı öyrənilməsini ehtiva etmir, ona görə jurnalistin maraqları dərininə deyil, eninə istiqamətlənib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Məzuniyyət və Əmək haqqı məbləğinin ayrılıqda vergiyə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

Sual: Bilmək istərdim ki, əmək müqaviləsi, məsələn, 1 illikdir. 1 oktyabrdan 30 sentyabra kimi. Oktyabr ayında əvvəlki ilin istifadə edilməyən məzuniyyət günlərinin kompensasiyasını hesablayarkən, vergi necə hesablanır, maaşla birlikdə və ya ayrıca hesablanmalıdır? Bildiyim qədəri ilə əmək ili bitdiyindən o ayrıca hesablanmalıdır və bir yerdə oktyabr ayının gəliri ilə hesablanıb vergi tutula bilməz. Bu barədə mənə ətraflı məlumat verməyinizi xahiş edirəm.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan halda başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinin yerinə ödənilən kompensasiyadan gəlir vergisi ayrı, oktyabr ayının əmək haqqından isə ayrı hesablanmalıdır.

Onu da qeyd edək ki, məzuniyyət günlərinin yerinə ödənilən kompensasiyadan gəlir vergisi hesablanan zaman Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində göstərilən güzəşt nəzərə alınmır.

Bax: Vergi Məcəlləsinin 98.1-ci maddəsi, Əmək Məcəlləsinin 140-cı və 144.2-ci maddəsi.

Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanunu və Inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Tüfeylilik vergisi” ləğv olundu

posted in: Vergi, Xəbər | 0

Belarusun ölkə başçısı Aleksandr Lukaşenko “Tüfeylilik vergisi” adlandırılan yığımın ləğvi ilə bağlı sərəncam imzalamışdır. Sənədə əsasən, işləməyən vətəndaşlar dövlət xərclərinin maliyyələşdirilməsi üçün yığımdan azad edilmişlər.

Sərəncamda bildirilir, Belarusda daimi fəaliyyət göstərən komissiyalar ölkənin işsiz vətəndaşlarının işə düzəlməsinə yardım edəcək. Komissiyalara parlamentin deputatları, yerli hakimiyyət orqanlarının ekspertləri və ictimai birliklərin nümayəndələri daxil  ediləcək və onlara geniş səlahiyyətlər veriləcək.

Xatırladaq ki, Belarus Prezidentinin tüfeylilik əleyhinə yönəldilmiş dekreti 2015-ci ilin aprelində imzalanmışdır. Həmin sənədə əsasən, işləməyən və vergi ödəməyən əməkqabiliyyətli vətəndaşlar hər il dövlət büdcəsinə 200 ABŞ dolları məbləğində vəsait ödəməli idilər. 2017-ci ilin fevralında bu dekretlə bağlı ölkədə etiraz nümayişləri keçirilmiş, martda isə Prezident Lukaşenko bu yığımın bir illiyə dayandırılması ilə bağlı sərəncam imzalamışdır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşçiyə keçmiş iş illərində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənildikdə gəlir vergisi 2018-ci il üçün necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Sual: İşçiyə keçmiş iş illərində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənildikdə gəlir vergisi 2018-ci il üçün necə hesablanır?

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə ayrı-ayrılıqda, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə qanunvericiliyə uyğun olaraq gəlir vergisinə cəlb olunur. Əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli (173 manat) vergitutulan gəlirdən çıxılır.

Bax: Əmək Məcəlləsinin 140-cı və 144.2-ci maddəsi, Vergi Məcəlləsinin 98.1-ci və 102.1.6-cı maddələri, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.