Artırılmış pensiyaların veriləcəyi tarix açıqlandı

posted in: Xəbər | 0

Hazırda pensiyalara edilmiş artımlarla bağlı müvafiq dəqiqləşdirmələr aparılır. Fevral ayının 13-dək bu işlərin yekunlaşdırılması və fevral ayının 14-dən etibarən fevral ayı üzrə pensiyaların maliyələşdirilməsinə başlanması nəzərdə tutulur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

Yanvar ayı üzrə pensiyalara edilmiş artım fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar”.

Mənbə: oxu.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı

posted in: Xəbər | 0

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulu.

British Council Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulunu elan edir.

Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə British Council tərəfindən icra olunur. Proqramın əsas məqsədi Bakı şəhərində yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər.

Layihədə iştirak etmək istəyən şəxslər seçim meyarları və tələb olunan şərtlərlə tanış olmaq üçün Proqram barədə elanı buradan oxuya bilərlər.

Müraciət üçün doldurulmuş Ərizə Forması 20 fevral 2018-ci il tarixindən gec olmayaraq  elektron poçt ünvanına göndərilməlidir.

Layihə barədə sualınız olarsa Layihənin meneceri, Nigar Nəsrullayeva ilə əlaqə saxlaya bilərsiniz.

Mənbə: www.britishcouncil.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 39
Bakı şəhəri, 8 fevral 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel
tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ
xidmət Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 805-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 3352 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndindən “Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının
Baş naziri                                            Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə Elm-Tədris Mərkəzində daha bir ödənişsiz təlim layihəsi!

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində daha bir ödənişsiz təlim layihəsi!

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, tarixinin 50-ci ildönümü ilə əlaqədar olaraq daha bir ödənişsiz təlim layihəsinə start vermək qərarına gəlmişdir.

Layihə haqqında ətraflı məlumat:

Namizədlərdən test və müsahibə əsasında 5 mühasib seçilərək 3 ay ərzində ödənişsiz olaraq təlim keçmək imkanı əldə edəcəklər. Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir.

Göstərdikləri nəticələrindən asılı olaraq, layihə iştirakçıları əməkdaşlıq etdiyimiz şirkətlərə tövsiyə ediləcəkdir. Layihə 01.03.18 – 01.06.18 tarixləri ərzində baş tutacaqdır.

İştirakçılara dair tələblər:

• Ali və ya orta ixtisas təhsilli şəxslər, tələbələr;
• Komandada işləmək bacarığı;
• İntizamlılıq və məsuliyyətlilik;
• Bu sosial layihə haqqında daha çox insanı məlumatlandırmaq üçün postu paylaşmalı və 3 nəfər dostunu işarələməli (tag).

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən özləri haqqında məlumatı 19 fevral 2018-ci il tarixinə qədər elektron ünvanlarına göndərmələri xahiş olunur. Mövzu yerinə “50 illik” qeyd etməyi unutmayın.

Əlaqə vasitələri:
Telefon: +994124048159;
E-mail:
Web: www.tedris-maliyye.gov.az

Mənbə: www.tedris-maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.