Haqqında şikayətlər daxil olan vergi əməkdaşları barəsində sərt tədbirlər görüləcək

posted in: Vergi, Xəbər | 0

“Əsas hədəflərimiz vergi ödəyiciləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi, təmassız münasibətlərin genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin informasiya texnologiyaları üzərindən həyata keçirilməsidir”.

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır: “Vergi ödəyicilərinin fiskal yükü tarazlı şəkildə müəyyən edilməli və vergi öhdəlikləri birtərəfli hesablamalara əsaslanmamalıdır. Sahibkar, xüsusilə də kiçik və orta biznes inkişaf prosesinə həssas kateqoriyadır və fiskal öhdəliklər real inkişaf göstəricilərinə, əldə olunan gəlirə uyğun tətbiq edilməlidir”.

Nazir əlavə edib ki, haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqından ölçülər götürüləcək: “Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq”.

Mənbə: report.az

Vergilər Nazirindən daha bir xəbərdarlıq

posted in: Vergi, Xəbər | 0

“Bir sıra yerli və xarici şirkətlər qanunvericilikdəki boşluqlardan istifadə edərək vergilərdən yayınırlar”.

Bunu “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda vergilər naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bir sıra şirkətlər vergidən yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini işə götürüblər:

“Bir sıra yerli və xarici şirkətlər qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarında informasiyanın müvəqqəti olmamasından sui-istifadə edərək vergidən yayınma hallarına yol verirlər. Bu şirkətlər vergidən yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini, hüquqşunasları işə götürürlər. Onlar vergidən yayınan şirkətlərinin maraqlarını müdafiə edirlər. Bizim bu hallar barədə məlumatımız var və belə davranış davam edəcəyi təqdirdə, bir gün vergi müfəttişinin sizin qapınızı döyməsinə təəccüblənməməlisiniz.

“MARKETLƏR ÇEK VERMİR”

Əgər Siz hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir. Dövlətin, vətəndaşın və sahibkarın maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatının inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat leqal iqtisadiyyatda dövriyyə etməlidir”.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Naziri: “Vergidənyayınmanın qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə edilməməlidir”

posted in: Vergi, Xəbər | 0

“Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Amma bu, o demək deyil ki, nəzarət zəifləyəcək”.

Bunu Vergilər Nazirliyinin “Vergilər, Şəffaflıq, İnkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: “İkili mühasibatlığın aparılması, gölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər”.

Nazir həmçinin deyib ki, rəhbərlik etdiyi qurum sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda ƏDV-nin differensiallaşdırılması təklif olunur

posted in: Vergi, Xəbər | 0

“Azərbaycanda bütün məhsullara standart ƏDV təyin edilib və bu, 18%-dir. Avropa ölkələrində isə bu rəqəm 15-25% arasında dəyişir”.

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, Şəffaflıq, İnkişaf” adlı konfransda çıxış edən deputat Vahid Əhmədov deyib.

V. Əhmədov təklif edib ki, ƏDV-nin dərəcəsi differensiallaşdırılmalıdır: “Təklif edirəm ki, bizdə də ƏDV differensiallaşmalıdır. Digər məsələ Vergilər Nazirliyinin proqnoz tapşırığı ilə bağlıdır. Proqnozu 7 mlrd. manat yazaraq nazirliyi zərbə altına qoymaqla nəyə nail olacağıq? Gərək nazirliyin müvafiq bazası olsun ki, bu proqnozu yerinə yetirsin. Mən həm İqtisadiyyat, həm də Vergilər Nazirliklərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.

Sonda millət vəkili bütün vergi ödəyicilərini prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.