Sadələşdirilmiş vergidən ƏDV-yə keçmə öhdəliyi – Satış dövriyyəsi yoxsa daxil olan vəsaitin məbləği nəzərə alınmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: Sadələşdirilmiş vergi odəyicisinin əvvəlki 12 ay üzrə satış dövriyyəsi 240.000 Azn, hasilat isə 160.000 Azn olmuşdur. Vergi ödəyicisi ƏDV qeydiyyatına ərizə verməlidirmi? Əvvəlcədən təşəkkür edirəm!

Cavab: Bildiririk ki, ƏDV-nin vergitutma bazasını malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi təşkil etdiyindən, sorğunuzda qeyd olunan halda ƏDV-nin məqsədləri üçün ərizə verilməlidir.

Bax: Vergi Məcəlləsinin 155.1-ci və 218.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dövlət qulluğu ilə bağlı qərarda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 40
Bakı şəhəri, 9 fevral 2018-ci il
“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarında
dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2, maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631) 2-ci hissəsindəki cədvəldə “125” rəqəmi “130” rəqəmi ilə əvəz edilsin.
  2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                               Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən təhlükəli peşələr (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Katibələr arxasında əyləşdikləri stolun üst taxtasından da ciddi baş zədələri ala bilərlər. Misal üçün, Moskva şirkətlərindən birində təcili şəkildə direktorun tələb etdiyi sənədlər katibənin əlindən sürüşərək stolun altına düşür. Qadın sənədləri götürmək üçün stolun altına əyilir. Bu zaman telefon zəng çalır və əməkdaş qəfil qalxmaq istərkən başıyla stolun üst taxtasına çırpılır. Zərbə o qədər güclü olur ki, katibə huşunu itirərək, stolun altına düşür. Sənədlərin gec gətilməsindən qəzəblənən direktor içəri daxil olanda, katibənin huşsuz vəziyyətdə stolun altında uzanmış görür. Nəticədə qız iki həftə müddətində xəstəxanada yatmalı olur. Yaxşı ki, işlədiyi şirkət heç olmasa onun xəstəlik vərəqəsinə görə xərclərini ödəyib.

Peterburq və Moskvada kuryerlərə bir çox hücum faktları qeydə alınıb. Burada çox sadə sxemdən istifadə olunub, belə ki, mal İnternet üzərindən alınıb və kuryer həmin malı kirayəyə götürülən mənzilə aparıb. Mənzilə daxil olan kuryer döyülüb və əlindəki mal da ondan alınıb. Cinayətkarları ələ keçirmək mümkün olmayıb, belə ki, onlar tez-tez kirayə götürdükləri mənzilləri dəyişirlərmiş.

Kuryer işi asan iş deyil: İtirdiyi mallara görə maddi məsuliyyət daşımaqla yanaşı onlar həm də öz müdafiələrinin qayğısına qalmalıdırlar. Onlar digərlərindən daha tez-tez maşın altına düşürlər, çünki sənədləri və ya malları ünvanına çatdırmağa tələsirlər və belə ki, özləri qırmızı işıqda keçərək, yol qaydalarını pozurlar. Onu da demək lazımdır ki, kuryerlərin müalicə xərclərini də onlar özləri ödəməli olurlar.

Bəzilərinin düşündüyü kimi mühasib işi heç də darıxdırıcı və usandırıcı deyil. Bu, ilk baxışdan elə görünə bilər. Onlara da tez-tez dələduzlar və qarətçilər hücum edirlər. Eləcə də mühasiblər mülkiyyət oğurluqlarında, saxtakarlıqda da ittiham olunurlar. Vergi orqanları onlara qarşı sənədlərin saxtalaşdırılması və vergi yayındırmalarında ittiham olunurlar. Bunun üzərinə həm də avantüranı sevən direktorları da əlavə etsək, onda mühasiblərin bu “qaranlıq” maliyyə işlərinə daha tez-tez bulaşmaqlarının səbəbləri məlum olur. Bir çox hallarda isə bu səbəbdən mühasiblər də iştirakçı kimi həbsxanaya düşürlər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.  

Digər məqalələrimizi bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünyanın 5 ən zəngin insanı 16,3 milyard dollar itirib

posted in: Xəbər | 0

ABŞ-dakı birjaların çökməsi dünyanın 5 ən zəngin insanının sərvətinin 16,3 mlrd. ABŞ dolları azalaraq 366 mlrd. dollara düşməsinə səbəb olub.

Ən çox ziyan “Amazon”un qurucusu Jeff Bezos-a dəyib. İş adamı 4 gün ərzində 5,3 mlrd. dollar itirib. Hazırda onun aktivlərinin dəyəri 113,2 mlrd. dollardır.

“Microsoft”un qurucusu Bil Gates-in itkisi 2 mlrd. dollar, “Berkshire Hathaway Inc.” Korporasiyasının İdarə Heyətinin sədri Warren Buffet-in itkisi 3 mlrd. dollardan çox olub.

“Facebook”un qurucusu mark zuckerberg 3,4 mlrd. dollar, “Google”un qurucuları Larry Page və Sergey Brin isə ümumilikdə 4,1 mlrd. dollar itiriblər.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.