Azərbaycanda dövriyyəyə yeni sikkələr buraxıla bilər

posted in: Xəbər | 0

Ötən il bütün dünyada dəmir pulların həcmi artsa da, Azərbaycanda banklar həmin pulları iqtisadiyyata çatdırmaqda “tənbəllik” edir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Banklar daşınma, çatdırılma xərclərini nəzərə alaraq, dəmir pullarla maksimum az işləyir. Baxmayaraq ki, ticarət sisteminin buna böyük ehtiyacı var. Hazırda Mərkəzi Bank ticarət şəbəkəsi ilə birbaşa, bankların iştirakı olmadan işləyir. Dəmir manatlıqlara gəlincə isə, iqtisadiyyat tələb edərsə, onlar dövriyyəyə buraxıla bilər”, – deyə E.Rüstəmov əlavə edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünyanın ən dəyərli bankları məlum olub

posted in: Xəbər | 0

“Brand Finance” Beynəlxalq Brend Qiymətləndirməsi Agentliyi dünyanın ən dəyərli banklarının adlarını açıqlayıb.

Siyahıda ilk yeri 59,189 mlrd. ABŞ dolları marka dəyəri ilə Çinin “ICBC” bankı tutub. İkinci yerdə 56,789 mlrd. dollarlıq göstərici ilə ”China Construction Bank”, üçüncü yerdə isə 44,098 mlrd. dollarlıq göstərici ilə ABŞ-ın “Wells Fargo” bankı qərarlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Turizm şirkətlərinin booking.com kimi saytlara rezervasiyaya görə ödədiyi məbləğ vergiyə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Turizm sektorunda rezervasiya xidmətləri göstərən Booking.com, Expedia.com və digər bu kimi saytlara və o cümlədən qonaqların göndərilməsində agent (bildiyimiz turizm agentlikləri nəzərdə tutulur) kimi iştirak edən qeyri-rezident fiziki və hüquqi şəxslərə ödənilən vəsaitlər ödəmə mənbəyində vergiyə cəlb olunurmu? Xahiş edirəm, mümkün qədər detallı və Vergi Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq izahat verəsiniz.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan saytlar vasitəsi ilə rezervasiya xidmətlərini göstərən, habelə xarici dövlərlərdən olan turistlərin Azərbaycan Respublikasına gəlməsini təşkil edən qeyri-rezident şəxslərin əldə etdiyi gəlirlər Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdırlar.

Bax: Vergi Məcəlləsinin 13.2.18-cu və 125.1.5-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

11 fevral – Vergi xidməti işçilərinin peşə bayramı günü

posted in: Vergi, Xəbər | 0

Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolunu nəzərə alaraq bu peşə bayramı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2005-ci ildə təsdiq olunub.

Azərbaycanda xidməti vergi işçilərinin peşə bayramı günü hər il 11 fevral tarixində keçirilir. Bayram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən keçirilir.

2000-ci il fevralın 11-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmışdır, buna görə də bayram məhz bu günə salınmışdır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.