Sadələşdirilmiş verginin dövriyyəsinin qaldırılması təklif olunur

posted in: Vergi, Xəbər | 0

“Mən hesab edirəm ki, yeni Vergilər Məcəlləsinin işlənməsinə ehtiyac var”

Bunu “Vergilər, Şəffaflıq, İnkişaf” adlı konfransda Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

“Təklif edirəm ki, yeni Vergilər Naziri tərəfindən Vergilər Məcəlləsi işlənib hazırlansın və Milli Məclisə təqdim olunsun”.

Vahid Əhmədov bildirib ki, sadələşdirilmiş vergidə dövriyyə həddi 200 min manatdan 400 min manatadək qaldırılmalıdır:

“Bu gün sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN açır və dövriyyə 200 min manata çatan zaman fəaliyyətini dayandırır. Sonradan yeni bir adla vergi ödəyicisi kimi fəaliyyətə başlayır. Belə olan halda vergi ödəyicilərinin sayı süni şəkildə artır. Təklif edirəm ki, sadələşdirilmiş vergidə dövriyyə həddi müzakirə edilərək 400 min manatadək artırıla bilər. Bu həddi keçən sahibkarlara 15% kimi vergi tətbiq edilməlidir”.

Vahid Əhmədov bildirib ki, Əlavə Dəyər Vergisi (ƏDV) diferensiallaşdırılmalıdır: “Nə üçün ƏDV yalnız 18% olmalıdır?! Dünyanın bir çox ölkələrində ƏDV sektordan asılı olaraq 10-25% civarında dəyişir. Tezliklə Azərbaycanda da  müxtəlif dərəcələrdə ƏDV-nin tətbiqinə başlanmalıdır”.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergitutma bazası genişləndiriləcək

posted in: Vergi, Xəbər | 0

Azərbaycanın Vergilər Naziri vergitutma bazasının genişləndirilməsini təklif edib.

“Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir”.

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən Vergilər Naziri Mikayıl Cabbarov deyib.

O, vergitutma bazasının genişləndirilməsinin tərəfdarı olduğunu deyib: “Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq”.

Vergilər Naziri mühasiblərə xəbərdarlıq etdi

posted in: Vergi, Xəbər | 0

Nazir: “Peşəkar mühasiblər barədə ayrıca danışmaq istəyirəm. Bulanıq su o şəxslərə lazımdır ki, qanunsuz yolla pul qazanmaq istəyir. Vergi hesabatı dolduran mühasib səhv edə bilər, amma saxta məlumat daxil edən mühasib bilməlidir ki, illər keçsə də, o işlərə görə məsul şəxs odur. Nə qədər ki, gec deyil bu işi dayandırın. Yoxsa biz bu işi dayandırmaq üçün fəaliyyətə başlayacağıq”.

Nazir mühasiblərə belə halların qarşısını almaq barədə xəbərdarlıq edərək Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər yığdıqlarını da deyib: “Martın 31-nə qədər təkliflərinizi bizə göndərin”.

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

“Vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır”.

Nazir çıxışında əhaliyə müraciət də edib: “Marketkərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur. Ondan aldığınız çörəyə görə “çek” istəsəz onun xətrinə dəyə bilərsiz. Amma fikirləşsəz ki, vergi nəyə xərclənir, onda tələb edərsiz. Vergi torpaqların qorunmasına, məktəblərin tikilməsinə, hər iki valideynlərini itirən gənclərin təhsilinə xərclənir. Belə bir məsəl var: nəyisə dəyişmək istəyirsənsə, ilk növbədə özündən başla. Biz də ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəyik”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Vergi. Şəffaflıq. İnkişaf” mövzusunda konfrans keçirildi

posted in: Vergi, Xəbər | 0

Fevralın 13-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergi. Şəffaflıq. İnkişaf” mövzusunda konfrans işinə başlayıb.

Vergilər nazirinin müşaviri Elçin Məmmədov konfransın əhəmiyyətindən danışıb və bugünkü tədbirin vergi işçilərinin peşə bayramına təsadüf etdiyini qeyd edib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər vergi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməsi ilə bağlı problem olmayib. “Vergiödəyicilərinin sayını artırmaq lazımdır”, – deyən Z.Səmədzadə hesab edir ki, vergi ödəyicilərinin sayının sivil qaydada artırılmasına nail olunmalıdır.

“Azərbaycanın son 15 ildə əldə etdiyi uğurların ən başlıca amili ölkədə yeni iqtisadi sistemin qurulmasıdır. Yeni iqtisadi sistem ölkənin inkişafını təmin edib. Bu sistemin əsas istiqamətlərindən biri büdcə-vergi sistemidir. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin iqtisadi həyatında mühüm hadisə olub. Risklərin artdığı şəraitdə sabit maliyyə resurslarının təmin edilməsində də vergi sisteminin rolu böyükdür”,- deyə komitə sədri qeyd edib.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.