Yoxlamalar zamanı işləməyən şəxslərin adına kart hesabları açılaraq qanunsuz əmək haqqı ödənildiyi üzə çıxıb

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda apadığı yoxlamalarla bir sıra xarakterik nöqsanlar aşkar edib.

Yoxlamalar zamanı əməkhaqqılarının əsassız olaraq artırıldığı və əsassız olaraq artırılan hissəsinin baş mühasiblərin və onlara yaxın adamların plastik kartlarına köçürülərək israf edildiyi müəyyən edilib.

Bundan başqa, işdən kənarlaşdırılmış və ümumiyyətlə, musiqi məktəbində işləməyən şəxslərin adlarına açılmış plastik kartlara əmək haqqı adı ilə əsassız olaraq böyük məbləğdə vəsait köçürüldüyü aşkarlanıb.

Həmçinin dərslər əsas müəllimlər tərəfindən keçirildiyi və jurnallar onlar tərəfindən yazıldığı halda, dərs saatlarının əvəz edilməsinin digər müəllimlərin adlarına rəsmiləşdirildiyi, faktiki olaraq, işə davamiyyəti olmayan işçilərə və işğaldan sonrakı dövrdə işə qəbul edilmiş və faktiki olaraq işləyən məcburi köçkünlərə orta aylıq əməkhaqqının ödənildiyi də aşkar olunan nöqsanlar sırasındadır.

Eyni zamanada yoxlamalarla abadlıq və təmir işlərinin podratçı təşkilatlar tərəfindən dəyərinin əsassız olaraq artırıldığı və bu hesaba onlara artıq büdcə vəsaitinin ödənildiyi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların, iş və xidmətlərin satın alınması hallarına yol verildiyi, bəzi rayon icra hakimiyyətlərində malların dəyərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitlərin işçilərdən birinin plastik kartına köçürüldüyü və sonradan plastik kartdan nağd qaydada çıxarılaraq pərakəndə satış məntəqələrindən nağd ödənişlə malların alınmasının həyata keçirildiyi məlum olub.

Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrdən təhsil haqqının yığılaraq vaxtında mədaxil edilmədiyi və borcların mühasibat uçotunda düzgün əks etdirilmədiyi, artıq kafedraların və fakultələrin saxlanıldığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə xeyli məbləğdə çatışmazlıqlara yol verildiyi, xəstəxanalarda növbəti illər üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə vakant qalmış ştat vahidlərinin nəzərə alınmadığı və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsinin vakant qaldığı və bu hesaba ənəkhaqqı fondunda yaranmış böyük məbləğdə sərbəst vəsaitin işçilərə əlavə haqq kimi ödəndiyi də nöqsanlar ortaya çıxıb.

Müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlandığı, digər təşkilatlarda öz iş yerlərində işləyən və əmkhaqqı alan işçilərin eyni dövrdə xəstəxanalarda stasionar rejimdə müalicə olunduqlarının sənədləşdirildiyi və onlara əmək qabiliyyətini müvəqqəti itirməyə görə xəstəlik vərəqələrinin verildiyi, statistika idarələrində müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlanıldığı, məzuniyyətdə olan sürücülərin adlarına əməkhaqlarının yazıldığı aşkar olunub.

Həmçinin mövcud qaydalara uyğun olaraq, kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi zamanı bu işlərə məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış alı və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri cəlb edilməli olduğu halda, peşə ixtisasları və işləyib-işləmədikləri barədə müvafiq araşdırmalar aparılmadan faktiki olaraq müxtəlif təşkilatlarda daimi işləyən işçilərin müvəqqəti işçi kimi bu işlərə cəlb edildiyi məlum olub.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hesabat dövründə aparılan yoxlamalarla aşkar olunan nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Şirkətin verdiyi hədiyyələr vergiyə cəlb olunurmu?

posted in: Vergi, Xəbər | 0

Sual: Şirkət müştəri trafikini artırmaq və müştəri loyallığını artırmaq üçün kampaniya keçirərsə və bu kampaniya çərçivəsində şirkət satdığı bir məhsulu/xidməti müştərilərinə hədiyyə edərsə bu hədiyyə edilən məhsul/xidmət vergiyə cəlb olunurmu? Qeyd etmək istəyirəm ki, şirkət MMC-dir və ƏDV ödəyicisidir.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mülkiyyət hüququnun digər şəxsə, o cümlədən də hədiyyə şəklində verilməsi təqdimolunma hesab olunmaqla Vergi Məcəlləsinin 159.4-cü maddəsinə uyğun olaraq ƏDV-yə cəlb olunmalıdır.

Bununla yanaşı, həmin malların (işlərin, xidmətlərin) bazar qiymətlindən aşağı olmayan dəyəri mənfəət vergisinin vergitutma obyektinə daxil edilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü, 104.1-ci, 108-ci və 159.4-cü maddələri.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi borcuna görə şirkətin 2.6 hektar torpaq sahəsi hərraca çıxarılıb

posted in: Vergi, Xəbər | 0

“Uğur-97” tikinti şirkəti torpaq sahəsini Vergilər Nazirliyindən müdafiə edib.

Vergilər Nazirliyi “Uğur-97” tikinti şirkətinə məxsus 2.6 hektar torpaq sahəsini (200 min manat məbləğində) vergi borcuna görə hərraca çıxarıb. Ancaq hərrac keçirilməyə bilər. “Uğur-97” firmasından deyiblər ki, borc tam ödənilib və ödənişlərin bank çıxarışları Binəqədi Rayon Məhkəmə icraçıları şöbəsinə təqdim edilib. Hərracın 17 fevral tarixində keçirilməsi planlaşdırılır. Bakı şəhəri Binəqədi rayonunda yerləşən torpaq sahəsi vergi borcunun məbləğinə görə 200 min manat qiymətləndirilib.

“Uğur-97” firmasının baş mühasibi Sevinc Rəhimovanın sözlərinə görə, borc 2015-ci ildə formalaşıb. “Bu borc üzrə məhkəmə qərarını icra etmək üçün şirkət 2017-ci ilin oktyabrından etibarən vergi öhdəliklərini yerinə yetirməyə başlayıb və artıq dövlət büdcəsinə borc qalmayıb”, – deyə şirkətin nümayəndəsi bildirib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 40-cı hissəsindən “Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, yerli qurumların rəhbərləri, onların müavinləri,” sözləri çıxarılsın və həmin hissədə “dövlət müfəttişləri” sözləri “vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.