Vergi Məcəlləsində kiçik dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2089) 1.2-ci bəndində “növbəti illər üzrə isə” sözlərindən sonra “, həmin ölkələrin və ya ərazilərin siyahısında dəyişiklik edilməsi zərurəti yarandıqda,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən cəfəng iqtisadi cinayətlər – “Hipnozlanmış kassir”

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Rusiyada avtosalonların birində kassir işləyən qadın könüllü şəkildə dələduza yarım milyon pul verib.

Rusiya DİN-nin mətbuat xidmətinin versiyasına görə, hadisə belə baş verib: Bir kişi salona daxil olaraq, özünü bu avtosalona məxsus filiallardan birinin müdiri kimi təqdim edib və ona nağd pul lazım olduğunu söyləyib. Saxtakar eyni zamanda avtosalonun rəhbərinin dəqiq ad və soyadını da kassirə deyib və müəssisənin direktoru ilə telefonda danışan sayaq imitasiya da edib. “Telefon danışığı” zamanı kassadan iri pul əskinasları ilə 500 000 min rubl pul götürəcəyini söyləyib. Bunun qarşılığında da kassir qız sual-cavabsız kassadan tələb olunan pulu götürərək sayıb və aferistə təqdim edib. Kişi getdikdən bir qədər sonra qız özü rəisinə zəng edərək, məsələni dəqiqləşdirmək qərarına gəlib. Soruşub ki, baş ofisdə belə bir şəxs işləyirmi, cavında yox kəlməsini eşidib. Sən demə, kassir pulları könüllü şəkildə dələduza veribmiş. Aldadılan qız bu vəzifədə bir ildən çox vaxt ərzində çalışırmış və təlimata görə pulları yalnız müəyyən şəxslərə verə bilərdi. Kassir niyə təlimatı kobudcasına pozub və hətta yalançı müdiri heç bir sorğu-suala çəkmədən bu qədər pulu niyə ona verib, bax, bunu istintaq müəyyənləşdircək. Artıq cinayət yerindəki müşahidə kameraları incələnib və şübhəlinin fotosu əldə olunub. Dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb.

Arada kiməsə inanmaq istəyirsən. Amma, olmaz… Kiməsə inanmaq lazım deyil.

Digər cinayət: “Mühasib barədə dastan”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

2018-ci ilin yanvar ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

 

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin ferval ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 1-ci rübü üzrə bəyannaməni cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2018-ci ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi cari ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr

  • 2018-ci ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini fevral  ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Exceldə ən zəruri shortcut-lar

posted in: Excel, Xəbər | 0

Excel-dəki əməliyyat sürətini artırmaq üçün müəyyən shortcut-ları bilmək zəruridir. Əlavədən Excel-də istifadə olunan ən bəsit və ən lazımlı shortcut-ların siyahısını endirə bilərsiniz.

Faylı yükləyin – Ən zəruri shortcut-lar

Excel-də hədsiz dərəcədə çox shortcut var. Və əksəriyyəti əməliyyat sürətini, və nəticə etibarilə müəyyən zaman aralığında görülə biləcək iş həcmini ciddi dərəcədə artırır. Öncələri 30 dəqiqəyə sığan əməliyyatın, bu və gələcəkdə paylaşılacaq shortcut-lar vasitəsilə 5-6 dəqiqə kimi qısa zaman ərzində öhdəsindən gəlinə biləcək.

Exceldə sürətinizi artıracaq digər shortcut-ları bilmək üçün aşağıdakı məqalələrə də nəzər yetirə bilərsiniz.

Müəllif: Elçin Xəlilov