Vergi yoxlamaları dayandırılır???

posted in: Vergi, Xəbər | 0
Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırdı

Məlumata əsasən, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına kurasiya nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.

Qeyd edək ki, ötən ilin dekabrında Mikayıl Cabbarov vergilər naziri təyin edilib.

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur.

Mənbə: trend.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Peşəkar təlimçilərlə sizi uğura aparan yol!

posted in: Maliyyə, muhasibat, Xəbər | 0
Bizi niyə seçirlər?!
Peşəkar təlimçilərlə sizi uğura aparan yol!

Bu gün təlim bazarında bu xidmətləri göstərən kifayət qədər tədris mərkəzləri mövcuddur. Bizi digərlərindən fərqləndirən əsas cəhət əminliklə deyə bilərik ki, dinləyicilərimizə ən yaxşı biliyi ən yaxşı şərtlərlə təklif etməyimizdir.

Fəxrlə deyə bilərik ki, maliyyə və mühasibatlıq üzrə 50 illik təcrübəyə malik yeganə tədris mərkəziyik. Beynəlxaq Maliyyə İnstitutları ilə əməkdaşlıq əsasında fəaliyyətimiz ən yaxşı beynəlxalq təcrübəyə uyğun qurulmuşdur.

Bizim əsas özəlliyimiz, hər bir dinləyiciyə fərdi qaydada yanaşaraq mehriban və səmimi mühitdə biliklə və bacarıqlarla yanaşı peşəkar fəaliyyətinizə müsbət təsir edəcək dostlar da qazandırmaqdır.

Biliklə yanaşı hər bir şəxs üçün peşəkar fəaliyyətinizdə lazım olacaq etik davranış qaydalarının formalaşdırılması mühümdür. Bu işdə hər zaman yanınızdayıq.

Serifikat almaqla siz sadəcə kağız deyil, gündəlik işinizdə lazım olacaq nəzəri və praktiki bilikləri əldə edəcəksiniz. Bizim əsas məqsədimiz əldə etdiyiniz biliyi praktikada keyfiyyətlə və düşünülmüş şəkildə tətbiq etməyi öyrətməkdir.

Təlimçilərimiz əsasən öz məktəbimizin nümayəndələri olmaqla tədris etdikləri sahələr üzrə kifayət qədər praktiki təcrübəyə malik peşəkarlardır və hər zaman sizlərə akademik mövzularda məsləhət verəcək və təlim zamanı yaranacaq sualları cavablandıracaqlar.

Müasir tədris metodlarının tətbiqi, zəngin maddi-texniki baza, ən əsası mehriban komandamız və təlimlərdən sonra belə dinləyicilərimizə dəstəyimiz bizi uğura aparan əsas amillərdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini, əlavə təhsilinin təşkilini, habelə maliyyə və mühasibat uçotu sahələrinə dair elmi tədqiqatların aparılmasını təmin edən əlavə təhsil statusu tədris müəssisəsidir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən İxtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi istiqaməti üzrə əlavə təhsil fəaliyyətinə lisenziya verilmişdir (2014-cü il 24 noyabr, № 074508).

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını, o cümlədən  əlavə təhsilinin təşkilini həyata keçirir;
  • dovlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mühasibat işçiləri tərəfindən Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında müasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdə çalışan mühasibat işçiləri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Milli Mühasibat Uçotunun Beynəlxalq Standartları, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir; 
  • maliyyəvə mühasibat sahələrinin inkişafına dair elmi tədqiqatlar aparır;

Bizi seçin ki, sizə peşəkar karyeranızda uğuq qazanmağa dəstək olaq!

http://tedris-maliyye.gov.az/

https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/

Əlaqə telefonu: (+99412) 404 81 59;

E-poçt ünvanı: ;

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkədən çıxarılmasının qarşısı alınıb

posted in: Xəbər | 0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdlərin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra üzərində bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilib.

Vətəndaş üzərində 5000 dollar olduğunu bildirsə də, onun hərəkətləri şübhə yaratdığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama nəticəsində, vətəndaşın şalvarının cibində 70 ədəd – hər biri 100 dollar nominalında əsginaslar olmaqla 7000 dollar, gödəkçəsindəki pulqabında isə 30 ədəd – hər biri 100 dollar nominalında əsginaslar olmaqla 3000 dollar, idman çantasında da 70 ədəd – hər biri 100 dollar nominalında əsginaslar olmaqla 7000 dollar, ümumilikdə 17000 (on yeddi min) dollar aşkarlanıb.

Daha bir fakt isə Bakı-Moskva aviareysi zamanı aşkarlanıb.

Belə ki, həmin reyslə getmək istəyən Rusiya Federasiyası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Lakin vətəndaş üst geyimini və şəxsi əşyalarını aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında plastik qaba yerləşdirib rentgen aparatının lentinə qoyub keçərkən gömrük əməkdaşları monitorda pul əskinaslarına bənzər təsvirlər görüb. Bundan sonra sərnişin saxlanılaraq ona məxsus əşyalara və üzərində şəxsi yoxlama aparılması üçün gömrük zonasında yerləşən yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşına məxsus gödəkçənin cibindən 190 ədəd – hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 19000 (on doqquz min) dollar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2013-cü il tarixli, 305 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.7-ci bəndi və 1 saylı Əlavəsinin6-cı bəndinə əsasən gömrük sərhədindən keçirilən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar yazılı formada bəyan olunmalıdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.03.2016-cı il tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə Qaydaların 2-ci bəndinə əsasən,Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci və 3-cü mərtəbələrində gömrük məlumat məntəqələri, həmçinin malların, o cümlədən, xarici valyutanın gömrük sərhədindən keçirilməsi qaydalarını özündə əks etdirən “Məlumat Lövhələri” mövcuddur.

Bir daha diqqətinizə çatdırırıq ki, gömrük sərhədindən keçən sərnişinlər tərəfindən yuxarıda göstərilən qanunvericilik aktlarına riayət olunması məqsədilə, qeyd olunan “Məlumat Lövhələri”ndən və gömrük məntəqələrindən məlumat əldə etmək imkanına malikdirlər.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Təsisçi tərəfindən verilmiş borc məbləğinə faizləri necə hesablamalı???

posted in: Məqalə, Xəbər | 0

Sual: Təsisçi tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Bu deyilənə misal olaraq təsisçidən müəsisəyə verilən borcun 2.000 manat olduğunu nəzərə alsaq, büdcəyə ödəniləcək verginin hesablanması qaydasını və miqdarını zəhmət olmasa cavablandırardınız.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd etdiyiniz halda ödəmə mənbəyində verginin məbləğinin hesablanması üçün ilk növbədə eyni valyuta ilə, oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi müəyyən edilməlidir. Borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi bizə məlum olmadığından vergi məbləğinin dəqiq hesablaması imkanlarımız xaricindədir.

Misal olaraq, borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi 15%-dir. Bu halda ödəmə mənbəyində tutulmalı verginin məbləği 30 manata ( 2000*15%*10%) bərabər olacaqdır. Borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi barədə məlumat almaq üçün Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: Vergilər Nazirliyi

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.