Hesablama Palatası Təhsil Nazirliyinin və ADIF-in fəaliyyətini yoxlayıb

posted in: Xəbər | 0

Hesablama Palatasının Kollegiyasının növbəti iclası keçirilib.

İclasda dövlət büdcəsinin investisiya xərclərindən və ehtiyat fondlarından Təhsil Nazirliyinə əsaslı vəsait qoyuluşu üçün ayrılan vəsaitlərin istifadəsinə dair və ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qəddarcasına qətlə yetirilən 28 yaşlı qadın mühasib

posted in: Xəbər | 0

Mühasib peşəsinin heç də asan bir iş sahəsi olmadığı barədə çox deyilib, çox yazılıb. Təkcə daşıdığı vəzifə məsuliyyəti və cavabdehliyi sarıdan deyil, həm də ümumən bu peşəni təhlükəli peşələr sırasına aid etmək olar. Bəzi hallarda mühasiblərin qətlə yetirilməsi faktları da baş verir. Məsələn, ötən ilin may ayında Rusiyada belə bir qətl hadisəsi baş verib.

Sosial idarələrdən birinin 28 yaşlı qadın əməkdaşı işə gəlib çıxmayıb. Telefon zənglərinə də cavab verməyib. Həmkarları onun evinə gediblər. Qapını açdıqda mühasibin döşəmədə qan gölməçəsi içində uzanmış vəziyyətdə tapırlar.

Dəhşətli qətl hadisəsi Omsk vilayətinin Azov rayonunda baş verib. Əmək və sosial inkişaf nazirliyinin rayon idarəsinin baş mühasibi  İrina Z. qətlə yetirilib.

Həftənin ikinci günü, mayın 16-a qadın qəfil dən işə çıxmayıb. Rəhbərlik və işdəki həmkarları gün ərzində ona zəng etsələr də, telefona cavab verən olmayıb. Bundan həyəcanlanan işdəki həmkarları iş gününün sonunda onun evinə gediblər. Evin qapısı bağlı olub, lakin bir qədər sonra onlar qapını açıb içəri daxil biliblər.  İşçilər evə girdikdə dəhşətli mənzərə ilə üz-üzə gəliblər – mühasib boğazı kəsilmiş vəziyyətdə döşəmə üzərində uzanıb, ətrafını isə qandan yaranan gölməçə bürüyübmüş. Meyitin yanında bıçaq da olubmuş.

Polisin araşdırmalarından sonra məlum olub ki, evdən pul və bütün qiymətli şeylər oğurlanıb, eləcə də mərhumun üzərindəki qızıl-zinət əşyaları da çıxarılaraq götürülüb.

Sözügedən nazirliyin rayon idarəsi qətl hadisəsini baş mühasibin peşə fəaliyyəti ilə bağlı olmadığı qənaətinə gəliblər və ölüm faktını məişət kriminal hadisəsi kimi dəyərləndiriblər. Çünki mühasib heç vaxt evində dövlətə aid pullar və ya sənədlər saxlamayıb. İş yerində qadın yaxşı xarakterizə olunub, vicdanlı işçi olduğu barədə rəylər var. Səyahət etməyi də xoşlayıbmış.

Azov rayon sakinləri isə hadisədən şok keçiriblər. Belə ki, rayonda  bu cür dəhşətli son qətl hadisəsi düz on il əvvəl baş veribmiş.   

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi hazırlanıb

posted in: Xəbər | 0

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq,  Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

Vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu sənəd “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” prezident sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli prezident sərəncamına əsasən təşkil edilmiş işçi qrup hazırlayıb.

İşçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan  müddəalar əsas götürülüb.

Daha sonra qanun layihəsi müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Onun sözlərinə görə, layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işlərdən bəhs edib. O, hazırkı şəraitdə belə bir qanunun qəbulunun vacibliyini vurğulayıb.

Gənclər və idman komitəsinin sədri Fuad Muradov azad iqtisadi zonaların səmərəli fəaliyyəti üçün qeyri-standart yanaşmanın vacib olduğunu söyləyib.

Geniş müzakirələrdə qanun layihəsi barədə rəy və təkliflərini bildirən deputatlar belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunması vacibliyini qeyd ediblər. Bildirilib ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək: “Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və sair kimi  beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər”.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

28 şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “DREAM GROUP 3” MMC (VÖEN: 1503242311) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk,  ev 35,  mənzil 61 ünvanına bildirə bilərlər.
  • “Bakı Ayaqqabı” ATSC (VÖEN: 1600073361) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Keşlə qəsəbəsi, 8 – ci köndələn küçəsi 1 ünvanına bildirə bilərlər.
  • “MOBİCLEAN” MMC (VÖEN: 1700959791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 34 ünvanına bildirə bilərlər.
  • “Kaspian Şipyard Kompani” MMC (VÖEN: 9900046321) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 904 ünvanına bildirə bilərlər.
  • “Scantec” MMC (VÖEN: 1402408561) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu, ev 191, mənzil 27-28 ünvanına bildirə bilərlər.
  • “KLM” MMC (VÖEN: 1700823681) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov, ev  19, mənzil  24 ünvanına bildirə bilərlər.
  • “Norfolk” MMC (VÖEN: 1402229881) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm,  ev 9,  mənzil 3 ünvanına bildirə bilərlər.
  • “Assets Group” MMC (VÖEN: 1402511521) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi  rayonu, Süleyman Rüstəm, ev 9  ünvanına bildirə bilərlər.
  • “HORVATH MAK” MMC (VÖEN: 1400636741) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini  Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, mənzil  42 (AZ1010) ünvanına bildirə bilərlər.
  • “İDEAL” Fərdi İstehsalat Kommersiya Firması (VÖEN: 1600042491) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 39, mənzil  51 ünvanına bildirə bilərlər.
  • ”Silikat” MTK  (VÖEN: 1700508471) ləğv  olunduğunu  elan edir. Kreditorlar  tələblərini  Bakı   şəhəri, Mərdanov qardaşları küçəsi, ev 6, mənzil 8 ünvanına bildirə bilərlər.
  • “Fasiliti Menecment Soluşions və Saplay “ MMC (VÖEN: 1001556511) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev, ev 133  ünvanına bildirə bilərlər.
  • “Altmann Consulting Company” MMC  (VÖEN: 1403895931) ləğv  olunduğunu  elan edir. Kreditorlar    iki  ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Z. Əliyeva küçəsi, ev 55, mənzil  45 ünvanına bildirə bilərlər.
  • “Falkon Management Services” MMC (VÖEN: 1403895111) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində  tələblərini  Bakı şəhəri, Nəsimi rayonu, Z. Əliyeva küçəsi, ev 55, mənzil  45 ünvanına bildirə bilərlər.
  • “Horizon Engineering  and Construction” MMC (VÖEN: 1403896031) ləğv  olunduğunu  elan edir. Kreditorlar   iki  ay ərzində tələblərini  Bakı şəhəri, Nəsimi rayonu, Z. Əliyeva küçəsi, ev 55, mənzil  45 ünvanına bildirə bilərlər.
  • “Transfer Group” MMC (VÖEN: 1403872151) ləğv  olunduğunu  elan edir. Kreditorlar   iki  ay ərzində tələblərini   Bakı şəhəri, Nəsimi rayonu, Z. Əliyeva küçəsi, ev 55, mənzil  45 ünvanına bildirə bilərlər.
  • “İMPERİAL RENT A CAR” MMC (VÖEN: 1503811411) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində  tələblərini  Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl  Hidayətzadə, ev 49A , mənzil 13 ünvanına bildirə bilərlər.
  • “Dan Ulduzu” KM (VÖEN:  2000070971) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki  ay ərzində  tələblərini  Bakı şəhəri ,Cavanşir küçəsi 30/95 ünvanına bildirə bilərlər.
  • “Xeyriyyəçi  firması” (VÖEN: 1600081051) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Bakı şəhəri, Nərimanov rayonu, F. Yusifov küçəsi , ev 29, mənzil 72 ünvanına bildirə bilərlər.
  • Xızı Rayon İstehsal   İstehlak  Kooperativi  (VÖEN: 7800010941) ləğv  olunduğunu  elan edir. Kreditorlar    iki ay ərzində  tələblərini  Xızı rayonu, Xızı şəhəri, H. Əliyev küçəsi ev 3 ünvanına bildirə bilərlər.
  • “Medi Qrup” MMC (VÖEN: 1700714361) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi,  ev 22  Baksel ərazisi 1-ci küçə ünvanına bildirə bilərlər.
  • “Əmlak Məsələləri Dövlət Komitəsinin  İstehsal  və Xidmət  Müəssisələrinin  İdarəetmə Mərkəzinin tabeçiliyindəki hüquqi ünvanı Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, general Mehmandarov küçəsi 2 olan “Azərtaxıl” Dövlət Şirkətinin “Azərçörək” İB- nin 20 saylı çörək bişirmə müəssisəsi ( Ədliyyə Nazirliyində  24.07.1996 – cı il tarixdə D- 1378 saylı şəhdətnamə ilə dövlət qeydiyyatına alinmişdır.” MMC (VÖEN: 2000168041) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Bakı şəhəri, Z. Xəlil küçəsi  11a ünvanına bildirə bilərlər.
  • “GE GRİD GMBH” şirkətinin  Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1302679451) Şirkətin 13 noyabr 2017 – ci il tarixi qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla əlaqədar Azərbaycan Respublikasının qeydiyyatının təsviyəsini elan edir. Bütün tələblər, bildirişlər, iddialar.  yaxud sorğular Filialın  kreditorları tərəfindən bu elan derc  edildiyi  gündən iki ay ərzində aşağıda göstərilən ünvanına bildirilməlidir. AZ1065, Bakı şəhəri. Yasamal rayonu, Cəfər Cabbarlı ev 44.
  • “MRC TRANSMARK İNTERNATİONAL B V” şirkətinin Azərbaycan Respublikasindakı Filialı (VÖEN: 1701865831) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində  tələblərini  Bakı şəhəri  Səbayıl rayonu, Nizami  ev 90A  ünvanına bildirə bilərlər.
  • “BECOM” MMC (VÖEN: 9900082831) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində  tələblərini  Bakı şəhəri , S. Rüstəm küçəsi ev 9, mənil 3 ünvanına bildirə bilərlər.
  • “HİCOM”MMC (VÖEN: 9900082701) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində  tələblərini  Bakı şəhəri , S. Rüstəm küçəsi ev 9, mənil 3 ünvanına bildirə bilərlər.
  • “Tomruz” Kiçik Müəssisəsi (VÖEN: 1400437471) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində  tələblərini  Bakı şəhəri , Nəsimi  rayonu, M.Qardaşları 11 ünvanına bildirə bilərlər.
  • “Bayholding İnvestment Limited” şirkətinin  Nümayəndəliyi (VÖEN: 9900015821) ləğv  olunduğunu  elan edir. Kreditorlar  iki ay ərzində  tələblərini  Bakı şəhəri, Səbayıl rayonu,  Mehdi  Hüseyn  ev 6 ünvanına bildirə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.