“Banklar haqqında” qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 803-VQD nömrəli, 17 noyabr tarixli 864-VQD nömrəli qanunları) 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:

“Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.”.

Maddə 2. Keçid müddəası

Bu Qanunun 1-ci maddəsi bu Qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Diqqət! Auditorlar Palatası təsərrüfat subyektlərinin rəhbərlərinə sonuncu dəfə müraciət edib

posted in: Audit, Xəbər | 0

Ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, fond və birjalar, qiymətli kağızların emitentləri, büdcədənkənar fondlar, ictimai əhəmiyyətli qurumlar, bələdiyyələr və bələdiyyə müəssisələri, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabat təqdim edən hüquqi şəxslər (holdinqlər), təbii inhisar fəaliyyəti subyektləri, publik hüquqi şəxslər, kənd təsərrüfatı kooperativləri, siyasi partiyalar 2017-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil auditor cəlb etməlidirlər.

Bu barədə Auditorlar Palatasının təsərrüfat subyektlərinin rəhbərlərinə müraciətində bildirilir.

Qurum həmçinin bəyan edib ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə inzibati xəta haqqında protokol tərtib ediləcək və inzibati cərimələr tətbiq olunacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 525 manat olub.

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

2017-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,2 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,8%-i təhsil, 19,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim

posted in: Audit, Maliyyə, Xəbər | 0

Dəyərli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2018-ci il 22 – 26 yanvar tarixlərində saat 10:00-da “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda keçirilən təlimin ikinci mərhələsinə start verilir.

Təlimdə iştirak qaydaları:
Təlim ASK üzvləri üçün ödənişsizdir. Qeyri üzvlər üçün ödəniş 50 (əlli) manat məbləğində olacaqdır. ASK üzvləri təlimdə iştirak haqqında təsdiq maili ilə məlumatlandırılacaqlar. Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır.

https://ask10.typeform.com/to/SkAUm4
Təlimin keçirildiyi ünvan: ASK ofisi, Ak. Həsən Əliyev küç., 57
Əlavə olaraq təlim proqramı ilə tanış ola bilərsiniz.
Qeyri üzvlər ödənişi təsdiq edən sənədi mail olaraq öncədən təqdim etməlidirlər.

Ödəniş aşağıda qeyd olunan hesaba köçürülməlidir:

Azərbaycan Respublikası Auditorlar Palatası
Azərbaycan Beynəlxalq Bankı
Xətai filiali

H/H:AZ20IBAZ3806001 944 9555144 215
Kod: 805625
VÖEN: 1500284011 Bankın rekvizitləri
Adı:ABB Xətai filiali
Kod: 805625
VÖEN: 9900001881
М/H: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. : İBAZАZ2Х

Hörmətlə,

Elmira Balıyeva
Azərbaycan Sahibkarlar Konfederasiyası
Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsi
Tel: (994 12) 465 72 42

Aytən Seyidəliyeva
Azərbaycan Respublikasının Auditorlar Palatası
Kadr hazırlığı şöbəsinin müdür müavini
Tel: (994 12) 564 80 62
(994 55) 866 44 29