İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 7
Bakı şəhəri, 9 yanvar 2018-ci il
“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30
dekabr tarixli 534 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249; 2017, № 7, maddə 1497) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:

“10-1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti.”.

2. 11-ci hissədən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti,” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının
Baş naziri              Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Amortizasiya hesablanmasında Vergilər Nazirliyinin və Vergi ödəyicisinin ziddiyyətli fikirləri. Sizcə kim düz deyir?

posted in: Vergi, Xəbər | 0

Sual: Sizin əməkdaşlar deyir ki, mən əsas vəsaiti noyabrda alanda və istismara verəndə, mən ancaq 2 ayın məbləğini xərcə sala bilərəm. Bu tamamilə düzgün deyil. Mən illik normasını xərcə sala bilərəm. Məcəllədə bu tam aydın yazılıb (114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır). Vergi ilinin sonuna illik amortizasiya hesablanır.

Cavab: Bildiririk ki, illik amortizasiya ayırmaları məbləğinin gəlirdən çıxılması tam təqvim ili ərzində istifadə olunan əsas vəsaitlərə münasibətdə nəzərə alına bilər, əsas vəsait həmin dövrün müəyyən hissəsində istifadə olunduqda isə yalnız istifadə edildiyi dövrə mütənasib ayırmalar gəlirdən çıxıla bilər.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə Sizi maraqlandıran çoxsaylı sualların mövcudluğunu nəzərə alaraq bu barədə ətraflı məlumat almaq üçün Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz və ya zəruri rekviziklərinizi göndədiyiniz təqdirdə Sizə vergi orqanları tərəfindən ünvanlı xidmət göstərilməsi təklif olunur.

Bax: Vergi Məcəlləsinin 108-ci, 114-cü və 130-cu maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda dəyişiklik – İşsizlik sığortası üzrə təsnifat kodu əlavə edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 5
Bakı şəhəri, 9 yanvar 2018-ci il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər
edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə

227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:

“6.2.1. “İşsizlik” paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.”;

1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

1.2.1. “212300. İcbari tibbi sığorta” paraqrafından sonra “212400. İşsizlikdən sığorta” paraqrafı əlavə edilsin; 1.2.2. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı “İşsizlikdən sığorta ödənişləri” adlandırılsın;

1.2.3. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” adlandırılsın.

1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:

1.2.4.1. “212000. Əmək haqqına üstəlik” köməkçi bölməsində “və “212300. İcbari tibbi sığorta” sözləri “, 212300. İcbari tibbi sığorta” və “212400. İşsizlikdən sığorta” sözləri ilə əvəz edilsin;

1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin: “212400. “İşsizlikdən sığorta” paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.”;

1.2.4.3. “270000. “Təqaüdlər və sosial müavinətlər” bölməsinin birinci cümləsindən “işsizlərə,” sözü çıxarılsın və ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilsin.”;

1.2.4.4. “272100. Sosial yardımlar üzrə ödənişlər” paraqrafında “işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə” sözləri “işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə” sözləri ilə əvəz edilsin;

1.2.4.5. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı aşağıdakı redaksiyada verilsin: “272180. İşsizlikdən sığorta ödənişləri” maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir.”.

1.2.4.6. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı aşağıdakı redaksiyada verilsin:

“272190. “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir.”.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                 Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kimyaçı mühasib işləyəndə nəticəsi də belə olur…

posted in: muhasibat, Xəbər | 0

Şıxlinskayanın klinikasında vergi sənədləri məhv edilib- Məhkəmədə qara işlərin üstü açıldı.

Yanvarın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə klinikanın baş həkimi, cərrah Bəxtiyar Musayev ifadə verərək deyib ki, L.Şıxlinskaya ilə münasibətləri normal olub: “İşdən çıxmaq üçün ərizə yazmışam”.

B.Musayev təqsirləndirilən Ş.Abbasovanın ifadəsində “həkimlər rəsmi maaşdan əlavə 30 min manata yaxın maaş alırdılar” deməsinə cavab olaraq maaşı kartla aldıqlarını desə də, məbləği açıqlamaqdan imtina edib: “Aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edirdik. Əməliyyat etdiyim xəstələrin adını yadda saxlamağım mümkün deyil. Üzərindən neçə ay keçib. Xəstənin pul ödəyib-ödəmədiyi mənim işim deyildi. Ola bilsin ki, belə hallar olub. Elə xəstə olub ki, əməliyyatdan sonra 20 min manat borcu qalıb. Bəzən də sığortalı xəstələr gəldiyindən onlar ödəniş etməyiblər. Mən 6 il əvvəl həmin işdən çıxmışam, hələ də 11 min manat alacağım var”.

Təqsirləndirilənlərdən Səkinə Qasımovanın anası Gülarə Bağırova şahid qismində ifadə verərək deyib ki, 10 ildən artıq klinikada işləyib: “Mən doğuş əməliyyatlarına görə pul alırdım, rəsmi maaşım olmayıb. Doğuş qiyməti 1250-1650 manat arasında dəyişirdi, mən də o pulun yarısını alırdım. İndi qiymət 1000 manata düşüb. Amma indi bizə maaş kartla verilir”.

Klinikada mühasibatlıqda işləyən Günel Abbasova deyib ki, ixtisasca kimyaçıdır, lakin Leyla Şıxlinskayanın tanışı olduğu üçün işə götürülüb: “Mən mühasibat işini bilmirdim, sadəcə çeklərə baxırdım. Baş mühasib Şəhla Abbasovanın tapşırığı ilə bəzi sənədləri məhv etdik. Onlar dövlətdən yayınmış qara sənədlər idi, audit yoxlama gələnə kimi biz onları məhv etdik”.

Ş.Abbasova da bunu təsdiqləyib.

Proses yanvarın 19-da davam etdiriləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Mənbə: azerinfo.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.