Kateqoriya kodları (MCC) yenidən Vergilər Nazirliyinə təqdim ediləcək

posted in: Vergi, Xəbər | 0

10 yanvar 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun 2018-ci il üzrə ilk iclası keçirilib.

İclasda ABA-nın icraçı direktoru Yunus Abdulov, ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov və Expert Qrupunun digər üzvləri iştirak edib.

İclas zamanı Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Vergilər Nazirliyi ilə əldə edilmiş, MCC kodların (Merchant category code) siyahısının rüblük əsasda yenilənərək Palata və Nazirliyə təqdim edilməsi məsələsi müzakirə olunub və razılıq əldə edilib.

Həmçinin, iclasda Qrupun 2018-ci il üzrə İş Planı müzakirə olunub. Müzakirə zamanı İş Planının əsas istiqamətlərinə və yeni ildə görüləcək işlərə toxunulub. Eləcə də, Elektron ticarət qaydasında edilən ödənişlərin həcminə dair banklardan statistik məlumatların toplanması və onun əsasında araşdırmanın hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

45 şirkət ləğv edildi

posted in: Xəbər | 0

  1. “Gilan Pasifik İnşaat Materialları” MMC (VÖEN: 3100873181) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bak şəhəri, Yasamal rayonu, N. Nərimanov 206, məh. 466 ünvanına bildirə bilərlər.
  2. “Gilan Motors” MMC (VÖEN: 1401383851) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov  206, məh. 466 ünvanına bildirə bilərlər.
  3. “Gilan Sement” MMV (VÖEN: 1401292571) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov  206, məh. 466 ünvanına bildirə bilərlər.
  4. “DREAM GROUP 3” MMC (VÖEN: 1503242311) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 35, mənzil 61 ünvanına bildirə bilərlər.
  5. “KLM” MMC (VÖEN: 1700823681) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hazıbəyov . ev 19, mənzil 24 unvanına bildirə bilərlər.
  6. “İMPERATRİÇA” MMC (VÖEN: 1900955161) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Ə. Qarayev ev 1/1 ünvanına bildirə bilərlər.
  7. “Firex” MMC (VÖEN: 2003435721) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini  Bakı şəhəri, Qaçaq Nəbi küçəsi, Xətai rayonu, ev 4, mənzil 137 ünvanına bildirə bilərlər.
  8. “Bakı Ayaqqabı” ATSC (VÖEN:  1600073361) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Keşlə qəsəbəsi, 8-ci köndələn küçəsi 1 ünvanına bildirə bilərlər.
  9. “Slikat” MTK (VÖEN: 1700508471) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Mərdanov qardaşları küçəsi ev 6, mənzil 8 ünvanına bildirə bilərlər.
  10. “Kaspian Şipyard Kompani” MMC (VÖEN: 9900046321) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri,Qurban Xəlilov küçəsi, ev 8 , mənzil 904 ünvanına bildirə bilərlər.
  11. “EKSPRESS RENT A CAR” MMC (VÖEN: 1305255301) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Yasamal rayonu, Zahid Xəlilov, ev 31 A, mənzil 13 ünvanına bildirə bilərlər.
  12. “İNTEREX SERVİCE GROUP LLP” şirkətinin Azərbaycan Respulikasındakı Nümayəndəliyi  (VÖEN: 1303096641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi ev 18, mənzil 12 ünvanına bildirə bilərlər.
  13. “NOVACOTEK TRANSPORTATİON AND DELİVERY SERVİCESLLP” şirkətinin Azərbaycan Respulikasındakı Nümayəndəliyi  (VÖEN: 1402766351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Nəsimi rayonu, Cavad xan küçəsi, ev 62, mənzil 28 ünvanına bildirə bilərlər.
  14. “İMİŞLİ SUTİKİNTİNƏQLİYYAT” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 5500186291) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini İmişli rayonu, Bəhramtəpə ŞTQ ünvanına bildirə bilərlər.
  15. “SAMET KALIP VE MADENİ EŞYA SENAYİ VE TİCARET ANONİM ŞİRKƏTİ” nin Azərbaycan Respulikasındakı Nümayəndəliyi (VÖEN: 20037220401) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi. ev 87,  mənzil 63 ünvanına bildirə bilərlər.
  16. “Norfolk” MMC (VÖEN: 1402229881) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm ev 9, mənzil 3 ünvanına bildirə bilərlər.
  17. “Assets Group” MMC (VÖEN: 1402511521) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu. Süleyman Rüstəm ev 9, ünvanına bildirə bilərlər.
  18. “336 saylı Aptek MMC (VÖEN: 2902390811) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 A ünvanına bildirə bilərlər.
  19. “Rauche Medikal” MMC (VÖEN: 1400952181) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti.ev 43, mənzil 31 ünvanına bildirə bilərlər.
  20. “ƏLCAN” MMC (VÖEN: 6600002891) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Oğuz şəhəri, İ. Rəhimov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
  21. “EMİL – XXI” MMC (VÖEN: 6600146691) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Oğuz rayonu, Bayan kəndi ünvanına bildirə bilərlər.
  22. “NAİL” MMC (VÖEN: 6600108751) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Oğuz şəhəri, Mehdi Hüseyn küşəsi, ev 20  ünvanına bildirə bilərlər.
  23. “DƏNİZ – 2013” MMC (VÖEN: 6600248291) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Oğuz şəhəri, Mehdi Hüseyn küşəsi, ev 20  ünvanına bildirə bilərlər.
  24. “ZƏFƏR – 2011”MMC (VÖEN: 6600181611) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Oğuz rayonu, Kərimli kəndi ünvanına bildirə bilərlər
  25. “EMİL-5”MMC (VÖEN: 6600252281) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Oğuz rayonu, Bayan kəndi ünvanına bildirə bilərlər
  26. “Zirvə-2011”MMC (VÖEN: 6600196731) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Oğuz rayonu, Şirvanlı kəndi ünvanına bildirə bilərlər.
  27. “LİS XXI ƏSR”MMC (VÖEN: 1802375331) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri , Nizami rayonu, Bəhruz Nuriyev, ev 82, mənzil 26 ünvanına bildirə bilərlər.
  28. “Zaur-1988” MMC (VÖEN: 1602784561) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Nizami rayonu, Bakı şəhəri, Bəhruz Nuriyev, ev 82, mənzil 26 ünvanına bildirə bilərlər.
  29. “MOBİCLEAN” MMC (VÖEN: 1700959791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 34 ünvanına bildirə bilərlər.
  30. “Könül 1980” MMC (VÖEN: 1101728301) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, M. Seyidov ünvanına bildirə bilərlər.
  31. “Seagull” MMC (VÖEN: 1701663111) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu , Neftçi Qurban Abbasov. Ev 10, mənzil 18  ünvanına bildirə bilərlər.
  32. “Deltakom” MMC (VÖEN: 2000939321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri. Xətai rayonu, N. Tusi küçəsi. ev 31, mənzil 49  ünvanına bildirə bilərlər.
  33. “Steel Force Construction Company” MMC  (VÖEN: 1502757471) “ Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə  ( VÖEN: 9900080711 ) qoşularaq ləğv olunduğunu elan edir.
  34. “İKAU” MMC (VÖEN: 1403932801) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 26A. mənzil 111 ünvanına bildirə bilərlər.
  35. “GƏNC MS” MMC (VÖEN: 1304622701) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri. Yasamal rayonu, Yeni Ysamal 1, ev 12. mənzil 72  ünvanına bildirə bilərlər.
  36. “HORVATH MAK” şirkətinin Azərbaycan Respublikasının filialı (VÖEN: 1400636741) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9, mənzil 42 ( AZ1010 ) ünvanına bildirə bilərlər.
  37. “SMART COMPANY” MMC (VÖEN: 1502626411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,  Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 46 ünvanına bildirə bilərlər.
  38. “Domum” MMC (VÖEN: 1803423831) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, 4096-cı məhəllə, ev 13  ünvanına bildirə bilərlər.
  39. “Scantec” MMC (VÖEN: 1402408561) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu, ev 191, mənzil 27-28  ünvanına bildirə bilərlər.
  40. “Azsera Construction” MMC (VÖEN: 8100234011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, ev 12, mənzil 1 ünvanına bildirə bilərlər.
  41. “NP SYSTEMS” MMC (VÖEN: 1501638821) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu,Təbriz ev. 54, mənzil 51 ünvanına bildirə bilərlər.
  42. “MTU Motor Türbin Sənayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respulikasındakı Nümayəndəliyi  (VÖEN: 1701695631) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.
  43. “AZSTOCKAZ” MMC (VÖEN: 1004376161) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Binəqədi rayonu. Ziya Bünyadov küçəsi, ev 23, m. 25 ünvanına bildirə bilərlər.
  44. “OHL JS, A.S” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1500760251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində AZ0100, Abşeron rayonu. Xırdalan şəhəri, 26 – cı məhəllə, ev 199 ünvanına bildirə bilərlər.
  45. “UNİVERSAL MARKETİNG” MMC (VÖEN: 1900303831) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Suraxanı rayonu. Q  yaşayış, sahəsi ( Yeni Günəşli qəs. ), ev 24, mənzil 45 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib fırıldaqları (3-cü sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

 

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

 

3-cü sxem
Saxta xəstəlik vərəqələrindən istifadə olunmaqla fırıldaqçılıq

Əmək müqaviləsi əsasında işləyən əməkdaş qanunvericiliyə uyğun olaraq bir sıra sosial zəmanətlərə malikdir. Bunların arasında müvəqqəti iş qabiliyyətinin itirilməsinə görə verilən müavinətlər də xüsusi yer tutur. Belə müavinətlər xəstəlik vərəqələri əsasında verilir.

Xəstəlik vərəqələrinə görə ödənişləri biz müəssisədən alsaq da, həmin xərcləri dövlət qarşılayır. Hər bir müəssisə əhalinin sosial müdafiə Fonduna (ƏSMF) müəyyən köçürmələr edir. Hər ay mühasib tərəfindən müəssisənin əməkhaqqı fondundan müəyyən faiz həcmində (bu qanunla tənzimlənir) sözügedən Fonda köçürmələr edilir.

Hər ay mühasib belə bir hesablama həyata keçirir: ƏSMF-ə köçürülən məbləğdən xəstəlik vərəqəsinə görə ödənilməli olan məbləğ çıxılır. Beləliklə, hər ay müəssisədən ƏSMF-ə köçürülməli olan məbləğ xəstəlik vərəqələrinə görə ödənişlər səbəbindən azalır.

Hər bir mühasib müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə bağlı müavinətlərin necə köçürülməsi ilə yaxşı tanışdır. Aydındır ki,  istənilən insafsız mühasib “qondarma” xəstəlik vərəqələri əldə etmək imkanına malikdir və bundan özünə müəyyən fayda götürə bilər. İşə çıxmadan pul əldə etmək perspektivi hər halda müəyyən qədər cəlbedici görünür axı.

Əgər, sizin mühasibiniz xəstəlik səbəbiylə (məsələn, hər ay kəskin respirator xəstəliklər üzündən iş buraxırsa) tez-tez işə çıxmırsa, bu onun öz işinə səhlənkar yanaşmasından şübhələnmək üçün əsas verir. Təbii ki, bu şəxs əgər ara vermədən xəstələnirsə və eyni zamanda zahiri görkəmi əla vəziyyətdədirsə, idmanla məşğul olursa – deməli, ona ikiqat diqqət yetirilməlidir.

Çox güman ki, belə mühasib sadəcə özünə bir həftəlik istirahət götürür və müvəqqəti iş qabiliyyətini itirməsi səbəbiylə özünə xəstəlik vərəqəsinə əsasən müəyyən həcmdə məbləğ hesablayır. Belə mühasiblərə digər məsələlərlə bağlı da öz xidməti vəzifəsini lazımi səviyyədə yerinə yetirməməsi ilə bağlı tez-tez irad bildirmək lazımdır. Hər hansı bir problem ortaya çıxdığı zaman, bir qayda olaraq belə işçiyə güvənmək çox çətin olur.  Belə demək mümkünsə, bu insan şirkətin iş vaxtını sadəcə oğurlamaqla məşğuldur.

Yeri gəlmişkən, bu cür vicdansız mühasib başqa işçilərlə bağlı saxta xəstəlik vərəqələrinə də asanlıqla göz yuma bilər, təbii ki, müəyyən mükafat xatirinə. Eləcə də o, bir mütəxəssis kimi müəyyən işlərə görə əmək haqqına əlavələrlə bağlı sənədlərin rəsmiləşdirilməsi zamanı da, müəyyən maxinasiyalara gedə bilər. Müəyyən şirkətlərdə əsasən məzuniyyət mövsümündə bu cür mühasiblərin əli ilə saxta xəstəlik vərəqələri ilə bağlı fırıldaqçılıq kütləvi xarakter alır.

Yekunda demək çox vacibdir ki, “saxta” xəstəlik vərəqələri ilə fırıldaqçılıq əsasən bütün vergilərin rəsmi şəkildə ödənildiyi müəssisələrdə etmək mümkündür. Əgər, hər hansı bir iş yerində əmək haqqı bütünlüklə (və ya maaşın bir hissəsi) zərf şəklində verilirsə, onda bu cür fırıldaqçılıq üçün zəmin də qalmır.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Lisenziya və icazələr verilməsi internet vasitəsilə həyata keçiriləcək

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 615
Bakı şəhəri, 29 dekabr 2017-ci il

“Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 3.1.3-cü, 3.1.4- cü və 3.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər” təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 615 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin,
onun dublikatının və əlavəsinin verilməsinin, yenidən
rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya
ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata
keçirilməsini təmin etmək üçün son müddətlər

Sıra

№-si

Lisenziya və ya icazə verən orqanlar Son müddət
1 2 3
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 may 2018-ci il
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1 mart 2018-ci il
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 may 2018-ci il
4. Azərbaycan Respublikasının Energetika

Nazirliyi

1 may 2018-ci il
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 1 mart 2018-ci il
6. Azərbaycan Respublikasının Gənclər və İdman

Nazirliyi

1 mart 2018-ci il
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 1 mart 2018-ci il
8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı

Nazirliyi

1 mart 2018-ci il
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1 mart 2018-ci il
10. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 1 mart 2018-ci il
11. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1 may 2018-ci il
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 mart 2018-ci il
13. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1 mart 2018-ci il
14. Azərbaycan Respublikasının Dövlət Gömrük

Komitəsi

1 mart 2018-ci il
15. Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası 1 may 2018-ci il
16. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 mart 2018-ci il
17. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 1 mart 2018-ci il
18. Azərbaycan Respublikasının Dövlət

Təhlükəsizliyi Xidməti

1 mart 2018-ci il
19. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti 1 mart 2018-ci il
20. Azərbaycan Respublikasının Dövlət Dəniz

Administrasiyası

1 mart 2018-ci il
21. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası 1 mart 2018-ci il
22. Azərbaycan Respublikasının Auditorlar Palatası 1 mart 2018-ci il
23. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi 1 dekabr 2018-ci il
24. Azərbaycan Respublikasının Müəllif Hüquqları

Agentliyi

1 mart 2018-ci il
25. Bakı Nəqliyyat Agentliyi 1 mart 2018-ci il
26. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1 mart 2018-ci il
27. Azərbaycan Respublikasının Milli Televiziya və

Radio Şurası

1 may 2018-ci il
28. Azərbaycan Milli Elmlər Akademiyası 1 mart 2018-ci il
29. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 1 mart 2018-ci il
30. Rayon (şəhər) icra hakimiyyətləri 1 may 2018-ci il

 

 Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 615 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə

İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına
inteqrasiyası üçün texniki tələblər

1. Ümumi müddəa 

 

1.1. Bu sənəd “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının
3.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və “Lisenziyalar və icazələr” portalının (bundan sonra – portal) iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının (bundan sonra – informasiya sistemi) portala inteqrasiyası üçün texniki tələbləri müəyyən edir.

2. İnformasiya sistemlərinin portalla əlaqəli olan
komponentlərinə dair tələblər

2.1. Portal iştirakçılarının informasiya sistemlərinin portalla əlaqəsini təmin edən veb-servislər mövcud infrastruktur çərçivəsində portal iştirakçılarının daxili şəbəkəsində (ayrılmış şəbəkədə) quraşdırılmalı və onların təhlükəsizliyi daxili sistemlərin təhlükəsizlik səviyyəsində olmalıdır.
2.2. Şəbəkə və sistem tənzimləmələri təhlükəsiz məlumat mübadiləsini təmin etməli və yalnız icazəsi olanlara həmin vebservislərdən istifadə etmə imkanını yaratmalıdır.
2.3. Portalın iştirakçıları sorğuların verilməsini və onlara təqdim edilən cavabların qeydə alınmasını (loqlanması) təmin etməli, informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.

3. Portala inteqrasiya ilə əlaqədar portal iştirakçılarına
olan tələblər

3.1. Portal iştirakçıları portala inteqrasiya ilə əlaqədar aşağıdakı texniki məsələləri həyata keçirməlidirlər:
3.1.1. informasiya sistemi ilə portal arasında təhlükəsiz rabitə kanalının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi;
3.1.2. təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi və bu məqsədlə:
3.1.2.1. mərkəzi serverlərin sertifikatlarının daxil edilməsi;
3.1.3. portal vasitəsilə sorğu vermək hüququna malik olan istifadəçilərin təyin edilməsi;
3.1.4. tətbiq serverinin yaradılması, quraşdırılması və bu məqsədlə:
3.1.4.1. əməliyyat sisteminin quraşdırılması;
3.1.4.2. veb – serverin (web – server) yaradılması və əlaqəli proqram paketlərinin yüklənilməsi;
3.1.4.3. HTTPS (Hypertext Transfer Protocol Secure) və SSL (Secure Sockets Layer) sertifikatlarının yüklənilməsi;
3.1.4.4. tətbiq serverinin konfiqurasiya edilməsi;
3.1.5. informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi;
3.1.6. server inzibatçısının təyin edilməsi.

4. Sorğulara aid tələblər

4.1. Portala inteqrasiya olunan informasiya sistemi SOAP (Simple Object Access Protocol) və REST (Representational State Transfer) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.
4.2. Sorğunun informasiya sistemindən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmaqla 3 (üç) saniyədən artıq olmamalıdır.
4.3. Tətbiq serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.
4.4. Məlumatların ötürülməsində saniyədə 100 Mbit-dən az olmayan ötürmə sürətini və təhlükəsiz VPN kanalının yaradılmasını dəstəkləyən şəbəkə avadanlığı istifadə edilməlidir.

5. Portala inteqrasiya olunan informasiya sistemlərində
informasiyanın mühafizəsinə dair tələblər

5.1. Portala inteqrasiya olunan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:
5.1.1. işçi yeri;
5.1.2. qurum;
5.1.3. qurumun alt strukturları.
5.2. Portala inteqrasiya olunan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təmin olunmalıdır:
5.2.1. informasiyanın fiziki qorunması;
5.2.2. əlyetərlilik nəzarəti və fərdi identifikasiya;
5.2.3. məlumatların şifrlənməsi üçün açarlardan istifadə;
5.2.4. “əks-sorğu” müdafiəsi.
5.3. Portal iştirakçılarının sistemə müraciəti yalnız verilmiş sertifikata malik olan server vasitəsilə aparılmalıdır.
5.4. Portal iştirakçılarının sistemə müraciəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sertifikat əsasında autentifikasiya tətbiq olunmalıdır.
5.5. Autentifikasiya aşağıdakı vasitələrdən biri ilə həyata keçirilməlidir:
5.5.1. gücləndirilmiş elektron imza (o cümlədən Asan imza) sertifikatı;
5.5.2. portalın operatoru tərəfindən istifadəçilərə verilən identifikasiya vasitələri.
5.6. Portala inteqrasiya olunan informasiya sistemləri arasında avtomatik sorğular əsasında aparılan informasiya mübadiləsi zamanı sorğunun təşəbbüskarı olan portal iştirakçılarının məlumat mübadiləsinin aparılması üzrə səlahiyyətli şəxs (şəxslər) elektron xidmət istifadəçisi hesab edilir.
5.7. Portaldan istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar portalın operatoru tərəfindən qeydə alınmalı və saxlanılmalıdır.

Mənbə: www.cabmin.gov.az

Faylı yükləyin: “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər