Auditorlar üçün seminar keçiriləcək

posted in: Audit, Xəbər | 0

Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2018-ci ilin 23 yanvar tarixində saat 10:00-da  Beynəlxalq Audit Standartlarına edilmiş dəyişikliklər barədə seminar keçiriləcəkdir.

Seminarda auditor təşkilatlarının auditorları (nümayəndələri) və sərbəst auditorların iştirakı zəruridir.

(Ünvan: S.Y. Bakuvi, 35; əlaqə telefonu: 465-65-35; 465-65-48 (daxili 209)

Mənbə: audit.gov.az

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Amortizasiya olunmayan aktivlər müəssisənin əmlak vergisinin məqsədləri üçün əsas vəsait sayılmır??? – Ziddiyyətli cavab

posted in: Vergi, Xəbər | 0

Sual: İstehsal prosesində iştirak etməyən əsas vəsaitə necə əmlak vergisi hesablana bilər?

Cavab: Bildiririk ki, əmlak vergisinin vergitutma obyekti müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəridir. Əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər başa düşülür.

Amortizasiya olunmayan aktivlər müəssisənin əmlak vergisinin məqsədləri üçün əsas vəsait sayılmır və onların dəyəri müəssisənin əmlakının vergi tutulan dəyəri müəyyən edilərkən hesablamaya daxil edilmir.

Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərinin toplanaraq ikiyə bölünməsi yolu ilə müəyyənləşdirilir.

Bax: Vergi Məcəlləsinin 13.2.17-ci, 114.2-ci, 197.1.3-cü və 202.0.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Büdcə təşkilatlarında mühasibat uçotunun praktik təşkili” mövzusunda təlim

posted in: Maliyyə, muhasibat, Xəbər | 0

Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat sahəsində karyeralarını qurmaq istəyən şəxsləri “Büdcə təşkilatlarında mühasibat uçotunun praktik təşkili” üzrə təlimə dəvət edir. Təlim 27 yanvar 2018-ci il tarixindən başlayacaq.

Bu proqram büdcə təşkilatlarında mühasibat uçotunun təşkilini, aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun şəkildə tədrisini özündə əks etdirir. Təlim nəzəri biliklər mənimsədilməklə praktiki nümunələr üzərində qurulub. Təlim müddətində büdcə təşkilatında baş vermiş təsərrüfat əməliyyatlarının təsnifləşdirilərək ilkin uçotundan (müxabirləşmələrin yazılması, memorial orderlərdə əks etdirilməsi, baş kitabın, dövriyyə cədvəllərinin aparılması) maliyyə hesabatlarının təqdimatına qədər olan bütün mərhələlər dinləyicilərə mənimsədiləcəkdir. Siz, büdcə təşkilatlarında mühasibat uçotunun əsas səbəb və məqsədlərini mənimsəyərək, iş fəaliyyətinizdə bu hesabatları tərtib və təhlil edə biləcəksiniz.
Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslər büdcə təşkilatlarında mühasibat uçotunun təşkili, aparılması və maliyyə hesabatlarının hazırlanması üçün qoyulan tələblərə hazır olacaqdır.
Təlimin müddəti (saat): 50 saat,

Təlimin ümumi qiyməti – 400 AZN

Qeydiyyatdan keçməyə tələsin!

Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın: (012) 404 81 59; (012) 404 81 50
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz: http://tedris-maliyye.gov.az/

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi Sadələşdirilmiş vergi ödəyicilərinə müraciət etdi

posted in: Vergi, Xəbər | 0

SADƏLƏŞDİRİLMİŞ VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!

Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübünə görə Sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən (yanvarın 20-si və 21-i qeyri-iş günü olduğuna görə) gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər. Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən Asan İmza və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulmuşdur.

Bəyannamənin internet vasitəsi ilə göndərilməsi üçün ilk növbədə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) “GİRİŞ” düyməsi və “Sistemə giriş səhifəsi”nin E-bəyannamə, ƏDV-DH və ŞHV” alt bölməsi seçilir. Sonra istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (ASAN İmza) məlumatları müvafiq xanalara daxil edilir, açılan pəncərənin “E-bəyannamə” blokundakı “On-line sadələşdirilmiş bəyannamə” alt menyusunda bəyannamə onlayn qaydada tərtib edilir. Daxil edilmiş məlumatlar yoxlanılaraq təsdiq edilməklə bəyannamə vergi orqanına göndərilir. Həmin bölmədə bəyannamənin göndərilməsi barədə “Bildiirş”ə baxmaq və ya çap etmək mümkündür.

2017-ci ilin 4-cü rübü üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 1 nömrəli Əlavə ilə birlikdə, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istidadə edilən 1-dən artıq təsərrüfat subyekti (obyekti) olduqda 3 nömrəli Əlavə ilə birlikdə tərtib edilərək vergi orqanına göndərilir.

1 nömrəli Əlavə aparılmış illik uçot məlumatlarına uyğun olaraq aktivlərin və kapital və öhdəliklərin hərəkəti (mədaxili, məxarici), hesabat ilinin əvvəlinə və sonuna olan dəyəri əks etdirilməklə tərtib edilir.

Nəzərə almaq lazımdır ki, həmin Əlavənin “Cəmi aktivlər” və Cəmi kapital və öhdəliklər sətirlərinin “Hesabat dövrünün əvvəlinə” və Hesabat  dövrünün sonuna” sütunlarındakı rəqəmlər bərabər olmalıdır.

3 nömrəli Əlavədə təsərrüfat subyektlərinin (obyektlərinin) adı, onların yerləşdiyi ünvan üzrə vergi uçotunda olmasını təsdiq edən 15 rəqəmli kod, qeydiyyat sənədlərinə əsasən yerləşdiyi ünvan, əsas və əlavə sahələri, fəaliyyət sahəsi üzrə təsnifatı, fəaliyyət növünün kodu və adı, obyekt üzrə muzdlu işlə əlaqədar gəlir əldə etmiş işçilərin, o cümlədən müvəqqəti işçilərin sayı, obyekt üzrə hesabat dövrü ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri və həmin mallara (iş, xidmətlərə) görə əldə edilmiş hasilatın ümumi məbləği barədə məlumatlar əks etdirilir.

Sadələşdirilmiş verginin bəyannaməsinin və onun əlavələrinin tərtib edilmə qaydası barədə ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytının “Faydalı” bölməsinin “Sadələşdirilmiş verginin ödəyiciləri üçün Praktiki Vəsait” alt bölməsində və Vergilər Nazirliyinin YouTube video-hostinqindəki kanalında yerləşdirilmiş video təlimatlar ilə tanış ola bilərsiniz.

(https://www.youtube.com/watch?v=3nIeIrGgdP0&feature=youtu.be)

(https://www.youtube.com/watch?v=nIdnufbA2KQ).

Hər hansı səbəbdən byannamənin elektron formada göndərilməsi mümkün olmadıqda bəyannamə forması Nazirliyin rəsmi internet saytının “Bəyannamə” bölməsindən əldə etməklə kağız daşıyıcıda tərtib edilərək poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər.

Maliyyə itkilərinə məruz qalmamaq üçün vergi bəyanaməsini vaxtında və düzgün tərtib edərək vergi orqanına təqdim edilməsi Sizə tövsiyə olunur.

Əlavə məlumat üçün “195-1” Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

                                                                                                              

Vergilər Nazirliyi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.