Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatı – Qeyri-hökumət təşkilatlarının nəzərinə!

posted in: Maliyyə, Xəbər | 0

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilmişdir:

  1. Maliyyə vəziyyəti haqqında.
  2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.
  3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda, Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilmişdir və sizin təşkilatınızın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyi təqdim etməlisiniz.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanmışdır. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilərsiniz.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 282 Elnarə Kazımova,
469 Günay Mamedova.

Mənbə: maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumat-Vergilər Nazirliyi ötən il büdcə öhdəliyini yerinə yetirə bilməyib???

posted in: Vergi, Xəbər | 0
2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 mln. manat,  xərcləri 17588,3 mln. manat olmuşdur.
Gəlirlər
2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16766,0 mln. manat proqnoza qarşı  16446,9 mln. manat və ya 98,1 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 6972,0 mln. manat və ya  proqnoz 91,2 faiz icra olunmuşdur.
Həmin vəsaitin 74,5 faizi və ya 5192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2608,8 mln. manat vəsait daxil olmuş və proqnoz 115,9 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6100,0  mln. manat  vəsait transfert edilmişdir.
2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 mln. manat, sair daxilolmalardan 150,0 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.
2017-ci ilin oktyabr-dekabr ayları üzrə  dövlət büdcəsinin mədaxili 4401,8 mln. manat icra olunmuşdur.
Xərclər
2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,0 faiz və ya 17588,3 mln. manat  icra edilmişdir.
2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4804,6 mln. manat icra olunmuşdur.
2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10921,1 mln. manatı və ya 62,1 faizi cari xərclərə, 5153,5 mln. manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1513,7 mln. manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilmişdir.
Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3 faiz çoxdur.
Dövlət büdcəsinin kəsiri
Dövlət büdcəsinin kəsiri 1141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olmuşdur.
Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqəlrinin satışından, 106,5 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilmişdir.
İcmal büdcə
2017-ci ilin icmal büdcəsinin gəlirləri 23951,6 mln. manat, xərcləri  isə 24982,6 mln. manat icra olunmuşdur. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5 faizini və ya 1031,0 mln. manat təşkil etmişdir.
Mənbə: maliyye.gov.az

Ünvanlı sosial yardım üçün müraciət edən ailələrin sayı iki dəfə azalıb

posted in: Xəbər | 0

“Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə büdcədən 215 milyon manat vəsait xərclənib”.

Bunu Nazirlər Kabinetinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat 2016-cı ilin göstəricisindən 9,3 faiz çoxdur.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib olmaq üçün lazım olan keyfiyyətləri bilirsinizmi? (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu sahəsində mühasibin peşəkar qərarına təsir edən amillər aşağıdakı qruplara bölünür:

a) Şəxsi – konktret olaraq mühasibin şəxsiyyətini xarakterizə edən;

b) Psixoloji – konkret şəraitdə mühasibin təəssüratını və davranışını əks etdirən;

c) Təhsil;

d) Tədqiqatçılıq;

Bu həmçinin praktiki iş stajı və uçot prosesi sahəsində bilikləri əhatə edir. Tədqiqatçılıq isə sərbəst şəkildə düşünmək bacarığıdır. Bütün bunlara ətraf mühitin təsirini də əlavə etmək lazımdır.

Məlum olduğu kimi, insanlar temperamentə görə dörd başlıca növə ayrılırlar: sanqvinik, xolerik, fleqmatik və melanxolik.

Mühasib işinə daha çox fleqmatik temperamentli insanlar uyğun gəlir. Niyə? Çünki, fleqmatiklər özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Mimikaları kasıb, ifadəsiz olur. Diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı, olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onların asanlıqla özlərindən çıxması halları olmur. Yeni adamlara çətin alışırlar.

Mühasib “işarə-sisteminin insanı” tipinə aiddir, hansı ki, ondan ötrü aparıcı əmək predmeti – şərti işarələr, rəqəmlər, şifrələr, təbii və ya süni dillərdir. Bu tipin peşəsinə aşağıdakılar daxildir:

a) Sənədlərin tərtibatı, kargüzarlıq, mətnlərin təhlili ilə əlaqəli işlər;

b) Əmək predmetinə rəqəmlər, say uyğunluğu və s. daxildir;

c) Şərti işarələr şəraiti sistemində məlumatların emalı ilə əlaqəli çalışmalar.

Bu qəbildən olan peşə sahibləri üçün zəruri olan meyillər və qabiliyyətlər bunlardır:

  • Nəzərəçarpacaq dərketmə fəallığı;
  • Diqqət möhkəmliyi;
  • Müşahidə qabiliyyəti;
  • Məsuliyyəti üzərinə götürmək bacarığı;
  • Təhlil etmə, öyrənmə, tədqiq etmə, müşahidə bacarıqları;
  • Hiss orqanlarının yüksək iş qabiliyyətliliyi.

 Dəyişən peşələr transformasiya, emal, nizama salma, təşkil etmə, təsir etmə və xidmət göstərmə ilə əlaqələndirilir. Bu qəbildən olan peşə üçün aşağıdakılar xarakterikdir:

a) Ətraf mühitə praktiki təsir göstərməyə meyillilik;

b) Fəallıq;

c) İşgüzarlıq;

d) Müşahidəçilik.

Fikrimizcə, mühasib peşəsi ilə bağlı bu cür qeyri-müəyyənliyin ortaya çıxması, yəni, onun bu və ya digər sinfə aid  edilməsi, baş mühasib vəzifəsinin qnostik (qnostisizm, xristianlığın ilk dövrlərində: xristian dini, yunan idealist fəlsəfəsi və şərq dinləri əsasında qurulan dini-fəlsəfi cərəyan, ilahi varlığın mövcudluğuna inanan, onu bilinən kimi qəbul edənlər) peşələrə aid olunması ilə bağlı ola bilər. Çünki baş mühasib peşəsi böyük məsuliyyət tələb edir, o elə bir bölməyə rəhbərlik edir ki, daim ora nəzarət etməlidir. Eyni zamanda mühasib peşəsi dəyişən peşələr sinfinə aid olunduğundan, digər işçi nümayəndələrinin nəzarətini də tələb etmir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.