2018-ci ilin yanvar ayından qüvvədə olacaq Büdcə Təsnifat Kodları

posted in: Xəbər | 1

 

Nazirlər Kabinetinin 12 sentyabr 2017-ci il tarixli qərarı ilə büdcə təsnifat kodlarına əlavə və dəyişikliklər edilmişdir, 2017-ci il ərzində köhnə büdcə təsnifat kodları qüvvədə olsa da artıq 2018-ci ilin 1 yanvar tarixindən etibarən banklar ancaq yeni büdcə  təsnifat kodları ilə ödəmələri qəbul edirlər. Nazirlər Kabinetinin qərarını və yenilənmiş büdcə təsnifat kodlarını sizə təqdim edirik.

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. “1.1.1.1.2.0. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi” maddəsinə aşağıdakı məzmunda 1.1.1.1.2.3-cü yarımmaddə əlavə edilsin:

“1.1.1.1.2.3. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisi”.

  1. “1.1.1.2.5.0. Dividendlərdən, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi” maddəsinin 1.1.1.2.5.1-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

“1.1.1.2.5.1. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisələrin və ya sahibkarın ödəmələrindən gəlir vergisi”.

  1. Aşağıdakı məzmunda 1.1.1.2.5.2-1.1.1.2.5.4-cü yarım-maddələr əlavə edilsin:

“1.1.1.2.5.2. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində tutulan vergi

1.1.1.2.5.3. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdən gəlir vergisi

1.1.1.2.5.4. Dividendlərdən, faizlərdən, icarə haqlarından, royaltidən və digər gəlirlərdən gəlir vergisi”.

  1. “1.1.4.1.1.0. Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi” maddəsinin 1.1.4.1.1.2-ci yarımmaddəsi 1.1.4.1.1.3-cü yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.1.1.2-ci, 1.1.4.1.1.4-cü, 1.1.4.1.1.5-ci yarımmaddələr əlavə edilsin:

“1.1.4.1.1.2. Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ticarət əlavəsindən ödənilən əlavə dəyər vergisi

1.1.4.1.1.4. Elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi

1.1.4.1.1.5. Elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi”.

  1. “1.1.4.3.1.0. Hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi” maddəsinin 1.1.4.3.1.7-ci yarımmaddəsi 1.1.4.3.1.8-ci yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.1.7-ci yarımmaddə əlavə edilsin:

“1.1.4.3.1.7. Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi”.

  1. “1.1.4.3.2.0. Fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi” maddəsinin 1.1.4.3.2.7-ci yarımmaddəsi 1.1.4.3.2.9-cu yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.2.7-ci, 1.1.4.3.2.8-ci yarımmaddələr əlavə edilsin:

“1.1.4.3.2.7. Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi

1.1.4.3.2.8. Sabit məbləğ üzrə sadələşdirilmiş vergi”.

  1. “1.1.4.3.3.0. Digər vergilər” maddəsi 1.1.4.3.4.0-cı maddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.3.0-cı maddə və 1.1.4.3.3.1-ci, 1.1.4.3.3.2-ci yarımmaddələr əlavə edilsin:

“1.1.4.3.3.0. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi

1.1.4.3.3.1. Hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi

1.1.4.3.3.2. Fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi”.

  1. “1.1.4.5.2.0. Azərbaycan Respublikasına malların idxalına görə aksiz” maddəsinin 1.1.4.5.2.9-cu yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

“1.1.4.5.2.9. İdxal olunan xəz-dəri məmulatlarına tətbiq olunan aksiz vergisi”.

  1. “1.4.2.2.1.0. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına görə, hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatına görə” maddəsinə aşağıdakı məzmunda 1.4.2.2.1.7-ci yarımmaddə əlavə edilsin:

“1.4.2.2.1.7. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə”.

  1. “1.4.3.1.5.0. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar” maddəsinə aşağıdakı məzmunda 1.4.3.1.5.1-ci və 1.4.3.1.5.2-ci yarımmaddələr əlavə edilsin:

“1.4.3.1.5.1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr

1.4.3.1.5.2. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar”.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 12 sentyabr 2017-ci il

                   № 365

Büdcə gəlirlərinin təsnifatı
Kodlar Adları Qeydlər
100000 Ümumi gəlirlər
110000 Vergilərdən daxilolmalar
111000 Gəlirlərdən (mənfəətdən) vergilər
111100 Fiziki şəxslərin gəlir vergisi
111110 Muzdlu  işlə əlaqədar gəlir vergisi
111111 Muzdlu  işlə əlaqədar əldə edilən gəlirlərdən  gəlir vergisi
111112 Hasilatın pay bölgüsü sazişləri üzrə podratçi və xarici subpodratçi təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi
111113 Büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədər əldə etdikləri gəlirlərindən gəlir vergisi
111120 Muzdlu  işə  aid  olmayan  fəaliyyətdən   gəlir vergisi
111121 Muzdlu işə aid olmayan  fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi
111122 Hasilatın pay bölgüsü sazişləri üzrə  podratçi və xarici subpodratçi təşkilatlarda muzdlu işlə əlaqədar olmayan  gəlirlərdən gəlir vergisi
111123 İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisi yeni
111130 Fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi
111200 Hüquqi  şəxslərin mənfəət (gəlir) vergisi
111210 Rezident müəssisələrin mənfəət vergisi
111220 Qeyri-rezident müəssisələrin  Azərbaycan Respublikasında daimi nümayəndəliyi ilə bağlı olan gəlirlərdən vergi
111230 Hasilatın pay bölgüsü sazişləri üzrə  podratçı tərəflərin mənfəət vergisi
111240 Hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçıların mənfəət vergisi
111250 Dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi
111251 Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisələrin və ya sahibkarın ödəmələrindən gəlir vergisi yeni redaksiyada
111252 Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində tutulan vergi yeni
111253 Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdən gəlir vergisi yeni
111254 Dividendlərdən, faizlərdən, icarə haqlarından, royaltidən və digər gəlirlərdən gəlir vergisi yeni
111300 Kateqoriyalar üzrə bölünməyən gəlir vergisi
112000 Əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər
113000 Mülkiyyətdən vergilər
113100 Torpaq vergisi
113110 Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı torpaqlara görə rezident və qeyri-rezident müəssisələrin torpaq vergisi
113120 Kənd təsərrüfatı təyinatlı torpaqlara görə rezident və qeyri-rezident müəssisələrin torpaq vergisi
113150 Yaşayış fondlarının, həyətyanı sahələrin və bağ sahələrinin torpaqlarına görə torpaq vergisi
113200 Əmlak vergisi
113220 Rezident və qeyri-rezident müəssisələrin balansında olan əsas vəsaitlərdən əmlak vergisi
114000 Mal və xidmətlərə görə  vergilər
114100 Əlavə dəyər vergisi
114111 Azərbaycan Respublikasında iş və xidmətlərə görə ödənilən rezidentin əlavə dəyər vergisi
114112 Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ticarət əlavəsindən ödənilən əlavə dəyər vergisi yeni
114113 Azərbaycan Respublikasında iş və xidmətlərə görə ödənilən qeyri-rezidentin əlavə dəyər vergisi
114114 Elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi yeni
114115 Elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi yeni
114200 Satışdan vergilər
114300 Sadələşdirilmiş vergi
114310 Hüquqi şəxslər tərəfindən ödənilən  sadələşdirilmiş vergi
114311 Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114312 Bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114313 Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən hüquqı şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114314 İdman mərc oyunlarının operatoru və satıcıları olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114315 Ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi
114316 İctimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi
114317 Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi yeni
114318 Digər hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114320 Fiziki şəxslər tərəfindən ödənilən  sadələşdirilmiş vergi
114321 Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114322 Bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114323 Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114324 İdman mərc oyunlarının satıcıları olan fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114325 Ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi
114326 İctimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi
114327 Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi yeni
114328 Sabit məbləğ üzrə sadələşdirilmiş vergi yeni
114329 Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
114330 Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi yeni
114331 Hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi yeni
114332 Fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi yeni
114340 Digər vergilər
114400 Dövriyyədən vergilər və mal və xidmətlərə görə digər ümumi vergilər
114500 Aksiz
114510 Azərbaycan Respublikasında istehsal olunan məhsullar üzrə aksiz
114511 Neft məhsullarına  aksiz
114512 Etil (yeyinti) spirti
114513 Pivə
114514 Spirtli içkilərin bütün digər növləri
114515 Tütün məmulatları
114516 Sair məhsullar
114700  Yol vergisi
114710 Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi
114711 avtomobil benzininə yol vergisi
114712 dizel yanacağına yol vergisi
114713 maye qaza yol vergisi
114800 Malların istifadəsinə, yaxud istifadə hüququ verilməsinə  və hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün  vergilər
114900 Mədən vergisi
114910 Xam neft
114920 Təbii qaz
114930 Filiz faydalı qazıntıları
114940 Qeyri-filiz faydalı qazıntıları
114950 Mineral sular
114970 Sair məhsullar
114980 Digər vergilər
115600 Xarici iqtisadi fəaliyətlə bağlı sair vergilər
115620 Qiyməti tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə respubublika daxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər
116000 Sair vergilər
116100 Kommersiya qurumları tərəfindən ödənilən digər vergilər
116200 Qeyri-kommersiya qurumları tərəfindən ödənilən digər vergilər
141730 Torpağın icarəyə verilməsindən  icarə haqqı
141732 Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı
142190 Müsadirə edilmiş ,sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar
142191 Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmllakın satışından daxilolmalar
142200 Dövlət rüsumu
142210 Məhkəməyə verilən iddiа ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, vətəndаşlıq vəziyyəti аktlаrının qeydiyyаtinа görə, hüquqi şəxslərin dövlət qeydiyyаtı və yenidən  qeydiyyаtınа görə
142211 Məhkəməyə verilən iddiа ərizələrinə görə
142212 İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrə görə
142213 Məhkəmə əmri haqqında ərizələrə görə
142214 Apelyasiya və kasasiya şikayətlərinə görə
142215 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına görə
142216 Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən  qeydiyyatına görə
142217 Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə yeni
142220 Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılmasına görə
142221 Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqinə görə
142222 Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqinə görə
142223 Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqinə görə
142224 Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələrinin  təsdiqinə görə
142225 İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanılan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqinə görə
142226 Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi, ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin və nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqinə görə
142227 Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi, sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqinə görə
142228 Digər notariat hərəkətlərinin aparılmasına görə
142229 Notariat  fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə
142230 Şəxsiyyət və icazə vəsiqələrinin, habelə qaçqın statusu almış şəxslərə qaçqın vəsiqələrinin və yol sənədlərinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxmağa görə
142231 Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və dəyişdirilməsinə görə
142232 Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin  verilməsinə görə
142233 Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının  ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə qaçqın vəsiqələrinin və yol sənədlərinin verilməsinə görə
142234 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa olmağa və ya vətəndaşlıqdan çıxmağa görə
142240 Azərbaycan Respubliksında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılmasına görə
142241 Pasportların və vizaların verilməsinə görə
142242 Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə
142243 VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə
142244 Sənədlərin sorğu əsasında  alınmasına və leqallaşdırılmasına görə
142245 Notariat hərəkətlərinin aparılmasına görə
142246 Digər konsul əməliyyatlarına görə
142250 Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə
142252 Lisenziya verilməsinə görə
142260 Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsinə görə
142261 Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə
142262 Nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsinə görə
142270 Qiymətli kağızların qeydiyyata alınması və dövlət reyestrinə daxil edilməsi, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması,  müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsinə görə
142271 Qiymətli kağızların qeydiyyata alınmasına və dövlət reyestrinə daxil edilməsinə görə
142272 İpoteka kağızlarının qeydiyyatı və əlavə qeydiyyatı, həmçinin icazələrin bəzi növlərinin verilməsinə görə
142273 İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması,  müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə
142274 Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrin alınması və müddətlərinin uzadılmasına görə; yeni
142275 Nəqliyyat vasitələrinin qeydiyyatına, dövlət qeydiyyat nişanlarının verilməsinə, sürücülük vəsiqələrinin və imtahanların verilməsinə görə
142280 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, həmçinin girovun dövlət qeydiyyatına görə
142281 Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlərə görə
142282 Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün, icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılmasına görə
142283 Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsinə görə
142284 İpotekanın əlavə qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçü) dublikatının verilməsinə görə
142285 Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə
142286 Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə
142290 Digər hüquqi hərəkətlərə görə
142291 Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikasına görə
142292 Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə
142293 Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə
142294 Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə
142295 Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə
142296 Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi
142297 Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə
142298 Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının verilməsinə görə
142299 Sair hüquqi hərəkətlərə görə
142340 Sair daxilolmalar
143000 Cərimə və sanksiyalar üzrə daxilolmalar
143400 Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar
143410 Fiziki şəxslərin gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143411 Muzdlu işlə əlaqədar gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143412 Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143420 Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143430 Torpaq vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143440 Əmlak vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143450 Əlavə dəyər vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143460 Aksizlər üzrə maliyyə sanksiyalarından daxilolmalar
143470 Sadələşdirilmiş vergi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143480 Mədən vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar
143490 Digər vergi və daxilolmalar üzrə maliyyə sanksiyalarından daxilolmalar
143500 Vergi qanunvericiliyinin pozulmasına görə inzibati cərimə

 

Faylı yükləyin: Büdcə Gəlirlərinin Təsnifatı / Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 618
Bakı şəhəri, 29 dekabr 2017-ci il
“Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin birinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                         Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 618 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun əhatə dairəsinə düşən sığortaedənlərin və sığortaolunanların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qeydiyyatı qaydalarını tənzimləyir.

1.2. Bu Qaydada istifadə olunan “Fərdi şəxsi hesab” anlayışı – dövlət sosial sığorta sistemi üzrə məlumatların toplusunu özündə əks etdirən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab mənasını ifadə edir.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Sığortaedənlərin işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı

2.1. Sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmağa borcludurlar.
2.2. Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, Fondda uçota alınmış sığortaedənlər  işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.

2.3. Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.

2.4. Yeni yaradılan (ləğv edilən) sığortaedənlərin işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin dördüncü hissəsinə uyğun tənzimlənir.

3. Sığortaolunanların işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı

3.1. Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmış hesab olunurlar.

3.2. Sığortaolunanların işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir.

3.3. Sığortaçı sığortaedənlər tərəfindən hesablanıb ödənilən işsizlikdən sığorta haqları barədə məlumatları sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə almır.

3.4. Sığorta hadisəsi baş verdiyi halda sığortaolunanların işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı onların sığorta ödənişini almaq hüququnu və sığorta stajını müəyyənləşdirir.

4. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta
üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarət

4.1. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Fondun orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.

4.2. Sığortaolunanlar və sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı ilə bağlı məsələlərdə Fondun yerli orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

“Sığortaolunanların əmək haqlarının maliyyələşdirilməsi Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 616
Bakı şəhəri, 29 dekabr 2017-ci il
“Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri               Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 616 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.6.-cı maddəsinə əsasən hazırlanmışdır və aktiv məşğulluq tədbiri kimi müəyyən müddət ərzində sığortaedənlərlə birlikdə sığortaolunanların əməkhaqlarının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi şərtlərini və qaydasını müəyyən edir.
1.2. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı (bundan sonra – Proqram) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) göndərişi əsasında işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hissəsinin müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsidir.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Sığortaolunanların əməkhaqlarının
maliyyələşdirilməsi şərtləri

2.1. Xidmətdə işsiz kimi qeydiyyata alınmış şəxslərin sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək hüquqları vardır.
2.2. Xidmətin göndərişi əsasında işəgötürənlə əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hissəsi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.
2.3. Proqramda iştirak edən işsizlərdən əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
2.4. Proqramda işəgötürənlərin iştirakı üçün aşağıdakı şərtlər müəyyən edilir:
2.4.1. son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;
2.4.2. son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən);
2.4.3. işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən;
2.4.4. vakansiya bankına müvafiq məlumatları təqdim edən;
2.4.5. kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan.
2.5. Hər bir işəgötürən üzrə əməkhaqlarınn maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz.
2.6. Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl vakansiya bankına təqdim edilməlidir.
2.7. Xidmət tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş məşğulluq təsnifatı üzrə müxtəlif vakant iş yerlərinə göndəriş işəgötürənə təqdim edildiyi halda, işəgötürən ilk növbədə, əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulmayan vakant iş yerlərinə, sonra isə əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan vakant iş yerlərinə işçiləri qəbul
etməlidir.
2.8. İşəgötürən tərəfindən əməkhaqları maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği maliyyələşdirilməsi nəzərdə tutulmayan iş yerləri üzrə əməkhaqqının məbləğindən 10 faizdən çox fərqlənə bilməz.
2.9. Proqramda iştirak edən işəgötürənlər bu Proqram çərçivəsində Xidmətin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə Proqram başa çatdıqdan sonra ən azı 1 (bir) il ərzində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, xitam verdiyi halda, növbəti maliyyələşdirmə proqramında iştirak etmirlər.
2.10. Büdcədən maliyyələşən təşkilatlar sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında işəgötürən kimi iştirak etmirlər.

3. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi

3.1. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi üzrə aktiv məşğulluq proqramında iştirak etmək istəyən hər bir işəgötürən “Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, “Elektron hökumət portalı” və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” portalında yerləşdirilmiş “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı” elektron xidməti vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – MİS) “Məşğulluq Alt Sistemi”ndə (bundan sonra – MAS) “Müraciət – Ərizə” (1 nömrəli əlavə) formasını doldurub gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Elektron informasiya sisteminə məlumatlar bilavasitə işəgötürən tərəfindən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən ötürülür.
3.2. İşəgötürən Proqramda iştirak məqsədi ilə mövcud informasiya ehtiyatlarında ona aid fərdi və kommersiya xarakterli məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğu edilərək əldə olunmasına dair Razılığını (2 nömrəli əlavə) gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir.
3.3. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan və Razılıq təsdiq edildikdən sonra, 10 (on) iş günü ərzində həmin işəgötürənin bu proqramda iştirakının mümkünlüyü araşdırılır.
3.4. Proqramda iştirak imkanlarının araşdırılması üçün müraciət etmiş işəgötürənlər tərəfindən təqdim edilmiş müvafiq məlumatların digər orqanlardan elektron formada ödənişsiz əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı dövlət orqanlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur:
3.4.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi – işəgötürənin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu barədə məlumat;
3.4.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – işəgötürənin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumat;
3.4.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – işəgötürənin lizinq ödənişləri üzrə yerinə yetirilməmiş öhdəlikləri barədə məlumat;
3.4.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi – işəgötürənin gömrük ödənişləri üzrə borcunun olmaması barədə məlumat.
3.5. İşəgötürən bu Qaydanın 2.4-cü bəndində müəyyən edilən şərtlərə uyğun olduğu halda, ona bu barədə elektron bildiriş göndərilir və Razılaşma hazırlanaraq təsdiq edilir.
3.6. Razılaşmada aşağıdakı məlumatlar öz əksini tapır:
3.6.1. sığortaolunanların əməkhaqlarının bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsinə razılıq verilmiş vakansiyalar;
3.6.2. sığortaolunanların əməkhaqlarının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi (məbləği);
3.6.3. sığortaolunanların əməkhaqlarının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcəyi müddət;
3.6.4. məlumatların mübadiləsi və hesabat;
3.6.5. tərəflərin öhdəlikləri (vəzifələri);
3.6.6. tərəflərin hüquqları.
3.7. Xidmət Razılaşma imzaladığı işəgötürənlərə əməkhaqqı maliyyələşdiriləcəyi iş yerləri üzrə müəyyən edilmiş qaydada göndəriş rəsmiləşdirir. İşəgötürən göndərişdən istifadə barədə məlumatda işaxtaranı vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarını verərək göndərişdə müvafiq qeydlər aparır və onu imzası və möhürü ilə təsdiqləyərək işaxtarana təqdim edir. Bununla yanaşı, işəgötürən qərarı barədə məlumatı müəyyən edilmiş qaydada MAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.
3.8. İşəgötürən göndərişdən istifadə barədə məlumatda işaxtaranın vakansiyaya qəbuldan imtina etdiyini bildirdiyi halda, bu barədə göndərişdə müvafiq qeydlər aparır, onu imzası və möhürü ilə təsdiq edərək işaxtarana təqdim edir. Bununla yanaşı, işəgötürən bu qərarı barədə məlumatı MAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiqləyir. Bu halda Xidmət işəgötürənə əməkhaqqının maliyyələşdiriləcəyi iş yerləri üzrə müəyyən edilmiş qaydada yeni işaxtaran üzrə göndəriş rəsmiləşdirir. Bu proses Razılaşmanın qüvvədə olduğu müddəti keçməmək şərti ilə, işəgötürən tərəfindən işaxtaranın vakansiyaya uyğun işlə təmin edilməsi ilə bağlı qərar verilənədək davam edə bilər.

3.9. İşaxtaranın işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin MİS-in “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”ndə qeydiyyata alınması ilə təsdiqlənir.

3.10. İşçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

3.11. İşəgötürən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, əmək müqaviləsinə sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi barədə Razılaşmanın müddətinin bitməsindən əvvəl öz təşəbbüsü ilə xitam verdiyi halda, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.

3.12. Əmək müqaviləsinə əməkhaqqının maliyyələşdirilməsi barədə Razılaşmanın müddətinin bitməsindən əvvəl sığortaolunanın təşəbbüsü ilə xitam verildiyi halda, həmin işaxtaranın Proqramda iştirakı dayandırılır.

4. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi
müddəti və məbləği

4.1. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş orta aylıq əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə, sığortaolunanın ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqına üstəliyin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, 7 işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

4.2. Əməkhaqqına əlavələr, mükafatlar və digər ödənclər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.

4.3. Əməkhaqqının maliyyələşdirilən hissəsi əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, hər ay işəgötürən tərəfindən Razılaşmada nəzərdə tutulan müddətdə və məbləğdə ödənilir.

4.4. Razılaşmanı imzalamış işəgötürənlər onun icrası və Xidmət tərəfindən Proqram üzrə ödəniləcək vəsait barədə hesabatı sonrakı ayın 5-dək elektron qaydada MİS-ə (3 nömrəli əlavə) təqdim edirlər. Hesabatın Xidmət tərəfindən qəbul olunması təsdiq edildikdən sonra, həmin ayın 10-dan gec olmayaraq, bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi üzrə ödəniş işəgötürənə ödənilir.

4.5. İşəgötürənlərin təqdim etdikləri aylıq hesabatlar onların hər rüb üçün məcburi dövlət sosial sığorta haqqının toplanması qaydaları ilə müəyyən edilmiş müddətdə və formada təqdim etdikləri məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla üzləşdirilir. İşsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, bu vəsaitin geri qaytarılması işəgötürənlərdən müəyyən edilmiş qaydada tələb olunur və həmin işəgötürənə münasibətdə Proqramın icrası dayandırılır.

4.6. İşin xüsusiyyətindən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallardan) asılı olaraq, sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi 3 (üc), 6 (altı), 9 (doqquz) ay və yaxud 1 (bir) il müddətində Razılaşmaya uyğun həyata keçirilir.

5. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi
qaydasının icrasına nəzarət

5.1. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi qaydasının icrasına nəzarət Xidmət tərəfindən həyata keçirilir. Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsinə əsassız 8 olaraq rədd cavabı aldıqda, onun ödənilməsi müddətləri başqa vaxta keçirildikdə, ödənişin məbləği ilə razılaşmadıqda, sığortaolunanlar Xidmətin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

“Sığortaolunanların əməkhaqlarının
maliyyələşdirilməsi Qaydası”na
1 nömrəli əlavə

Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi
proqramında iştirak üçün
MÜRACİƏT- ƏRİZƏ
** Nömrəsi                                                                                                                                                        ** GG.AA.İİİİ

İşəgötürən barədə məlumat

** İşəgötürənin adı
** İşəgötürənin VÖEN-i
** İşçilərin orta illik sayı (nəfər)
Elektron poçt ünvanı
Stasionar telefon nömrəsi
Mobil telefon nömrəsi
* Müflis edilməsi barədə müraciəti var? bəli/xeyr
* Son bir ildə fasiləsiz fəaliyyəti olub? bəli/xeyr

Vakansiya bankı üzrə məlumat

 

** vakansiya

 

** yarandığı tarix

* Əmək müqavilələrinin

gözlənilən müddəti (il, ay)

* Müraciət tarixinə yerinə yetirilməmiş vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması

barədə məlumat

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu var? bəli/xeyr
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu var? bəli/xeyr
Lizinq ödənişləri üzrə yerinə yetirilməmiş öhdəlikləri var? bəli/xeyr
Gömrük ödənişləri üzrə borcu var? bəli/xeyr

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərdən olan işçilər

barədə məlumat

*Sosial müdafiəyə xüsusi ehtiyacı

olanların kateqoriyaları

 

FİN

** Əmək müqaviləsi- nin nömrəsi  

SAA