Rusiyada vergi və gömrük xidmətləri birləşdirilir?

posted in: Vergi, Xəbər | 0

Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalov 2018-ci ildə vergi və gömrük xidmətlərinin birləşdirilməsini təklif edib. Bu barədə İ.Şuvalov Federal Vergi Xidmətinin kollegiya iclasında çıxışında bildirib.

“Bəzi ölkələrdə vahid fiskal orqan fəaliyyət göstərir. Yeni siyasi mərhələyə qədəm qoyduğumuz dövrdə vergi və gömrük işçilərini bu struktura dəvət edirəm. Əlbəttə ki, birləşmə qərarı alınmadan əvvəl onun müsbət və mənfi tərəfləri müzakirə olunacaq. Əgər bu yaxşı və hökumət üçün daha aydın yol olsa, hökumət sabit gəlir təmin etsə, vətəndaşlar və hüquqi şəxslər üçün əlverişli olsa, o zaman bu qərarı 2018-ci ilin may ayında qəbul etmək məqsədəuyğun olar”,- deyə Şuvalov sözlərinə əlavə edib.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gömrük rüsumları yenidən müəyyən ediləcək

posted in: Vergi, Xəbər | 0

Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri, eyni zamanda ölkədən ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri yenidən müəyyən ediləcək. Nazirlər Kabineti tərəfindən qəbul olunan yeni qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minəcək.

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının 1-ci hissəsi ləğv edilib. Eyni zamanda “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilib.

Qeyd olunur ki, bu addım, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə atılıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Son 10 ildə vergi daxil olmaları 7 dəfə artıb

posted in: Vergi, Xəbər | 0

“Bu ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1% əməl olunub”. Bunu regionlarda keçirilən zona müşavirəsində nazir müavini Sahib Ələkbərov deyib.

O, son 10 ildə ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfə artdığını qeyd edib: “1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyə qədər artaraq 86,6 mln. manatdan 600,8 mln. manata çatıb”.

Xatırladaq ki, zona müşavirələri Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində keçirilib.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gilan Sənaye Qrupunda ödənişsiz təcrübə proqramı

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Gilan Sənaye Qrupu mühasib köməkçisi sahəsində təcrübəçi axtarır.

Öhdəliklər:

  • Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
  • Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
  • Ödəniş üçün çekləri hazırlamaq;
  • Ödəniş sənədləri, qaimələr, tədarük sifarişləri, kreditor borcu üçün qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək;
  • Hesablara və xərc mərkəzinə uyğun uçot aparmaq;
  • Qaimələr, tədarük sifarişləri və digər mühasibat sənədlərini yoxlamaq və düzəlişlər etmək.

Tələblər:

  • Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
  • MS Proqramları (Word, Excel) ilə işləmə bacarığı;
  • Yaxşı ünsiyyət qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik.

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Hacıqabul

Təhsil: Bakalavr

Tələb olunan ixtisas: Mühasibat uçotu və Audit, Maliyyə

Dillər: Azərbaycan – Əla / İngilis – orta

İT bilikləri: word,excel,outlook,1C

Mənbə: gilanholding.com

gilanholding.com/careers/vacancies/ linkinə daxil olaraq müvafiq vakansiya üzrə CV-nizi göndərə bilərsiniz.

Son müraciət tarixi 30 noyabrdır.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.