UBER şirkətinin vergiyə cəlb edilməsi barədə hökm çıxarılmışdır

posted in: Vergi, Xəbər | 0

London tribunalının hökmünə əsasən, UBER və onun kimi nəhəng şirkətlər fəaliyyət göstərdikləri ölkələrdə vergi ödəməlidirlər. İşçiləri sosial müdafiədən məhrum özüməşğul insanlardan ibarət olan UBER keçən il London tribunalının qərarından, eləcə də ona qarşı irəli sürülmüş öz sürücülərinə ənənəvi taksi xidməti operatorlarının təqdim etdikləri işə qəbul hüquqları vermək tələbindən şikayət edə bilməmişdi.

Bu ilin noyabr ayında Londonun məşğulluq üzrə apelyasiya tribunalı həmin qərarı qüvvədə saxlamışdı.

Keçən ilin noyabr ayında Londonun məşğulluq üzrə tribunalı peşəkar sürücülərin həmkarlar təşkilatı olan GMB-nin iki nəfər sürücünün adından verdiyi şikayəti əsasında UBER-in əleyhinə qərar çıxarmışdı. Tribunal müəyyən etmişdi ki, UBER zəhmətkeşlərin əsas hüquqlarını sürücülərin əlindən almaqla qanunsuz hərəkət etmişdi. Tribunalın qərarında qeyd edilmişdi ki, UBER üçün çalışan sürücülərin bayramlıq ödəniş, zəmanətli minimal əmək haqqı almaq, eləcə də məzuniyyətə çıxmaq hüquqları vardır.

Tribunalın qərarında vergi məsələlərinə toxunulmasa da, mütəxəssislər hesab edilər ki, bu qərar UBER-in Böyük Britaniyada öz işçiləri üçün Milli Sığorta fonduna ödəniş şəklində vergi ödəməsinə, eləcə də əlavə dəyər vergisi rejiminin işlənilməsində dəyişiklik edilməməsinə qapı aça bilər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

«Asan imza» istifadəçi ID-sini necə dəyişdirməli?

posted in: Xəbər | 0

Bu ilin noyabr ayının 1-nə vergi ödəyicilərinə ümumilikdə 384.246 «Asan imza» sertifikatı verilib.

2013- cü ilin may ayından etibarən istifadəyə verilən «Asan imza» ölkəmizdə mövcud qanunvericiliyin bütün tələblərinə uyğun gələn yeganə mobil elektron imza hesab edilir. Bu imza vasitəsilə hazırda elektron vergi bəyannamələrinin təqdim olunması, gömrük xidmə- tində məhsulların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı və s. həyata keçirilir.

Bu ilin əvvəlindən Vergilər Nazirliyi tərəfindən “Asan imza istifadəçi ID-sinin dəyişdirilməsi” elektron xidməti istifadəyə verilib. Xidmətin icrası istifadəçinin “Asan imza” vasitəsilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq, 3-5 dəqiqə ərzində həyata keçirilir. İstifadəçi tərəfindən təsdiqlənmiş ID-nin dəyişdirilməsi barədə məlumat internet və ya Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə Asan Sertifikat Xidməti Mərkəzinin (ASXM) məlumat bazasına göndərilir.

“Asan imza” istifadəçi ID-sinin dəyişdirilməsi üçün istifadəçi asanimza.az internet səhifəsindən yüklənmiş Asan-Doc proqram təminatında istifadəçi dəyişdirilməsi üçün mövcud istifadəçi ID-sini və yeni istifadəçi ID-sini müvafiq xanalara qeyd etməli və mobil telefonda PİN 1 daxil etməklə əməliyyatı təsdiqləməlidir. Əməliyyatın sonunda istifadəçi ID-sinin müvəffəqiyyətlə dəyişdirilməsi barədə məlumat ekranda əks olunacaq. İstifadəçi Çağrı Mərkəzinə müraciət etməklə xidmətdən istifadə etdikdə istifadəçi ASXM tərəfindən təqdim edilmiş istifadəçi ID-sini dəyişdirmək istədiyini bildirməli, daha sonra ondan soruşulan “Asan imza”nın bağlı olduğu mobil telefon nömrəsini və yeni istifadəçi ID-si məlumatını bildirməlidir. Bundan sonra istifadəçiyə mövcud və yeni təqdim olunan istifadəçi ID-si barədə SMS göndəriləcək. İstifadəçi SMS-lə tanış olduqdan sonra Çağrı Mərkəzinin təmsilçisinə razılığını bildirməli, mobil telefonda yoxlama kodunu təsdiqləməli və “Asan imza” PİN 2 kodunu daxil etməklə imzalamalıdır. Əməliyyat başa çatdıqdan sonra istifadəçinin “Asan imza”nın bağlı olduğu mobil telefon nömrəsinə ID-nin dəyişdirilməsi barədə SMS göndəriləcək. Həmçinin istifadənin İnternet Vergi İdarəsində elektron qutusu olduğu halda, “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumat göndəriləcək. İstifadəçinin ID-sinin dəyişdirilməsi əməliyyatı istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə dəyişiklik aparılacaq.

“Asan imza”nın bağlı olduğu mobil telefon nömrəsi səhv bildirilərsə, mobil nömrədə “Asan imza” xidməti aktiv olmazsa, istifadəçinin “Asan imza” sahibi olmadığı müəyyən edilərsə, yeni istifadəçi ID-si dəqiq bildirilməzsə, xidmət yekunlaşdırılmadan əlaqə kəsilərsə bu zaman istifadəçi ID-sinin dəyişdirilməsindən imtina ediləcək. İstifadəçi Çağrı Mərkəzinə müraciət etdikdə və sorğunun qəbulundan imtina üçün əsas olmadıqda yeni istifadəçi ID-si Çağrı Mərkəzinin təmsilçisi tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, xidmətin göstərilməsi üçün heç bir ödəniş və ya sənəd tələb olunmur, sadəcə, istifadəçi “Asan imza”ya malik olmalıdır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Milli Mühasiblər Forumuna qeydiyyat başladı

posted in: muhasibat, Xəbər | 0

Forum haqqında məlumat

Dəyişən dünyada Qlobal məkanda amansız rəqabətə tab gətirmək yolunda Azərbaycanın sürətlə irəliləməsi ölkə iqtisadiyyatının təşkili və inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini zəruri edir. Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın, hesabatlılığın, uçotun təminində mühasibat uçotunun müasir tələblərə uyğun təşkil olunmasıdır. Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühasiblər Forumu Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir. Bununla yanaşı mühasibləri, sahənin alimlərini, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr toplamağa nail olmaqdır.

Məlum olduğu kimi, artıq 8 aprel 2017-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə olaraq “I Milli Mühasiblər Forumu” keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Qeyd olunan təşkilatçılar 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində “II Milli Mühasiblər Forumu”-nu keçirəcəklər.

Ətraflı məlumatı www.mmf.az saytından əldə edə bilərsiniz.

Proqram

Tədbirin keçirildiyi yer: Şamaxı rayonu, Pirqulu qəsəbəsi, AR Vergilər Nazirliyinin Tədris Mərkəzi, 28-29 aprel 2018-ci il

REQLAMENT:

MƏRUZƏLƏR 15-20 dəq,

ÇIXIŞLAR – 5 dəqiqə,

SUALLAR – 3 dəqiqə

09.30-10.00 QEYDİYYAT
28 Aprel 2018/Şənbə 10.00-12.00 PLENAR İCLAS
12.00-13.00 Çay-kofe Mətbuat

konfransı

Sərgi
13.00-14.00 NAHAR
14.00-15.30

 

I İCLAS

I Bölmə:Mühasibatlıq sahəsində dövlət tənzimlənməsi II Bölmə  A:

Vergi qanunvericiliyi və mühasibatlıq

III Bölmə:

QHT sektorunda uçot və hesabatın müasir vəziyyəti

15.30-16.00 ÇAY-KOFE FASİLƏSİ
16.00-18.00

 

II İCLAS

IV Bölmə:

Büdcə təşkilatlarında uçotun təşkili problemləri

II Bölmə  B:

Vergi qanunverciliyi və mühasibatlıq

V Bölmə A:

Kommersiya qurumlarında mühasibatlığın problemləri

18.00-19.00 YERDƏYİŞMƏ
19.00-21.00 BREYN RİNQ
21.00-23.00 “QALA” Şam yeməyi
09.30-10.00 QEYDİYYAT
29 Aprel 2018/Bazar         10.00-11.30

 

III İCLAS

VI Bölmə A:

 Mühasibatlıq proqramları təminatında müasir çağırışlar

VII Bölmə A:

Təhsil və sertifikasiya

V Bölmə B:

Kommersiya qurumlarında mühasibatlığın problemləri

11.30-12.00 ÇAY-KOFE FASİLƏSİ
 12.00-13.00

 

IV İCLAS

VI Bölmə B:

 Mühasibatlıq proqramları təminatında müasir çağırışlar

VII Bölmə B:

Mühasibatlıq üzrə  karyera və şəxsi inkişaf imkanları

V Bölmə C:

Kommersiya qurumlarında mühasibatlığın problemləri

13.00-14.00 BAĞLANIŞ PLENAR İCLASI (Gurunun çıxışı)
14.00-15.00 NAHAR
15.00-20.00 Turistik proqram
20.00-21.00 ŞAM YEMƏYİ
22.00 Bakıya yola düşmə

Mənbə: www.mmf.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyəçi və iqtisadçılar üçün 3 aylıq ödənişsiz təcrübə proqramı

posted in: iqtisadiyyat, Maliyyə, Xəbər | 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tələbələr və ali təhsilli gənclər üçün təcrübə keçmək imkanı yaradır.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edir. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan və ya təhsilini başa vurmuş gənclər İİTKM-ə müraciət edə bilərlər:

– İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT və ya hüquq sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

– Məntiqi və analitik düşünmə qabiliyyəti;

– Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

– Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Proqrama qoşulmaq istəyənlərdən 30 noyabr 2017-ci il tarixinə kimi ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: iqtisadiislahat.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.