2017-ci ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

2017-ci ilin noyabr ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin dekabr ayının 20-dən gec olmayaraq alqı-satqı müqaviləsini təsdiqləyən notarius tərəfindən vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2017-ci ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 4-cü rüb üzrə bəyannaməni yanvar ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2017-ci ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (4-cü rüb üzrə bəyannamə yanvar ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

***

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

 

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Avtomobillər üçün aksiz vergisi artırılacaq

posted in: Vergi, Xəbər | 0

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək.

bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara əsasən mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır.

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

Qeyd edək ki, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.

Mənbə: Apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Cəmi 17 manata Azərbaycan dilində online ACCA F3 kursu!!!

Cəmi 17 manat ödəməklə Azərbaycan dilində online ACCA F3 kursu keçmək imkanı! Bu kurs bütün tələbələr üçün F3 Mühasibat Uçotunu tam öyrənməyə və ACCA F3 imtahanına hazırlaşmağa vasitədir. Yenicə yaradılmış bu kurs vasitəsilə siz:

  • ACCA F3 Financial Accounting imtahanına tam hazır ola bilər;
  • Financial Accounting imtahanını praktiki cəhətdən əhatə edə bilərsiniz.

Kursu keçmək üçün https://www.udemy.com/acca-f3-fiinancial-accounting-praktika-kursu/ linkinə daxil olaraq videoları izləməyiniz kifayətdir.

Bu kursda əsas olaraq iki sahə əhatə olunur:

  • ACCA F3 Financial Accounting mövzusunda məsələlərin həlləri – burada bir sıra kitablarda qarşınıza çıxan tapşırıqlar izahlı formada əhatə edilir. Bu bölmənin əsas məqsədi isə siz tələbələrin qarşısına çıxan müxtəlif tipli sualların izahlı həllərini təqdim etməkdir. Bunu üçün siz daimi olaraq kursun sual bölməsinə sizi narahat edən məslələrə aid sualları yazsanız getdikcə kursun əhatə dairəsi genişlənəcəkdir.
  • ACCA F3 Financial Accounting mövzusunda SINAQ İMTAHANI  – Bu kursda həm də sınaq imtahanı keçiriləcək. Bu sualları başqa heç yerdə görməmisiniz.

Əgər digər kurslardan yararlanmaq istəyirsinizsə, aşağıdakı linklərə daxil olaraq məlumat əldə edə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünyanı yeni maliyyə böhranı gözləyir

posted in: Maliyyə, Xəbər | 0

Dünya iqtisadiyyatında sabitlik ilk baxışda təmin olunmuş kimi görünsə də, qlobal maliyyə böhranının baş verməsi üçün bütün zəruri şərtlər yaradılıb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, qlobal maliyyə bazarlarında anormal əməliyyatların davam etməsi böhrana səbəb ola bilər.

Belə ki, dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Yaponiyada son istiqraz hərracında yerləşdirilən 4 mlrd. dollarlıq 2 illik istiqrazların faiz dərəcəsi -0,149% (mənfi) olsa da, tələbat təklifi 5 dəfə üstələyib. Mənfi faiz dərəcəsi onu göstərir ki, investorlar Mərkəzi Bankdan monetar stimullaşdırmanın bitməsini gözləmirlər. Nəticədə, aktivlərin qiyməti şişməyə davam edir.

Xatırladaq ki, hazırda dünyada mənfi faiz dərəcəsinə sahib olan istiqrazların həcmi 9 trln. dollar təşkil edir. Dövlət istiqrazlarının 85%-nin gəlirliliyi isə qlobal inflyasiya həddindən aşağıdır, yəni real olaraq mənfi gəlirliliyə sahibdir.

Ən çətin vəziyyətlə isə pensiya fondları üzləşib. Onlar, öz öhdəliklərini yerinə yetirmək üçün illik 7-8% mənfəət əldə etməlidir. Lakin 0% və ya mənfi faizli istiqrazlar onların maliyyə balansının kəsirini artırır. ABŞ-ın “Milliman” araşdırma şirkətinin məlumatına görə, 2012-2016-cı illərdə ABŞ-dakı pensiya fondlarının orta illik gəlirliliyi 1,31% təşkil edib. Kəsirin qarşısını almaq üçün fondlar daha riskli aktivlərə investisiya qoymağa məcbur olub. Məhz bu dövr ərzində pensiya fondlarının səhmlərə investisiyaları 19%-dən 24%-ə yüksəlib.

Digər problem isə mərkəzi bankların balanslarında olan yüksək həcmdə istiqrazlarla bağlıdır. İqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə alınan istiqrazların həcmi FED, ECB və BoJ-da hazırda 13,8 trln. dollar təşkil edir. Bu istiqrazların müddətinin bitmə dövrü yaxınlaşdıqca maliyyə riski daha da artır. FED-in istiqrazlarının əksər hissəsinin müddətinin 2020-2022-ci ildə bitməsi gözlənilir. Əgər FED yenidən maliyyələşdirmə əməliyyatı aparmasa, dünya üzrə aktivlərin qiymətinin ucuzlaşması qaçılmaz olacaq.

Mənbə: Report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.