Mühasiblər haqqında maraqlı lətifələr (4-cü hissə)

posted in: muhasibat, Məqalə | 0

  • Mühasib ilk dəfə dörd yaşlı qızına Zoluşka haqqında nağılı oxuyur. Kiçik qız nağıla valeh olur, xüsusilə də balqabağın karetaya çevrilməsi hissəsi onu heyran edir. Qəfildən atasından soruşur: – Ata, balqabaq qızıl karetaya çevrilir, belədə o, gəlir kimi təsnifatlaşdırılır, yoxsa əmlak dəyərinin yüksəlməsi kimi?…
  • İki mühasib əyləşib hesabatı hazırlayırlar. Biri düşüncəli şəkildə soruşur: – Olya, sən məndən nə qədər böyüksən? – 2 il və 3 rüb…
  • -Deyirlər sən qızını öz mühasibinə ərə vermisən. – Hə, elədir. – Axı, özün demişdin o, səndən oğurlayır! – Mən indi də bunu deyirəm. Amma, indi mənim pullarımı, o, öz qızıma verəcək.
  • Yeni ruslardan iki nəfəri idarədə oturub balans üzərində işləyirlər. Onlardan biri düşüncəli şəkildə baş mühasibdən soruşur: – Maşa, milyonda neçə sıfır var? – Altı! Cavabı eşidən qız öz həmkarına tərəf çevrilərək: – Bax, görürsən, sənə demişdim ki, iki milyonda – on iki sıfır var!
  • Şirkətə mühasib lazım olduğundan elan verilir. Elan üzrə bir neçə nəfər gəlir. Direktor birinci gələni qəbul edir: – Soyadınız necədir? – İvanov. – İki dəfə iki neçə edir? – Dörd. – Azadsan, gedə bilərsən. İkinci gəlir: – soyadınız necədir? – Maxaraşvili. – İki dəfə iki neçə edir? – Hardasa yeddi ya səkkiz… – Azadsan, gedə bilərsən. Nəhayət üçüncü gəlir: – Soyadınız necədir? – Rabinoviç. – İki dəfə iki neçə edir? – Hmm, sizə neçə lazımdır?…
  • İş elanı. Müəssisəyə təcrübəli mühasib tələb olunur (qadın da ola bilər), eləcə də təcrübəli qadın (həmçinin mühasib).

 

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Böyük Britaniya artıq iqtisadi gücünü itirib?

posted in: iqtisadiyyat, Xəbər | 0

Böyük Britaniyanın ÜDM-nin həcmi 2,565 trilyon dollara qədər aşağı düşüb və ölkə beş ən iri iqtisadi güc sırasına daxil ola bilməyib. Bu haqda Britaniyanın maliyyə naziri Filip Hammonda istinadla  CNN telekanalı məlumat verib. BVF-nun reytinqində Böyük Britaniya ilk dəfə 2013-cü ildə Fransanı ötüb keçə bilmişdi. 2017-ci ildə Fransanın ÜDM-u 2,575 trilyon dollar təşkil edib. Sözügedən beşliyə həmçinin ABŞ (19,4 trln), Çin (11,9 trln), Yaponiya (4,9 trln) və Almaniya (3,7 trln) daxildirlər.

Böyük Britaniyada iqtisadi yüksəlişinin yavaşıması Avropa Birliyindən çıxması ilə əlaqəlidir: funt kəskin şəkildə zəifləyib, istehlak xərcləri aşağı düşüb, qiymətlər isə yüksəlib. Proqnozlara görə 2018-ci ildə də Fransanın iqtisadi mövqeyi möhkəmlənməkdə davam edəcək, 2019-cu ildə isə Hindistan da ÜDM-in həcminə görə Böyük Britaniyanı ötüb keçəcək.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Avropa istiqrazları qiymətdən düşür, avro isə yüksəlir

posted in: iqtisadiyyat, Maliyyə, Xəbər | 0

Almaniyda siyasi gərginlik və regionda işgüzar əminliyin möhkəmlənməsi fonunda Avropada dövlət istiqrazları dəyər itirir, avro isə möhkəmlənməkdə davam edir.  Dollar isə üçüncü gündür ki, enməkdə davam edir. Avropa pərakəndə şəbəkələrinin gözlədiyi Qara Cümə ərəfəsində Stoxx 600 yüksəlməyə başlayıb. Çinin idxal etdiyi istehlak məhsullarına görə tarifləri aşağı salması, ərzaq məhsulları sahəsində fəaliyyət göstərən müəssisələrin səhmlərinin artışına gətirib çıxarıb.

Dəmir filizi qiymətləri ilə birlikdə digər sənaye metallarının qiyməti də yüksəlib. Keyston neft-boru kəmərində sızmaların aşkara çıxması, WTI neftinin qiymətinə də təsirsiz ötüşməyib. Bloomberg agentliyinin dünya bazarında noyabrın 24-nə olan əsas hadisələr barədə məlumatı:

Səhmlər

  • Stoxx 600 indeksi 0,1% yüksəlib.
  • FTSE 100 (Böyük Britaniya) indeksi 0,1% aşağı düşüb.
  •  Almanıiyanın DAX indeksi 0,05% yüksəlib.
  •  İnkişaf etməkdə olan bazarların MSCI indeksi 0,2% yüksəlib.
  •  S&P 500 füçers indeksi 0,1% yüksəlib.
  • Yaponiyanın Topix indeksi 0,2%, Nikkei isə 0,1% artıb.
  •  Avstraliyanın S&P/ASX 200 indeksi 0,1% aşağı düşüb.
  • Honkongda Hang Seng indeksi 0,5%, Shanghai Composite indeksi isə 0,1% artıb.

Valyutalar

  •  Yapon iyenası dollara nisbətdə 0,2%aşağı düşüb, 111,41 iyena 1 dollar təşkil edir.
  •  Avro 0,1% artaraq, 1 avro 1,1864 dollar səviyyəsinə çatıb.
  •  Britaniya funt sterlinqi 0,1% yüksələrək, 1,3324 dollar səviyyəsinə çatıb.

İstiqrazlar

  • ABŞ-ın onillik müddətə buraxılan dövlət istiqrazlarının gəlirliliyi 2,35% artıb.
  • Almaniyada onillik müddətə buraxılan dövlət istiqrazlarının gəlirliliyi 0,35% artıb.
  • Britaniyada eyni müddətə buraxılan istiqrazlar üzrə gəlirlilik isə 1,249% yüksəlib.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşlə bağlı maraqlı faktlar

posted in: Məqalə | 0
1.XVIII əsrdə ingilis xalqında zahidliyi, tərki-dünyalığı seçən adamların işləməsi üçün daxma tikmək ənənəsi mövcud idi.

2.Sənaye inqilabları ərəfəsində insanlar çox sərt iş cədvəli üzrə çalışıblar.

3.Nyu-Cersidə dünyanın ən yaşlı işçisi çalışıb. Pensiyada olmasına və yüz yaşının olmasına baxmaraq, o, həmişə işə çıxıbmış.

4.Belçikalı qadının ən uzun sürən iş günü olub. O, fasiləsiz olaraq 78 saat ərzində yağda kartof frisi qızardıb.
4.Ən zəhmətsevər insanlar istisnasız olaraq Yaponiyada yaşayır.
6. İnsan ömrünün demək olar ki, yarısını işdə keçirir.

7. 19-cu əsrdə şüşəçilər (üfürməklə şüşə hazırlayan fəhlə) dözülməz istilik şəraitində çalışıblar.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.