Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469 802 vahid artıb və bu il oktyabrın 1-nə 1 871 717 olub.

Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 445 682 vahid artaraq 985 604 təşkil edib.

“Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

504 saylı “Qısamüddətli borclar” hesabı üzrə uçot

505 saylı “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)” hesabı üzrə uçot

posted in: Xəbər | 0

İmtiyazlı səhmlər

Müəssisələr məhdud tədavül müddətli, hesabat tarixindən 12 aydan daha az müddətdə geri alınan imtiyazlı səhmlər buraxdıqda, həmin səhmlərlə bağlı mühasibat uçotu məlumatları 505-ci “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)” hesabında qeydə alınır.

12-aydan daha çox müddətdə geri alınan imtiyazlı səhmlərin uçotu mühasibat uçotunun hesablar planının 40-cı“Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin 405-ci hesabı üzrə aparılır.

Səhmlərin adi və imtiyazlı kimi iki növü fərqləndirilir. İmtiyazlı səhm sahibinin müəyyən imtiyazları var. Məhz bu imtiyazlar onu adi səhm sahibindən fərqləndirir:

  • imtiyazlı səhm sahiblərinin dividendi adi səhm sahiblərindən daha tez alırlar;
  • müəssisə ləğvi zamanı qanunvericiliyin tələblərini gözləməklə, ödəniş onlara daha tez icra olunur;
  • geri alına bilən imtiyazlı səhmlər müəyyən vaxt keçdikdən sonra geri alınır, bu səhmlər bank krediti kimi, öhdəliklərdə əks etdirilir və ödənilmiş dividentlər faiz xərcləri şəklində qeydə alınır və mənfəət (zərər) hesabında uçota alınır;
  • geri alına bilməyən imtiyazlı səhmlər emissiya edildikdən sonra geri alınmır, bu səhmlər xüsusi kapital bölməsində öz əksini tapır və xalis mənfəət bölüşdürülərkən sahiblərinə ödənilən divident təmin olunur.

Səsvermə zamanı imtiyazlı səhm sahiblərinin həmin səsvermədə iştirak etmək hüququ yoxdur.

 “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısanmüddətli)” hesabı üzrə tənzimləmələr

Mühasibat uçotu subyektlərində subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 40.1-ci maddəsinə görə qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu üçün aşağıdakı hesablar açıla bilər:Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu 10 hesab açılır. Bunlardan biri 505 saylı geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısanmüddətli) hesabıdır

505 saylı “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)” hesabı öhdəlik hesabıdır, mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində geri alınacaq məhdud tədavül müddətli imtiyazlı səhmləri barədə ümumiləşdirilmiş məlumatları əks etdirmək üçün nəzərdə tutulub.

505 saylı hesab üzrə tənzimləmələr

Hesab üzrə tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 40.25-40.28-ci bəndlərinə əsasən aparılır.

  • İmtiyazlı səhmlərin (qısamüddətli) buraxılması, onların uzunmüddətli kimi təsnifləşdirilməsi Qaydaların 40.25-ci bəndinə əsasən nizamlanır.
  • Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər üzrə yaranan məzənnə fərqinə mühasibat yazılışlarının verilməsi qaydaların 40.26 bəndi əsasında aparılır.
  • İmtiyazlı səhmlərin (qısamüddətli) ödənilməsi hallarına Qaydaların 40.27-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı yaranan hallara isə 40.28-ci bəndi tətbiq olunur.

İmtiyazlı səhmlərin buraxılması ilə bağlı müxabirləşmə nümunəsi

“ABC” səhmdar cəmiyyəti bir ədədi 5 AZN, ümumilikdə dəyəri 5000 AZN, olan 1000 ədəd imtiyazlı səhm buraxmışdır. Razılaşmaya əsasən sözügedən səhmlər 6 ay müddətinə alınmışdır və səhm sahiblərinə 10% həcmində pul vəsaitinin ödənilməsi planlaşdırılır. Bu müddət bitdikdən sonra səhmlər müəssisə tərəfindən geri alınacaqdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İmtiyazlı səhmlər satıldıqda 223 – Bank hesablaşma hesabları 405 – “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” 500.00
2 İmtiyazlı səhmlə bağlı 6 ay ərzində ödəniləcək faiz xərci hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 500.00
3 Faiz borcu ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 500.00
4 Faiz xərci maliyyə xərcinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 500.00
5 Hesabat ilinin  sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına tanındıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 500.00

501 saylı “Qısamüddətli bank kreditləri” hesabı üzrə uçot

Xarici investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması

posted in: Xəbər | 0

Kommersiya hüquqi şəxslər

Hüquqi şəxslər qanunla müəyyən edilən formada qeydiyyatdan keçmiş, öz əmlakına malik olan, öhdəlikləri üzrə cavabdehlik daşıyan, mülki hüquq və öhdəliklər əldə edən və həyata keçirən, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilən qurumlardır. Onları iki qrupa ayırmaq olar:

  • kommersiya hüquqi şəxslər;
  • qeyri-kommersiya hüquqi şəxslər.

İstifadə etdiyi sərmayə mənbələrinə görə onlar aşağıdakı kimi təsnif edilir:

  • yerli investisiyalı hüquqi şəxs;
  • xarici investisiyalı hüquqi şəxs.

Kommersiya hüquqi şəxslərin əsas hədəfi mənfəət əldə etməkdir. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti (DVX) orqanlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu əsasında həyata keçirilir.

Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatı

Qeydiyyat üçün zəruri olan sənədlər aşağıdakılardır:

  • kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə (notariat qaydasında təsdiq olunmalıdır);
  • qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • təsisçi-fiziki şəxslər barədə məlumat (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səxsiyyətini təsdiq edən sənədin (pasport) surətləri ərizəyə əlavə edilir.);
  • təsisçi-hüquqi şəxslər barədə məlumat formaları;
  • təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə 2 nüsxədə;
  • qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qərar;
  • təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);
  • müşahidə şurasının üzvləri barədə məlumat – ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (səxsiyyət vəsiqəsinin (pasport) surətləri ərizəyə əlavə edilməlidir);
  • nizamnamə kapitalının və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
  • etibarnamə (əgər sənədlər təsisçi tərəfindən deyil səlahiyyətli nümayəndə tərəfindən imzalandıqda və/və ya təqdim edildikdə notarial qaydada təsdiq edilir, təsisçi hüquqi şəxs olduqda isə hüquqi şəxsin möhürü ilə təsdiq edilir), etibarnamə müvafiq qaydada leqallaşdırılmalıdır.

Xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatı ilə bağlı sənədlər “ASAN xidmət” mərkəzlərində də qəbul edilə bilər. Sənədlərin emalını və xarici investisiyalı kommersiya hüquqi şəxslərinin qeydiyyatını DVX-nin  yerli şöbələri həyata keçirir.

“Accounting.az” Azərbaycanda şirkət qeydiyyatı xidmətlərini təklif edir

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı

Məhdud məsuliyyətli cəmiyyət, əgər yenidən təşkil nəticəsində yaranmayıbsa, elektron formada da  dövlət qeydiyyatından keçə bilər. Bunun üçün xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (yaxud təsisçiləri) İnternet Vergi İdarəsinin (İVİ) təqdim etdiyi xidmət vasitəsi ilə elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Əgər xarici investisiyalı MMC-nin təsisçisi hüquqi şəxsdirsə, elektron qeydiyyat zamanı aşağıdakı sənədlər də ərizəyə əlavə edilir:

  • ticarət reyestrindən çıxarış;
  • hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi;
  • qeydiyyatı təsdiqləyən digər sənədlər.

Konsul leqallaşdırılması tələb olunan sənədlərin leqallaşdırılması və müvafiq qaydada təqdim edilməsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 7-2 maddəsinin 1-ci abzasının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı zamanı təsisçi:

  • fəaliyyət sahəsini göstərir,
  • işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını qeyd edir;
  • onun daxil etdiyi məlumatlar əsasında real vaxt rejimində elektron formada yaradılmış nizamnamə ilə olur;
  • nizamnaməni gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Elektron ərizənin və əlavə edilmiş sənədlərin qəbul edilməsi barədə təsdiqetmə bildiriş xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin İVİ-dəki elektron kabinetinə göndərilir. Xarici investisiyalı kommersiya hüquqi şəxslərin qeydiyyatının həyat keçirildiyi gün qeydiyyat haqqında sənədlər də elektron kabinetə göndərilir. Həmçinin qeydiyyat üzrə məlumatlar, əmək müqaviləsinin məlumatları uyğun qurumların  informasiya sisteminə ötürülür.

504 saylı “Qısamüddətli borclar” hesabı üzrə uçot

Hesablama metodundan istifadə zamanı icarədən ödəmə mənbəyindən vergi tutulması

posted in: Xəbər | 0

Əməliyyat icarəsi nədir?

Nəzəri hüquq icarənin əməliyyat icarəsi və maliyyə icarəsi kimi iki növünü fərqləndirir. Bu məqalə əməliyyat icarəsinin bir sahəsinin şərhinə həsr olunub. Əməliyyat icarəsinin predmeti müxtəlifdir, binaların, daşınar əşyaların, torpaq sahələrinin, hüquqların, müəssisələrin icarəsini aid etmək olar. Əməliyyat icarəsi zamanı icarəyəverən icarə haqqı şəklində gəlir əldə edir. Təbii ki, bu gəlirlər vergiyə cəlb edilməlidir. İcarə münasibətində iştirak edən tərəflərin vergi qeydiyyatına münasibətindən asılı olaraq vergitutmanın müxtəlif üsulundan istifadə edilə bilər. Gəlir (mənfəət) vergisi formasında, icarədən ödəmə mənbəyində vergi tutulması nümunə kimi göstərilə bilər.

Hesablama metodunda xərcin çəkilməsi vaxtı

Hesablama metodundan istifadə edən vergi ödəyicilərinin icarə xərcləri və icarə haqqı üzrə ödənişlərdən ödəmə mənbəyində vergi tutulmasında həm sahibkarların, həm də vergi ixtisası üzrə təhsil alan tələbələrin diqqət etməli olduğu bir çox məqamlar var. Mövzu ilə bağlı Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev şərh verib:

Vergi Məcəlləsinin 136.1 maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

• vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
• maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
• əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Hesablama metodu zamanı maliyyə öhdəliyi

Mövzunu davam etdirən mütəxəssis maliyyə öhdəliyi haqqında bunları qeyd edib:

“Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun (VM 136.2).

Misal: Hesablama metodu ilə uçot aparan “A” müəssisəsi fərdi sahibkardan 1 sentyabr 2020-ci ildə aylıq icarə haqqı 1000 manat olan daşınmaz əmlakı 12 aylıq müddətə icarəyə götürmüşdür. Şərtə uyğun olaraq müəssisənin 2020-ci il üzrə icarə xərcini müəyyən edək: Vergi Məcəlləsinin 136-cı maddəsinin 3-cü bəndinə əsasən, əmlakın icarə haqqı ödənilərkən icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

Şərtə uyğun olaraq “A” müəssisəsi daşınmaz əmlakı may ayında icarəyə götürmüşdür. Bu halda 2020-ci ildə onun icarə xərci sentyabr ayından başlanaraq hesabat dövrünün sonunadək aylar üzrə bölüşdürüləcək. Yəni hesabat dövrünün icarə xərci 4 ay üçün hesablanacaq və nəticədə icarə xərci 4000 manat ( 4 * 1000 ) olacaqdır. Hətta “A” müəsissəsinin icarə xərci üzrə kreditor borcu ( fərz edək ki sonuncu ayın icarə xərcini ödəməyib) yaransa da belə, onun icarə xərci 4000 manat olacaqdır.”

İcarədən ödəmə mənbəyində tutulan vergi

Müəllif hesablama metodundan istifadə zamanı icarədən ödəmə mənbəyindən vergi tutulması haqqında bunları bildirib:

Vergi Məcəlləsinin 99.3-cü maddəsinin 3-cü bəndinə əsasən, icarə gəliri fiziki şəxsin qeyri-sahibkarlıqdan gəliri hesab olunur. 124.1 və 124.2-ci maddələrə əsasən, fiziki şəxsin icarə gəlirindən əgər icarəyə götürən vergi orqanında uçotda olan şəxs olarsa, bu cür gəlirdən vergi icarəyə götürən tərəfindən ödəmə mənbəyində tutulacaqdır.

Buradan sual meydana çıxır ki, “A” müəssisəsi icarə xərclərini tam ödəmişdirsə, 2020-ci ildə icarə haqqından ödəmə mənbəyində nə qədər vergi tutub büdcəyə köçürməlidir?

Vergi Məcəlləsinin 150.1 ( 150.1.6) və 150.3-cü maddəsinə əsasən, icarə haqqı ödəyən fərdi sahibkarlar və ya hüquqi şəxslər “gəlirin ödənildiyi” rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə borcludurlar.

Suala əsasən, “A” müəssisəsi III rübdə (sentyabr) və IV rübdə (oktyabr, noyabr, dekabr) aylarında hər ay 1000 manat icarə haqqı ödəmişdir. 2020-ci ildə ödəmə mənbəyində tutulub büdəcəyə köçürülməli olan vergi məbləğinə gəldikdə, sentyabr ayında ödənilən icarə haqqından 140 manat ( 1000 * 14 % ) vergini III rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2020-ci ilin oktyabr ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir. Digər aylar, yəni oktyabr, noyabr və dekabr aylarının ödənilən 3000 manat icarə haqqından ödəmə mənbəyində tutulan 420 manat ( 3000 * 14 % ) vergini isə IV rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, yəni 2021-ci ilin yanvar ayının 20-dən gec olmayaraq büdcəyə köçürməlidir.

Yazı vergiler.az saytının materialları əsasında hazırlanıb. Ödəmə mənliyində vergi tutulmasının müxtəlif halları haqqında məlumat almaq üçün buraya keçid edə bilərsiniz.

İqtisadi inkişafa gedən yolda vergi islahatlarının təsiri

1 263 264 265 266 267 268 269 2. 683