Birbank-dan daha bir yenilik: metro və avtobuslarda rahat ödəmə imkanı

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, artıq ödəmə terminallarının qarşısında gözləməyə ehtiyac yoxdur. Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər.

Bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar.

Qeyd etmək lazımdır ki, hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri “BakıKart”-ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir.

Ətraflı məlumat üçün: https://onelink.to/fws6tw

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

ƏDV: vergitutma bazası nədir?

ƏDV: vergitutma bazası nədir?

posted in: Xəbər | 0

ƏDV – də vergitutma bazası

Vergi bazası vergitutma obyektinin dəyər, həcm-dəyər, fiziki və ya digər xarakteristikasıdır. ƏDV-də vergitutma obyekti, digər vergi növlərində olduğu kimi, verginin nədən tutulmalı olduğunu dəqiq müəyyən edir. Vergitutma bazası vergi bazasının bütün güzəştlərdən sonra qalan hissəsidir. Vergitutma bazası və vergitutma obyekti vergilərin müəyyən edilməsi üçün əsas elementlərdəndir.

Hər hansı vergi üçün vergitutma bazası hesablanacaq vergi məbləğini tapmaq üçün vergi dərəcəsinə vurulmalı olan məbləğdir. Vergitutma bazasının müəyyən edilməsi qaydası normativ sənədlərdə təsbit edilir.

VERGİ = VERGİTUTMA BAZASI * VERGİ DƏRƏCƏSİ

ƏDV-də vergitutma bazası əlavə dəyər vergisinin tutulduğu məbləğdir. Əlavə dəyər vergisi üzrə vergitutma bazasının ümumi anlayışları Vergi Məcəlləsinin XI fəslinin müvafiq maddələrində şərh edilir. Hesablamalar Məcəllənin 159-cu maddəsinə uyğun müəyyən edilmiş vergitutma obyekti əsasında aparılır.

ƏDV hesablaması prosesində vergi tutulan əməliyyatların dəyərini müəyyən etmək üçün vergi ödəyicisinin təqdim etdiyi mal, iş və xidmətlərə görə aldığı haqqın (almaq hüququ olduğu) ƏDV-siz məbləği əsas götürülür. Həmin məbləğə yol vergisi istisna olmaqla, digər vergi, rüsum və yığımlar daxildir.

Nümunə 1: “ABC” müəssisəsi tütün məmulatları istehsalçısıdır. O, “CBA” müəssisənə X manat (ƏDV nəzərə alınmadan) tütün məhsulu satıb. Satılmış məhsulun aksiz vergisi Y manatdır.

Vergi tutulan əməliyyatın dəyəri =  (X+Y) manat

ƏDV = (X+Y) * ƏDV üzrə vergi dərəcəsi

ƏDV üzrə vergi bazasının idxal zamanı müəyyən edilməsi

Vergi Məcəlləsinin 159.3 maddəsinə görə malların idxalı vergiyə cəlb edilən idxal sayılır və ƏDV üzrə vergitutma bazası müəyyən edilərkən istifadə edilir. Təbii ki, bu zaman qanunvericilik əsasında vergidən azad edilmiş idxal istisnadır.

Nümunə 2: The Best” MMC ƏDV ödəyicisidir. 2021-ci ilin sentyabr ayında satış məqsədi ilə gömrük dəyəri 35.000 manat təşkil etmiş tibbi ləvazimatlar idxal etmişdir. İdxal zamanı gömrük orqanları 6300 manat  (35.000*18%) ƏDV hesablayacaqdır.  

Respublikaya müvəqqəti idxal şəkilində, tranzit yük daşıma qaydasında buraxılan mallar, habelə müvafiq qanunvericiliyin tələblərini pozmadan daxili istehlak məqsədi ilə idxal olunmuş yaxud qəbul olunmuş sayılmayan mallar ƏDV məqsədləri üçün idxal sayılmır.

Nümunə 3: “İntrovert” MMC nəşriyyat avadanlıqlarının təmiri ilə məşğuldur. Türkiyə şirkəti özünə məxsus avadanlığın təmiri üçün onu “İntovert” MMC şirkətinə göndərmişdir. Avadanlıqlar təmir olunduqdan sonra 2 ay ərzində geri Türkiyəyə qayıtmalıdır. Gömrük orqanlarında rəsmiləşdirmə “müvəqqəti idxal” rejimində edilərək ƏDV tətbiq edilmir.

İşçilərə verilən mallara (xidmətlərə) görə vergitutma bazası

Vergi ödəyicisi öz işçilərinə haqqı ödənməklə yaxud əvəzsiz qaydada mal verə, iş görə yaxud xidmət göstərə bilər. Bu əməliyyatlar, həmçinin barter ƏDV tutulan əməliyyatlar sayılır. Əlavə dəyər vergisi üzrə vergitutma bazasının təyin edilməsi aşağıdakı nümunələrdə verilib.

Nümunə 4: Sadələşdirilmiş vergi ödəyicisi kişi geyimləri dükanı işlədir. O öz işçisinə ümumi dəyəri 300 AZN olan paltarları əvəzsiz verir. Malların dəyəri ƏDV-yə cəlb edilmir. Çünki vergi ödəyicisi ƏDV ödəyicisi deyil.  

Nümunə 5: ƏDV ödəyicisi ayaqqabı tikişi fəaliyyəti ilə məşğul olur. 8 mart ilə əlaqədar bütün qadın işçilərinə fabrikdə istehsal olunan ayaqqabılardan 1 cüt əvəzsiz formada təqdim edir. Təqdim edilmiş bütün ayaqqabıların ümumi bazar dəyəri vergitutma obyektidir..  

Qeyri-kommersiya məqsədləri üçün istifadə edilən mallardan ƏDV

ƏDV ödəməklə alınan və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən mallara əvəzləşdirmə hüququ olduqda, əvəzləşdirmə olmasa belə, onlara ƏDV hesablanmalıdır (maddə 159.5). Belə bir sual yaranr: əvəzləşdirdiyimiz ƏDV-ni geri qaytarmaq başa düşüləndi, lakin əvəzlədirmədiyimiz ƏDV üçün niyə hesablama verib dövlətə ödəməliyik?

Fikrimizcə, maddədə sonradan əvəzləşdirilmə ehtimalı nəzərə alınıb. Praktikada vergi orqanlarının vəzifəli şəxsləri bəzən əvəzləşdirilməmiş vergiyə görə hesablama tələb etmir, bəzən isə bu maddəyə əsaslanaraq vergi hesablanmasının edilməli olduğu təkid edirlər. Təbii ki, vergi ödəyicisi də, əlavə vergi ödəməmək məqsədi ilə, belə hallarda əvəzləşdirmə hüququndan istifadə edəcək.

VM 159.5 maddəsi nəinki qeyri-kommersiya məqsədləri üçün istifadə edilmiş mallar  üçün, həmçinin  eyni zamanda itmə, xarab olma, oğurluq hallarında da ƏDV hesablanmasını tənzimləyir.

Nümunə 6: Vergi ödəyicisi 120.000 AZN dəyərində mal almış və alış zamanı ödədiyi ƏDV-ni əvəzləşdirmişdir. Sonradan 5 ay keçdikdən sonra vergi ödəyicisi bu malların 10.000 AZN dəyərində hissəsini körpələr evinə pay verir, 3000 AZN hissəsi isə inventarizasiya zamanı əskik gəlir. Hər iki hal eyni ayda baş vermişdir. Vergi ödəyicisi üçün vergitutma bazası 13000 AZN olacaq və o, bu məbləğə ƏDV hesablayaraq dövlət büdcəsinə ödəməlidir.

Sadələşdirilmiş vergi ödəyicisindən alınmış mallar qeyri-kommersiya məqsədi üçün istifadə edildikdə, həmin mal itəndə, oğurlananda onlara ƏDV hesablanmır. Bu zaman alıcının sadələşdirilmiş yaxud ƏDV ödəyicisi olması önəm daşımır, çünki mal ƏDV ödəməklə və əvəzləşmə hüququ əldə etməklə alınmayıb. Həmin malın satışı zamanı isə onu alış dəyəri həddində ƏDV-yə cəlb etmirik.

Bu halda ƏDV ödəyicisi olmayan mənfəət (gəlir vergisi) ödəyicisi də sadələşdirilmiş vergi ödəyicisinə bərabər tutulur.

ƏDV ödəyicisindən alınmış mallar qeyri-kommersiya məqsədi üçün istifadə edildikdə, həmin mal itəndə, oğurlananda ƏDV ödənilib-ödənilməməsindən yaxud VM 175.1-ci maddəyə uyğun olaraq ödənilməməsindən asılı olmayaraq əgər, VM 175.2, 175.3 və 175.6-cı maddələr üzrə əvəzləşmə hüququmuz olmayıbsa, onlara  ƏDV hesablanmır. Əgər qeyd edilən maddələr üzrə əvəzləşmə hüququ varsa ƏDV hesablanmalıdır. Satışı da eyni qaydada aparılır.  

Əlavə dəyər vergisi

Kapital Bank-ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dolları həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 8 iyul 2024-cü il tarixində yekunlaşıb. Yerləşdirmədə 33 fiziki və 4 hüquqi şəxs olmaqla, ümumilikdə 37 investor iştirak edib. Yerləşdirmə həcminə gəldikdə isə ümumi məbləğin 18 387 000 dolları (61%) fiziki şəxslərin, 11 613 000 dolları (39%) isə hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Qeyri-rezidentlər üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Qeyri-rezidentlər üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

posted in: Xəbər | 0

1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı əhəmiyyətli yenilik baş verib. Bu yeniliyi sərbəst auditor Altay Cəfərov şərh edir.

Son dəyişikliyədək qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergi tutulan əməliyyatın vaxtı kimi təqdim edilmiş malların, işlərin və xidmətlərin əsas məbləğinin daxil olduğu zaman sayılırdı. Misal üçün, təqdim edilmiş malların, işlərin və xidmətlərin ƏDV-si daxil olurdu, amma əsas məbləği alıcı tərəfindən ödənilməyib. Belə olan halda, ƏDV məqsədləri üçün vergi tutulan vaxt sayılmırdı.

Vergi Məcəlləsinin hazırda qüvvədə olan 166.7-cı maddəsində göstərilib ki, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Maddədən də görünür ki, 01.01.2024-cü ildən alıcılar tərəfindən əsas məbləğ ödənilib ƏDV-si ödənilməyəndə dövriyyə kimi vergi tutulan əməliyyat sayılacaq. Həmçinin əsas məbləğ ödənilməyib, ƏDV-si ödənilərsə, bu, vergi tutulan vaxt sayılacaq.

Praktiki “Mühasibat kargüzarlığı və onlayn mühasibatlıq” kursu

Misal 1: “AA” MMC 2024-cü ilin iyun ayında alıcıya 10.000 manat əsas, 1.800 manat ƏDV olmaqla cəmi 11.800 manat dəyərində mallar satıb. Alıcı 2024-cü ilin iyun ayında 1.800 manat ƏDV məbləğini ödəyib, ancaq əsas məbləği ödəməyib. Buna baxmayaraq, “AA” MMC iyun ayının ƏDV bəyannaməsində vergi tutulan dövriyyə kimi 10.000 manatı əks etdirəcək.

Bəs 2024-cü ilin yanvar ayından Vergi Məcəlləsində edilmiş dəyişiklik qeyri-rezidentlər ilə bağlı əməliyyatlara necə təsir edir?

Bildiyimiz kimi, 01.01.2024-cü il tarixinə kimi qeyri-rezidentlər üzrə də vergi tutulan vaxt ödəmənin həyata keçirildiyi tarix sayılırdı. Məsələni tam aydınlaşdrımaq üçün Məcəllənin 169-cu maddəsinə baxmalıyıq.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Məcəllənin 169.3-cü maddəsində isə göstərilib ki, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Məcəllənin 169.3-cü maddəsinə görə qeyri-rezidentlərlə bağlı vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə anlayışının açıqlanması isə 166.7-ci maddədə verilib: “Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur”.

Deməli, ödəmə dedikdə həm ƏDV-nin, həm də əsas məbləğin ödənilməsi kimi başa düşülür. Amma burada bir məqam vardır ki, Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələbində olan ödəmə anlayışı ancaq həmin maddənin məqsədləri üçün əsas sayılır, Məcəllənin digər maddələri üçün əsas sayıla bilməz.

Odur ki, qeyri-rezidentlər üzrə olan əməliyyatlarda ödəmə dedikdə hər hansı bir ƏDV-nin ödənilməsi demək deyildir.

Bundan əlavə qeyri-rezidentlərlə bağlı əməliyyatlardan ƏDV-nin hesablanması üçün əməliyyat baş tutmalıdır və qeyri-rezidentə ödəniş olunandan sonra vergitutma obyekti yaranır.

Misal 2: “AA” MMC Türkiyə Respublikasının rezidenti olan “SS LTD”-dən 2024-cü ilin iyun ayında 10.000 dollar məbləğində işlər əldə edib. “SS LTD”-yə ödəniş 2024-cü ilin iyul ayında həyata keçirilib.

Şirkət 2024-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsinin 306-cı sətrində təqdim edilmiş işlərin dəyəri kimi 10.000 dollar (17.000 manat) qeyd edəcək.

Ödəmə iyul ayında olduğundan iyul ayının ƏDV bəyannaməsinin 306-cı sətrinin daxil olmuş dəyər sütununda 10.000 dollar (17.000 manat) yazacaq və büdcəyə 1.800 dollar (3.060 manat) ƏDV-nin hesablanmasını göstərəcək.

10000 x 18% = 1800 dollar (3060 manat).

Həmçinin, MMC həmin 3.060 manat ƏDV-ni hansı ayda büdcəyə “qeyri-rezidentlərdən hesablanmış ƏDV” adı altında ödəsə, həmin ayın ƏDV bəyannaməsinin 312-ci sətrində əvəzləşdirmə kimi qeyd edəcək.

Nəticə olaraq bildirim ki, rezidentlər üzrə ƏDV-nin tutulması vaxtı ilə qeyri-rezidentlərin üçün ƏDV-nin tutulması vaxtı arasında bu cür fərqlər vardır.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi ödəyicilərində dividend məsələləri

1 341 342 343 344 345 346 347 2. 683