Read More9
Read More9

Mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri

posted in: Xəbər | 0

Mühasibat sənədlərinin tərkibi

Mühasibat uçotu məlumatları – təqdim edilmə tələblərinə uyğun formada mühasibatlıqdan alınan yekun maliyyə məlumatlarıdır. Məlumat istifadəçiləri aşağıdakılardır:

  • daxili istifadəçilər;
  • xarici (kənar) istifadəçilər.

Bunlar müəssisənin fəaliyyətində marağı olan tərəflərdir və müəssisənin ətraf mühitinin tərkib hissəsidir.

Bütün uçot məlumatları ayrılmaz aktuallıq və obyektivlik meyarlarına malik mühasibat sənədlərində əks olunur. Bu sənədlərin əsas komponentlərinə aşağıdakılar daxildir:

  • ilkin uçot sənədləri;
  • uçot registrləri, kitablar, jurnallar;
  • maliyyə hesabatları (balans hesabatı, mənfəət – zərər hesabatı, kapitalın hərəkəti haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, vergi bəyannamələri);
  • inventarizasiya materialları.

Maliyyə hesabatlarında təqdim olunan informasiyalar daxili və xarici məlumat istifadəçiləri üçün müəssisənin mövcud durumu, onun fəaliyyəti barədə ən dolğun, daha etibarlı məlumat mənbəyidir. Bununla peşəkarlar şirkətin istənilən resurslarını, onun biznes siyasətinin uğurunu, eləcə də müxtəlif ehtiyaclarına çəkilən xərclərini qiymətləndirmək imkanı əldə edirlər.

Mühasibat uçotu məlumatlarının istifadəçiləri müəssisə haqqında məlumat əldə etməkdə maraqlı olan həm fiziki, həm də hüquqi şəxslərdir. Təbii ki, söhbət məlumat almaq, onları öyrənmək hüququna malik şəxslərdən – daxili və xarici istifadəçilərdən gedir.

Qeyd etmək lazımdır ki, mühasibat uçotu məlumatlarının istifadəçilərinin maraqları üst-üstə düşməyə, bəzən hətta bir-birinə zidd ola bilər.

Daxili istifadəçilər kimlərdir?

Mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri həmin məlumatlar əsasında idarəetmə, inzibati və digər qərarlar qəbul edən müəssisənin idarəetmə aparatında çalışan şəxslər, menecerlər, mülkiyyətçilər, həmçinin ondan şəxsi məqsədlər üçün istifadə edən istənilən işçilərdir.

Daxili istifadəçilərdən rəhbərlik mühasibat uçotu məlumatlarından daha çox istifadə edən qrupdur.

Rəhbərlik

Rəhbərlik dedikdə müəssisənin baş direktoru, digər direktorlar, müavinlər, menecerlər nəzərdə tutulur. Müəssisədə iş sisteminin düzgün, axarlı getməsi, işçilərin davamiyyəti, məsuliyyətli işləməsi, ümumi kadr hazırlığının lazımi səviyyədə olması, onun rentabelli, inkişaf yönümli fəaliyyəti, şirkət sahiblərinin idarəetmədən razılığı menecerlərin mühasibat uçotu məlumatlarına marağının əsas şərtlərindəndir.

Uçot məlumatları onlara yüksək əməkhaqqı, karyera imkanı, hətta gələcəkdə müəssisənin mənfəətinə payçılarla birgə ortaq olmaq fürsətini araşdırmaq imkanı da verir.

Müəssisənin rəhbərliyi səmərəli idarəetmə üçün aşağıdakı mühasibat uçotu məlumatlarında maraqlı ola bilər:

  • bank hesablarında, təşkilatın kassasındakı pul vəsaitlərinin məbləği;
  • mənfəətin məbləği;
  • debitor borcların dəyişilmə dinamikası;
  • işçilərə borclar;
  • digərləri.

İşçilərin müəssisənin fəaliyyətində əsas marağı

İş yerində maksimum komfortlu, təhlükəsiz əmək şəraiti ilə yanaşı, daim motivasiya imkanıdır. Yüksək, artmağa meyilli əməkhaqqı, karyera imkanı, sosial-tibbi müdafiə tipli məlumatlar onlardan ötrü əsas motivasiya mənbəyidir.

Müəssisənin istənilən işçisi:

  • ezamiyyətlər, nümayəndəlik xərcləri üçün avans hesabatları üzrə işəgötürənə borcu;
  • hesablanmış / tutulmuş əməkhaqqı, digər kompensasiyalar, ödənişlər;
  • ondan ötrü pensiya, həmçinin vergi orqanlarına köçürülmüş vəsaitlər haqqında məlumat ala bilər.

İşçilərin nümayəndələri də (məsələn, həmkarlar təşkilatı) mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri qrupuna aiddir.

Rəhbər işçilər idarəetmə prosesində müəssisənin maliyyə vəziyyəti barədə hesabatlarla yanaşı, istehsal prosesinin vəziyyətini əks etdirən məlumatlardan da istifadə edir. Başqa sözlə, məlumat istifadəçilərinin bu qrupu üçün təkcə mühasibat uçotunun deyil, operativ və vergi uçotunun məlumatları da əhəmiyyət kəsb edir.

Müəssisənin sahibləri (payçılar, səhmdarlar) onun fəaliyyətində ən çox maraq sahibi olan şəxslərdir. Çünki müəssisə onların zəhməti, əziyyəti, təşəbbüsü xərci hesabına qurulmuşdur. Onlar müəssisədən dividend əldə edirlər. Bu şəxslər, bir qayda olaraq, müəssisədə oturmurlar, fərqli sahədə çalışırlar. İşçilər işdən çıxa bilər, rəhbərlik dəyişər, onlar əmək müqaviləsi ilə müəyyən edilən muzdla işləyir. Sahibkarlar isə hər dəfə yeni biznes qura bilməzlər. Onlar qurduqları biznesin rentabelli, düzgün idarə edilən, çoxlu gəlir gətirən, təkmilləşən, böyüyən olmasını istəyirlər. Ona görə müəssisə sahiblərini ən çox maraqlı şəxslər hesab etmək olar.

Mühasibat sistemi modeli və məlumatların təqdimatı

Mühasibat uçotu məlumatlarının istifadəçilərinə verilən informasiyaların tərkibi, məzmunu, forması tətbiq edilən uçot sisteminin modelindən asılıdır. Daha çox aşağıdakı təsnifatdan istifadə edilir:

Anglo-Amerika-Hollandiya modeli:

  • investorlara, kreditorlara məlumatların açıqlanmasının maksimum dərəcəsi ilə seçilir;
  • standartlar peşəkar təşkilatların fəal iştirakı ilə hazırlanır.

Kontinental model (Avropa ölkələrinin əksəriyyəti, Yaponiya, müəyyən dərəcədə şərtiliklə Rusiya):

  • mühasibat uçotunun qanunvericiliklə tənzimlənməsinin mövcudluğu;
  • hesabatlılıq vergi və digər dövlət tənzimləyici orqanlarının məlumat ehtiyaclarını ödəməyə yönəlib.

Cənubi Amerika modeli:

  • yüksək inflyasiyanın səviyyəsinə yönəlib;
  • maliyyə sistemi dövlət ehtiyaclarına, ilk növbədə vergiyə yönəldilir, ciddi şəkildə tənzimlənir.

Hansı modeldən istifadə edilməyindən asılı olmayaraq mühasibat uçotu məlumatlarının daxili istifadəçiləri üçün əlçatan, şəffaf, biznesin durumunu obyektiv və aktual əks etdirən mühasibat uçotunun qurulması təmin edilməlidir.

Müavinətlər

Vergi Məcəlləsinə əlavə edilən maddələrlə bağlı məqamlar

posted in: Xəbər | 0

Yeniliyi vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev şərh edir.

Vergi Məcəlləsinə 16.1.11-14-cü maddə əlavə olunub. Həmin maddəyə əsasən, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Bununla yanaşı, 2024-cü ildən Vergi Məcəlləsinə 15.1.15-4-cü maddə də əlavə edilib. Həmin maddəyə əsasən, bu Məcəllənin 16.1.11-14-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək vergi ödəyicisinin hüququdur.

Eyni zamanda, sözügedən dəyişikliklərin keçid müddəalarına əsasən, Vergi Məcəlləsinin yuxarıda qeyd olunan hər iki maddəsi (15.1.15-4 və 16.1.11-4-cü maddələri) “müəyyən etdiyi qayda”larla eyni gündə qüvvəyə minəcək. Bu isə o deməkdir ki, vergi ödəyiciləri mal və xidmətləri əldə etdikləri qarşı tərəflərin həqiqətən bu mal və xidmətlərini qanuni şəkildə (e-qaimə, alış aktı və s.) əldə edib-etməməsinə dair məlumatları müəyyən qaydalar çərçivəsində öyrənə biləcəklər.

Bir mühüm məqam da odur ki, vergi orqanları bu çıxış imkanlarını yaratmadan vergi ödəyicisindən 16.1.11-14-cü maddədə qeyd olunan vəzifələri tələb etməyəcək.

Əməkhaqqı cədvəli necə tərtib olunur

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri dövlət sektorunda əməkhaqqıdan tutulmalar

posted in: Xəbər | 0

Əməkhaqqının hesablanması ardıcıllığı

Bəzən “maaş” adlandırılan əməkhaqqı əksər vətəndaşlar üçün əsas gəlir növüdür və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.34 maddəsi onu “fiziki şəxsin muzdlu işlə bağlı aldığı haqq” kimi müəyyən edir. Fiziki şəxsin belə gəlirləri onun xeyrinə olan bütün ödənişlərdən ibarətdir. Əməkhaqqı hesablanması zamanı işçinin tarif (vəzifə) maaşı, mükafatlar, əlavə ödənişlər və digər ödənişlər nəzərə alınır, həmin məbləğlərdən dövlət büdcənə tutulmalar edilir. Əməkhaqqıdan tutulmalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsi ilə müəyyən edilib.

Müəssisə və təşkilatlarda əməkhaqqı hesablanması aşağıdakı ardıcıllıqla aparılır:

  • işçinin hər hansı vergi yaxud ayırmalardan əvvəl qazandığı ümumi əməkhaqqı (“GROSS”) müəyyən olunur;
  • bütün vergi, habelə sığorta ödənişləri ümumi əməkhaqqından tutulduqdan sonra işçiyə verilən faktiki əməkhaqqı məbləği (“NETT”) hesablanır.
Yeri gəlmişkən: “GROS”, “NETT” ingilis terminləridir. GROS (gross – toplam, ümumi ) vergilər və digər icbari tutulmalardan əvvəl, NETT (net-təmiz, xalis) tutulmalardan sonra əməkhaqqıdır. Mühasibat uçotunda uyğun olaraq hesablanmış əməkhaqqını və ödənilən əməkhaqqını (ələ çatan məbləğ) ifadə edir.

Əməkhaqqıdan tutulmalar

İşəgötürən əməkhaqqı hesablanması zamanı işçinin muzdlu işlə bağlı gəlirlərindən müəyyən məbləğlər tuta bilər. Əməkhaqqıdan tutulmalar:

  • dövlət büdcəsinə, sosial sığorta fondlarına tutulmalar (məsələn, vergilər, MDSS haqqı)
  • işçinin ərizəsi əsasında (məsələn, kommunal ödənişlər, xeyriyyə fondlarına);
  • məhkəmənin qərarı ilə (məsələn, aliment ödənişi);
  • AR ƏM-in 175.2-ci maddəsində müəyyən edilən digər hallarda (məsələn, təhtəlhesaba verilən məbləğlər) həyata keçirilə bilər.

İşçinin muzdlu işlə bağlı aldığı haqdan dövlət büdcəsinə, fondlara aşağıdakı ödənişlər tutulur:

  • gəlir vergisi üzrə tutulma;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı.

Əməkhaqqıdan tutulmalar işçinin muzdlu işlə bağlı aylıq gəlirlərinə faiz dərəcələri tətbiq edilməklə aparılır.

Əməkhaqqı hesablanması zamanı şəxsin işlədiyi vergi ödəyicisinin “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında AR NK-ın qərarı  ilə müəyyən edilən kateqoriyası nəzərə alınmalıdır. Bunlar aşağıdakılardır:

  1. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri;
  2. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri.

Birinci kateqoriyaya aid olan vergi ödəyicilərində çalışan işçilərin muzdlu işdən aylıq gəlirlərindən tutulmalar haqqında “Neft-qaz sahəsi və dövlət sektorunda əməkhaqqıdan tutulmalar” adlı məqalədən oxumaq olar.

Verginin hesablanması

Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən vergi dərəcəsi AR Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin gəlirlərinə vergi dərəcəsi tətbiq edilərkən 2019-cu il yanvarın 1-dən 7 il müddətinə tətbiq edilən güzəşt nəzərə alınmalıdır (VM, maddə 101.1-1). Belə ki, vergiyə cəlb edilən muzdlu işdən gəliri 8000 manata qədər olan işçilərin maaşından gəlir vergisi tutulmur, bu məbləğdən çox olduqda 8000 manatdan yuxarı hissəsinə 14% tətbiq edilməklə vergi tutulur.

Məcburi dövlət sosial sığorta haqqının hesablanması

Neft-qaz sahəsində fəaliyyəti olmayan, habelə qeyri-dövlət sektoruna aid edilən sığortaedənlər əməkhaqqı hesablanması zamanı 2019-cu il yanvarın 1-dən 7 il müddətində “Sosial sığorta haqqında” AR qanunun 14.4-cü maddəsinə istinad etməlidilər. Məcburi dövlət sosial sığorta haqqının hesablanması zamanı həmin maddəyə əsasən aylıq vəzifə maaşı  200 manata qədər olduqda tutulmalar:

  • sığortaedən üçün – 22 faiz;
  • sığortaolunanın gəlirindən – 3 faiz həddində müəyyən olunub.

Əməkhaqqı 200 manatdan yuxarı olduqda:

  • sığortaedən – 44 manat + 200 manatdan yuxarı məbləğin 15 faizi;
  • sığortaolunan – 6 manat + 200 manatdan yuxarı məbləğin 10 faizi məbləğində məcburi dövlət sığorta haqqı tutulur. 

Sosial fondlara əməkhaqqıdan digər tutulmalar

Əməkhaqqıdan tutulmalar hesablanan zaman “İşsizlikdən sığorta haqqında” AR Qanununun 9-cu maddəsinə, habelə “Tibbi sığorta haqqında” AR Qanununun 15-10.1-ci maddəsinə uyğun faiz dərəcələrini nəzərə almalıdrılar. Qeyd edək ki, hər iki halda işçinin hansı vergi ödəyicisində əmək müqaviləsi ilə çalışması fərqləndirilmir.

Əməkhaqqı hesablanması zamanı işsizlikdən sığorta haqqı işçinin əməkhaqqı gəlirlərinə 0.5 faiz tətbiq edilməklə tutulur.

İcbari tibbi sığorta üzrə tutulma – əməkhaqqı 8000 manatadək olduqda 2 faiz, 8000 manatdan yuxarı olan hissədən 0,5 faiz olmaqla hesablanaraq tutulur.

Əməkhaqqıdan tutulmaların hesablanması nümunələri

Nümunə 1. Aylıq əməkhaqqısı 1000 manat olan işçi qeyri-dövlət müəssisəsində işləyir. Əlavə heç bir güzəşti, azadolması yoxdur. İşçiyə ödəniləcək əməkhaqqı hesablanması aşağıdakı kimidir.
Gəlir vergisi: 0.00 manat (gəlir vergisi tutulmur);
DSMF ayırmaları: 86 manat (200*3% +(1000-200)*10%);
İşsizlikdən sığorta haqqı: 5 manat (1000*0,5%)
İcbari tibbi sığorta haqqı: 20 manat ( 1000*2%)
İşçiyə ödəniləcək maaş: 889 manat ( 1000-0-86- 5-20).

 

Nümunə 2: Aylıq əməkhaqqısı 10000 manat olan işçi qeyri-dövlət müəssisəsində işləyir. Əlavə güzəşti, azadolması yoxdur. Əməkhaqqıdan tutulmalar, NETT əməkhaqqı necə olacaq?
Gəlir vergisi: 280 manat, (10 000-8000)*14%
DSMF ayırmaları: 986 manat, (200*3% +(10 000-200)*10%)
İşsizlikdən sığorta haqqı: 50 manat, 10 000*0,5% ;
İcbari tibbi sığorta haqqı: 170 manat 160+(10 000-8000)*0,5%;
Əməkhaqqı hesablanması: 10 000-280-986-50-170=8514 MANAT

 

Böyük Britaniya haqqında maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

Böyük Britaniya haqqında, Böyük Britaniya haqqında faktlar, London, maraqlı faktlarİngilis dilini öyrənənlər üçün Böyük Britaniyanın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Siz bu ölkəyə işgüzar səfər üçün və ya turist kimi getməyə hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə məlumat almaq istəyirsiniz, bu faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.

  • Fransız dili 300 il ərzində Böyük Britaniyada rəsmi dil olub;
  • Londonda yaşayanların yalnız 25% Böyük Britaniyada doğulubı
  • İngiltərədə yaşayan 30 000 nəfərdən çox adamın adı Con Smitdir;
  • Britaniya adasında hakimiyyət forması parlamentli monarxiyadır. Bu o deməkdir ki, hökumət vətəndaşlar tərəfindən seçki yolu ilə seçilir və rolu nümayəndəlikdən ibarət olan kral hakimiyyətindən daha böyük səlahiyyətlərə malikdir. Hökumətin başçısı baş nazirdir;
  • Uels, Şotlandiya və Şimali İrlandiyada daxili siyasət və səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat, ətraf mühit sahələrində işlər üçün cavabdeh olan yerli hökumət də var;
  • Vindzor qəsri – dünyada ən böyük kral qəsri hesab olunur;
  • London – dünyada metropelitenin inşa olunduğu ilk şəhərdir;
  • Böyük Britaniya – özündə 4 ölkəni birləşdirən: İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya – ada dövlətdir;
  • Birləşmiş krallıq sakinlərinin 70%-i ingilis dilində danışır.  Adada eləcə də digər dillərdə də danışırlar: valliy (Uels), otland-gel və anqlo-şotland (Şotlandiya), irland və olster-şotland (İrlandiya);
  • İrlandlar, şotlandlar və valliyylər öz ölkələri və kökləri ilə qürur duyurlar və özlərinin britaniyalılar adlandırılmasını sevmirlər. Sizləri də onları ingilis adlandırmaqla səhvə yol verməməyi tövsiyə edirik.
  • Stounhedj, Solsberi düzənliyində eramızdan 3000 il əvvəl daşlardan inşa edilən kompleksdir;
  • Big Ben əslində saat deyil, Vestminster sarayının daxili qülləsində yerləşdirilən ən böyük zəngdir;
  • Londonun əsası 43-cü ildə buraya hücum edən romalılar tərəfindən qoyulub. O vaxt şəhər Londinium adlanırdı;
  • İlk qaynar şokolad mağazası Londonda açılıb;
  • Böyük Britaniyanın əhalisi – hazırda 68 milyon nəfərə yaxındır. Onlardan 55 milyonu İngiltərədə yaşayır;
  • İngiltərə və Böyük Britaniyanın paytaxtı Londondur, Uelsin paytaxtı Kardiff, Şotlandiyanın Edinburq, Şimali İrlandiyanın isə Belfastdır;
  • Böyük Britaniyada pul vahidi – funt sterlinqdir;
  • Böyük Britaniyanın coğrafiyası yaşıl çəmənliklər və meşələrdən, boş çöllük və dağlara qədər dəyişir. Ölkənin ən yüksək dağı Ben Nevis Şotlandiyada yerləşir, onun hündülüyü 1344 metrdir;
    Böyük Britaniya haqqında, Böyük Britaniya haqqında faktlar, London, maraqlı faktlar
  • Böyük Britaniya – biznes işlərini açmaqda və həyata keçirməkdə dünyanın aparıcı ölkələrindən biridir;
  • Birləşmiş Krallıq – dünyanın ən yaxşı istehsalçılarından biridir, informasiya texnologiyaları, elm, yaradıcılıq sənayesində birinci yerdədir;
  • Britaniyada uşaqlar 4-5 yaşlarında ibtidai məktəbdə (Primary School) oxumaqla təhsilə başlayırlar. Sonra 16-18 yaşına qədər təhsilin bir neçə mərhələsindən keçirlər;
  • 1832-ci ilə qədər İngiltərədə yalnız iki universitet – Oksford və Kembridc universitetləri var idi;
  • İngiltərənin York şəhəri Avropanın və dünyanın ən çox kabus (ruhlar) dolaşan bir neçə şəhərlərindən biri hesab olunur. Şəhərdə 500-ə yaxın belə hal müşahidə olunub;
  • İngiltərə kraliçası – pasportsuz səyahət edən yeganə Britaniya vətəndaşı olub;
  • Qolf şotland milli oyunudur. Bu oyun barəsində ən erkən xatırlatmalar 1457-ci ilə aiddir;
  • Robin Qud real insan olmayıb. Bu, hekayəçilərin və menestrellərin bir araya gətirdiyi orta əsr İngiltərəsinin real cinayətkarlarına əsaslanan kollektiv bir görüntüsüdür;
  • London Gözü adlandırılan karusel, dünyada ən hündür müşahidə çarxıdır. Onun bir dəfə dövrə vurması 30 dəqiqə çəkir;
  • 1877-ci ilə kimi Oksford universitetinin mühazirəçiləri nikah qura bilməzdilər, qadınlar isə yalnız 1920-ci ildə universitet dərəcəsi almaq hüququ əldə edə bilmişdilər;
  • Harri Porter haqda kitabın müəllifi Coan Roulinq dünyada ilk yazıçı milyarderdir. Onun kitabları İngiltərə və dünyada 400 milyon nüsxədə satılıb. Həmin kitablar 55 dildə, o cümlədən qədim yunan və latın dillərində də nəşr olunub;
  • 30 milyona yaxın amerikalı hesab edir ki, onların şotland mənşəyi var. Onların sırasında bu şəxslər olub: prezidentlərdən Teodor Ruzvelt, Buş, bir də məşhur xanım Merilin Monro var;
  • Məşhur ingilis alimlərinə Çarlz Darvin, Maykl Faradey, İsaak Nyuton, Stiven Hokinqi misal çəkmək olar;
  • Britaniya ixtiraçısı və alimi Tim Berners-Li ümumdünya hörümçək torunu ixtira edib;
  • İngiltərənin ən nüfuzlu və məşhur şairlərindən biri Vilyam Şekspirdir. Onun hələ sağlığında bir çox portretləri çəkilib;
  • Britaniya monarxlarının Londonda rəsmi evi Bukinhem sarayıdır. İndiyə kimi orada hər gündən bir qaravulların dəyişdirilməsi mərasimi keçirilir ki, bu tədbir bir çox turistləri cəlb edir;
  • Londonda üç dəfə – 1908, 1948 və 2012-ci illərdə yay Olimpiya oyunları keçirilib;
  • Futbol (cokker), reqbi və kriket İngiltərədə ən populyar idman növləri hesab olunur.

Kanadada mühasib peşəsinin xüsusiyyətləri

1 398 399 400 401 402 403 404 2. 684
error: Content is protected !!