Read More9
Read More9

Yaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulan əmlak vergisinin mənzil sahibinə aidiyyəti varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı hissələrin (balkon və ya eyvanlar istisna edilməklə) sahəsi daxil olmaqla, onun bütün hissələrinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri

Mənbə: vergiler.az

İşçi hərbi xidmətə gedən zaman ödənişlər

Birbank Biznes-lə biznes həyatınız rahat və sürətlidir

posted in: Xəbər | 0

Birbank Biznes bizneslə məşğul olan şəxslərə rahat imkanlar yaratmaq üçün onlayn və sürətli xidmətlər təklif edir. Bu imkanlardan biri də bank qarantiyası məhsuluna aiddir. Belə ki, müştərilər “Sürətli tender” üzrə qarantiya məktubunu Birbank Biznes vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər.

Bu rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün biznes sahibləri Birbank Biznes vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini ASAN imza ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir.

Birbank Biznes-in  “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:

  • Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.
  • Sürətli tender;
  • Nağd təminatlı qarantiya;
  • “Biznes overdraft”
  • Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın  maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə;
  • Gömrük krediti;
  • Sürətli kredit;
  • Biznes ipoteka krediti;
  • Maliyyə lizinqi;
  • Ənənəvi kredit / Kredit xətti.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.

Maliyyə lizinqi ilə bağlı hansı ciddi dəyişikliklər həyata keçirilib?

İşçi hərbi xidmətə gedən zaman ödənişlər

posted in: Xəbər | 0

Azərbaycan qanunvericiliyində müəyyən edilmiş yaş həddi çərçivəsində işçi hərbi xidmətə çağırıla, yaxud alternativ qulluğa təyin edilə bilər. Bu zaman tərəflərin iradəsindən kənar, üçüncü şəxsin (məsələn, hərbi komissarlıqları) təqdim etdiyi müvafiq sənədlər əsasında əmək müqaviləsi ləğv edilir. İşçi hərbi xidmətə gedən zaman ödənişlər, mövcud təminatlar haqqında bu məqalədən oxuya bilərsiniz.

Əmək müqaviləsinin ləğv edilmə səbəbləri

Əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətləri ilə bağlı qarşılıqlı hüquq və vəzifələri əks edir. Bu müqaviləyə müxtəlif səbəblərdən xitam verilə bilər. Əmək müqaviləsinin ləğvi işəgötürənin əmri ilə rəsmiləşdirilir, imza və möhürlə təsdiqlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin  68-ci maddəsi ilə tənzimlənir. Bunlar aşağıdakılardır:

  • tərəflərdən birinin təşəbbüsü ilə;
  • əmək müqaviləsinin müddəti başa çatdıqda;
  • mülkiyyətçinin dəyişməsi;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • tərəflərdən asılı olmayan hallar yarandıqda (məsələn, işçi hərbi xidmətə gedən zaman);
  • əmək müqaviləsində nəzərdə tutulan digər hallar.

Tərəflərin iradəsindən asılı olmayaraq  əmək müqaviləsini ləğvi halları Məcəllənin 74-cü maddəsinə əsasən tənzimlənir. Həmin maddədə qeyd olunan əsaslar üzrə əmək müqaviləsinin xitamı işçi və işəgötürənin təşəbbüsü olmadan həyata keçirilir. Həmin əsasları şərti olaraq iki qrupa ayırmaq olar:

  • əmək münasibətlərinin dayandırılmasına səbəb olan üçüncü şəxslərin (hökumət orqanları da daxil olmaqla) hərəkətlərinin nəticələri;
  • fövqəladə halların nəticələri (işçinin ölümü, fəlakətlər, hərbi əməliyyatlar və s.).

İşçi hərbi xidmətə gedən zaman əmək müqaviləsinin ləğvi

Əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayaraq ləğv edilməsi hallarından ikisi hərbi xidmətlə (yaxud alternativ xidmətlə) bağlıdır. Bunlar aşağıdakılardır:

  • işçinin hərbi və ya alternativ xidmətə çağırılması (ƏM, maddə74.1 “a”);
  • əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadəsi (ƏM, maddə 74.1 “ə”).

İşçi hərbi xidmətə gedən zaman ona verilən sənədlər (çağırış vərəqələri, rayon hərbi komissarının arayışı və ya alternativ mülki qulluğa təyinat) əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Bu sənədlər əsasında müvafiq əmr hazırlanır. İşəgötürən çağırış vərəqəsində göstərilən müddətə işçi ilə əmək müqaviləsinə xitam verməli və onun göstərilən vaxtda hərbi komissarlıqda olmasına köməklik göstərməlidir.

Hərbi xidmətlə bağlı əmək müqaviləsinin ləğvi zamanı ödənişlər

Əmək müqaviləsinə xitam verilmiş işçiyə işdən çıxarıldığı gün:

  • işlənmiş iş günləri üçün əməkhaqqı;
  • istifadə olunmamış bütün məzuniyyətlər üçün kompensasiya (əgər varsa);
  • işdən çıxma müavinəti ödənilir.

Hərbi xidmətə gedən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət təyin olunur (ƏM, maddə 77.7). Müavinət daha artıq miqdarda ödənilə bilər, bir şərtlə ki, bu, kollektiv müqavilədə, əmək münasibətlərini tənzimləyən digər sənədlərdə nəzərdə tutulmuş olsun.

Orta əməkhaqqının hesablanması AR ƏM-nin 177-ci maddəsinə uyğun olaraq son 2 ayın gəlirləri nəzərə alınmaqla həyata keçirilir.

Vergi Məcəlləsinə əsasən hərbi xidmətə çağırılan işçiyə ödənilən müavinətin məbləği gəlir vergisindən azaddır.

Digər təminatlar

Qanunvericiliyə uyğun olaraq müəssisənin ləğvi istisna olmaqla, müddətli hərbi xidmətdə olan işçinin iş yeri və vəzifəsi saxlanılır (ƏM, maddə 77.9).

İşəgötürənin hərbi xidmətə gedən işçinin vəzifələrinin icrası üçün başqa işçi ilə müddətli və ya müddətsiz əmək müqaviləsi bağlamaq hüququ vardır. İşçi hərbi xidmətdən buraxıldıqdan sonra ən gec 60 təqvim günü keçənədək əvvəlki iş yerinə və ya buna bənzər başqa vəzifəyə qayıtmaq hüququna malikdir. O, bu hüquqdan istifadə etdikdə, həmin vəzifədə onu əvəz edən işçinin əmək müqaviləsinin ləğvi Məcəllənin 74.1 “ə” maddəsi əsasında aparılır. Müddətsiz müqavilə bağlanmış işçiyə bu zaman analoji vəzifə təklif edilir. Eyni zamanda analoji vəzifə müddətli hərbi xidmətdən qayıdan işçiyə də təklif edilə bilər.

Vergi ödəyicisi fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı onlayn müraciət edə bilərmi?

Mülkiyyətçinin dəyişməsi zamanı xitamla bağlı ödənişlər

posted in: Xəbər | 0

Mülkiyyətçisinin dəyişməsi zamanı əmək müqaviləsinin ləğvi

İşçi və işəgötürən arasında yaranmış əmək münasibətləri müəyyən səbəblərdən pozula bilər ki, bu da əmək müqaviləsinin ləğvi ilə yekunlaşır. Əmək müqaviləsinin xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin onuncu fəslinin müddəaları ilə tənzimlənir. Müəssisinin mülkiyyətçisinin dəyişməsi müqavilənin ləğvinə əsas verən səbəblərdən biridir.

Mülkiyyətçinin dəyişməsi müəssisənin əmlakına mülkiyyət hüququnun bir şəxsdən digər şəxsə və ya digər şəxslərə (xüsusən də dövlət və ya bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi zamanı) keçməsidir.

Bu zaman heç də həmişə mülkiyyətçi dəyişmir. Müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı işəgötürən dəyişmədikdə, əmək müqaviləsinə və əmək kitabçasına düzəlişlər edilmir.

Mülkiyyət dəyişikliyi nə vaxt başa çatmış sayılır?

Proses müəssisəyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından sonra başa çatmış sayılır. Qeydiyyat tarixi dövlət reyestrində müvafiq qeydin edildiyi tarix hesab olunur. Yalnız bundan sonra müəssisənin resurslarının idarə edilməsi hüquqları, o cümlədən Əmək Məcəlləsinin 63-cü maddəsinə uyğun qaydada kadr dəyişiklikləri etmək imkanı yaranır.

Əmək müqaviləsinə xitam verilən şəxslər kimlərdir?

Mülkiyyətçi dəyişən zaman əmək münasibətləri AR ƏM-in 63-cü, əmək müqaviləsinə xitam verilməsi 68 ”ç”, müqavilə şərtlərinin dəyişdirilməsi isə 56-cı maddəsi ilə tənzimlənir. Bu zaman yeni mülkiyyətçinin təşəbbüsü ilə yalnız aşağıdakı şəxslərin əmək müqaviləsinə xitam verilə bilər:

  • müəssisənin rəhbərinin;
  • müavinlərin;
  • baş mühasibin;
  • idarəetmə funksiyasını həyata keçirən digər struktur bölmə rəhbərlərinin.

Müəssislərdə mühasibat uçotunun aparılmasına məsul şəxs haqqında daha çox məlumat alın.

Əmək müqaviləsinə xitam necə verilir?

Müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmri yeni işəgötürənin özü və ya onun səlahiyyət verdiyi şəxs (orqan) imzalaya bilər.

Mülkiyyətçi dəyişdikdə işçilərin sayının və ya ştatının ixtisarına mülkiyyət hüququnun verilməsi dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Əmlakın mülkiyyətində dəyişiklik təşkilatın digər işçiləri ilə əmək müqavilələrinə xitam vermək üçün əsas deyil. Müəssisədə yuxarıda göstərilən işçilər istisna olmaqla, qalan bütün işçilərlə əmək münasibətləri davam etməlidir. Bu zaman işçinin əvvəlki mülkiyyətçi ilə bağlanmış olduğu əmək müqaviləsi yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Lakin işçinin özü yeni şərtlərlə işləməkdən imtina edə bilər. Bu halda, əmək münasibətlərinə xitam verilməsi qanunvericilik qaydalarına uyğun ƏM-nin 69-cu maddəsinə əsasən həyata keçirilir.

Əmək müqaviləsinin ləğvi zamanı ödənişlər hansılardır?

Beləliklə, işçinin əmək müqaviləsinə xitam verilməsi:

  • həm işəgötürənin təşəbbüsü (mülkiyyətçinin dəyişməsi) ilə bağlı:
  • həm də ümumi əsaslarla həyata keçirilə bilər.

Hər iki halda işçiyə sonuncu iş günü yekun haqq hesab ödənilir. Yekun haqq-hesaba aşağıdakı ödənişlər daxildir.

  • əməkhaqqı;
  • xəstəlik vərəqi üzrə hesablanıb ödənilməmiş müavinətlər;
  • digər sosial müavinətlər üzrə ödənilməmiş məbləğlər;
  • istifadə edilməmiş məzuniyyət günləri üçün ödənişləri;
  • istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya (ƏM, 144-cü maddə);
  • əmək müqaviləsində və kollektiv müqavilədə ödənilməsi nəzərdə tutulmuş digər məbləğlər.

Bunlardan başqa əmək müqaviləsinin ləğvi mülkiyyətçinin dəyişməsi səbəbindən işəgötürənin təşəbbüsü ilə baş verərsə, işdən çıxarılan işçilər müəyyən ödənişlər almaq hüququna malikdirlər.

Mülkiyyətçinin dəyişməsinə görə əmək müqaviləsinin ləğvi zamanı müavinət

Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən yeni mülkiyyətçi ƏM 68 “ç” maddəsi əsasında əmək müqaviləsi ləğv edilmiş işçilərə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinətin ödənilməsini təmin etməlidir.

Orta əməkhaqqı Məcəllənin 177-ci maddəsi əsasında hesablanır. Onun hesablanması aşağıdakı qaydada aparılır:

  • ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılmış əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünür;
  • alınmış məbləğ (bir günlük əməkhaqqı) əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Mülkiyyətçinin dəyişməsi zamanı əmək müqaviləsinə xitam verilən zaman ödənilən müavinətlər Vergilər Məcəlləsinin 102.1.4-cü, “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən uyğun olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Faizsiz borclar hansı formada vergiyə cəlb olunur?

1 420 421 422 423 424 425 426 2. 691
error: Content is protected !!