Kommersiya müəssisələri, onların təsnifatı

posted in: Xəbər | 0

Fərdi müəssisələrin üstün və mənfi cəhətləri

Bizim Azərbaycan biznes mühitində fəaliyyət göstərən fərdi sahibkar (sahibkarlıqla məşğul olan fiziki şəxslər) beynəlxalq mühasibat (maliyyə) uçotu təsnifatına əsasən fərdi müəssisə (kommersiya müəssisələri) kimi təsvir edilir. Tarixi baxımdan ilk müəssisə növü olan bu sahibkarlıq subyektləri öhdəliklərə görə özləri məsuliyyət daşıyırlar. Şəxsi biznesini quraraq gəlir əldə etmək istəyən fərdi sahibkar müvafiq qaydada müraciət edir, dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayır. O, ayrıca hüquqi şəxs yaratmaq istəmir, kimisə öz biznesinə ortaq etmək fikrində deyil. Fiziki şəxs:

  • öz adı altında qeydiyyatdan keçir;
  • təsərrüfat fəaliyyəti üçün biznes planı hazırlayır;
  • hüquqi şəxslərlə eyni əsasda mühasibat uçotu aparır;
  • seçdiyi sahədə biznesini inkişaf etdirir.

Fərdi müəssisə gəlirini heç kəslə bölüşmür, öhdəliklərinə özü, tam şəkildə, hətta biznesinə aid olmayan əmlakı, aktivləri ilə məsuliyyət daşıyır.

Üstün cəhətləri:

  • Dövlət qeydiyyatına alınmaq, qeydiyyatın ləğvi rahatdır.
  • Qeydiyyat, prosedurlarda tələb olunan sənəd sayı digər kommersiya müəssisələri ilə müqayisədə azdır, adətən şəxsiyyətini təsdiq edən sənəd, vergi uçotu şəhadətnaməsi kifayətdir. Möhürsüz də fəaliyyət göstərə bilər.
  • Tək rəhbər olduğuna görə qərar vermək zamanı kiminsə fikir, istəyindən asılı deyil, müstəsna hüquqları əlində cəmləyərək həqiqi söz sahibidir. Belə idarəetmə “2 qoçun başı bir qazanda qaynamaz” prinsipinin təsirini heçə endirir, müxtəlif ortaqların fərqli qaydalarının gətirə biləcəyi pis sonluqdan qoruyur.
  • Əldə edilmiş gəlirləri dövlətə dividend vergisi ödəmədən, heç kəslə bölüşmədən tam şəkildə yararlanır.

Mənfi cəhətləri:

  • Mürəkkəb biznes qərarların alınmasında tək olması, hər halda “ağıl ağıldan üstündür”;
  • Bəzən inkişaf üçün maliyyə sıxıntısı yaşanması;
  • Banklardan, müxtəlif maliyyə institutlarından, kənar şirkətlərdən maliyyə vəsaiti cəlb etmək problemlidir. Çünki investorlar haqlı olaraq fərdi sahibkarı tam təşkilatlanmamış riskli müəssisə tək qəbul edir;
  • Fərdi müəssisə biznesini özü idarə edir, odur ki, iş rejimi gərgindir. İstirahətə vaxt ayırmaqda çətinlik çəkir, birbaşa nəzarət etməsə biznesdə problemlər müşahidə edilir;
  • Digər kommersiya müəssisələrindən fərqli olaraq riskləri özü daşıyır.

Şərikli müəssisələr, korporasiyalar

Ortaq müəssisənin şərikləri müxtəlif qaydalarda təşkilatlana bilər. Azərbaycan qanunvericiliyi ortaqlığın 2 formasını tanıyır:

  • tam ortaqlıq;
  • kommandir ortaqlıq.

Korporasiyalar dedikdə təsərrüfat cəmiyyətləri, səhmdar cəmiyyətləri nəzərdə tutulur. Həmin cəmiyyətlərin özləri bir-neçə qrupa bölünür. Korporasiyalar mühasibat uçotuna kifayət qədər ehtiyacı olan, mühasibatlığa daha yaxın müəssisə növləridir. Mühasiblər, adətən korporasiyalarda daha çox çalışırlar. MMC-lər korporasiyanın növlərindən biridir.

Fərdi sahibkarlığın üstün cəhətlərinin əksini korporasiyaların mənfi cəhəti, mənfi cəhətlərinin əksini isə üstün cəhəti tək dəyərləndirmək olar.

Müxtəlif ortaqlıqlar, hüquqi şəxsin müxtəlif növləri (MMC, ASC, QSC və s.), onların fəaliyyətinin hüquqi əsasları Mülki Məcəllənin 4-cü fəsli (“Hüquqi şəxslər) ilə müəyyən edilir.

İndi isə istərdik müəssisələrin, o cümlədən kommersiya müəssisələrinin mümkün təşkilati hüquqi formalarını aşağıdakı sxem üzərindən sizə təqdim edək:

Müəssisələrin mümkün təşkilati hüquqi formaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir.

Kommersiya müəssisələrinin əsas fəaliyyət istiqamətləri

Müəssisələr əsasən:

  • əməliyyat;
  • investisiya;
  • maliyyə fəaliyyəti ilə məşğul olurlar.

Əməliyyat fəaliyyəti onların əsas fəaliyyətini təşkil edir, müəssisənin gəlir götürmək istiqamətində göstərdiyi təsərrüfat fəaliyyətlərini nəzərdə tutur. Bunu vergi orqanında qeydiyyata alınmış əsas fəaliyyəti kimi başa düşmək doğru olmaz.

İnvestisiya fəaliyyəti sərmayə qoyuluşu prosesidir, gəlirlərinin artırılması istiqamətində atılmış fərqli addımlardan biridir.

Müəssisənin maliyyə fəaliyyətinin əhatə dairəsi genişdir. Bu anlayış özündə:

  • onun sahib olduğu maliyyə vəsaitləri üzərindən aparılan əməliyyatları;
  • fəaliyyətini genişləndirməsi, müflis olmaq halının qarşısının alınması;
  • digər məqsədlər üçün kənar maliyyə vəsaitləri cəlb edilməsi prosesini birləşdirir.

Kommersiya müəssisələri öz fəaliyyətində bunların hər üçündən eyni vaxtda istifadə edə bilər.

Xitam prosesində son haqq hesabın hesablanma qaydası

Əsas vəsaitlər hansılardır?

posted in: Xəbər | 1

Əsas vəsaitlər nədir?

Əsas vəsaitlər müəssisə tərəfindən məhsul istehsal etmək, xidmət göstərmək və ya iş görmək üçün istifadə edilən və onun mülkiyyətində olan maddi obyektləridir. Sadə dillə desək, mühasibat uçotunda əsas vəsaitlərə müəssisəyə məxsus binalar, torpaq, avadanlıq, nəqliyyat vasitələri və digər növ aktivlər daxildir.

İngilis dilli ədəbiyyatda, habelə respublikamızda da mühasibat uçotunun aparılması üçün əsas sayılan Mühasibat Hesablarının Beynəlxalq Standartlarında “Torpaq, tikili və avadanlıqlar” anlayışından istifadə edilir. Mühasibat Uçotunun Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 11-ci maddəsi belə aktivlər üzrə uçot hesablarını şərh edir.

AR Vergilər Məcəlləsində isə “Əsas vəsaitlər” anlayışına üstünlük verilib (VM, maddə 13.2.17). Qeyd edilənləri nəzərə alıb hər iki anlayışdan istifadə edəcəyik.

“Əsas vəsaitlər nədir?” sualına daha ətraflı cavabı burada tapmaq olar, qısa olaraq qeyd edək ki, obyektin belə aktivlərə aid edilməsi üçün o, müəyyən meyarlara cavab verməlidir, məsələn:

  • məhsulların istehsalında, xidmətlərin göstərilməsində və ya işlərin görülməsində istifadə edilir;
  • 12 aydan çox müddətə istifadə olunur;
  • satış üçün istifadə edilmir və istifadə edilə bilməz;
  • gəlir gətirir.

Mühasibin vəzifəsi bütün daxil olan torpaq, tikili və avadanlıqların uçotunu aparmaq və onlarla aparılan əməliyyatları əks etdirməkdir. Bu, həm də əsas vəsaitlər üzrə əmlak vergisinin düzgün hesablanması üçün vacibdir.

Torpaq, tikili və avadanlıqlara nələr daxildir?

Belə aktivlərə aşağıdakılar aiddir:

  • mühasibat uçotu subyektinin mülkiyyətində olan torpaq sahələri və tikililər;
  • mühasibat uçotu subyektinin sahib olduğu, habelə istehsal və xidmət prosesində iştirak edən bütün növ maşın və avadanlıqlar;
  • mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş nəqliyyat vasitələri;
  • digər torpaq, tikili və avadanlıqlar.

Tikililərin tərkib hissələri

AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na əsasən müəssisənin mülkiyyətində olan tikililərin dəyəri:

  • binalar və onların struktur komponentləri;
  • qurğular (tikililər) və onların struktur komponentləri;
  • ötürücü qurğular və onların struktur komponentləri üzrə dəyəri əks etdirilir.

Binalara aşağıdakılar nümunə göstərilə bilər:

  • bütün növ istehsalat və təsərrüfat təyinatlı binalar (o cümlədən idarə heyətinin yerləşdiyi binalar);
  • sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları;
  • internat evləri, qocalar və əlillər evləri;
  • uşaq müəssisələri, kitabxana, muzey binaları;
  • elmi-tədqiqat institutları, laboratoriyalar;
  • sexlər və başqa istehsalat və təsərrüfatların yerləşdikləri bütün növ binalar.

Əsas vəsaitlərin digər qrupu olan qurğulara (tikintilərə) bunlar aiddir:

  • müəyyən texniki funksiyaları yerinə yetirən mühəndis-texniki obyektlər;
  • stadionlar, hovuzlar;
  • yollar, körpülər;
  • heykəllər;
  • binaların hasarları, suçıxaranlar;
  • ictimai bağlar, bağçalar;
  • bu kimi başqa qurğular.

Ötürücü qurğular

Ötürücü qurğular elektrikötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir.

Maşınlar və avadanlıqlar

Torpaq, tikili və avadanlıqların bu qrupuna güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar aiddir. Həmin əsas vəsaitləri təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:

  • güc maşınları və avadanlıqlar;
  • iş maşınları və avadanlıqları;
  • ölçü cihazları;
  • tənzimləyici cihazlar və qurğular;
  • laboratoriya avadanlıqları;
  • hesablama texnikası;
  • tibbi avadanlıqlar;
  • sair maşın və avadanlıqlar.

Nəqliyyat vasitələri

Əsas vəsaitlərin digər qrupu nəqliyyat vasitələridir. Yuxarıda qeyd edilən Qaydaların 12.7-ci maddəsinə görə mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş hava nəqliyyatı vasitələrinin, dəmiryol nəqliyyatı vasitələrinin, su nəqliyyatı vasitələrinin, xidmət nəqliyyatlarının, istehsalat nəqliyyatlarının, avtomobil nəqliyyatlarının və idman nəqliyyatlarının dəyəri ümumilikdə nəqliyyat vasitələrinin dəyərini təşkil edir.

Digər torpaq, tikili və avadanlıqlar

İstehsal və xidmət prosesində iştirak edən və digər torpaq, tikili və avadanlıqlar kimi xarakterizə olunan başqa bir qrupa ümumi təyinatlı mexanikləşdirilmiş və mexanikləşdirilməmiş əmək vasitələrini, iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetlərini (iş stolları, verstaklar, kafedralar, partalar və başqaları), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqları, dəftərxana və təsərrüfat inventarları (müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər), həmçinin yanğından mühafizə vasitələrini (hidropultlar, stendlər, əl nərdivanları və başqaları), təsərrüfat inventarlarını nümunə kimi göstərmək olar.

Əsas vəsaitlərin daha geniş tərkibi burada sadalanıb.

Əsas vəsaitlərə nələr aid deyil?

Torpaq, tikili və avadanlıqlara aid edilməyən aktivlərə aşağıdakı nümunələri göstərmək olar (16 saylı MUBS – IAS 16):

  • istehsal və ya ticarət təşkilatının anbarında yerləşən maddi aktivlər, satış üçün nəzərdə tutulan mallar və ya hazır məhsullar;
  • bar verən bitkilər istisna olmaqla, kənd təsərrüfatı fəaliyyətinə aid olan bioloji aktivlər (“Kənd təsərrüfatı” adlı 41 saylı MUBS). İAS 16 bar verən bitkilərə tətbiq olunur, lakin bar verən bitkilərdən alınan məhsullara tətbiq edilmir;
  • neft, təbii qaz və oxşar bərpa edilməyən ehtiyatlar kimi yeraltı sərvətlər və faydalı qazıntılardan istifadə hüquqları.

Əsas vəsaitlərin digər təsnifatları

İstifadə olunma dərəcəsinə görə:

  • istifadə olanlar;
  • ehtiyatda olanlar.

Mülkiyyət hüququ olması etibarilə:

  • öz mülkiyyətində olanlar;
  • digər müəssisələrdən icarəyə qəbul olunmuşlar.

Əsas vəsaitlərin dəyərlərinin istehsal olunmuş hazır məhsulların dəyərlərinə keçməsində iştirakına görə:

  • fəal xarakterli;
  • qeyri-fəal xarakterli.

İnventarizasiya

Müəssisədə müntəzəm olaraq torpaq, tikili və avadanlıqların inventarizasiyası aparılır. İnventarizasiya Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il Q-17 saylı qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” əsasında aparılır. Bu zaman həmin qaydaların 3-cü və 4-cü hissələrinin tələbləri diqqətdə saxlanmalıdır.

Mühasibat uçotunun təməl prinsipləri

İtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?

posted in: Xəbər | 0

Fiziki şəxs VÖEN-ni müvəqqəti olaraq 3 il müddətinə dayandırıb. O, 01.03.2024-cü il tarixdə fəaliyyətinin aktivləşəcəyi ilə bağlı SMS alıb. Lakin şəxsi kabinetə daxil olmaq üçün kod, parol və şifrəni unudub. Bu səbəbdən də VÖEN-i ləğv etmək üçün elektron müraciət edə bilməyib. Başqa yolla VÖEN-i necə ləğv edə bilər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) bildirilib ki, DVX ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi vergi ödəyicisi tərəfindən müvafiq qaydada təqdim olunmuş “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” (2 nüsxədə) əsasında vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən əlbəəl formada təqdim edilir.

Əsas: DVX-nin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Mənbə: vergiler.az

Yaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?

Müddətli əmək müqaviləsinin ləğvi zamanı işçiyə ödənişlər

posted in: Xəbər | 0

Müddətsiz və müddətli əmək müqaviləsi

İşçi və işəgötürən arasında əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi müddətli yaxud müddətsiz kimi bağlana bilər. Əmək müqaviləsinin müddətinə tələblər Əmək Məcəlləsinin 45-ci maddəsində təsbit olunub. Həmin maddənin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Əgər müqavilədə onun hansı müddətə bağlandığı göstərilməsə belə müqavilə müddətsiz hesab edilir (ƏM, maddə 45.2). Əmək müqaviləsinin ləğvi qaydası müqavilənin müddətli yaxud müddətsiz olmasına görə fərqlənir.

Müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəz edilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür. Birtərəfli qaydada belə əvəzləməyə yol verilmir.

Müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində, bəzən işəgötürən və işçi arasında yaranmış əmək münasibətlərinin ləğvi zərurəti yaranır. Belə hallarda əmək müqaviləsinə xitam verilməsi yalnız Məcəllənin 68-ci maddəsində sadalanan əsaslarla aparıla bilər.

Xitam zamanı sənədləşmə

İşəgötürən bütün hallarda əmək müqaviləsinin ləğvini əsaslandırmalı, xitam prosesini əmək qanunvericiliyinə uyğun aparmalıdır. İşçinin son iş günü əmək müqaviləsinə xitam verildiyi gün sayılır və ona əmək qanunvericiliyinə uyğun olaraq sənədlər təqdim edilir. Bunlar aşağıdakılardır:

  • işdən çıxma barədə əmrin surəti;
  • əmək kitabçası (ƏM-nin 7-ci maddəsinin 2-1-ci hussəsi ilə müəyyən edildiyi hallarda);
  • hesablanmış son haqq-hesab.

Əmək müqaviləsinin ləğvinin səbəbi əmək kitabçasında qeyd edilməlidir. Hər hansı bir səbəbdən əmək kitabçasını vermək mümkün olmadıqda, onu götürməyin zəruriliyi barədə işçiyə məlumat verilməli və ya kitabçanı poçtla göndərmək üçün razılıq alınmalıdır.

Müddətli əmək müqaviləsinin ləğvi zamanı ödənişlər

Əmək müqaviləsinin müddəti başa çatdıqda ona xitam verilir. Əgər müqavilənin başa çatmasına azı 1 həftə qalmış tərəflərdən heç biri müqaviləyə  xitam verilməsini tələb etmirsə (yazılı formada- kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) və işçi işləməyə davam edərsə, bu halda müqavilə əvvəlcədən müəyyən edilmiş müddətə uzadılmış hesab olunur (ƏM, maddə 73).

Müqavilənin müddəti işçi xəstələndikdə, yaxud da ezamiyyət və məzuniyyət müddətində bitmiş olarsa, aşağıdakı şərtlərə əməl edilməlidir:

  • əmək müqaviləsinin müddəti qurtarması barədə işçi yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) 1 həftə öncədən xəbərdar edilir;
  • müqaviləyə yalnız işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam edilə bilər.

Əmək müqaviləsinin ləğvinin səbəbi müddətin bitməsi olduqda işçiyə:

  • cari ayda işlədiyi iş günlərinə görə əməkhaqqı;
  • istifadə olunmamış məzuniyyət üçün kompensasiya ödənilməlidir.

İşçi artıq bütün məzuniyyət günlərindən istifadə edibsə, heç bir kompensasiya tələb olunmur. Müddət bitdikdə əmək müqaviləsinin ləğvi zamanı ƏM-sinin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əlavə təminatlar və qaydalar tətbiq edilmir.

Müqavilənin ləğvi zamanı ödənilən müavinətlər

Müəyyən səbəblərdən müqavilənin müddəti bitmədən də müddətli əmək müqaviləsinə xitam verilə bilər. Məsələn, əvvəlcədən müəyyən edilmiş müddətə uzadılmış əmək müqavilələri üzrə xitam, yaxud tərəflərin iradəsindən asılı olmayan hallarda müqavilələrin ləğvi. Belə hallarda işəgötürən işçiyə Məcəllənin onuncu fəslində müəyyən edilən qaydada və məbləğdə müavinət ödəməyə borcludur.

İşdənçıxarma müavinəti işçiyə işdən çıxarıldığı gün müqavilənin ləğvi üçün müvafiq əsasları göstərən əmrə uyğun olaraq ödənilir. Müavinətlərin ödənilməsi üçün əsaslar əmək qanunvericiliyi ilə müəyyən edilir, habelə yerli normativ aktlarında, kollektiv və əmək müqavilələrində də nəzərdə tutulur. İşdənçıxma müavinətinin miqdarı ƏM-nin 77.3 maddəsi ilə müəyyən olunur.

Qanun işçinin öz xahişi və ya tərəflərin razılığı ilə əmək müqaviləsinin ləğvi zamanı işəgötürənin işdənçıxarma müavinətini ödəmək öhdəliyini nəzərdə tutmur.

Aşağıdakı hallarda işçiyə orta aylıq əməkhaqqının ən azı 2 misli qədər müavinət hesablanır və ödənilir (ƏM, maddə 77.7):

  • əmək şəraitinin şərtləri dəyişdikdə;
  • işçi hərbi xidmətə çağırıldıqda.
  • işçi hərbi xidmətə çağırıldıqda.

Müddətli əmək müqaviləsinə aşağıdakı hallardan biri üzrə xitam verildikdə müavinət orta aylıq əmək haqqının azı 3 misli miqdarında ödənilir:

  • işçinin vəfat etməsi;
  • mülkiyyətçinin dəyişilməsi;
  • işçi hərbi xidmətə çağırıldıqda.

Əmək müqaviləsinin ləğvi səbəblərindən asılı olmayaraq hər bir işçiyə işlədiyi iş günlərinə görə əməkhaqqı və istifadə etmədiyi bütün məzuniyyət günlərinə görə kompensasiya verilməlidir. İşçi işdən çıxarkən ödənilən bütün ödənişlər tam məbləğdə son iş günü verilməlidir.

İşçi hərbi xidmətə gedən zaman ödənişlər

1 419 420 421 422 423 424 425 2. 691