Read More9
Read More9

Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

2024-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.522.750 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz (və ya ümumi artımın 86,7 faizi), hüquqi şəxslərin sayı isə 8,4 faiz (və ya ümumi artımın 13,3 faizi) artıb.

2024-cü ilin yanvar ayı ərzində 720 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 66,1 faizi elektron qaydada, 33,9 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 628-i (87,2 faiz) yerli investisiyalı, 92-si (12,8 faiz) xarici investisiyalıdır.

Yanvar ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1.699 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 44 faiz artıb.

Fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 76 faiz təşkil edib.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2024-cü ilin yanvar ayında 73 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 10,1 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 11,7 faiz təşkil edib.

Ümumiyyətlə, yanvar ayında icra olunmuş elektron qeydiyyat ərizələrinin 403-ü və ya 84,7 faizi Asan imza vasitəsilə təqdim olunub.

Mənbə: vergiler.az

Mühasibat məlumatlarının xarici istifadəçiləri

Konstitusiya Məhkəməsi Əmək Məcəlləsi ilə bağlı Qərar qəbul edib

posted in: Xəbər | 0

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S. Salmanovanın məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu, Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor A. Qasımovun və həmin kafedranın professoru, hüquq elmləri doktoru M. Əliyevin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 35-ci maddəsinin I-IV və VIII hissələrinə uyğun hesab edilsin.

Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Mənbə: constcourt.gov.az

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

Mühasibat məlumatlarının xarici istifadəçiləri

posted in: Xəbər | 0

Maliyyə hesabatları mühasibat uçotu məlumatlarının istifadəçiləri üçün hazırlanır. Mövzularımızın birində mühasibat məlumatlarının daxili istifadəçiləri haqqında məlumat vermiş, onların tərkibini araşdırmışdıq. İndi növbə maliyyə hesabatlarının kənar istifadəçilərinindir. Bu məqalədə  mühasibat məlumatlarının xarici istifadəçiləri haqqında danışacağıq. Bu qrupa kimlər aiddir?

İlk növbədə potensial investorlar

Yatırım etmək istəyən potensial investor sizin biznes haqqında dəqiq rəqəmlərə malik olmalıdır. İnvestorlar sərmayə yatırmağa, müəssisələr isə onu cəlb etməyə maraqlıdır: investor üçün bu, gəlir mənbəyidir, müəssisə üçün isə böyümək, inkişaf etmək imkanı.

Bu prossesdə müəssisə investoru qoyacağı sərmayənin əlverişli olacağına inandırmalıdır. Çünki investorun pulu istənilən halda cari dəyərə sahibdir, müəssisənin təklif etdiyi isə gələcək gəlirdir. Biri nağddır, digəri vəd.

İnvestor biznesinizin mövcud olduğu dövrdə effektivlik dərəcəsini bilmək istəyəcək. O, bunu hazırladığınız mühasibat məlumatlarının (maliyyə hesabatları formasında) və onun suallarına verdiyiniz cavabların əsasında müəyyən edəcək. Zərərlə işləyərsinizsə, ruhdan düşməyin. Savadlı investor bunun səbəblərini araşdıracaq. Əgər zərərə səbəb maliyyə çatışmazlığıdırsa, hələ ümid yeriniz var. Amma səbəb:

  • düzgün olmayan idarəçilik yaxud,
  • maliyyə resurslarından və digər aktivlərdən səmərəsiz istifadə də ola bilər.

Belə hallarda potensial investoru itirə bilərsiniz.

Kredit təşkilatları

Mühasibat məlumatlarının xarici istifadəçiləri qrupuna daxil olan bankları və digər kredit təşkilatlarını potensial investorlara bənzətmək olar, onların maraqları qismən investorların maraqları ilə üst-üstə düşür. Banklar müəssisələrdən maliyyə hesabatlarını kredit yaxud bank zəmanəti almaq istədikdə tələb edir. Bank kredit müraciətini, onun hədlərini müəyyən etmək üçün potensial müştərinin ödəniş qabiliyyətini araşdırmalıdır. Bunun üçün ona müəssisənin maliyyə hesabatları lazımdır.

Sadaladıqlarımız maliyyə hesabatları və onların düzgün tərtibinin müəssisənin maliyyə və idarəetmə fəaliyyəti üçün önəmini bir daha göstərir.

Malsatan, təhcizatçılar

Malsatan və təchizatçılar da mühasibat məlumatlarının xarici istifadəçiləri qrupuna aiddir. Onları almalı olduqları məbləğlərin vaxtında ödənilib-ödənilməyəcəyini müəyyən etməyə imkan verən və kommersiya sirri sayılmayan mühasibat məlumatları maraqlandırır.

Təsəvvür edin siz mebel istehsalıçısınız, şərti olaraq deyək ki, 2 ildir daxili bazarın tələbatını ödəyərək gəlir əldə edirsiniz. Bazar mövqeyinizi qaldırmaq istəyirsiz, bunun üçün iri həcimdə satışlar etməli və uyğun mal ehtiyatına malik olmalısınız. Lakin lazımi vəsaitiniz yoxdur. Mal satan sizin tələbatınızı nisyə qaydasında mal satmaqla təmin edə bilər. Lakin həmin müəssisə sizin borcları vaxtında ödəmək imkanınızı araşdırmaq istəyir. Təbii ki, o, maliyyə hesabatları ilə maraqlanacaq. Çünki nisyə satılacaq mallara görə ödənişi müəyyən edilmiş vaxtda alacaqlarına dair qismən də olsa əmin olmaq istəyirlər.

Debitorları mühasibat məlumatlarının xarici istifadəçiləri saymaq olarmı?

İlk baxışda “necə?” sualı yaratsa da maliyyə, mühasibat məlumatlarının kənar istifadəçilərinə debitorlar da aid edilə bilər.

Doğrudur, debitorlarımız, yəni bizdən mal (iş, xidmət) alan müştərilərimiz bizə pul borclu olurlar. Belə olan halda, bizim maliyyə durumumuz onların nəyinə gərəkdir? Məsələ ondadır ki, bəzən öz statusuna və maliyyə vəziyyətinə görə debitor müəssisə malı təqdim edən qarşı tərəfə münasibətdə daha dayanıqlı olur. Məsələn,  dövlət və ya dövlətdən dəstək alan müəssisə, hansısa beynəlxalq təşkilat, diplomatik nümayəndəlik və ya oturuşmuş maliyyə institutu və s. bu sıradandır.

Debitorunuza önəmlidir ki, siz onu lazım olan malla fasiləsiz təmin edə biləsiniz, çünki hər gün fərqli icraçı ilə əməkdaşlıq etmək istəmir. Onun üçün önəmlidir ki, əməkdaşlıq etdiyi, mal (iş, xidmət) alacağı müəssisə, kifayət qədər dayanıqlı və müqavilə üzrə vəd verdiyi malları (işləri, xidmətləri) razılaşdırılmış vaxtda, tam həcmdə və mütəmadi təqdim edə bilən olsun. Bu səbəbdən maliyyə durumunuz ilə tanış olmaq istəyə bilər.

Bunları nəzərə alaraq debitorları da mühasibat məlumatlarının xarici istifadəçiləri hesab etmək olar.

Dövlət qurumları və ictimaiyyətin maliyyə məlumatlarına tələbləri

Nəzarət, statistik məlumatların toplanması və s. məqsədlər üçün maliyyə, vergi, statistika və digər dövlət qurumları maliyyə hesabatlarını tələb edir və onların istifadəçiləri sayılırlar. Bu praktika əksər ölkələrdə tətbiq edilir.

Müəyyən kateqoriyaya aid olan müəssisələr qanunla tələb edildiyi hallarda yaxud kommersiya məqsədləri üçün audit rəyi ilə təsdiq edilmiş maliyyə hesabatlarını saytlarında, mətbuatda dərc etdirirlər. Belə müəssisələrə aşağıdakıları nümunə göstərmək olar:

  • publik hüquqi şəxslər;
  • bank, BOKT və s. kimi maliyyə institutları;
  • müxtəlif təbii inhisar subyektləri;
  • dövlət təşkilatları;
  • mobil operatorlar və s. kommersiya təşkilatları.

Bunun qanunla tələb edilmə məqsədi şəffaflığı, müştərilərdə etimad yaranması, bankların dayanıqlığının əhali tərəfindən düzgün dəyərləndirilməsi, ictimaiyyət qarşısında hesabatlılığın təmin edilməsidir.

Mühasibat məlumatlarının xarici istifadəçiləri sırasına ictimaiyyətin müəyyən kateqoriyasını – əmək müqaviləsi bağlamaq istəyən şəxsləri aid etmək olar. Onlar maliyyə hesabatlarından iş seçimi, karyera inkişafı üçün istifadə edə bilər. Mövcud maliyyə vəziyyəti ilə tanışlıq bu işdə onlara kömək ola bilər.

İşçi xəstələndikdə hansı halda müavinət almaq hüququ var?

posted in: Xəbər | 0

Qış mövsümü, eyni zamanda müəyyən yeni və ənənəvi virusların yayılması ilə əlaqədar olaraq tez-tez xəstələnmə halları müşahidə edilir. Bəs bu xəstəliklər zamanı işçilər hansı hallar və şərtlərlə əmək funksiyasının icrasından azad edilir? Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov mövzunu 3 qrup çalışanlara münasibətdə analiz edib:

1. Mülki-hüquqi müqavilə əsasında çalışanlar

Belə müqavilələr əsasında iş və ya xidmət icra edən şəxslər işçi hesab edilmir. Bu şəxslərlə münasibətlər Mülki Məcəllə ilə tənzimlənir və bu şəxslər işçi yox, icraçı hesab edilirlər. Mülki hüquqi müqavilə (xidmət müqaviləsi) əsasında çalışan şəxslər müəyyən xidmət haqqı qarşılığında onlara həvalə olunan işi icra edirlər. Onların müəyyən olunmuş iş vaxtı yoxdur. Müəyyən zaman kəsiyində müqavilə predmetinə uyğun olaraq işi təhvil verməlidirlər. Bu baxımdan, onların xəstəlik səbəbindən bir və ya bir neçə gün işi icra etməməsi problem yaratmır. Yəni onların xəstəlik səbəbindən olmasa belə iş yerinə gəlməsi ilə bağlı xüsusi bir qanuni tələb yoxdur (əgər müqavilədə xüsusi norma müəyyən edilməmişdirsə). Xidmət müqaviləsi əsasında çalışan şəxslərin müəyyən olunmuş işi şəxsən yerinə yetirməsi də vacib deyil. Müqavilə üzrə öhdəlik götürülmüş iş icraçının əməkdaşları və ya müvəkkil etdiyi şəxslər tərəfindən də yerinə yetirilən bilər.

2. Qeyri – rəsmi çalışanlar

Təəssüf ki, müəyyən sahələr üzrə qeyri-rəsmi məşğul şəxslər də var. Bu şəxslərin qanunvericilikdə müəyyən olunmuş bir çox hüquqları pozulur. Belə hüquqlardan biri də onların xəstələndikləri dövrdə, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə qanunvericilikdə müəyyən olunmuş müavinət almaq hüququndan məhrum olmasıdır. Belə şəxslər xəstələndikləri dövrdə çalışdığı iş yerinin rəhbərliyinin icazəsi ilə bir neçə günlük işdən azad oluna bilər. Bu, hər bir halda həmin işəgötürənin şəxsi yanaşmasına bağlı bir məsələdir. Bu dövrdə, yəni xəstəlik səbəbindən şəxsin işdə olmadığı dövrdə bəzi iş yerləri həmin dövr üçün ödəniş ödədikləri kimi, bəzi iş yerləri isə işləmədiyi müddət üçün ödəniş etməyə bilərlər.

3. Əmək müqaviləsi əsasında çalışan şəxslər

Əmək Məcəlləsi və digər qanunvericilik aktlarında əmək müqaviləsi əsasında çalışan şəxslər üçün bir sıra güzəşt və imtiyazlar müəyyən olunub. Bunlara işəgötürən tərəfindən zəruri əmək şəraitinin yaradılması, işçinin illik məzuniyyət hüququ, gündəlik iş vaxtına dair tələb, həftələrarası istirahət günləri, minimum əməkhaqqına dair tələb, sosial sığorta və icbari sığorta olunması və sair bir sıra imtiyazları misal göstərə bilərik. Belə imtiyazlardan biri də Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də müəyyən olunmuş əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət almaqla evdə qalmaq hüququdur. Bu müavinət əmək müqaviləsi əsasında çalışan işçinin əməkhaqqından qanunvericlikdə müəyyən olunmuş formada tutulan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu sosial sığorta haqları hesabına işçinin Əsasnamədə müəyyən olunmuş digər müavinətləri də almaq hüququ vardır.

Bəs xəstələndiyi halda hansı qaydada işçi əmək funksiyasının icrasından azad edilərək müalicə alır və müəyyən olunmuş formada ona müavinət ödənilir?

Bu müavinətin ödənilməsi üçün aşağıdakılar gözlənilməlidir:

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Burada tələb edilən staj dedikdə yalnız həmin müəssisədəki staj deyil, ümumi sosial sığorta stajından söhbət gedir. Yəni işçinin ümumilikdə minimum 6 ay sosial sığorta stajı olmalıdır ki, bu müavinəti almaq hüququ olsun. Əgər 6 aylıq sosial sığorta stajı olmasa, onun müavinət almaq hüququ da olmayacaq. Ancaq əmək qabiliyyəti bərpa olunana qədər təqdim edilmiş xəstəlik vərəqəsi əsasında evdə qalmaq hüququ var.
  • Müavinət müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətinin olmaması vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Yəni xəstələnən şəxs (buna əmək qabiliyyətinin müvəqqəti itirilməsi deyilir) müvafiq tibb məntəqəsinə müraciət etməli və ona bülleten açılmalıdır.
  • İşçi sağaldıqda xəstəlik vərəqəsini iş yerinə təqdim edir və onun əsasında ona müavinət təyin edilir.
  • İşçinin xəstələndikdə işəgötürənə məlumat verməsi qanunda öz əksini tapmasa belə, anlaqlı vəziyyətdə olarsa, işçi müəssisəni məlumatlandırmalıdır ki, xəstələndiyi üçün işə gələ bilmir və gələndə xəstəlik vərəqəsi təqdim edəcək. Müəssisə də işçi haqqında məlumatlı olmaldır ki, onun işini başqa şəxsə həvalə edə bilsin.
  • 8 ilədək sosial sığorta stajı olan işçilərə müavinət qazancın 60 faizi miqdarında verilir.
  • 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə müavinət qazancın 80 faizi miqdarında verilir.
  • 12 il və daha çox sosial sığorta stajı olan işçilərə müavinət qazancın 100 faizi miqdarında verilir.
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. İşçinin hansı gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulub-tutulmaması “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunub. Yəni məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.
  • Müavinət gəlir vergisinə müəyyən edilmiş qaydada cəlb olunur. Vergi Məcəlləsində bununla bağlı bir güzəşt yoxdur.
  • Müavinət sosial sığorta haqlarına cəlb edilmir. Eyni zamanda, əməkhaqqı hesab edilməyən ödənişlər (müavinətlər) işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına cəlb olunmur.
  • Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara (işçilərə) ilk 14 təqvim günü üçün sığortaedənin (müəssisənin) vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
  • Müavinət əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.
  • TSEK-in qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi əmək qabiliyyətinin tam itirilməsi hesab edilir və bu halda işçinin əmək müqaviləsinə müəyyən edilmiş əsasla xitam verilir.

Bəs xəstəliyə görə müavinət necə hesablanır?

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Misal: Fərz edək ki, işçi 22 dekabr 2022-cü il tarixdə əmək qabiliyyətini itirib və 21 fevral 2023-ci il tarixdə tibb məntəqəsindən müvafiq sənəd (bülleten) təqdim edib. İşçinin əmək stajının 12 il, son 12 aylıq əməkhaqqı məbləğinin aylar üzrə aşağıdakı şəkildə olduğunu nəzərə alaq:

­­Ay­lar ­­Ay­da­kı iş gün­lə­ri ­­İş­lə­di­yi iş gün­lə­ri Əməkhaq­qı (manat)
Yan­var 23 23 1.100
Fev­ral 21 21 1.100
Mart 20 20 1.100
­­Ap­rel 21 21 1.100
May 20 20 1.100
­İyun 15 15 1.100
­İyul 22 22 1.100
­­Av­qust 21 21 1.100
Sent­yabr 16 16 1.100
­­Okt­yabr 23 23 1.100
No­yabr 20 20 1.100
De­kabr 21 21 1.100
240 240 13.200

Qeyd et­diyimiz kimi, müa­vi­nə­tin ilk 14 gü­nü üçün ödə­niş işə­gö­tü­rə­nin he­sa­bı­na, qa­lan günlər üçün isə so­si­al sı­ğor­ta haqq­la­rı he­sa­bı­na DSMF tə­rə­fin­dən olu­nur.

İş­çi­nin əmək sta­jı 12 il ol­du­ğu üçün ona qa­zan­cın 100 fai­zi miq­da­rın­da müa­vi­nət verilə­cək.

Əv­vəl­ki 12 ay­lıq dövr­də ne­çə iş gü­nü­nün ol­duğunu tapaq. Fərz edək ki, bu dövr­də olan iş gün­lə­ri­nin sa­yı 240 gün­dür (bu istehsalat təqviminə əsasən müəyyən olunur). Son 12 ayın qa­zan­cı­nı 12 ay­da­kı iş gün­lə­ri­nin sa­yı­na bö­lə­rək bir iş gü­nü­nə dü­şən gündə­lik qa­zan­cı hesablayaq:

13200 : 240 = 55 manat

Da­ha son­ra ilk 14 gün­də ne­çə iş gü­nü ol­dğunu mü­əy­yən­ləş­dir­ək. Fərz edək ki, qeyd edi­lən müd­dət­də 10 iş gü­nü var. De­mə­li, işə­gö­tü­rən tə­rə­fin­dən ödə­ni­lən müa­vi­nə­tin miq­da­rı 550 manat olacaq:

10 x 55 = 550 manat.

So­si­al sı­ğor­ta ödə­niş­lə­ri he­sa­bı­na olan ödə­niş, qa­lan 16 gün­də 12 iş gü­nü ol­du­ğu­nu qə­bul et­sək, 660 manat olacaq:

12 x 55 = 660 manat.

Misalımızda işçinin əmək sta­jı 12 il ol­du­ğu üçün ona he­sab­lan­mış qa­zan­cın 100 fai­zi ödə­nil­ib. Əgər əmək sta­jı 6 il ol­say­dı, he­sab­lan­mış qa­zan­cın 60 fai­zi miq­da­rın­da ödəniş olmalı idi.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

  • 6 ay sosial sığorta stajı olmayan şəxslərə; əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
  • işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;
  • törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
  • məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

Mənbə: vergiler.az

Sahibkarlıq subyektlərinə əlavə dəstək göstəriləcək prioritet sahələrin siyahısı təsdiqlənib

1 422 423 424 425 426 427 428 2. 684
error: Content is protected !!