Bir sıra bəyannamələrin tərtib olunması qaydalarına dəyişikliklər edilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə və hesabatların, onların əlavələrinin formalarına, tərtib edilməsi Qaydalarına müvafiq dəyişikliklər təsdiq olunub.

Dəyişikliklər aşağıdakı bəyannamə və hesabat formaları üzrə aparılıb:

  • “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası;
  • “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 3”-ün forması və onun tərtib edilməsi Qaydası;
  • “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 5”-in forması və onun tərtib edilməsi Qaydası;
  • “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə № 2”-nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Mənfəət vergisinin bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1”-in forması və onun tərtib edilməsi Qaydası;
  • “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 5”-in forması və onun tərtib edilməsi Qaydası;
  • “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 7”-nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Gəlir vergisi bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Gəlir vergisinin bəyannaməsinə Əlavə № 1”-in forması və onun tərtib edilməsi Qaydası;
  • “Gəlir vergisinin bəyannaməsinə Əlavə № 3”-ün forması və onun tərtib edilməsi Qaydası;
  • “Gəlir vergisinin bəyannaməsinə Əlavə № 5”-in forması və onun tərtib edilməsi Qaydası;
  • “Əmlak vergisi bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Əmlak vergisinin bəyannaməsinə Əlavə № 1”-in forması və onun tərtib edilməsi Qaydası;
  • “Torpaq vergisi bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Torpaq vergisinin bəyannaməsinə Əlavə № 1”-in forması və onun tərtib edilməsi Qaydası;
  • “Torpaq vergisinin bəyannaməsinə Əlavə № 2”-nin forması və onun tərtib edilməsi Qaydası;
  • “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası”;
  • “Sadələşdirilmiş vergisinin bəyannaməsinə Əlavə № 1”-in (hüquqi şəxslər üçün) forması və onun tərtib edilməsi Qaydası;
  • “Sadələşdirilmiş vergisinin bəyannaməsinə Əlavə № 1”-in (fiziki şəxslər üçün) forması və onun tərtib edilməsi Qaydası;
  • “Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın” forması və onun tərtib edilməsi Qaydası”;
  • “Elektron qaydada vergi uçotuna alınmış qeyri-rezidentin əlavə dəyər vergisinin bəyannaməsinin forması” və onun tərtib edilməsi qaydası.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: vergiler.az

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə müxabirləşmə nümunələri

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan

posted in: Xəbər | 0

Fevralın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb.

Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Sahibkarlar E-gov.az portalı və edf.gov.az saytı üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

O.Xaliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar istənilən sahə üzrə kredit almaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir. Mexanizm həmin ərazilərdə qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub.

Mənbə: vergiler.az

Əvəzçilik və müvəqqəti əvəzetmənin xüsusiyyətləri

Əvəzçilik və müvəqqəti əvəzetmənin xüsusiyyətləri

posted in: Xəbər | 0

Əvəzçilik nədir, onun növləri?

Əmək müqaviləsi işçinin işəgötürənlə münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Qanunvericilik əsas və əlavə iş yerini fəqrləndirir. İşçi əlavə iş yerində əvəzçilik, yaxud müvəqqəti əvəzetmə formasında çalışa bilər.

Əvəzçilik dedikdə, şəxsin işlədiyi əsas iş yeri ilə yanaşı digər əlavə iş yerlərində fəaliyyəti başa düşülür (sahibkarlıq fəaliyyəti istisnadır).

Bu zaman yaranan münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə görə işçinin əsas iş yerindəki iş saatından sonra, başqa yerlərdə də hər hansı fəaliyyət növü ilə məşğul olması mümkündür (ƏM, maddə 58). Əvəzçiliyin növləri aşağıdakılardır:

  • daxili əvəzçilik – işçinin əsas iş yerində həm də əvəzçilik üzrə fəaliyyətidir.
  • xarici əvəzçilik – işçinin əsas yerdən kənarda başqa müəssisədə çalışmasıdır.

ƏM-nin 7-ci maddəsinə əsasən  işlərin görülməsi  (yaxud xidmət göstərilməsi) zamanı yaranan münasibətlər əvəzçilik (və ya müvəqqəti əvəzetmə) ilə əlaqədar yaranarsa, bu əmək münasibətləri sayılır, mülki müqavilə deyil, əmək müqaviləsi bağlanılır.

Əvəzçilikdə əmək müqaviləsinin bağlanma qaydası

İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanma şərtləri əvəzçilik qaydasında əmək münasibətlərinə də tətbiq edilir.

Müqavilənin şərtləri tərəflərin razılığına əsasən müəyyən edilir, işin əlavə yer olması barədə məlumatlar müqavilədə göstərilməlidir. İşçi əsas iş vaxtında əlavə işlə məşğul olmaq istəsə, bunun üçün işəgötürənin razılığı lazımdır. Əgər həmin vaxtdan sonra işləyərsə, işəgötürənin razılığı tələb edilmir.

Əvəzçilik üzrə əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər ƏM-nin 48-ci maddəsi ilə tənzimlənir, bir fərqlə ki, bu halda əmək kitabçası təqdim edilmir. Əmək kitabçası əsas iş yerində saxlanılır. ƏM-in 7-ci maddəsinin 2.1-ci bəndində qeyd olunmuş hallar istisna olmaqla işçinin əvəzçilik fəaliyyəti  barədə məlumatların artıq əmək kitabçasında qeyd edilməsinə ehtiyac yoxdur. Bütün məlumatların qeydiyyatı elektron informasiya sistemində aparılmalıdır.

Məcəllənin 82-ci maddəsinə görə əvəzçilik müqaviləsinin bağlanması işəgötürənin əmrinə əsasən sənədləşdirilə bilər. Bu zaman işəgötürənin qanunvericilikdə tələb olunan qaydalara əməl etməsi tələb olunur. Həmçinin, sənəddə işçinin tapşırılan işə uyğunluğunu yoxlamaq  məqsədilə sınaq müddəti də nəzərdə tutula bilər.

İş vaxtı, əməkhaqqı və məzuniyyətin verilmə qaydası

Müqavilədə iş, istirahət vaxtı rejiminin şərtləri, habelə əməyin ödənilməsi qaydaları əks edilməlidir. İşçinin əvəzçiliklə işləmə müddəti tərəflərin razılığına əsasən müəyyən olunaraq ƏM-də 89-cu maddədə qeyd olunan normanın yarısına qədər  olmalıdır. Yəni gündəlik 4, həftəlik 20 saatdan çox olmamalıdır. Həmin müddət ərzində işçinin bir neçə əlavə işlərdə fəaliyyəti mümkündür.

İşçilərin əməyi faktiki icra olunan  işə görə, işlədiyi saata nisbətdə ödənilir. Bu halda ştat cədvəlinə uyğun olaraq əməkhaqqı müqavilədə göstərilməlidir. İşçiyə əsas işçilər üçün nəzərdə tutulmuş qaydalara əsasən vəzifə maaşı, mükafatlar, əməkhaqqına əlavələr təyin edilə bilər (maddə 163).

ƏM-nin 110.2 maddəsində qeyd edildiyi kimi  əvəzçiliklə işləyən işçilər məzuniyyətlərin bütün növlərindən istifadə etmək hüququna malikdirlər. Həm əsas, həm də  əlavə  yerlərdə çalışan işçinin məzuniyyət müddətinin məhdudlaşdırılmasına qanunvericilik yol vermir. Əvəzçiliklə çalışan işçilər üçün məzuniyyət qrafiki nəzərdə tutulmur. Onların məzuniyyəti əsas iş yerindəki məzuniyyətlə eyni vaxtda verilməlidir. Əks halda işçi istirahət hüququndan istifadə edə bilməyəcək. Əgər natamam işdəki məzuniyyətin vaxtı əsas yerdəki məzuniyyətin vaxtından azdırsa, işçiyə müvafiq müddətə ödənişsiz məzuniyyət verilə bilər. Yaxud da natamam işdə 6 ay hələ tamam olmayıbsa, əsas yerdə isə məzuniyyət artıq başlayıbsa, onda məzuniyyətin əvvəlcədən verilməsi təmin edilməlidir. Məzuniyyətlə bağlı tələblər müvəqqəti əvəzetmə zamanı da keçərlidir.

Əvəzçilik üzrə məhdudiyyət və qadağalar

Qanunvericilik  bəzi hallarda əvəzçiliklə bağlı qadağa və məhdudiyyətlər müəyyən edir. Bunlar aşağıdakılardır:

  • Əgər işçi sağlamlıq üçün təhlükəli və zərərli olan əsas iş yerində işləyirsə, onun belə şəraitli əlavə yerlərdə işləməsinə icazə verilmir. Ona görə də əlavə işə qəbul zamanı əsas işin şəraiti araşdırılmalı, belə hal yaranarsa, işçiylə müqavilə bağlanmamalıdır.
  • 18 yaşı tamam olmayanlara, həmçinin hamilə qadınlara da bəzi qadağalar şamil olunur. Yaşı 18-dən az olan şəxslər əlavə işlərə cəlb oluna bilər, bir şərtlə ki, onların gündəlik iş saatının cəmi ƏM-də 91-ci maddədə qeyd olunmuş müddətdən çox olmasın. Həmin işçilərin həftəlik saatlarının cəmi:
    • 16 yaşdan kiçik olanlar üçün 24 saatdan;
    • 16 -18 yaş aralığında olanlar üçün isə 36 saatdan çox olmamalıdır.
  • Məhdudiyyətlər dövlət qulluqçularına, bələdiyyə işçilərinə, hüquq mühafizə orqanlarının əməkdaşlarına, hərbi qulluqçulara da aiddir. Onların, elmi-pedaqoji fəaliyyətlər istisna olmaqla, digər işəgötürənlərlə əvəzçiliklə işləməsi qadağandır.

İcarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılmasında yenilik

posted in: Xəbər | 0

2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlıdır. İqtisadçı ekspert Mahmud Abasquliyev qanunvericilikdə edilən dəyişikliyi şərh edir.

Bununla bağlı Vergi Məcəlləsinin 115.6-1-ci maddəsində dəyişiklik edilib. 2024-cü il yanvarın 1-dən müqavilə əsasında icarəyə götürülən daşınar və daşınmaz əmlaklara görə çəkilmiş təmir xərclərinin gəlirdən çıxılması prosesi dəyişib.

Məcəllənin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.

2023-cü ilin sonuna qədər həmin təmir xərcləri kapitallaşdırılıb sahibkarlıq subyektinin uyğun olduğu meyara əsasən amortizasiya edilirdi. Mikro sahibkarlarda 2, kiçik sahibkarlarda isə 1,5 əmsala vurmaqla hesablanırdı. 2024-cü ildən isə icarə müqavilələri üzrə çəkilən təmir xərclərinin amortizasiyası düz xətt metoduna uyğun illərə mütənasib olaraq amortizasiya ediləcək.

Misal 1: Tutaq ki, müəssisə 2023-cü ildə 5 illik icarə müqaviləsi bağlayıb. Götürdüyü daşınmaz əmlaka 10.000 manat məbləğində təmir xərci çəkib. 2023-cü ildə mikro sahibkarlıq subyekti olaraq həmin əmlaka 7% amortizasiya hesablanıb və 2 əmsaldan istifadə edərək xərclər gəlirdən çıxılıb. 2024-cü ildən etibarən kapitalda qalan qalığı 4 ilə bölərək hər ilə mütənasib olaraq gəlirdən çıxılan xərc kimi hesablayaraq çıxılacaq.

Misal 2: Müəssisə 2024-cü ildə daşınmaz əmlakın icarəsi üzrə yeni müqavilə bağlayıb. Həmin əmlaka 10.000 manat təmir xərci çəkilib. Müqavilənin müddəti 2 ildir. Ancaq həmin vəsaiti 5 il müddətinə xərc kimi gəlirdən çıxa biləcək. Bu halda hər ilə 2000 manat məbləğində vəsait gəlirdən çıxılacaq:

10000 : 5 = 2000 manat.

Misal 3: Müəssisə 2024-cü ildə daşınmaz əmlak üçün icarə müqaviləsi bağlayıb. Həmin obyektə 10.000 manatlıq təmir xərci çəkilib. Müqavilə 5 illik bağlanıb.

10000 : 5 = 2000 manat.

Sonuncu il müqavilənin müddəti daha 2 il uzadılıb. Bu zaman həmin qalan 2000 manat yenidən 3 ilə görə kapitallaşdırılıb xərc kimi gəlirdən çıxılacaq.

Müqavilənin müddəti uzandıqca gəlirdən çıxılan xərclərin çıxılması müddəti də uzanır.

Misal 4: Müəssisə 5 illik icarə müqaviləsi bağlayıb. Birinci il 10.000 manat təmir xərci çəkib. Hər il 2000 manat xərc kimi gəlirdən çıxılır. 3-cü ildə yenidən 10.000 manatlıq təmir xərci çəkilir. Bu zaman amortizasiya edilərək gəlirdən çıxılacaq məbləğ 16.000 manat olacaq:

10000 – 2000 – 2000 = 6000 manat.

6000 + 10000 = 16000 manat.

Müqavilənin geri qalan müddəti 3 il olduğu üçün həmin məbləğ 3-ə bölünərək gəlirdən çıxılacaq.

16000: 3 = 5333 manat.

Mənbə: vergiler.az

Sosial müavinət nədir?

1 424 425 426 427 428 429 430 2. 684