Read More9
Read More9

Bazar qiymətinin tətbiqi ilə bağlı hansı dəyişikliklər edilib?

posted in: Xəbər | 0

2024-cü ildən Vergi Məcəlləsinin bazar qiymətləri ilə bağlı məsələləri özündə ehtiva edən 14-cü maddəsinin iki bəndində dəyişiklik edilib. Yeniliyi iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 14.3.6-cı maddəsindən “alınmasına” sözü çıxarılıb. Dəyişikliyə qədər isə həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim olunmasına (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti tətbiq edilə bilirdi. Ancaq dəyişiklikdən sonra yalnız malların (işlərin, xidmətlərin) təqdim olunmasına dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti tətbiq ediləcək.

Misal 1: Vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, vergi ödəyicisinin təqdim etdiyi 30.000 manatlıq tikinti materiallarının alınmasına dair sənədlər mövcud deyil. Son dəyişikliyədək bu halda həmin tikinti mallarının dəyərini müəyyənləşdirmək üçün bazar qiymətinin müəyyən olunması prosedurları həyata keçirilirdi. Yeni dəyişiklikdən sonra artıq vergi orqanı belə hallarda bazar qiyməti tətbiq etməyəcək.

Bazar qiyməti ilə bağlı digər dəyişiklik Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə edilib. Dəyişikliyə əsasən, 14.6.5-ci maddədə “aşağıdakı hallarda” sözləri “alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda” sözləri və həmin maddənin sonunda iki nöqtə (:) işarəsi nöqtə (.) işarəsi ilə əvəz edilib. Həmçinin, 14.6.5.1-ci və 14.6.5.2-ci maddələr ləğv edilib. Dəyişikliyədək Vergi Məcəlləsinin 14.6.5.2-ci maddəsinə əsasən, malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda bazar qiyməti tətbiq edilirdi.

Misal 2: Vergi orqanı keçirdiyi nəzarət tədbirləri nəticəsində vergi ödəyicisinin xərclərin uçotunu aparmadığını müəyyən edib. Xərclərin uçotu aparılmadıqda əksər hallarda rəsmiləşdirmə də aparılmır və beləliklə, malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmur. Son dəyişikliyədək vergi orqanı malların alış qiymətini müəyyənləşdirmək üçün bazar qiyməti tətbiq edə bilirdi. Amma yeni dəyişiklikdən sonra bazar qiymətinin tətbiq olunmasına ehtiyac yaranmayacaq.

İndi isə hər iki dəyişikliyin səbəblərini izah edən məsələlərə aydınlıq gətirək. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə edilmiş əlavəyə əsasən, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Qeyd edək ki, yeni dəyişikliklərdən sonra vergi ödəyicisinin xərcini təsdiq edən sənədlər olmazsa, bu zaman vergi orqanı tərəfindən hər hansı bazar qiyməti tətbiq edilməyəcək.

Misal 3: Vergi orqanı 2024-cü ildə həyata keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, vergi ödəyicinin təqdim etdiyi 30.000 manatlıq ərzaq məhsullarının xərcini təsdiq edən sənədlər yoxdur. Son dəyişiklikdən sonra vergi orqanının həmin əməliyyat üzrə bazar qiyməti tətbiq etməsinə ehtiyac olmayacaq. Çünki Vergi Məcəlləsinin 108.1-ci maddəsində edilmiş dəyişiklik nəticəsində qanunla müəyyən olunan qaydada rəsmiləşdirilməyən xərclər artıq tanınmır. Vergi Məcəlləsində dəyişikliklərin təsdiqi ilə bağlı sənədin keçid müddəasında qeyd edilir ki, 2024-ci ildə həmin növ xərclərin 50 faizdən çox olmayaraq rentabellik nəzərdə tutulsa da, 1 yanvar 2025-ci ildən sonra ümumiyyətlə gəlirdən çıxılmasına icazə verilməyəcək.

Mənbə: vergiler.az

İllik iş vaxtı norması və onun hesablanması

Əsas vəsaitlər üzrə ilkin qiymətləndirilmə necə aparılır

posted in: Xəbər | 0

Torpaq, tikili və avadanlıqlar ilkin dəyər modeli, ya da yenidən qiymətləndirmə modelindən istifadə etməklə qiymətləndirilir və elə amortizasiya olunur ki, onların amortizasiya dəyəri faydalı istifadə müddəti dövründə sistematik şəkildə bölüşdürülsün. Accounting.Az saytının redaktoru Cəmil Əsədov tərəfindən təqdim edilən bu məqalə əsas vəsaitlərin ilkin qiymətləndirilməsi haqqındadır.

Hüquqi-normativ baza

Mühasibat uçotu subyektlərində əsas vəsaitlər və onların uçotu üzrə əsas məsələlər “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasında tənzimlənir. Standart torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi də daxil olmaqla aşağıdakı sahələri əhatə edir:

  • amortizasiya;
  • yenidən qiymətləndirmə;
  • tanınmanın dayandırılması.

Əsas vəsaitlərin qiymətləndirilməsi zamanı mühasibat uçotunun digər standartlarının tələblərinə də əməl edilir, məsələn:

  • “Mal-material ehtiyatları” – 2 saylı MUBS (IAS2);
  • “İşçilərin mükafatlandırılması” – 19 saylı MUBS (IAS19);
  • “Borclar üzrə məsrəflər” – 23 saylı MUBS (IAS23);
  • “Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər” – 37 saylı MUBS (IAS23) və sair.

16 №-li MUBS (IAS 16) torpaq, tikili və avadanlıqları aşağıdakı maddi aktivlər kimi müəyyən edir:

  • malların istehsalı, xidmətlərin göstərilməsi, icarə və ya inzibati məqsədlər üçün saxlanılır;
  • istifadəsi birdən çox hesabat dövrü üçün nəzərdə tutulur.

Belə aktivlərin tanınma meyarları MUBS 16-nın 7-ci maddəsində qeyd edilib. Tanınma meyarlarına cavab verən əsas vəsaitlərin ilkin qiymətləndirilməsi ilkin dəyər metodu əsasında aparılır.

Torpaq, tikili və avadanlıqların ilkin dəyəri

Əsas vəsaitlərin ilkin dəyəri aktivin təyinatı üzrə işlək vəziyyətə gətirilməsi üçün lazım olan bütün xərcləri əhatə edir və tərkibinə aşağıdakılar daxildir (IAS16-16):

  • alış qiyməti (ticarət endirimləri və güzəştlər çıxılmaqla), gömrük rüsumları, əvəzləşdirilməyən digər  vergilər və
  • aktivin nəzərdə tutulan yerə çatdırılması və rəhbərliyin niyyətlərinə uyğun istismarı üçün zəruri vəziyyətə gətirilməsi ilə birbaşa əlaqəli olan bütün xərclər.

Buraya, həmçinin MUBS16-nın 16 (c) bəndini şərtlər daxilində demontaj, ləğv, aktivin yerləşdiyi sahənin bərpası kimi xərclər də aiddir.

Birbaşa xərclərin ilkin dəyərə daxil edilməsi

Əsas vəsaitlərin ilkin dəyəri müəyyən edilərkən birbaşa xərcləri də nəzərə almaq lazımdır (IAS16-17), məsələn:

  • bilavasitə torpaq, tikili və avadanlıqlar obyektinin tikintisi və ya alınması üzrə işçilərin mükafatlandırılması xərcləri (“İşçilərin mükafatlandırılması” haqqında MUBS (IAS) 19-a uyğun);
  • ərazinin hazırlanması xərcləri;
  • inşa və montaj xərcləri;
  • peşəkar xidmətlərə görə mükafatlar və sair.

Əgər bu məsrəflər müəyyən müddət ərzində həyata keçirilərsə, (məsələn, işçilərə mükafatlar kimi), bu xərclərin aktivin ilkin dəyərinə daxil edildiyi dövr, hətta torpaq, tikili və avadanlıq hələ istifadə olunmağa başlamasa belə, əsas vəsait hazır vəziyyətə gətirildikdə başa çatır (IAS16-20).

Aktiv fəaliyyət göstərə bilməsi əsas vəsaitin hazır vəziyyətə gətirilməsi hesab edilir. Onun planlaşdırılan gücə dərhal çata bilməməsi (məsələn, onun məhsullarına kifayət qədər tələbatın formalaşmaması), məsələnin mahiyyətini dəyişmir: planlaşdırılmış gücə çatma dövründə çəkilən məsrəflər kapitallaşdırıla bilməz.

İlkin dəyərə daxil edilməyən xərclər

Əsas vəsaitlərin ilkin qiymətləndirilməsi zamanə normativdən artıq istənilən xərc (məsələn, material məsrəfləri) nəzərə alınmır.

MUBS (IAS) 16 torpaq, tikili və avadanlığın tikintisinin maliyyələşdirilməsi üzrə faiz xərclərinin birbaşa məsrəflər hesab edilməsi məsələsinə bilavasitə baxmır. Bu məsələni “Borclar üzrə məsrəflər” adlı MUBS (IAS) 23 həll edir. Belə ki, bu standarta əsasən müəssisədə yalnız “aktivin əldə edilməsi, tikilməsi və ya istehsalına birbaşa aid olan borclar üzrə məsrəflər həmin aktivin dəyərinin bir hissəsini formalaşdırır”. Maliyyələşmə üzrə faiz xərclərinin qalan hissəsi birbaşa xərc kimi tanınmır.

Torpaq, tikili və avadanlıq obyektləri üzrə xərclərə aid olmayan məsrəflər MUBS (IAS) 16-ın 19-cu maddəsində sadalanıb.

Əsas vəsaitlərin qiymətləndirilməsi zamanı digər tələblər

Aktivin sökülməsi və onun tutduğu sahənin bərpası xərcləri, əgər şirkət bu xərcləri ödəməyə borcludursa, əsas vəsaitlərin ilkin dəyərinə məsrəflərin ilkin smetası həcmində daxil edilir.

Bu cür məsrəflər “Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər” adlı 37 saylı MUBS-a uyğun olaraq qiymətləndirilmiş öhdəlik yaradılan dərəcə ilə ilkin dəyərə daxil edilməlidir. 37 №-li MUBS-un tələb etdiyi kimi, kapitallaşdırılmış məbləğ gözlənilən məsrəflərin məbləği ilə hesablanır və diskontlaşdırmanın təsiri əhəmiyyətli olduqda, vahid məbləğin bugünkü dəyəri ilə ölçülür.

Vahid məbləğin bugünkü dəyəri, gələcəkdə bizə vəd edilən pulun bugünkü dəyəri haqqında məlumat verən konsepsiyadır.

Aktivin nəzərdə tutulan yerə çatdırılması və rəhbərliyin niyyətlərinə uyğun istismarı üçün zəruri vəziyyətə gətirilməsi zamanı istehsal olunmuş obyektlərin satışından gəlir əldə edilə bilər (məsələn, aktivin düzgün fəaliyyət göstərməsinin yoxlanılması zamanı hazırlanmış nümunələr). Həmin gəlir əsas vəsaitlərin dəyərindən çıxılmadan  mənfəət və ya zərərdə tanınır (IAS16-20A).

Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi

Əsas vəsaitin qiymətləndirilməsi qaydasını aşağıdakı nümunə üzərində şərh edək.

Nümunə. 20X6-cı il oktyabrın 1-dən “ABC” şirkəti fabrikin tikintisinə başladı. 30 sentyabr 20X7-ci il tarixində bitən il üçün fabriklə bağlı çəkilmiş məsrəflər aşağıdakı cədvəlin birinci bölməsində verilib. Qeydləri nəzərə alaraq fabrikin ilkin dəyərini hesablayaq.

Qeyd 1: Fabrikin tikintisi səkkiz ay çəkib və 31 may 20X7-ci ildə başa çatdırılıb. Fabrikdən istifadəyə 30 iyun 20X7-ci ildə başlandı. Əməkhaqqı doqquz aylıq, 30 iyun 20X7-ci il tarixinədək olan dövr üçün verilib.

Qeyd 2: İstehsal üzrə qaimə məsrəfləri səkkiz aylıq dövrü, 31 may 20X7-ci il tarixinə kimi çəkilən xərcləri əhatə edir. Ümumilikdə, istehsal üzrə xərclərinə yanacaq sızması nəticəsində dəymiş ziyanı aradan qaldırmasına normativdən artıq sərf olunmuş 200000 manat xərc də daxildir.

Qeyd 3:ABC” şirkəti 1 oktyabr 20X6-cı il tarixdə 12 milyon manat məbləğində kredit almışdır. Kredit üzrə faiz dərəcəsi illik 10% təşkil edir.

Qeyd 4: Zavodun istismar müddəti 20 ildir. Bu müddətin sonunda fabrik söküləcək və fabrikin yerləşdiyi torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması lazım gələcəkdir. Bu, torpaq alqı-satqısı müqaviləsinin imzalanması ilə eyni vaxtda yaranan hüquqi öhdəlikdir. Öhdəliyin yerinə yetirilməsi üçün gözlənilən xərc 2 milyon manatdır. Hesablamalarda istifadə olunacaq diskont faiz dərəcəsi 8% -dir.

Bölmə 1 Bölmə 2
Məsrəflərin adı Faktiki xərc məbləği, min manatla İlkin dəyərdə  məbləğ, min manatla İlkin dəyərə aid edilməsinin  əsaslandırılması
Torpağın alınması 10000 10000 Torpaq, tikili və avadanlıq obyektinin alış dəyəri (IAS16: 16.a)
Ərazidəki mövcud binaların sökülməsi xərcləri 500 500 Aktivin hazır vəziyyətə gətirilməsi üçün birbaşa xərclər (IAS16: 17.b)
Fabrikin tikintisi üçün materialların satın alınması 6000 6000 Əsas vəsaitin tikintisində  istifadə olunur ((IAS16.16.b)
Əməkhaqqı (Qeyd 1) 1800 1600 Tikinti dövrünə aid olan (1800*(8/9)) (IAS16: 17.b)
Tikinti ilə birbaşa əlaqəli olan qaimə istehsal məsrəfləri (Qeyd 2) 1200 1000 Normativdən artıq xərclər çıxılmaqla torpaq, tikili və avadanlıq obyektini hazır vəziyyətə gətirmək üçün birbaşa xərclər (IAS16: 17.a, 20)
Ayrılmış ümumi idarəetmə xərcləri 600 0 Məsrəflərə aid edilmir – yalnız birbaşa xərclər kapitallaşdırılır (IAS16: 16.b, 19.d)
Tikinti layihəsində bilavasitə iştirak edən arxitektorlara və məsləhətçilərə ödənişlər 400 400 Peşəkar xidmətlərə görə birbaşa xərclər (IAS16: 17.f)
İşçilərin yeni fabrikdə işləmək üçün köçürülməsi xərcləri 30 0 Standartın tələblərinə görə çıxılır – aktivin hazır vəziyyətə gətirilməsi ilə bağlı deyil (IAS16: 16-17)
Fabrikin rəsmi açılış mərasimi üçün xərclər 20 0 Standartın tələblərinə görə çıxılır – aktivin hazır vəziyyətə gətirilməsi ilə bağlı deyil (IAS16: 16-17)
Fabrikin tikintisini qismən maliyyələşdirmək üçün istifadə olunan kredit üzrə faizlər (Qeyd 3) 1200 800 Əsas vəsaitin tikinti dövrü xərcləri 1200 x 10% x 8/12 daxildir (IAS23: 1)
Sökülmə və bərpa xərcləri 429 8% faiz dərəcəsi ilə 20 il ərzində, 2 milyon dolların indiki dəyəri.

(2000*(1+0,8) ^ 20)

İlkin dəyərin yekun qiyməti 20729 min manat

 

Ədalətli dəyərlə qiymətləndirmə

Əgər aktiv başqa bir aktivin (oxşar və ya təbiətcə fərqli) müqabilində mübadilə yoluyla əldə edilirsə, “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartında nəzərdə tutulmuş istisnalarla, ədalətli dəyərlə qiymətləndiriləcəkdir. Əgər əldə edilmiş əsas vəsaitin dəyərini ədalətli dəyərlə müəyyən edə bilmiriksə, təhvil verdiyimiz, yəni mübadilə etdiyimiz aktivin ədalətli dəyərini əsas götürə bilərik. Sözügedən aktivlərin də ədalətli dəyərini müəyyən etmək mümkünsüz olduğu halda balans dəyərini əsas götürmək hüququmuz vardır (IAS16.24).

Əsas vəsaitlərin uçotu Hesablar Planının ”Uzunmüddətli aktivlər” bölməsinin 11-ci maddəsi üzrə aparılır.

Sonda, əgər bəzi oxucularda həm “Əsas vəsaitlər” və həm də “Torpaq, tikili və avadanlıqlar” anlayışından istifadə edilməsi haqqında sual yaransa, buraya keçid edib səbəbini oxuya bilərlər.

Hansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?

Bəzi mallarin idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17.noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 60 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə “2710 12 413 0”, “2710 12 510 1”, “2710 19 421 0”, “2710 19 422 0”, “2710 19 423 0”, “2710 19 424 0”, “2710 19 425 0”, “2710 19 426 0”, “2710 19 429 0”, “2710 19 460 0” və “2710 19 480 0” alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (2024-cü il 31 dekabr tarixinədək – 0%)” sözləri ilə əvəz edilsin.
  2. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 fevral 2024-cü il
№ 112

Mənbə: nk.gov.az

Kommersiya müəssisələri, onların təsnifatı

İllik iş vaxtı norması və onun hesablanması

posted in: Xəbər | 0

İllik iş vaxtı norması nədir, onu kim təyin edir?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü fəsli mühasibat uçotu subyektlərində iş vaxtı norması, onun növləri və tənzimlənməsi qaydalarını şərh edir.

Yeri gəlmişkən: “İş vaxtı işçinin daxili əmək qaydalarına, əmək müqaviləsinin şərtlərinə uyğun olaraq əmək vəzifələrini yerinə yetirməli olduğu vaxt, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə, digər qanunlara və normativ hüquqi aktlara uyğun olaraq iş vaxtına aid edilən müddətlərdir.”

Məcəllədə illik iş vaxtı normasının müddəti haqqında vahid standart yoxdur. Bu norma müəssisədə beşgünlük yaxud altıgünlük iş həftəsinin müəyyən edilməsindən, gündəlik işin nə qədər davam etməsindən, habelə istirahət günlərinin nə vaxt müəyyən edilməsindən asılıdır. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  hər dekabr ayının sonunadək növbəti il üçün istehsalat təqvimi, həmçinin illik iş vaxtı norması ilə bağlı dəqiqləşdirmələr təqdim edir. Onun əsasında müəssisələr, təşkilatlar, digər mühasibat uçotu subyektləri illik iş vaxtı normasını hesablayırlar.

İş vaxtı normasının hesablanması

İş qrafiki tərtib edilərkən, həftəlik iş saatlarının əmək qanunvericiliyində nəzərdə tutulmuş yuxarı həddi nəzərə alınmalıdır. Ən geniş yayılmış variant 40 saatlıq, beş günlük həftədir, lakin 36 və 24 saatlıq həftələr də var.

Diqqət yetirin, əgər cədvəl həftədə altı iş günü üçün hazırlanırsa, normalar dəyişməyəcək, 40, 36 və 24 saat olaraq qalacaq.

Aylıq iş vaxtı normasının hesablanması ardıcıllığını belə ifadə etmək olar: Həftəlik norma / Həftədə iş günlərinin sayı × Bir ayda iş günlərinin sayı.  Bayram günlərindən əvvəlki qısaldılmış günlər üçün iş saatları alınan məbləğdən çıxılır.

Yeri gəlmişkən: “ƏM, maddə 108.1. Bu Məcəllənin 91-93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.”

Aylıq iş vaxtının hesablanması ardıcıllığını nümunədə şərh edək.

Nümunə: “2024-cü ilin may ayında 31 təqvim günü var, onlardan 21-i iş günü, 10-u bayram və istirahət günləridir. Bayramlara görə iki qısaldılmış gün var.
Bir ay üçün iş vaxtının norması belə hesablanacaq:
40 saatlıq iş həftəsi: 166 saat (40 saat / 5 gün × 21 gün – 2 saat);
36 saatlıq həftə ilə – 149 saat (36 saat / 5 gün × 21 gün – 2 saat);
24 saatlıq həftə ilə – 98,8 saat (24 saat / 5 gün × 21 gün – 2 saat).

İllik iş vaxtı normasını tapmaq üçün orta gündəlik saat dərəcəsini ildəki iş günlərinin sayına vururuq. Hesablama zamanı bayram günlərindən əvvəlki qısaldılmış günlər mütləq nəzərə alınmalıdır.

2024-ci il üçün iş vaxtı norması

ƏƏSMN Kollegiyasının 15 dekabr 2023-cü il 3-17/3-5-42/2023 saylı qərarı ilə təsdiq edilmiş “2024-cü il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında” adlı normativ hüquqi sənəddə 2024-cü ildə 40 saatlıq beşgünlük və altıgünlük həftə üçün illik iş vaxtı norması 1901 saatdır.

Hesablama zamanı 2024-cü il üçün istehsalat təqviminin məlumatlarından istifadə edilib. Belə ki, həmin təqvimdə 8 saatlıq 228, 7 saatlıq 11 iş günü (bayram günlərindən əvvəlki qısaldılmış günlər) müəyyən edilib.

2024-cü ili üçün iş vaxtı normasının hesablanması aşağıdakı kimi olacaq: 40 saat / 5 gün × 239 gün – 11 saat = 1901 saat.

Qeyd edək ki, yuxarıda qeyd edilən “2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi” haqqında qərarda illik iş vaxtı normasının hesablanmasının nisbətən fərqli qaydası verilib:  228×8 + 11×7 = 1901 saat (40 saatlıq iş həftəsi).

36 və 24 saatlıq həftələr üçün vaxt normaları eyni şəkildə hesablanır.

Altıgünlük iş həftəsi tətbiq edilən iş yerlərində gündəlik iş vaxtının hesablanması zamanı nəzərə almaq lazımdır ki, həftəlik norma 40 saat olduqda 7, 36 saat olduqda 6, 24 saat olduqda 4 saatdan çox ola bilməz (AR ƏM, maddə 90, 108).

Hər dəfə hesablamalar aparmamaq üçün 2024-cü il üçün istehsal təqvimini endirin. Orada 40 saatlıq beşgünlük iş həftəsi üçün iş vaxtı normaları verilib.

Mülkiyyətçinin dəyişməsi zamanı xitamla bağlı ödənişlər

1 431 432 433 434 435 436 437 2. 700
error: Content is protected !!