Kapital Bank depozit faizlərini 10%-ə qaldırdı

posted in: Xəbər | 0

Kapital Bank, depozit faizləri, Rəqəmsal depozit, depozit faizlərini artmasıKeyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan  ölkənin birinci bankı Kapital Bank depozit faizlərini 10%-dək artırıb. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşmaqla, AZN valyutası ilə depozitlərdə 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Kampaniya 31 mart tarixinədək keçərlidir. Ətraflı məlumat üçün:

Birbank tətbiqində təklif etdiyimiz Rəqəmsal depozit məhsulunda da əmanət faizləri artırılıb. 31 mart tarixinədək davam edəcək kampaniya çərçivəsində yerləşdirilən rəqəmsal depozitlərdə müştərilər 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Rəqəmsal depozitdə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1₼, maksimum 250 000 manat məbləğində depozit yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən “Rəqəmsal depozit”dən istifadə etmək üçün sadəcə Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitlər”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir. Ətraflı məlumat üçün: https://kbl.az/prrd10

Kapital Bank-ın USD valyutası üzrə depozit faizi isə 3.5%-dir. Ən yaxın Kapital Bank filialına yaxınlaşaraq əmanət müddəti 12 aydan 36 ayadək olmaqla 500 dollardan yuxarı istənilən qədər məbləği banka əmanət etmək olar. Əmanət məbləğini minimum 100 dollar məbləğində artırmaq mümkündür. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin illik faiz dərəcəsi xarici valyutada 2,5%,  həcmi isə 100 000 manat ekvivalentindədir. Ətraflı məlumat üçün: https://kbl.az/prdd

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi

Uşağa qulluğa görə müavinətin verilməsi dövrü və maliyyələşmə mənbələri

posted in: Müavinət, Xəbər | 0

Uşağa qulluğa görə müavinət kimə verilir?

Azərbaycan Respublikası qanunvericiliyi müəyyən kateqoriya şəxslərə birdəfəlik yaxud aylıq sosial müavinətlər verilməsini nəzərdə tutur. Müavinətlərin təyini, hesablanması və verilməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq olunması Əsasnamə əsasında aparılır. Əsasnamədə tam adı uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət olan bu ödəniş növü, sığortaolunana uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət müddətində verilir. Bu vəsaiti uşağa bilavasitə qulluq edən aşağıdakılardan biri ala bilər:

  • valideynlərdən bir (ana yaxud ata);
  • ailənin başqa üzvü (nənə, baba və sair).

Bir qayda olaraq, uşağa qulluğa görə qismən ödənişli müavinət anaya verilir. Ana müəyyən səbəbdən (məsələn, stasionarda müalicə olunması ilə əlaqədar) uşağa qulluq edə bilmirsə, müavinət uşağın anasına verilməyən müddətdə faktiki ona qulluq edən şəxsə ödənir.

Uşağa qulluğa görə müavinət hansı müddət üçün verilir?

Bu müavinətin verilmə müddəti uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətin istifadə formasından asılıdır və müavinətin müddəti də buna görə müəyyən olunur. Məzuniyyət uşaq 3 yaşına çatanadək olan dövrü əhatə edə bilər, məzuniyyətdən tam yaxud hissələrlə istifadə etmək olar. Məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üçün aylıq müavinət verilir. Müavinətin verilmə müddətini şərti olaraq iki hissəyə ayırmaq olar:

  • bir yaş yarımadək uşağa qulluğa görə – 44 manat məbləğində;
  • bir yaş yarımdan üç yaşınadək – 28 manat məbləğində.

Müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən olunur.

Hamiləliyə və doğuşa görə məzuniyyətin qanunla müəyyən olunmuş müddəti bitdiyi günün sonrakı günündən başlayaraq müəyyən yaş həddinədək uşağa qulluğa görə qismən ödənilən məzuniyyət hüququ yaranır. Bu hüquqdan istifadəyə sığortaolunan özü qərar verir, lazım gələrsə işəgötürənə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətin verilməsi barədə ərizə ilə müraciət edilir. Ərizədə məzuniyyətdən istifadə müddəti (tam yaxud qismən) qeyd edilir. Uşağa qulluğa görə müavinətin müddəti ərizədə göstərilən müddətə uyğun müəyyən olunur.

Stasionarda müalicə ilə bağlı ana tərəfindən uşağa qulluq mümkün olmadıqda, uşağa qulluğa görə sosial məzuniyyət eyni qaydada sənədləşdirilir. Bu zaman anaya verilməyən müddət üzrə müavinət uşağa qulluq edənə verilir.

Qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı:

  • öz arzusu əsasında tam olmayan iş vaxtı ilə yaxud evdə işləyə;
  • habelə istehsalatdan ayrılmaqla təhsilini davam etdirə bilər.

Belə hallar yarandıqda da, həmin dövrlər üçün müavinət almaq hüququ saxlanılır.

Qismən ödənişli sosial məzuniyyət dövründə müəssisə ləğv edilərsə və bu səbəbdən də qadın işdən azad olunarsa, uşağa qulluğa görə müavinət rəsmiləşdirilmiş müddət üçün verilir.

Qismən ödənişli məzuniyyət müddətində güzəştlər

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə qismən ödənişli məzuniyyətdə olan və müavinət alan qadınların əmək münasibətlərinin  tənzimlənməsi Əmək Məcəlləsinin X bölməsinin 37-ci fəslinin müddəaları əsasında tənzimlənir. Həmin müddəalara əsasən:

  • 3 yaşınadək uşağı olan qadınla əmək müqaviləsi bağlamaqdan imtina yolverilməzdir – bu tələb işəgötürəndə uyğun iş (vəzifə) olmadığı, həmçinin qadın əməyindən istifadənin qadağan olunduğu iş yerlərinə şamil edilmir;
  • Onları əmək şəraiti ağır, zərərli iş yerlərinə, şaxtalara, yeraltı işlərə cəlb etməyə yol verilmir;
  • Gecə növbəsinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü olmayan bayram günlərində onları işə cəlb etmək, habelə ezamiyyətə yollamaq qadağandır;
  • Əgər uşaq yaş yarımına çatmamışsa, qadının əmək funksiyasının yerinə yetirilməsi uşağı yedizdirməyə (əmizdirməyə) çətinlik yaradırsa, qadının ərizəsi əsasında o, başqa işə keçirilir, yaxud uşağı yedizdirmək üçün lazım olan şərait yaradılır. Yüngül işə keçirilmə zamanı əsas vəzifəsi üzrə orta əməkhaqqı saxlanılır. Yedizdirmə səbəbindən qadının əməkhaqqısı azaldıla bilməz.
  • Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı verilən istirahət və yemək üçün ümumi fasilədən əlavə, uşaqı yedizdirmək (əmizdirmək) məqsədi ilə hər üç saatdan bir, hər biri 30 dəqiqədən az olmamaqla fasilələr verilir.
  • Əgər yaş yarımına çatmamış uşağın sayı iki və daha çox olarsa, belə fasilənin müddəti bir saatdan az olmamaqla müəyyən edilir. Həmin fasilələr iş vaxtına əlavə edilməklə orta əməkhaqqı saxlanılır.
  • Bu fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, yaxud növbənin sonunda istifadə edilə bilər. Bu qadının istəyindən asılıdır. Habelə fasilələr cəmlənərək iş vaxtının sonunda istifadə edilməsi də mümkündür. Bu zaman iş günün müddəti həmin fasilələr qədər qısaldılır.
  • 3 yaşınadək uşağı olan qadın həm özü, həm də uşaq tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçdiyi günlərdə orta əməkhaqqı saxlanılır.

Həmçinin, Əmək Məcəlləsinin 66, 79, 91-ci maddələrində də bir sıra güzəştlər nəzərdə tutulub:

  • uşağının üç yaşınadək sosial məzuniyyətdə olan, məzuniyyətdən sonra müvafiq vəzifədə (peşədə) bir ildən az müddətdə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmayan işçilər sayılır.
  • üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması qadağandır (müəssisənin ləğv olunması, müqavilənin müddətinin bitməsi halları istisnadır).
  • yaşyarımadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən valideyn üçün iş vaxtı 36 saatdan artıq olmamalıdır.

Beləliklə, 3 yaşınadək uşağı olan qadınlara, habelə, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət alan sığortaolunanlara qanunvericilikdə bir sıra güzəştlər tətbiq olunub. Onları bilmək əmək müqaviləsi ilə işləyən qadınlara öz hüquqlarını qorumaqda kömək olacaq.

Kanadada mühasib peşəsinin xüsusiyyətləri

posted in: Mühasib, Məqalə, Xəbər | 0

Bütün dünyada olduğu kimi, Kanadada mühasib peşəsi çox nüfuzlu və hörmətlidir. Burada yaxşı mühasib olmaq üçün, Kanada mühasibat və vergitutma sistemini anlamaq lazımdır. Bundan əlavə, ingilis və ya fransız dilini yaxşı bilmək və hər hansı bir mövqedə Kanada təcrübəsini əldə etməyə çalışmaq lazımdır. Müvafiq təhsilə malik olmaqla, gələcəkdə həqiqətən yaxşı iş tapmaq çətinlik törətməyəcək və ya öz şəxsi mühasibat və ya məsləhət biznesinizə başlaya bilərsiniz.

Kanadada mühasiblərin növləri

Şimali Amerikada, o cümlədən Kanadada, mühasiblərin iki kateqoriyaya bölünməsi mövcuddur:

  • Bookkeeper – cari mühasibat işini aparan bir mütəxəssis: hesabları yazır, maaşları hesablayır və s. Bəzən belə bir mütəxəssis müəyyən hesabatlar hazırlaya bilər. Belə bir səviyyə sertifikatlaşdırma tələb etmir.
  • Accountant. Bu səviyyədən olan mütəxəssisin vəzifələri daha genişdir: mühasibat uçotunun planlaşdırılması, təşkili, maliyyə hesabatlarının və vergi bəyannamələrinin hazırlanması. Belə bir mühasib peşəkar sertifikata malik olmalıdır.

Qeyd etmək lazımdır ki, bu gün Kanadada ən çox sertifikatlaşdırılmış mühasiblər tələb olunur. 2015-ci ilə qədər sertifikatların dəqiq dərəcəsi var idi:

  • Diplomlu mühasib (Chartered Accountant, CA)
  • Sertifikatlaşdırılmış baş mühasib (Certified General Accountant, CGA)
  • Sertifikatlaşdırılmış idarəetmə mühasibi (Certified Management Accountant, CMA)

Hazırda Kanada milli və əyalət mühasibat assosiasiyalarının əsas kütləsi sertifikatın vahid standartına keçmək barədə razılığa gəliblər. İndi mühasibat uçotu sahəsində sertifikatlaşdırılmış mütəxəssis Diplomlu peşəkar mühasib (Chartered Professional Accountant, CPA) adlanır. Qeyd etmək lazımdır ki, ABŞ-dakı mühasiblər də məhz belə sertifikatlara malikdirlər. İstənilən halda, yuxarıda göstərilən bütün sertifikatların alınması üçün ən azı bakalavr dərəcəsi tələb olunur.

Kanada mühasibinin işinin xüsusiyyətləri

Kanadada fiziki şəxslər tərəfindən ödənilən gəlir vergisi (Personal Income tax) və korporativ gəlir vergisi (Corporate Income Tax) həm federal, həm də əyalət səviyyəsində tutulur. Nəticə etibarilə, Kanada mühasibi həm federal vergiləri, həm də biznesinin qeydiyyata alındığı vilayət və ya ərazinin vergilərini bilməlidir.

Bundan əlavə, federal səviyyədə və müxtəlif əyalətlərdə müxtəlif istehlak vergiləri mövcuddur. Məsələn:

  • Mal və xidmətlərə vergi (Goods and Service tax), qısaldılmış şəkildə GST:
  • Satışdan əyalət vergisi (Provincial sales tax), qısa şəkildə PST:
  • Kvebek satış vergisi (Quebec Sales Tax), qısa şəkildə QST:
  • Uyğunlaşdırılmış satış vergisi (Harmonized Sales Tax), qısa şəkildə HST.

Kanadada proqram kompleksləri üçün bir neçə fərqli variantdan istifadə olunur. Kiçik müəssisələr üçün ən çox istifadə olunan həllər bunlardır:

  • FrashBooks Cloud:
  • Sage One:
  • Zoho Books:
  • Intuit QuickBooks.

Bu isə o deməkdir ki, bu proqram kompleksləri ilə işləmək təcrübəsinə malik olmaq lazımdır. Kanadalı işəgötürən mühasibdən vaxtında və keyfiyyətli məlumatlar gözləyir, bu isə yalnız mühasibat proqramına sahib olaraq təmin edilə bilər.

İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi

Əcnəbi Sahibkarlara müvəqqəti yaşama icazəsi üçün nizamnamə və dövriyyə məbləği təsdiqləndi

posted in: Xəbər | 0

Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, Miqrasiya Məcəlləsində edilən müvafiq dəyişikliklərdən irəli gələrək Azərbaycan İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 16 yanvar tarixində hüquqi qüvvəyə minmiş Qərarı ilə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Məcəllədə nəzərdə tutulan xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və nəzərdə tutulan şəxslərin dövriyyə həcmi təsdiq edilib.

Qərara əsasən, xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün həmin hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50 min manat məbləğində müəyyən edilib. Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün xarici investisiyalı hüquqi şəxsin nizamnamə kapitalı 100 min manat, son 1 ildə dövriyyə həcmi isə 200 min manat məbləğində təsbit edilib.

Bundan başqa, Qərara əsasən Azərbaycan Respublikasında azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə yeni müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin (fərdi sahibkarın) son 1 ildə dövriyyə həcmi 50 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə son 1 ildə dövriyyə həcmi 100 min manat məbləğində müəyyənləşdirilir.

Qeyd olunan əsaslar üzrə müraciətlərin qəbulu zamanı vergi orqanlarından əldə edilmiş illik dövriyyə və ödənilmiş nizamnamə kapitalı ilə bağlı təsdiqedici sənədlərin təqdim olunması tələb olunacaqdır.

Müvəqqəti yaşama icazələrinin əldə edilməsi üçün nizamnamə kapitalı və dövriyyə həcmi ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur. Qeyri-kommersiya hüquqi şəxsləri həmçinin daimi yaşama icazələrinin əldə edilməsi zamanı bu tələblərdən azaddır.

Sözügedən Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mənbə: report.az

1 452 453 454 455 456 457 458 2. 700