İş ilini tamamlamayan işçiyə məzuniyyətə görə kompensasiya necə hesablanır?

posted in: Xəbər | 0

istifadə edilməmiş məzuniyyətə görə kompensasiya,Təcrübədə işçinin iş ilindən daha tez əmək müqaviləsinə son verməsi hallarına rast gəlinir. Tutaq ki, işçi 05.10.2021-ci il tarixdə işə qəbul olub və onunla əmək müqaviləsi bağlanıb. 25.11.2021-ci il tarixdə isə öz xahişi ilə işdən çıxıb və əmək müqaviləsinə xitam verilib. Bu halda ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmalıdırmı? Suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 140-cı maddəsində məzuniyyət vaxtı üçün əməkhaqqının hesablanması və ödənilməsi qaydaları müəyyənləşib. Maddənin 2-ci bəndinə görə, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Təcrübədə qeyd edilən nümunəyə uyğun hallarda, maddənin bu tələbini əsas gətirərək tam təqvim ayı işləmədiyi üçün işçiyə məzuniyyətin kompensasiyasını vermirlər. Bu isə işçinin məzuniyyət hüquqlarının pozulması halıdır və İnzibati Xətalar Məcəlləsində buna görə cərimə nəzərdə tutulub.

Lakin maddədə iki natamam ayda işləmiş işçinin orta əməkhaqqının hesablanması halının nəzərdə tutulmaması işçiyə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda işçinin faktiki qazancına əsasən, orta əməkhaqqı tapılmalı və adi qaydada məzuniyyətin istifadə edilməmiş günlərinə görə pul əvəzi hesablanıb ödənilməlidir.

Misal: Fərz edək ki, həmin işçinin vəzifə maaşı 700 manatdır. O, işlənmiş iş günlərinə mütənasib olaraq, oktyabr ayında 633 manat, noyabr ayında isə 595 manat əməkhaqqı alıb. İşçinin mütəxəssis vəzifəsində çalışmasını və bir illik məzuniyyət gününün 30 gün olmasını nəzərə alaraq ona ödənilməli kompensasiyanı hesablayaq:

30 : 365 = 0.082 gün (bir təqvim gününə düşən məzuniyyət günü)

0,082 x 52 gün (İşlənmiş təqvim günlərinə əsasən məzuniyyət günü) = 4.27 gün

İşəgötürən 4.27 günü yuxarı doğru yuvarlaqlaşdıraraq ona 5 gün üçün kompensasiya verə bilər. Hesablama aşağıdakı şəkildə aparılmalıdır:

(633 + 595) : 2 = 614 manat (orta əməkhaqqı);

614 : 30.4 = 20.20 manat (bir günə düşən əməkhaqqı)

20,20 x 5 = 101 manat.

Göründüyü kimi, işçiyə işlənmiş iş günlərinə görə əməkhaqqı ilə yanaşı, 101 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da ödəniləcək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az


Nazirlər Kabineti investisiya təşviqi sənədinə malik sahibkarlara dair qərar verib

posted in: Xəbər | 0

investisiya təşviqi sənədi, gömrük rüsumu, ƏDV-dən azad olunan avadanlıqlar, gömrük rüsumu, Əməkhaqları Vahid Tarif CədvəliNazirlər Kabineti “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Siyahıda istehsal vasitələri, qızdırıcı sobalar, dəzgahlar üçün məsrəf materialları, mühərriklər, buxar qazanları, sənaye sobaları, avtoyükləyicilər, içki istehsalı avadanlığı bəzi kənd təsərrüfatı avadanlıqları, generatorlar, qida məhsullarının daşınması üçün avtomobillər və s. qeyd edilib.

Mənbə: report.az


Sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə satdığı mala ƏDV hesablamalıdırmı?

posted in: Xəbər | 0

ədv əvəzləşdirilməsi, sadələşdirilmiş vergi ödəyicisi,Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

Qanunvericiliyin bu tələbini iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Bəzi vergi mütəxəssislərinin fikrincə, bu maddə sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə həmin mallara ƏDV tətbiq etməməyə əsas verir. İlk baxışdan maddə belə təsir bağışlasa da o, aldadıcıdır. Əgər doğrudan da maddədən deyilən nəticə çıxırdısa, o zaman niyə 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən (6% dərəcəsi ilə vergi ödəyənlər) pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərinə şərait yaradıldı ki, vergi orqanlarına təqdim etdikləri məlumatlara əsasən, 1 aprel 2019-cu ilədək ƏDV-ni yalnız malların satış və alış qiymətindəki fərqə hesablasınlar?

Düzdür, bu qərarı bir növ vergi amnistiyası da hesab etmək olar. Çünki bu qərarla uçotda olmayan malları da uçota salmağa icazə verildi. 1 aprel 2019-cu ildən etibarən həmin vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olduqları dövrdən qalan bütün mallarına ƏDV tətbiq edildi.

Tutaq ki, ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisi 1 may 2021-cu il tarixdən ƏDV ödəyicisi olub. Bu halda artıq vergi ödəyicisi bütün təqdim etdiyi malları ƏDV-yə cəlb etməlidir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə gəlincə isə, bu, sırf əvəzləşdirmə hüququ ilə bağlıdır.

Misal 1: ƏDV-dən azad olunan əməliyyatlar həyata keçirən ƏDV ödəyicisi “A” MMC 800 manatlıq mal alıb. Bu halda vergi ödəyicisi fəaliyyətinə uyğun olaraq ƏDV-ni əvəzləşdirmək hüququndan istifadə edə bilmir. Həmin malların ləğv olunması zamanı ona ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilibsə, ƏDV hesablanan məbləğ də əvəzləşdirmənin qismən verilməmiş payına mütənasib olacaq.

Misal 2: Həm ƏDV-dən azad olan, həm də ƏDV-yə cəlb edilən fəaliyyətləri həyata keçirən vergi ödəyicisi elektron qaimə-faktura ilə 800 manatlıq mal əldə edib və 144 manat ƏDV hesablayıb.

Alınmış malların ƏDV-yə cəlb olunan əməliyyatın xüsusi çəkisi üzrə qismən əvəzləşdirilən məbləği, malların göndərilməsi zamanı həmin ƏDV məbləği qədər bəyan edilməlidir.

Bəs sadələşdirilmiş vergi ödəyicisi ƏDV hesablaya bilərmi?

Təcrübədə əvvəllər belə hallara rast gəlinirdi ki, sadələşdirilmiş vergi ödəyiciləri səhv olaraq rəsmi sənədlərdə ƏDV məbləğini də qeyd edirdilər. Vergi Məcəlləsinin 159.8-ci maddəsində qeyd edilir ki, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sifir (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Amma əvvəllər elektron hesab-fakturanın, hazırda isə elektron qaimə-fakturanın tətbiq olunması bu cür halları demək olar ki, sıfıra endirib.

ƏDV ödəyiciləri ilə bağlı belə hal mümkündür. Məsələn, hər hansı malların alınması ƏDV-dən azad olunan əməliyyatlar siyahısına aid olsa, vergi ödəyicisi bundan xəbərsiz olduğu üçün həmin mallara ƏDV tətbiq edə bilər.

Misal 3: 1 mart 2019-cu ildən un və kəpəklərin satışı ƏDV-dən azaddır. Tutaq ki, “A” MMC 15 mart 2019-cu ildə unu 18 faiz ƏDV tətbiq etməklə satıb. Bu maddəyə əsasən, sözügedən satış artıq ƏDV tutulan əməliyyat hesab olunacaq.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


Kapital Bank tələbələr üçün təqaüd proqramı elan edir

posted in: Xəbər | 0

kapital bank təqaüd proqramı,Təhsil layihələrinin və gənclərin inkişafına böyük önəm verən Kapital Bank tələbələr üçün yeni “Birbank” təqaüd proqramı elan edir. Proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı tələbələr, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı əldə edəcəklər.

Təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar: 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən; iqtisadi və biznes, İT, riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan; universitetə qəbul balı 550 və daha yuxarı olan və universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan.

Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar. Yuxarıdakı meyarlara uyğun olan tələbələr vaxt itirmədən, link vasitəsilə təqaüd proqramına müraciət edə bilərlər – https://kbl.az/klbtp23.

Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 515 516 517 518 519 520 521 2. 690