Analıq məzuniyyətindən qayıdan işçi sonradan əmək məzuniyyətinə çıxdıqda ödəniş necə hesablanır?

posted in: Xəbər | 0

Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir. 

Hamiləlik və doğuşa görə məzuniyyətdən qayıdan işçi əmək məzuniyyəti hüququndan istifadə etmək istədikdə məzuniyyətdə olduğu dövr üçün orta əməkhaqqı məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əməkhaqqına əsasən müəyyən edilir. Aydın məsələdir ki, hamiləlik və doğuma görə məzuniyyətdə olduğu dövrdə işçi işdə olmayıb və bu səbəbdən də ona əməkhaqqı hesablanmayıb. Belə halda hesablamanın həyata keçirilməsi üçün Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə” qərara baxmaq lazımdır. Həmin qərarda məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər müəyyən olunub.

Qərara əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər nəzərə alınan ödənişlərə daxildir. Qeyd edilən halda məzuniyyət dövrü üzrə orta əməkhaqqının tapılması üçün işçinin məzuniyyətə çıxdığı aydan əvvəlki 12 ayın gəlirləri toplanıb 12-yə bölünməli və alınmış orta aylıq əməkhaqqı 30.4-ə bölünərək bir günlük orta əməkhaqqı müəyyən olunmalıdır. Alınmış rəqəm məzuniyyət günlərinin sayına vurularaq məzuniyyət dövrü üçün orta əməkhaqqı tapılmalıdır.

Əsas: Əmək Məcəlləsinin 140-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az


Torpaq vergisi üzrə hesablamalarda şərti balların tətbiqi

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin mülkiyyətində yaxud istifadəsində olan torpaq sahələri torpaq vergisi üçün vergitutma obyekti sayılır. Torpaq vergisinin hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206-cı maddəsinə uyğun aparılır. Hesablama zamanı vergitutma bazasına tətbiq ediləcək vergi dərəcəsini müəyyən etmək üçün torpağın istifadə təyinatını bilmək vacibdir. İstifadə təyinatına görə torpaq sahələri aşağıdakı qruplardan birinə aid edilə bilər:

  • kənd təsərrüfatında istifadə edilənlər;
  • sənaye, nəqliyyat və digər xüsusi təyinatlı sahələr;
  • həyətyanı və bağ sahələri;
  • yaşayış fondlarının altında olan torpaqlar.

Torpaq vergisinin hesablanması məqsədi ilə kənd təsərrüfatı təyinatlı torpaqlarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Təyinatı üzrə istifadə edilməyənlər;
  2. Təyinatı üzrə istifadə edilənlər;
  3. İstifadəsi əsaslı səbəblərdən (irriqasiya, meliorasiya və sair aqrotexniki səbəblər) mümkün olmayanlar.

Torpaqların son iki qrupa aid edilməsi AR NK-nın müəyyən etdiyi meyarlar əsasında aparılır. Onlara torpaq vergisi hesablanması zamanı vergi dərəcəsi hər şərti bal üçün 0.06 manat müəyyən edilib (VM, maddə  206.1-1).

Şərti bal nədir?

Təyinatı üçün istifadə edilən yaxud əsaslı səbəbdən istifadəsi mümkün olmayan kənd təsərrüfatı sahələrinə torpaq vergisi hesablanması zamanı tətbiq edilən şərti ballar cədvəli 2000-ci ildə AR Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı vergi qanunvericiliyinə daxil edilmişdi. Şərti bal kadastr qiymət rayonları üzrə müəyyən edilir, bu zaman kənd təsərrüfatı torpaqlarının aşağıdakı göstəriciləri nəzərə alınır:

  • təyinatı;
  • coğrafi yerləşməsi;
  • keyfiyyəti.

Şərti ballar necə təyin edilir?

Kənd təsərrüfatı təyinatlı torpaqlara torpaq vergisi hesablanması aparılarkən tətbiq edilən şərti bal kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə müəyyən edilir. Torpaq kadastrının hüquqi vəzifəsi torpaq sahələri üzərində dövlət qeydiyyatının aparılmasıdır. Belə uçot torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin hüquqlarının qorunmasına imkan verir.

Torpaq özünəməxsus xüsusiyyətlərə malik istehsal vasitəsidir. Kənd təsərrüfatı istehsalında sənayedən fərqli olaraq bu istehsal vasitəsi bir sıra təbii amillərdən, məsələn torpağın münbitliyindən asılıdır. Bu, hüquqların qeydiyyatı zamanı torpaqların müqayisəli qiymətləndirilməsini vacib edir. Dövlət torpaq kadastrı torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı ilə yanaşı torpağın:

  • kəmiyyət və keyfiyyət uçotunu;
  • bonitirovkasını;
  • iqtisadi qiymətləndirilməsini təmin edir.

Torpaqların bonitirovkası 1-100 aralığında müəyyən edilən bonitet şkala əsasında münbitliyinə görə torpağın keyfiyyətcə qiymətləndirilməsidir. Buna uyğun olaraq əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlara torpaq vergisinin hesablanması üçün şərti ballar müəyyən edilir.

Aşağıda bir kadastr rayonu və ora daxil olan rayonların nümunəsində keyfiyyət qrupları, bonitet şkalası və kənd təsərrüfatında istifadə edilən torpaqların hər hektarı üçün şərti bal arasında uyğunluq verilib.

Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar

Keyfiyyət qrupları

Bonitet şkalası

Torpaq vergisinin hesablanması üçün əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların 1 hektarının şərti balları

Abşeron—Qobustan

(Abşeron rayonu, Hacıqabul rayonunun Nəvahi-Atbulaq massivi, Siyəzən və Xızı rayonlarının düzən torpaqları, habelə Bakı və Sumqayıt şəhərlərinin mövcud hüdudundan kənarda olan kənd təsərrüfatı təyinatlı torpaqları)

I
II
III
IV
V

100—81
80—61
60—41
40—21
20—1

85
70
60
25

 

Kadastr rayonları dəyişdikcə, kənd təsərrüfatı təyinatlı torpaqların yerləşdiyi təbii şəraitdən asılı olaraq, hər keyfiyyət qrupuna uyğun olaraq şərti ballar da dəyişir. Kadastr rayonları üzrə şərti balların tam cədvəli burada verilib. Cədvəldən göründüyü kimi eyni keyfiyyət qrupuna aid olan, eyni bonitet dərəcə arası torpaqlar üçün şərti bal kadastr qiymət rayonlarına görə dəyişir. Bu da torpaq vergisinin hesablanması zamanı diferensial yanaşmanı təmin edir.

Bu, aşağıdakı cədvəldən daha əyani görünür.

Kadastr qiymət rayonları

Keyfiyyət qrupu

Bonitet şkala

Şərti bal

Əmsallaşdırılmış vergi dərəcəsi (şərti bal*0,06)

Abşeron – Qobustan

I

100—81

85

5,1

Şəki – Zaqatala

I

100—81

200

12

Laçın – Qubadlı

I

100—81

29

1,74

Göründüyü kimi eyni keyfiyyətli kənd təsərrüfatı təyinatlı torpaqlara görə torpaq vergisi həmin torpaqların yerləşdiyi coğrafiyadan asılı olaraq fərqlənir. Belə yanaşma ədalətlidir, buna şərti bal sistemini tətbiq etməklə nail olunur.


Kapital Bank 2023-cü ilin II rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank maliyyə göstəriciləriKapital Bank-ın aktivləri 1 iyul 2023-cü il tarixinə 8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,5 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2023-cü il tarixinə 6,2 milyard manat olub.

Bankın 1 iyul 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 774 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün – https://kbl.az/tkstcrd.


 

İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında dəyişiklik edilib

posted in: Xəbər | 0

Sahibkarlıq“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721; 2023, № 2, maddə 252; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyun tarixli 2177 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissəyə “dekabrın 31-dək” sözlərindən sonra “, 62–106-cı hissələri 2031-ci ilin yanvarın 1-dək” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 62–106-cı hissələrində nəzərdə tutulan “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən texnoloji əməliyyatların məcmusu başa düşülür.”;

1.3. həmin Fərmanla təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 62–106-cı hissələr əlavə edilsin:

Faylı yükləyin: Siyahı

Mənbə: president.az


1 516 517 518 519 520 521 522 2. 690