Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

cərimələr, sanksiyalar, maliyyə sanksiyası, mədən vergisi üzrə maliyyə sanksiyası, borcların silinməsi, Azərbaycan Vergi Məcəlləsi, gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, vergi güzəşti, maliyyə sanksiyaları və faizlər, Vergi Məcəlləsi, Vergi Məcəlləsində maliyyə sanksiyaları, ƏDV, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektləri, Sahibkarlıq subyektlərinin təsnifatı, təkrarsığortalanmış əsas vəsaitlər, Məlumatların üzləşdirilməsi, kameral vergi məktubları, Aksiz vergisi, Vergi Məcəlləsində dəyişikliklər, vergi məcəlləsi, Azərbaycan Vergi Məcəlləsi,Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 164.1.41-3-cü maddə əlavə edilsin:

“164.1.41-3. Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə;”.

2. 164.1.56-cı maddədən “minaaxtaran itlərin,” sözləri çıxarılsın və həmin maddədə “idxalı – 2021-ci il oktyabrın 15-dən” sözləri “, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 164.1.56-1-ci maddə əlavə edilsin:

“164.1.56-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2023-cü il

Mənbə: president.az


Komissiya müqaviləsi üzrə öhdəliklər necə tənzimlənir?

posted in: Xəbər | 0

Komissiya müqaviləsi üzrə öhdəliklər, Gəlir anlayışı, Gəlir nəzəriyyələri, Aksiz markası ilə markalanmalı olan aksizli malların VM-nin tələblərinə uyğun olmayaraq kənara çıxarılması cərimələrə səbəb olur, Aksiz vergisi üzrə cərimə, Aksiz vergisi üzrə sanksiya, Vergitutma formaları, Vergi üzrə mühasib, vergi proqnozu, vakansiya, Vergi uçotu, vergi ödəyicilərinin sayı, mühasib, vergi ödəyiciləri,Təcrübədə ən çox rast gəlinən məsələlərdən biri də komissiya müqaviləsi üzrə malların satılmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov misallarla şərh edir. 

Misal 1: “AA” MMC topdansatış müəssisəsidir və “SS” MMC ilə komissiya müqaviləsi imzalayıb, mallarının satışını həyata keçirir. Fərz edək ki, malın qiyməti 10 manatdir və “AA” MMC hər satılan mala görə 20 faiz, yəni, 2 manat (10 manat x 20%) komissiya haqqı ödənilməsini öz üzərinə götürür. “SS” MMC həmin malları 10 manatdan satmasına baxmayaraq onun sadələşdirilmiş, ƏDV, mənfəət və ya gəlir vergisi üçün vergitutma obyekti aldığı mükafat məbləği – yəni, 2 manatdır.

Əvvəlcə Mülki Məcəllədə komissiya müqaviləsinin şərtlərini nəzərdən keçirək. Mülki Məcəllənin 808-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Məcəllədən göründüyü kimi, komissiya müqaviləsi üzrə satdığı mallara görə haqq alan tərəf – komisyonçu, malların sahibi olan və satışa görə mükafat verən tərəf isə komitent adlandırılır.

Mülki Məcəllənin 810-cu maddəsinin tələbləri də qiymətin formalaşması baxımından önəmlidir:

  • Komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir;
  • Komitent öz zərərinə olan kənarçıxmalarla bağlanan əqddən imtina edə bilər, amma komisyonçunun zərər üçün kompensasiya təklif etdiyi hallar istisna təşkil edir;
  • Komisyonçunun daha sərfəli şərtlərlə bağladığı əqddən bütün fayda komitentə çatır.

Təcrübədə komisyonçunun malı komitentlə razılaşdığı qiymətdən daha yüksək qiymətə satması və bunu gəlir kimi qiymətləndirməsi halına çox rast gəlinir.

Misal 2: “BB” MMC “Dadlı su” şirkəti ilə komissiya müqaviləsi imzalayıb, 5 litrlik qablarda su satışını həyata keçirir. “Dadlı su” şirkəti müqavilə şərtlərinə əsasən, su satışından 10 faiz komissiya haqqını “BB” MMC-yə ödəyəcək. Həmçinin, komitentin təqdim etdiyi qiymət cədvəlinə əsasən, suyun 5 litrinin qiyməti 2 manatdır. Amma “BB” MMC öz mağazasında həmin suyun satışını 2 manata yox, 3 manata həyata keçirir. Bu zaman satışdan yaranan fərqi (1 manatı) öz gəliri kimi qiymətləndirir və komitentə hər hansı məlumat vermir. Artıq bu hal komissiya müqaviləsinin pozulması hesab oluna bilər və vergi orqanı vergi hesablamaq üçün komissiya müqaviləsi üzrə komissiya haqqını yox, tam dövriyyəni əsas götürə bilər.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır? (IV hissə)

posted in: Məqalə, Xəbər | 0

Şirkətlərə mühasibat konsaltinqi xidməti nə üçün lazımdır?

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat konsaltinqi xidmətinin növləri, Mühasibat konsaltinqi xidməti, Əməkhaqqının hesablanması,

Şirkətlərin işində bəzən elə hallar yaranır ki, ştat mühasibinin səlahiyyəti məsələnin həlli üçün kifayət etmir, autsorsinqə müraciət etmək isə qeyri-rentabelli  hesab olunur və məqsədəuyğun deyildir. Belə hallarda mühasibat konsaltinqi köməyə çatır. Bu xidmət nədən ötrüdür, kimə uyğun gəlir, neçəyə başa gəlir və hansı tədbirləri əhatə edir, bu haqda məlumat verəcəyik.
Mühasibat konsaltinqi – bu, böyük fəaliyyət sahəsidir ki, onun daxilində bir neçə xidmət istiqamət göstərmək olar.

Mühasibat və vergi uçotunun təşkili

Bəzən bir prosesi sıfırdan, məsələn, yeni bir firmada qurmaq tələb olunur. Digər hallarda, mühasibat uçotunun bərpası məsələsi olur. Belə bir vəziyyət, son vaxtlar hər hansı bir şirkət tərəfindən işə götürülmüş bir mühasibin sələfinin işində çoxsaylı səhvlər aşkar etdikdə yaranır. Çox vaxt məlum olur ki, sənədlər səhvlərlə tərtib olunub, bəziləri isə ümumiyyətlə, yoxa çıxıb. Nəticədə yeni mühasib aktual cari məsələləri həll etmək əvəzinə qayda-qanunun bərpası üçün əlavə vaxt sərf etməli olur. Konsaltinq şirkətinin mütəxəssisləri mühasibat uçotu və vergi uçotunu tez bir zamanda “canlandırmağa” kömək edəcəklər.

İşçilərin əməkhaqlarının hesablanması

Əməkhaqqının növləri və onun hesablanması üsulları müxtəlif təşkilatlarda fərqlənir. Onlar kadr siyasətini tətbiq etdiyi şirkətin fəaliyyət sahəsindən və xüsusiyyətindən asılıdır. Əməkhaqqının hesablanması üzrə ən geniş yayılmış sistemlər – müddətli (əməkhaqqı və ya tarif üzrə) və işəmuzd (əməyin nəticəsinin faizi üzrə). Bundan əlavə, həftəsonu mükafatlar, əlavələr, iş saatları və istirahət günündə çalışmağa görə əlavə ödənişlər mövcuddur. Bundan başqa, mühasib fərdi mənfəət vergisinin, pensiya fonduna və digər sosial fondlara ayırmaların hesablanmasını etməlidir.

mühasibat konsaltinqi

Mühasibat şöbəsinin işinə nəzarət

Baş mühasib vəzifəsi məsuliyyət dərəcəsinə görə rəhbər vəzifəsindən geri qalmır. Bu vəzifə yüksək peşəkarlıq, səriştə və təcrübədən əlavə, həm də vicdanlılıq və düzlük də tələb edir. Elə də olur ki, müdir və ya sahibkar bu və ya digər səbəbdən baş mühasibə lazımi dərəcədə etibar etmir. Hətta ən bacarıqlı mütəxəssislər belə səhvlərdən sığortalanmayıblar, buna görə mühasibat uçotunun auditi heç vaxt artıq hesab oluna bilməz. Hesabatları tənzimləyici orqanlara təqdim etməzdən əvvəl və ildə bir dəfə ümumiləşdirmək üçün aparmaq mantiqlidir.

Vergi orqanları ilə hesablaşmaların yoxlanılması

İstənilən bir vergi ödəyicisi vergi orqanından büdcə ilə hesablaşmalarının vəziyyəti barədə məlumat tələb etmək hüququna malikdir. Yoxlamalar şirkətin vergilər üzrə borclarının, artıq ödənişlərin olub-olmadığını, tərəflərdən hər hansı birinin səhv buraxıb-buraxmadığını anlamağa imkan verir. Bəzən də mühasiblər yoxlama aktının necə düzgün oxumaq lazım olduğunu bilmirlər. Bəzən də elə olur ki, çətin, qeyri-standart məsələlər yaranır ki, onları həll etmək üçün ştatda olan əməkdaşların təcrübəsi çatmır. Belə hallarda mühasibat və vergi məsləhətləşmələri kömək edir.


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Əməkhaqqı fondundan tutulmalar – 2020-ci ildən sonra nələr dəyişdi?

posted in: Xəbər | 0

Əməkhaqqı fondu, Əməkhaqqı fondundan tutulmalar, icbari tibbi sığorta haqqı, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı,Əməkhaqqı fondundan tutulmalar (2020-ci ildən sonra nələr dəyişdi?)

Məlum olduğu kimi ölkədə həyata keçirilən genişmiqyaslı sosial və vergi islahatları, əməkhaqqı sisteminin şəffaflığı ilə bağlı tədbirlər və yeni düzəlişlərə uyğun olaraq 2020-ci ildən başlayaraq əməkhaqqı fondu üzrə işəgötürənin öhdəliklərində bir sıra dəyişikliklər müşahidə edildi. Həmin dəyişiklikləri illər üzrə aşağıdakı kimi qeyd etmək olar:

2020-ci il

Tutulmaların siyahısı

  • məcburi dövlət sosial sığorta haqqı

Özəl sektorda 200 AZN-dək 22% tutulur. Həmin məbləğdən yuxarı hissədə isə yuxarı məbləğin 15%-i tutulur. Dövlət sektorunda isə bütün məbləğin 22%-i tutulur.

  • işsizlikdən sığorta haqqı

Məbləğin 0.5%-i tutulur.

  • icbari tibbi sığorta haqqı (aprel ayından tətbiq edilir)

Dövlət sektoru üzrə 8000 manatadək əməkhaqqının 2%-i, özəl sektor üzrə 1%, 8000 manatdan yuxarı məbləğ üzrə yuxarı hissənin 0.5%-i tutulur.
Beləliklə, 500 AZN gross əməkhaqqı alan işçiyə görə işəgötürən aprel ayınadək dövlət sektorunda 110+2.5=112.5 AZN, aprel ayından sonra əlavə 10 AZN olmaqla 122.5 AZN, özəl sektorda isə aprel ayınadək (44+45)+2.5=91.5 AZN, aprel ayından sonra əlavə 5 AZN olmaqla 96.5 AZN ödəyib.

2021-ci il

Tutulmaların siyahısı dəyişməyib. İcbari tibbi sığorta haqqı üzrə 2020-ci ildə özəl sektora tətbiq edilən güzəşt davam edib və 1% tutulma qalıb.

2022 və 2023-cü illər

Bu illər üzrə isə tutulmaların siyahısı dəyişməsə də, icbari tibbi sığorta haqqı üzrə özəl sektora tətbiq edilən 1%-lik güzəşt başa çatıb. Beləliklə, bu illər üzrə işəgötürənlər 500 AZN gross əməkhaqqı alan işçiyə görə dövlət sektorunda 110+2.5+10=122.5 AZN, özəl sektorda isə (44+45)+2.5+10=101.5 AZN ödəyib.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


1 517 518 519 520 521 522 523 2. 690