ABŞ məhkəməsi qaradərililərin borclarını bağışlamağı qadağan etdi

posted in: Xəbər | 0

Gəlir vergisi, ştatABŞ federal məhkəməsi koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan fondun hesabına qaradərili fermerlərin borclarını ödəməyi müvəqqəti olaraq qadağan edib. “Associated Press” agentliyi yazır ki, irqi bərabərsizliyin aradan qaldırılması üzrə proqram, kənd təsərrüfatı sahəsində çalışan ağdərili iş adamlarının iddiaları üzündən dayandırılıb.

İyunun 10-da Viskonsin ştatının Miluokunda dairə hakimi Uilyam Qrisbax, sosial cəhətdən müdafiəsiz qalan qaradərili ranço sahiblərinə yeni dəstək proqramının fəaliyyətini müvəqqəti dayandrmaqla bağlı qərar verib və bununla da əks diskriminasiyadan  şikayət edən ağdərili fermerlərin tərəfini saxlayıb.

ABŞ prezidenti administrasiyasının proqramına əsasən, Co Bayden pandemiyanın nəticələrinin aradan qaldırılması fondundan (1,9 trilyon dollar) qaradərililərə, amerikalı hindilərə, Latın-amerikalılara, Asiya əsilli amerikalılara və ya Sakit okean adalarının sakinlərinə verilən kənd təsərrüfatı kreditlərinin ödənilməsi üçün dörd milyard ayırmağı planlaşdırmışdı. Milli azlıqlardan olan fermerlər onillliklər boyu onlara dövlət yardımları və ssudaların ayrılmamasından şikayətlənir və bunu özlərinə qarşı ədalətsizlik kimi dəyərləndirirdilər.

Ağ fermerlərin hüquqlarını müdafiə edən ABŞ-ın “Wisconsin Institute for Law and Liberty” hüquq şirkəti, 2021-ci ilin aprel ayında məhkəmə qarşısında iddia qaldırmışdı. Hüquq müdafiəçiləri iddia ediblər ki, azlıqların borclarının bağışlanması Viskonsin, Minnesota, Cənubi Dakota, Missuri, Ayova, Arkanzas, Oreqon və Kentukkidən olan fermerlərə qarşı ədalətsiz davranışdır. ABŞ bankları isə öz növbəsində, faiz gəlirləri üzrə dövlətdən əlavə kompensasiya alınanadək qaradərili fermerlərin kreditlərini ödəməkdən imtina ediblər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yunanlar dördgünlük iş həftəsinə qarşı miqyaslı tətil təşkil ediblər

posted in: Xəbər | 0

Yunanistan sakinləri pandemiya başlayandan bəri ilk dəfə ümumi tətil elan edərək, küçələrə çıxıblar: avropalılar hökumətin dördgünlük iş həftəsinin tətbiqini nəzərdə tutan təkliflərinə etiraz edirlər, “Bloomberg” xəbər verib.

Söhbət çevik qrafikin tətbiqi ilə əmək qanunvericiliyinin islahatından gedir ki, bu da istirahət günlərinin sayının həftədə üçə qədər artması ilə eyni vaxtda daha uzun iş gününü nəzərdə tuta bilər. Lakin işsizlik səviyyəsinin Avropada ən yüksək həddə olduğu Yunanıstanda, insanlar işəgötürənlərin əməkdaşların istismarı üçün yeni tədbirlərdən istifadə edə biləcəyindən qorxurlar.

İslahat bir sıra dəyişiklikləri nəzərdə tutur. Lakin nümayişçiləri daha çox səkkiz saatdan artıq davam edən iş gününün tətbiqini nəzərdə tutan məqamlar narahat edir. Ölkənin əmək naziri Kostis Xasidakis hökumətin təşəbbüsünü müdafiə edərək bildirib ki, yeniliklər əməkdaşları daha çevik cədvəllə təmin edəcək, həftədə maksimum iş saatı isə 40-dan çox olmayacaq.

Özəl sektor işçilərinin ən iri həmkarlar ittifaqında isə yeni qanunun əməkdaşların həyatını “cəhənnəmə” çevirə biləcəyini iddia edirlər.

Tətil artıq nəqliyyatın işində fasilələrə səbəb olub: turizm mövsümünün yenicə başladığı ölkədə qatarlar da hərəkət etmir. Güman edilir ki, etirazlarda müəllimlər və həkimlər də iştirak edə bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ukraynada internetə vergi tətbiq olunub

posted in: Xəbər | 0

2021-ci il iyun ayının əvvəlində Ali Rada “Facebook”, “Netflix”, “Google” və digər internet nəhənglərini Ukraynada ƏDV ödəməyə məcbur edəcək bir qanun layihəsi qəbul edib. Qanunun qəbul olunmasından ötrü 226 zəruri səsə ehtiyac duyulsa da, təşəbbüs 283 deputat tərəfindən dəstəklənib.

Qanun Ukraynanın Vergi məcəlləsini “qeyri-rezidentlər tərəfindən fiziki şəxslərə elektron xidmətlərin tədarükü üzrə əməliyyatların əlavə dəyər vergisinə cəlb olunma qaydasının təkmilləşdirilməsi” ilə bağlı normaları tamamlayır. Qeyri-rezident şirkətlərin Ukrayna ərazisində fiziki şəxslərə təqdim etdikləri elektron xidmətlərə artıq 20% ƏDV tətbiq olunacaq. Bundan ötrü qeyri-rezident şirkətlər Ukraynada vergi ödəyiciləri siyahısına daxil edilir.

Elektron xidmətlərin ƏDV-nin vergiyə cəlb edilməsinin xüsusi qaydalarının müəyyən edilməsi xarici dövlətlərdə, məsələn, Avropa İttifaqı ölkələrində, Avstraliya, Belarus, Qazaxıstan, Rusiya kimi ölkələrdə adi praktikaya çevrilib – qanun layihəsinə əlavə edilən izahedici qeyddə belə deyilir.

Orada da həmçinin deyilir ki, qanun layihəsi sayəsində dövlət büdcəsini doldurmaq və bütün vergi ödəyicilərinin bərabərlik prinsipini təmin etmək planlaşdırılır.

Qanunun əsas müddəaları aşağıdakılardır:

  • elektron formada tərtib edilmiş xidmətlərin göndərilməsi faktını təsdiq edən sənədlər üçün bu cür sənədin rəsmiləşdirilmə tarixi, bu cür elektron sənədin tərtib olunduğu tarix hesab olunur;
  • təhsil xidmətlərinin göstərilməsi çərçivəsində elektron təhsil (tədris) resurslarına çıxışın təmin edilməsi yolu ilə elektron xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir;
  • əlavə dəyər vergisi ödəyiciləri tərəfindən qeydiyyata alınan şəxslərin siyahısına qeyri-rezidentlər daxil edilib;
  • elektron xidmətlərin tədarük yerinin (B2C) müəyyənləşdirilməsi qaydaları müəyyən edilib;
  • qeyri-rezident təchizatçılar üçün xüsusi hazırlanmış veb-portalda məsafədən elektron formada həyata keçirilə bilən ƏDV ödəyicisinin sadələşdirilmiş qeydiyyat proseduru müəyyən edilmişdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlir və xərclərin uçotunda kassa və hesablama metodlarından istifadə

posted in: Xəbər | 0

xərclər, gəlir,Vergi Məcəlləsi gəlir və xərcləri tanımaq üçün iki metoddan birini – kassa və ya hesablama metodunu tətbiq etməyə imkan verir. Mövzu ilə bağlı yaranan suallara maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirir.

Ən azı bir dəfə Bəyannamə Tərtibatı Proqramında (BTP) hər hansı bir bəyannamə dolduran hər kəs bəyannamənin baş səhifəsində bu metodlar arasında seçim edir. Bu seçim gəlirlərin və xərclərin tanınmasına təsir baxımından əhəmiyyətlidir.

Hesablama metodu, gəlirin faktiki əldə edilib-edilməməsindən (xərcin ödənilməsindən) asılı olmayaraq, həmin gəliri əldə etmək hüququ (xərcin ödənilməsi üzrə öhdəlik) yaranan kimi tanınmasını nəzərdə tutur. Gəlir faktiki əldə edildikdə və ya xərc faktiki ödənildikdə kassa metodu ilə uçota alınır.

Fərz edək ki, “Metod” MMC şirkəti 2020-ci ildə “BB” şirkətinə 10.000 manat, “KK” şirkətinə isə 7.000 manat dəyərində xidmət göstərib. “BB” şirkəti borcunu 19 iyun 2020-ci ildə tam ödəyib, lakin “KK” şirkəti ödəməni yalnız 24 yanvar 2021-ci ildə yerinə yetirib. “Metod” MMC-nin kassa və ya hesablama metodlarından istifadə etdikdə 2020-ci il ərzində bəyan etdiyi gəlirin necə fərqləndiyini araşdıraq.

Kassa metodundan istifadə edilərkən yalnız faktiki olaraq əldə edilmiş gəlir tanınacaq. Yəni 2020-ci il üzrə “Metod” MMC yalnız “BB” MMC-dən aldığı 10.000 manat gəliri tanıyıb, həmin gəlirin vergisini ödəyəcək.

Hesablama metodundan istifadə edildikdə isə “Metod” MMC “KK” şirkətindən hələ almadığı 7.000 manat pul vəsaitini də bəyannamədə tanımalıdır. Odur ki, 2020-ci il üzrə “Metod” MMC cəmi 17.000 manat gəliri tanıyacaq və həmin məbləğdən vergilərini hesablayıb ödəyəcək.

Qeyd etmək lazımdır ki, hesablama metodundan istifadə edilərkən tanınmış xərclər üçün müəyyən tələblər tətbiq olunur. Bunlar Vergi Məcəlləsinin 136.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

  • vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
  • maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
  • əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 582 583 584 585 586 587 588 2. 357