Əmək pensiyasına əlavə müəyyənləşdirilməsi qaydası dəyişir

posted in: Xəbər | 0

Zəfər reyestri, Əmək veteranı, əmək məzuniyyətinin mütləq istifadə olunması, Əmək məzuniyyəti, Əmək məzuniyyətindən geri çağırılma, elektron idarəetmə sistemi, əmək kitabçaları, Sosial xidmətlər,Publik hüquqi şəxslərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif olunur.

Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatının monitorinqi

posted in: Məqalə, Xəbər | 0

Dünya iqtisadiyyatıİqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatına (İƏİT) daxil olan inkişaf etmiş ölkələrin  hökumətləri “covid” ilində büdcə kəsirlərinin kəskin artması fonunda rekord həcmdə – 18 trilyon dollar borc cəlb ediblər. Bu, bir il bundan əvvəlki məbləğdən 6,8 milyad dollar çoxdur, İƏİT-dən belə söyləyiblər. Bu cür yerləşdirmə həmin ölkələrin ümumi ÜDM-nin 29%-nə bərabərdir (bir il əvvəl – bu, 17% təşkil edirdi). Orta hesabla, son illərdə İƏİT ölkələri hər il $10,5 trilyon kredit cəlb edir. Bu məbləğin 80%-i köhnə borcun yenidən maliyyələşdirilməsinə yönəldilirdi. Bu il isə borc hətta $19 trilyon təşkil edə bilər, təşkilat belə bir rəqəmi gözləyir.

İƏİT ölkələrinin istiqrazlar üzrə xalis borclarının həcmi 2019-cu ildəki 1,7 trilyon dollar artımla müqayisədə 2020-ci ildə 8,6 trilyon dollara (son beş ildə cəmi olduğundan daha çox) yüksəlib. Bu il borc artımı daha $5 trilyon təşkil edə bilər. Nəticədə, İƏİT ölkələrinin 2020-ci ilin sonunda 16 faiz bəndində artan ÜDM-ə olan borcunun nisbəti, 2021-ci ildə daha 4 faiz artaraq, ÜDM-in 90% -ə və ya 60 trilyon dollara çatacaqdır.

Maraqlıdır ki, dövlət qiymətli kağızları üzrə borc, yüksəliş ilə deyil, onun xidmət dəyərinin azalması ilə müşayiət olunurdu – ABŞ dolları ilə buraxılan istiqrazlar üçün orta gəlirlilik 2019-cu ildəki 2%-dən, 2020-ci ildə 0,7%-ə, avro ilə nominasiya edilənlər üçün 0,6%-dən 0,2%-ə enib. Dərəcələrin azalmasına yalnız investorların riskdən qaçması deyil, həm də mərkəzi bankların aktiv stimullaşdırıcı siyasəti kömək edib. Ümumilikdə bu cür fəaliyyət göstərən 28 inkişaf etmiş ölkənin tənzimləyiciləri ötən il 4,5 trilyon dollar dövlət istiqrazları satın alıblar. Bir çox dövlətlərdə bu, onları ən böyük borc verənə çevirib. (məsələn, İsveç və Yaponiyanın Mərkəzi banklarının balansında verilən öhdəliklər – 45%, ABŞ-da isə 20 faizdən çox).

İƏİT-də istiqrazların 20%-dən çoxu ümumiyyətlə mənfi faizlərlə buraxılmışdır (avro zonasında belələri 50%, Yaponiyada – 60%), 80 faizi isə illik 1%-dən də aşağı faizdə buraxılmışdı. Mənfi dərəcələrlə yerləşdirilən borcun ən yüksək payı Almaniya (97%), Fransa (68%) və Yaponiyada (60%) müşahidə olunub.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən çox milyarder olan ölkələr – 2021. Forbes jurnalının reytinqi (III hissə)

posted in: Xəbər | 0

Ən çox milyarder olan ölkələr – 2021 (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Dünyada olan 2755 milyarderin yarıdan bir qədər azı ABŞ və ya Çin vətəndaşıdırlar və demək olar ki, bir il bundan əvvəllə – yəni, pandemiya ərəfəsi ilə müqayisədə hər bir ölkədə varlı adamların sayı daha da çoxalıb.

Budur, daha çox milyarderin yaşadığı on ölkə. Sərvətin həcmi 2021-ci il martın 5-ə olan qiymətli kağızlar və valyuta məzənnələri nəzərə alınmaqla hesablanmışdır.

  1. Honkonq

Milyarderlərin sayı: 71

Ümumi sərvəti 448 milyard dollar (+148 milyard)

Ən zəngin adam: Li Ka-shing, 33,7 milyard

  1. Braziliya

Milyarderlərin sayı: 65

Ümumi sərvət: 212 milyard dollar (+85 milyard)

Ən zəngin adam: Jorge Paulo Lemann və ailəsi, 16,9 milyard

  1. Kanada

Milyarderlərin sayı: 64

Ümumi sərvət: 231 milyard dollar (+88 milyard)

Ən zəngin adam: David Thomson və ailəsi, 41,8 milyard

  1. Böyük Britaniya

Milyarderlərin sayı: 56

Ümumi sərvət: 214 milyard dollar (+61 milyard)

Ən zəngin adam: James Ratcliffe, 17 milyard

  1. İtaliya

Milyarderlərin sayı: 51

Ümumi sərvət: 205 milyard dollar (+79 milyard)

Ən zəngin adam: Giovanni Ferrero, 35,1 milyard.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xidmətə görə E-qaimə həmin ayın sonuncu günü yoxsa növbəti ayın 1-i verilməlidir?

posted in: Xəbər | 1

E-qaiməSual: Bildiyiniz kimi, elektron qaimələr iş və xidmətin başa çatdığı ayda təqdim edilir. İş hər ayın 30-və ya 31-ci günündə başa çatır. Bilmək istəyirəm ki, elektron qaimənin hər ayın sonunda verilməsi mütləqdirmi? Xidmət 31 avqustda yekunlaşarsa sentyabrın 1-də elektron qaimənin verilməsində qanuna zidd maddə varmı?

Cavab: Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Bununla belə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Qeyd olunanlara əsasən müəssisə tərəfindən hər hansı səbəbdən göstərilən xidmətə görə əməliyyatın baş verdiyi anda elektron qaimə-fakturanın təqdim edilməsi mümkün olmadıqda, elektron qaimə-faktura sonrakı dövrdə tərtib edilə bilər. Bu zaman elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 584 585 586 587 588 589 590 2. 352