İcbari əmlak sığortası zamanı əmlakın dəyərinin hesablanması şərtləri

posted in: Xəbər | 0

Hər kəsə məlum olduğu kimi Azərbaycan Respublikası ərazisində yaşayış evi, mənzillər də daxil olmaqla, daşınmaz əmlak sayılan bütün növdən əmlakın sığortası icbaridir. Bu sığorta növü üzrə sığortalamaqdan imtina yaşayış evi və mənzillərə münasibətdə yerli icra hakimiyyəti orqanı (mexanizm mövcud deyil), qeyri-yaşayış sahələrinə münasibətdə Fövqəladə Hallar Nazirliyi tərəfindən sanksiyalara (mexanizm mövcuddur) cərimə növündə səbəb olur. Bu səbəbdən də hər bir fiziki və hüquqi şəxs üçün bu sığorta növü üzrə əmlakın sığortalanması mühüm bir səciyyəyə malikdir.

“İcbari Sığortalar haqqında” Qanunun tələbinə görə istər mənzil sahibi, istərsə də qeyri-yaşayış sahəsini icarəyə götürən şəxslər hər təqvim ili ərzində 1 illik olmaqla daşınmaz əmlakını icbari qaydada sığortalatmalıdır. Sığortalama zamanı ağla gələn ilk sual əmlakın dəyərinin müəyyən edilməsindən ibarət olduğu üçün bu suala cavab verməyə çalışacağıq.

Qeyd edək ki, yaşayış evləri və mənzillər üçün əmlak dəyərinin müəyyən edilməsinə ehtiyac yoxdur. Ona görə ki, bu kateqoriya üzrə konkret net məbləğlər müəyyən olunub. Belə ki, Bakı şəhərində yerləşən yaşayış evi və mənzillər 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 20 min manat, digər yaşayış məntəqələrindəki əmlak isə 15 min manat məbləğində icbari sığortalanır. Bu məbləğlər sabitdir. Əslində hazırki bazar dəyərlərinə əsasən bu məbləğlər çox cüzi görünsə də, mövcud vəziyyətdə təminatlar sabit olduğu üçün real zərərdə itkilərə gətirə bilir.

Daşınmaz əmlakın icbari sığortası qeyri-yaşayış sahələri, bina və tikililər üçün xüsusi hesablamalar müəyyən etmişdir. Belə ki, bina və tikililər üzrə dəyəri müəyyən edərkən əmlakın yerləşdiyi yerdəki eyni cür tikili və ya binanın inşasının (bərpa) dəyəri əsas tutulur. Qeyri-yaşayış sahələri üzrə isə əmlakın yerləşdiyi yerdəki eyni cür əmlakın orta bazar dəyəri əsas götürülə bilər. Qeyri-yaşayış sahələri üzrə həmçinin hesablamada əmlakı istismar edən şəxsin fəaliyyət kateqoriyası da mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, daşınmaz əmlaka sahibliyi həyata keçirən şəxsin fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət kateqoriyasına uyğun olaraq sığorta haqqı məbləği də müəyyən edilir.

İstinadlar:

İcbari sığortalar haqqında Qanun 2. fəsil

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası.


Bax: Çatdırılma şirkətlərinə edilən ödənişlərin vergiyə cəlb olunması


Varlı mühasib – milyarder İlay Broud

posted in: Məqalə, Xəbər | 0

Xeyriyyəçi və kolleksiyaçı İlay Broud uzun sürən xəstəlikdən sonra 2021-ci il mayın 21-də “Cedars-Sinai” tibb mərkəzində vəfat edib. Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırıb.

Ölüm anında Broudun sərvəti Forbes jurnalı tərəfindən 6,9 milyard dollar məbləğində qiymətləndirilmişdi, o, “Forbes Real-Time”ın ən zəngin amerikalılar siyahısında 85-ci yerdə idi.

Peşəcə mühasib olan Broud sərvətini daşınmaz əmlak və sığorta sahəsində qazanıb. O, Los-Ancelesin mədəni həyatına böyük töhfələr vermiş, şəhərin mərkəzində 2000 sənət əsərinin sərgiləndiyi pulsuz girişi olan “The Broad” muzeyini inşa etmiş, Uolt Disney adına konsert zalının, həmçinin Los-Ancelesdəki Kaliforniya universitetində bədii mərkəzin tikintisində iştirak etmişdi. O, öz adına universitet kollecini və menecment üzrə Ali məktəbi təsis etmiş, genetika tibb üzrə məşğul olan tədqiqat mərkəzinin yaradılmasına və “Broad İnstitute” institutunun dəstəklənməsinə 1 milyard dollardan çox sərmayə qoymuşdu.

Broud 1933-cü ildə Nyu-York ştatının Bronks şəhərində anadan olub və ailəsi ilə birlikdə Detroyta köçüb.

1957-ci ildə o, Donald Kaufman ilə birlikdə borc vəsaitləri hesabına “Kaufman & Broad” şirkətini qurmuşdu, sonradan bu şirkət ABŞ-da ən böyük yaşayış əmlakı layihələndiricilərindən birinə çevrilmişdi. 1970-ci illərdə o, sığorta şirkətinə sərmayə yatırmış, sonradan adını dəyişdirərək “SunAmerica” adlandırmışdı ki, həmin şirkəti də 1998-ci ildə 18 milyard dollara satmışdı.

O, həyat yoldaşı ilə birlikdə tibbi tədqiqatlar, dövlət təhsili, təsviri incəsənət və ifaçılıq sənətlərini dəstəkləyən 3 milyard dollarlıq bir fond yaratmışdı. Bu yaxınlarda qrantların 50 illiyini qeyd edən fondlar, 4 milyard dollardan çox qrant verəcəklərini vəd ediblər və həmin məbləği ayırıblar.

Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırmışdı. “O, bu şəhəri mənim indiyə kimi tanıdığım hər hansı bir şəxsdən daha çox sevirdi”, – Qarsetti belə yazıb.


Mühasibatlıqda işləri necə qaydaya salmalı?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibatlıqda işləri necə qaydaya salmalı?

vahid bəyannamənin hazırlanması, vahid bəyannamə, Əməkhaqqı hesablanmasının əsasları, Əməkhaqqı hesablanması,Kiçik biznes – bu, yalnız reklam, satışlar, müştərilərlə ünsiyyət deyildir. Bu həm də kiminsə məşğul olmalı olduğu “darıxdırıcı” mühasibatlıqdır. Onu kimə həvalə etməli? Ən ehtimal edilən cavab – təbii ki, mühasibə. Əgər o, yaxşı mütəxəssis olarsa, hesabatlar vaxtında formalaşacaq, uçot informativ olacaq, vergi və digər nəzarətçilərdə isə bizneslə bağlı sual qalmayacaq.

Lakin mühasibə pul ödəmək lazımdır. Hansı ki, ilk dövrdə kiçik biznesdə həmin vəsaitlər olmaya bilər. Məhz, bu səbəbdən öz layihələrinə başlayan kiçik biznes sahibləri mühasibatlığın özləri tərəfindən aparılmasına üstünlük verirlər. Bu təqdirəlayiqdir: rəqəmlərə çevrilən öz biznesinizi daxildən öyrənib, dərk etmək, həqiqətən faydalıdır. Amma belə bir təcrübədə elementar biliklərin çatışmazlığı səbəbindən səhvlər ehtimalı çoxdur. Əgər həmin səhvlərdən vaxtında can qurtarmasanız, onlar sizin ən perspektivli biznes-ideyalarınızı belə batıra bilər. Digər tərəfdən, mühasibatlıqda yaradılan hərc-mərclik də eyni şeyə gətirib çıxara bilər.

Uçotun vəziyyətini necə dəyəndirməli və xaosa necə yol verməməli? Müntəzəm olaraq dövri (hər həftə, ən yaxşısı işin yekununda gündəlik olaraq) ekspress-yoxlama keçirməli. Bunu öz gücünüzlə də edə bilərsiniz. Nəyi yoxlamaq lazımdır?


Praktiki “Bəyannamə və hesabatların hazırlanması” kursu


Geniş yayılmış mühasibatlıq səhvləri

Kiçik sahibkarlıq və mikrobiznes uçotunda ən geniş yayılmış səhvlərin siyahısı:

  • yoxlanılmamış 2-3 və daha çox sənəd;
  • ödənilməmiş vergilər;
  • ekvayrinq vasitəsilə əməliyyatların tərtibi zamanı problemlər;
  • kassada mənfi pul qalığı;
  • anbarda qalıqlar üzrə yanlış məlumatlar.
Sənədlər

Təcrübədə ən çox problemlər sənəd dövriyyəsinə xidmət zamanı ortaya çıxır. Buna ən çox diqqət ayırmaq lazımdır. Yalnız müəyyən bir tarixdə edilməli olan müxabirləşmə faktını yoxlamaqla kifayətlənmək olmaz.

Müxabirləşməni yerinə yetirməmək elə də dəhşətli bir şey deyil, ən əsası onu düzgün etməkdir.

Müqavilələri və ödənişləri səhv salmaq, məsələn, formalar, şablonlar, bankda öz hesab nömrələriniz (sənədlər üzrə əməliyyat bir hesaba keçməlidir, amma, faktiki olaraq vəsait tamamilə fərqli hesaba köçürülüb).

Yanlış müxabirləşmələrə görə hər şey – qalıqların hesablanmasından tutmuş, yoxlama aktlarına qədər “üzə çıxacaq”. Əgər səhvlər bir neçədirsə, satışlar isə çox aktiv gedirsə, belədə bir neçə gündən sonra bütün səhvləri tapmaq çox çətin olacaq.mühasib, vakansiya, Minimum əməkhaqqı,

Ekvayrinq

Ekvayrinq vasitəsilə (nağdsız ödənişlər) daxil olan vəsaitlərin uçotu hələ də çox vaxt düzgün həyata keçirilmir. Baxmayaraq ki, burada alqoritm çox sadədir:

  • müştəri terminal vasitəsilə kartla ödəniş edir;
  • vəsaitlər satıcının hesablaşma hesabına bank tərəfindən əməliyyatların aparılması sürətindən asılı olaraq 1-3 gün ərzində daxil olur;
  • pullar daxil olduqdan sonra nağdsız hesablaşma kimi sənədləşdirilir.

Sanki anlaşılmayan bir şey yoxdur. Lakin ilk baxışdan bu belə görünür. Əslində bir çoxları kartla hesablaşmalardan daxil olan pulları onların hesaba daxil olduğu gündə nağd daxilolma kimi qeydə alır (çünki nağd pullar bankın kassasına onun alındığı gün təhvil verilir) və ya ümumiyyətlə, banka daxilolma mənbəyi (müştəri) kimi göstərilir. Çox vaxt bu elə bir qarmaqarışıqlığa gətirib çıxarır ki, onu yalnız mütəxəssis çözə bilir.

Nağd pulların müxabirləşməsi

Nağd vəsaitlərin uçotu çox sadədir. Burada daxilolmanın tarixi və ya mənbəyi ilə bağlı qarışıqlıq yoxdur, lakin onların nəzərə alındığı maddənin seçilməsi ilə bağlı çətinliklər olur. Çox vaxt sahibkar bilməyərəkdən onları digər daxilolmalar kimi qeydə alır.

Vergi orqanları belə səhvlərə görə ciddi cəzalandıra bilər. Onun sərtliyinin səbəbi aydındır: əgər nağd pulları digər daxilolma mənbəyi hesab etsək, mənfəət vergisinin hesablanması səhv olacaq. Eyni şey sadələşdirilmiş vergi sistemi üzərindən işləyən yığımlara da aiddir.


Praktiki “Mühasibat kargüzarlığı” kursu


Ən çox səhvlər nə zaman yaranır?

Müvafiq peşəkar hazırlığa malik mühasibdən ötrü sadalanan problemlər yeni başlayanlar üçün səhvlərin əlifbasıdır. Uçotu aparmağı daha tez öyrənməkdən ötrü sahibkar bu məqamlara diqqət yetirməlidir və mühasibatlığı frilanserlərə, autsorsinqə verərkən çox ehtiyatlı olmalıdır. Təcrübə göstərir ki, məhz, onların “yüngül əli” ilə bu cür kazuslar ortaya çıxır.vakansiya, mühasib, vergi ödəyiciləri, Dividend güzəştləri, Sadələşdirilmiş vergi, Sadələşdirilmiş sistem,

Mühasibatlıqda işləri necə qaydaya salmalı?

Fəaliyyət qaydası sadədir, günün sonunda bəndlər üzrə bunları yoxlamaq lazımdır:

  • müxabirləşmələrin yerinə yetirilməsi;
  • hesaba daxilolmalar və onların əks olunmasının düzgünlüyü;
  • düzgün seçilmiş şablon üzrə formaların (verhi orqanına, müştəriyə) göndərilməsi;
  • qalıqlar (kassa və ya anbar üzrə mənfi qalıqlara yol vermək olmaz);
  • daxilolma mənbələrinin düzgün seçimi.

Zamanla belə bir ekspress-nəzarət sahibkarın 20 dəqiqdən çox vaxtını aparmayacaq və hər ayın sonunda çox saatlar davam edən auditdən onu xilas edəcək.

Hansı hallarda ekspress-nəzarət hökmən aparılmalıdır?

Normal iş zamanı biznesin yüklənməsindən asılı olaraq, ekspress-yoxlamaların gündəlik, eləcə də həftəlik və ya aylıq aparılması tələb oluna bilər. Bəzi hallarda, şirkət sadələşdirilmiş vergi sistemində işlədikdə və artıq uçot prosesini qaydaya saldıqda, belə nəzarət, ümumiyyətlə, lazım gəlmir.

Lakin hətta bu kiməsə müntəzəm olaraq lazım deyilsə belə, onu bir dəfəlik əsasda hökmən keçirmək lazımdır, əgər:

  • biznesin genişləndirilməsi planlaşdırılırsa;
  • sahibkar, bütün hallarda, mühasibin işini mütəxəssisə təhvil verərək, öz vaxtını bu işlərdən azad etmək niyyətindədirsə (əgər cəlb edilən şəxs həqiqətən yaxşı mütəxəssisdirsə, o özü də işə başlamazdan əvvəl belə mini-auditin keçirilməsini təklif edəcək, çünki heç kim bir başqasının nöqsanlarına görə məsuliyyəti öz üzərinə götürmək istəmir);
  • şirkətdə mühasib dəyişəcəksə və ya mühasibatlıq autsorsinqə verilirsə (bir əməkdaşı ştatdan azad etməzdən əvvəl, onun məsuliyyət sahəsini hansı vəziyyətdə tərk etdiyini yoxlamaq faydalıdır);
  • ekvayrinqə qoşulma planlaşdırılırsa.

Onlayn BirKart sifariş et, 22 AZN qazan!

posted in: Xəbər | 0

Ölkənin ən məşhur taksit kartı olan BirKart-ı əldə etmək istəyənlər ilk ödəniş zamanı əlavə vəsait qazana biləcəklər. Belə ki, BirKart Umico, BirKart Cashback və BirKart Miles taksit kartlarını onlayn sifariş edən müştərilər kartla minimum 20 AZN ödəniş edən zaman 22 AZN məbləğində əlavə vəsait qazanacaqlar.

15 fevral 2022-ci il tarixinədək davam edəcək aksiya, taksit, POS-terminal ödənişləri və ya onlayn alış-veriş zamanı keçərlidir. Kart rəsmiləşdirildikdən sonra 30 gün ərzində hər yeni BirKart sahibi bu fürsətdən yalnız bir dəfə yararlana bilər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.


1 746 747 748 749 750 751 752 2. 691