Mühasibatlığın əsl məqsədi nədir?

posted in: Məqalə, Xəbər | 0

mühasibatlıq, vergi uçotu, Mühasibat balansı, Mühasibat uçotu, Gələcəyin mühasibatlığı, Mühasibin peşə etikası, mühasib keçmişdə, mühasib peşəsi, Mühasib keçmişdə, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, MühasibatlıqNiyə mühasibatlığın əsl məqsədi şirkətlərin mövcud resurslarını və aktivlərini qorumaq, artırmaq və onlardan səmərəli istifadəni təmin etməkdir?   

Maliyyə ilə bağlı gərgin vəziyyət o zaman baş verir ki, xərclər gəlirləri üstələyir. Əgər mühasibatlıq dəqiq və hərtərəfli qeydlər aparırsa, onların əsasında hesabatlar tərtib olunursa və rəhbərliyə düzgün məlumat təqdim olunursa, belədə düzgün planlaşdırmanın həyata keçirilməsi və şirkətin ödəmə qabiliyyətinin və ümumi maliyyə sabitliyinin təmin edilməsi mümkün olur.

“Mühasib” sözü bizə alman dilindən (almanca “Buchhalter”, “Buch” – kitab, “Halter” – mühafizə edən, qoruyan) gəlib. Yəni, o, qeydlərin aparıldığı kitabı qoruyub saxlayandır.

Mühasib bu kitablara nə yazır? O, müəssisənin əldə etdiyi hər bir şeyin qeydiyyatını aparır. Müəssisə isə istehsal üçün və öz məhsulu və ya xidmətinin irəli aparılmasında istifadə olunan aktivləri əldə edir.

Elə buradan mühasibatlığın əsl məqsədi ortaya çıxır: şirkətlərin mövcud resurslarını və aktivlərini qorumaq, artırmaq və onlardan səmərəli istfadəni təmin etmək. Mühasib bunu hər bir resurs və ya aktiv vahidini, şirkətə gəlir şəklində daxil olduğu andan, şirkətdən xərclər şəklində ayrıldığı anadək, izləmək və nəzarət etməklə edir.

Şirkətin ödəmə qabiliyyəti – mühasibatlığın başlıca qayğılarından biridir və maliyyənin müdrik idarə olunması və şirkətin genişləndirilməsi ilə təmin edilir.

Satınalmanın müdrik və qənaətcil üsulları, aydın və hərtərəfli qeydlər şirkətin ödəmə qabiliyyətini artırır. Bu da mühasibatlığın məsuliyyət dairəsinə daxildir. Şirkət tərəfindən əldə edilən bütün resurslar və aktivlərə qayğı göstərilməsi də tamamilə mühasibatlığın üzərinə düşür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçiyə ezamiyyə normasından artıq verilən məbləğlər hansı tutulmalara cəlb olunur?

posted in: Xəbər | 0

Vergi borcları, Vergi ödəyicisi, Vergi ödəyicisimalların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,İşçiyə ezamiyyə normasından artıq verilən məbləğlərin sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığortaya cəlb olunması barədə:

Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir və həmin gəlirlər işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta, İşsizlikdən sığorta haqqı və icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur.

Əsaslandırma: Vergi Məcəlləsinin 98.3-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödənilməyən vergilər üçün birgə məsuliyyət barədə

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin vergi öhdəlikləri siyahıya alınmış əmlakın satışından sonra yerinə yetirilməmiş qaldıqda, başqa ad altında fəaliyyət göstərən, lakin məhkəmənin qərarı əsasında həmin vergi ödəyicisinə məxsus olması müəyyən edilən və Vergi Məcəlləsində müəyyən edilmiş qaydada siyahıya alınma tətbiq edildiyi gündən əvvəlki 3 illik dövr ərzində aparılmış əməliyyatda onun aktivlərini almış şəxs, aldığı aktivlərin dəyərindən bu cür aktivlərə görə ödədiyi hər hansı məbləğlər çıxılandan sonra qalan məbləğdə vergi ödəyicisinin öhdəlikləri üzrə birgə məsuliyyət daşıyır.

Əsaslandırma: Vergi Məcəlləsinin 91-ci maddəsi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta ödənişinin təyinatı avtomatlaşdırılacaq

posted in: Xəbər | 0

işsizlikdən sığorta, icbari tibbi sığorta haqqı, Həyatın yığım sığortası, Sosial sığorta haqqı, icbari sığorta, Yerli sığorta, sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,Ötən il “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklə işsizlikdən sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Yeni qaydalara əsasən, işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı, müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib. Tətbiq edilən yeni qaydalar əsasında Dövlət Məşğulluq Agentliyi 2021-ci ilin 6 ayı ərzində 1570 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?

Bunun üçün əvvəlcə “Məşğulluq” altsistemində və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə qeydiyyatdan keçmək lazımdır. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və o, işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.

İşsizlikdən sığorta ödənişi bu hallarda təyin edilir:

– dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər – ən azı 1 il sığorta stajı olduqda,

– əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər – işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.

İşsizlikdən sığorta ödənişi bu cür hesablanır:

– dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində. 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajına malik olduqda isə minimum sığorta ödənişi məbləğində,

– əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra – minimum aylıq əmək haqqı məbləğində 3 ay müddətində ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Qanuna edilən yeni dəyişikliyə əsasən, işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu, işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

Mənbə: fins.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 912 913 914 915 916 917 918 2. 692