Böyük tenderdə qalib gəlməyə necə nail olmalı? (II hissə)

posted in: Xəbər | 0

Böyük tenderdə qalib gəlməyə necə nail olmalı? (II hissə)

I hissəyə nəzər yetirin

tender

Ancaq, kiçik şirkətlərin sahibləri başqa bir strategiya seçməlidirlər. Xüsusilə də tenderi bazarda böyük bir oyunçu elan edərsə. Qələbə üçün bütün ön şərtləri yaratmaqdan ötrü bu maddələrə əməl edin:

  1. Qoliafdan qorxmayın. Əgər rəqiblər arasında böyük korporasiyalar varsa, unutmayın ki, orada da eyni insanlar işləyir.
  2. Təəssürat oyadıcı portfolio yaradın. Ora ən əhəmiyyətli və uğurlu layihələri və hətta heç vaxt dövriyyəyə buraxılmayan ideyaları yerləşdirin. Onlar göstərəcək ki, siz problemə qeyri-standart yanaşmaqda bacarıqlısınız.
  3. Gələcək müştərinizi öyrənin. Təsəvvür edin ki, o, diqqətini cəlb etmək istədiyiniz gözəl bir qızdır. Onun davranışlarını izləyin, ünsiyyət dairəsini öyrənin, tədricən əlaqəyə girin.
  4. İlk görüşə nail olun. Telefon zəngi ilə etimad qazana bilməyəcəksiniz. Təşəbbüsü öz əlinizə alın və görüş üçün razılıq əldə edin. Özünüzü satmağa cəhd etməyin. Bunun yerinə düzünü söyləyin və sizinlə əməkdaşlıq etməyin niyə faydalı olduğunu bildirin.
  5. Tenderə hazırlaşın. Bu mərhələdə prinsip çox sadədir – sizin rəqibləriniz nə edə bilərdi? Bu haqda düşünün. Heç vaxt edə bilməyəcəyiniz  işləri vəd etməyin. Müştərinin bütün nüanslarını dəqiqləşdirin. Sadə və gözəl bir təqdimat edin – müştərinin hər slaydı öyrənmək üçün vaxtı yoxdur. Smetada hər rəqəmi əsaslandırın və layihənin həyata keçirilməsinin ilkin planını tərtib edin. Əsas odur ki, təqdimatdan sonra müştərinin cavablandırılmayan sualları qalmasın.
  6. Müştəri ilə hətta görüşdən sonra da əlaqəni itirməyin. Layihənin uğurla başa çatması ən çox onu maraqlandırır, buna görə özünüzü diplomatik və əsaslandırılmış bir podratçı kimi göstərin.

Düzgün yönləndirilməyən hətta ən yaxşı ideya belə, sifarişçinin ürəyində özünə yer tapa bilməz. Mükəmməl tərəfdaş olduğunuzu göstərin və qələbə cibinizdə olacaq.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə xidmətləri dedikdə hansı xidmətlər nəzərdə tutulur?

posted in: Xəbər | 0

Əmək haqqı üzrə mühasib, mühasib köməkçisi, vakansiya, Baş mühasib müavini, vakansiya, Rusiyada mühasib peşəsi, Mühasib, vakansiya, Mühasibat uçotu, baş mühasib, vakansiya, Maliyyəçi menecer, vakansiya, Maliyyə üzrə mütəxəssis, baş mühasib köməkçisi, vakansiya, Maliyyə Analizi, vakansiya, sərbəst mühasib, sosial sığorta, təcrübəçi, Kredit inzibatçılığı, maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibiMaliyyə xidmətləri:

– kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;

– müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;

– qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;

– səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar.

– törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;

– investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;

– sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.

İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri hansı məqsədlərlə istifadə olunur?

posted in: Xəbər | 0

Əlilliyi olan şəxslər, əmək məcəlləsi, Əmək məcəlləsində dəyişiklik, nizamnamə kapitalı, Dövlət rüsumu, Sərtləşdirilmiş karantin rejimi, yeni iş rejimi, İxrac təşviqi, Vergi ödəyiciləri, idxal,ixrac gömrük rüsumları, xidmət haqqı məbləğləri, əmək müqaviləsi, MDSS,Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri bu məqsədlərlərlə istifadə edilir:

– Qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

– qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;

– peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli;

– işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;

– işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;

– iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;

– əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Foreks əməliyyatlarından gəlir əldə edən şəxsin vergi öhdəliyi

posted in: Xəbər | 0

Foreks (xarici valyuta alış satışı) əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarına uçota alınmaqla VÖEN əldə etməlidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu zaman əldə edilən gəlirdən Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablanaraq, növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilməklə dövlət büdcəsinə ödənməlidir.

Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 922 923 924 925 926 927 928 2. 705